Annaqılınc Möhtaci (1824 (1825) - 1884) — türkmən şairi.
Annaqılınc Möhtaci | |
---|---|
azərb. Annaqılınc Möhtaci | |
Doğum tarixi | |
Doğum yeri | Keşi, Xivə xanlığı |
Vəfat tarixi | |
Vəfat yeri |
|
Fəaliyyəti | şair |
Janr | lirika |
Annaqılınc Möhtaci Vikimənbədə |
Həyatı
Gerçək adı Annaqılınc, təxəllüsü Möhtaci olan şair 1824-cü ildə Aşqabadın Köşi kəndində dünyaya gəlmişdir. XIX əsrin görkəmli şairlərindən biridir. Xallı Bəxşi ilə eyni kənddən olması və qonşuluğu onun şeirlərinin mahnı kimi xalq içində yayılmasını təmin etmişdir. Möhtaci kənd məktəbini bitirmiş, ənənəvi türkmən mədəniyyətini, xalq dastanlarını dərindən öyrənmişdir. Gəncliyində sevdiyi və qovuşa bilmədiyi Annagülün həsrəti onu saza-sözə bağlamış, şairliyə sövq etmişdir.
Annaqılınc Möhtaci bir müddət İranda əsirlikdə qalmış, 1879-81-ci illərdə baş verən Göytəpə faciələrinin şahidi olmuş, 1884-cü ildə Köşi kəndində qızılca xəstəliyindən vəfat etmiştir. Onun çoxlu övladı olmuş, atası kimi şair olan oğlu Molladurdu maarif naziri vəzifəsində işləmişdir. Nəvəsi Murad da şair ol-muşdur. Törəmələri Aşqabadda yaşayırlar.
Şairin eşq, vətən sevgisi və sosial mövzularda qoşduğu şeirləri bu gün də bəxşilərin repertuarında mühüm yer tutur.
Möhtacinin öz əlilə yazdığı şeir dəftərləri hazırda Türkmənistan Elmlər Akademiyasının Milli Əlyazmalar İnstitutunda qorunur. Şairin zəngin irsi tədqiq edilmiş, şeir kitabları dəfələrlə nəşr olunmuşdur.
Yaradıcılığı
XVII-XIX əsrlər türkmən ədəbiyyatı son dərəcə zəngin və çoxşaxəlidir. Həmin dövrdə Nurməhəmməd Əndəlib, Dövlətməmməd Azadi, Abdulla Şahbəndə, Məxdimqulu Fəraqi, Şeydayi, Qurbanəli Məğrubi, Qayıbnəzər Qayıbi, Murad Talıbi, Orazpolad Qurdoğlu, Məmmədvəli Kəminə, Seyidnəzər Seydi, Seydulla Seydi, Qurbandurdu Zəlili, Əbdürrəhim Zinhari, Molla Nəfəs, Oraz Aşiqi, Əvəztaqan Katibi, Dostməhəmməd, Annaqılınc Möhtaci, Miskinqılınc, Dövlətməmməd Balqızıl kimi istedad və sənətkarlıq baxımından bir-birindən fərqli bir çox türkmən şairi yaşayıb yaratmışdır.
Bu dövrün əsas özəlliyi ədəbi türkmən dilinin cilalanması və bu dildə əsərlər yazılmasıdır. Doğrudur, türk¬mənlərin ədəbiyyatı XVII əsrdən başlanmır, onun ilkin kökü daha qədimlərə gedib çıxır. Xüsusilə saysız-hesabsız əfsanələr, dastanlar, rəvayətlər, folklor nümunələri ən azı min illik bir tarixi əhatə edir. Lakin yazılı ədəbiyyat qismən gəncdir. Burada da iki məsələni bir-birindən ayırmaq vacibdir. Bunlardan birincisi oğuz-türkmən konteks¬tində nəzərdən keçirilən ədəbiyyatdır. Məlumdur ki, türk xalqlarının oğuz boyuna mənsub olan qismi islam dinini qəbul etdikdən sonra qonşu xalqlar tərəfindən türkmən adlandırılmışdır. Ona qədər və ondan sonra da uzun müddət türkmənlər-oğuzlar özlərinə həm oğuz, həm də türkmən demişlər.
Annaqılınc Möhtaci öz üslubuna görə seçilirdi. Möhtacinin söylədiyi şeirlər ideya məzmununa görə də, sənətkarlıq xüsusiyyətlərinə görə də gözəl yaradıcılıq nümunələridir. Görkəmli söz ustasının kitabı nəşr olunmuş, əsərləri müxtəlif dillərə tərcümə edilərək, xarici oxuculara çatdırılmış, və ilk andan böyük rəğbətlə qarşılanmışdır.
Xəbər verin, ey yaranlar,
Yazılanı pozan varmı?
Sevdiyindən ayrılanlar,
Firqətinə dözən varmı?
Aşiqlər qaçmaz adından,
Ellər yatmaz fəryadından,
Fərhad kimi eşq odundan
Qara dağı qazan varmı?
Gah qaynayıb, gah da coşub,
Kaknus kimi yanıb-bişib,
Yarı ilə başın qoşub,
Həmdəm olub gəzən varmı?
Altmışdan keçəndə salı,
Qalmaz könlündə xəyalı,
Möhtaci der, mənim yalı,
Yardan əlin üzən varmı?
İstinadlar
- Большая советская энциклопедия (2 издание)
- Ramiz Əskər, Türkmən şeiri antologiyası (XVII-XIX əsrlər). Bakı, MBM, 2011, 400 s. səh.347.
- Yalı – kimi.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Annaqilinc Mohtaci 1824 1825 1884 turkmen sairi Annaqilinc Mohtaciazerb Annaqilinc Mohtaci Dogum tarixi 1824Dogum yeri Kesi Xive xanligiVefat tarixi 1884Vefat yeri bilinmirFealiyyeti sairJanr lirikaAnnaqilinc Mohtaci VikimenbedeHeyatiGercek adi Annaqilinc texellusu Mohtaci olan sair 1824 cu ilde Asqabadin Kosi kendinde dunyaya gelmisdir XIX esrin gorkemli sairlerinden biridir Xalli Bexsi ile eyni kendden olmasi ve qonsulugu onun seirlerinin mahni kimi xalq icinde yayilmasini temin etmisdir Mohtaci kend mektebini bitirmis enenevi turkmen medeniyyetini xalq dastanlarini derinden oyrenmisdir Gencliyinde sevdiyi ve qovusa bilmediyi Annagulun hesreti onu saza soze baglamis sairliye sovq etmisdir Annaqilinc Mohtaci bir muddet Iranda esirlikde qalmis 1879 81 ci illerde bas veren Goytepe facielerinin sahidi olmus 1884 cu ilde Kosi kendinde qizilca xesteliyinden vefat etmistir Onun coxlu ovladi olmus atasi kimi sair olan oglu Molladurdu maarif naziri vezifesinde islemisdir Nevesi Murad da sair ol musdur Toremeleri Asqabadda yasayirlar Sairin esq veten sevgisi ve sosial movzularda qosdugu seirleri bu gun de bexsilerin repertuarinda muhum yer tutur Mohtacinin oz elile yazdigi seir defterleri hazirda Turkmenistan Elmler Akademiyasinin Milli Elyazmalar Institutunda qorunur Sairin zengin irsi tedqiq edilmis seir kitablari defelerle nesr olunmusdur YaradiciligiXVII XIX esrler turkmen edebiyyati son derece zengin ve coxsaxelidir Hemin dovrde Nurmehemmed Endelib Dovletmemmed Azadi Abdulla Sahbende Mexdimqulu Feraqi Seydayi Qurbaneli Megrubi Qayibnezer Qayibi Murad Talibi Orazpolad Qurdoglu Memmedveli Kemine Seyidnezer Seydi Seydulla Seydi Qurbandurdu Zelili Ebdurrehim Zinhari Molla Nefes Oraz Asiqi Eveztaqan Katibi Dostmehemmed Annaqilinc Mohtaci Miskinqilinc Dovletmemmed Balqizil kimi istedad ve senetkarliq baximindan bir birinden ferqli bir cox turkmen sairi yasayib yaratmisdir Bu dovrun esas ozelliyi edebi turkmen dilinin cilalanmasi ve bu dilde eserler yazilmasidir Dogrudur turk menlerin edebiyyati XVII esrden baslanmir onun ilkin koku daha qedimlere gedib cixir Xususile saysiz hesabsiz efsaneler dastanlar revayetler folklor numuneleri en azi min illik bir tarixi ehate edir Lakin yazili edebiyyat qismen gencdir Burada da iki meseleni bir birinden ayirmaq vacibdir Bunlardan birincisi oguz turkmen konteks tinde nezerden kecirilen edebiyyatdir Melumdur ki turk xalqlarinin oguz boyuna mensub olan qismi islam dinini qebul etdikden sonra qonsu xalqlar terefinden turkmen adlandirilmisdir Ona qeder ve ondan sonra da uzun muddet turkmenler oguzlar ozlerine hem oguz hem de turkmen demisler Annaqilinc Mohtaci oz uslubuna gore secilirdi Mohtacinin soylediyi seirler ideya mezmununa gore de senetkarliq xususiyyetlerine gore de gozel yaradiciliq numuneleridir Gorkemli soz ustasinin kitabi nesr olunmus eserleri muxtelif dillere tercume edilerek xarici oxuculara catdirilmis ve ilk andan boyuk regbetle qarsilanmisdir Xeber verin ey yaranlar Yazilani pozan varmi Sevdiyinden ayrilanlar Firqetine dozen varmi Asiqler qacmaz adindan Eller yatmaz feryadindan Ferhad kimi esq odundan Qara dagi qazan varmi Gah qaynayib gah da cosub Kaknus kimi yanib bisib Yari ile basin qosub Hemdem olub gezen varmi Altmisdan kecende sali Qalmaz konlunde xeyali Mohtaci der menim yali Yardan elin uzen varmi IstinadlarBolshaya sovetskaya enciklopediya 2 izdanie Ramiz Esker Turkmen seiri antologiyasi XVII XIX esrler Baki MBM 2011 400 s seh 347 Yali kimi Vikimenbede Muellif Annaqilinc Mohtaci ile elaqeli melumatlar var