- Şəbəkənin aktorlar adlandırılan qovşaqları sosial şəbəkə analizinin əsas anlayışıdır. Aktor sosial qarşılıqlı əlaqənin bölünməz hissəciyi — atomudur.
Aktorun varlığını və zəruriliyini bütün sosioloqlar etiraf edirlər, lakin bu qarşılıqlı təsir agentinin, hərəkət subyektinin "kim" və ya "nə" olduğu haqqında vahid fikir yoxdur. Aktor anlayışının öyrənilməsində müəyyən mərhələlər keçilmişdir. Əvvəllər aktor dedikdə, sosial qarşılıqlı təsirdə iştirak edən fərdin özü başa düşülürdü. Sonra aktoru müəyyən atributları və rolları olan sosial strukturda fərdin mövqeyi, yeri kimi başa düşməyə başladılar. Aktorun mövqe kimi başa düşülməsindən alınır ki, sosial şəbəkə fərdlər arasındakı qarşılıqlı əlaqənin modeli yox, fərdlərin tutduqları mövqelərin, qarşılıqlı əlaqələrinin modelidir. Aktor anlayışına bu yanaşmalarda aktor, fəaliyyət göstərən nəzərə çarpdırılır. Başqa yanaşmalar sosial şəbəkənin formalaşmasında üstünlüyü münasibətlərə (əlaqələrə) verirlər, hesab edilir ki, aktor kommunikasiya əlaqəsini deyil, kommunikasiya aktoru atributları ilə birlikdə yaradır. Daha sonra tədqiqatçılar şəbəkədə əlaqə anlayışının məzmununu kommunkasiya anlayışı çərçivəsindən kənara çıxararaq sosial şəbəkəni xarakterizə etmək üçün yəni anlayışa — resurslar axını anlayışına gəldilər. Bu yanaşmaya görə sosial şəbəkə 3 komponentin birləşməsidir:
- mövqelər çoxluğu;
- mövqelər arasındakı münasibətlər;
- resurslar axını
Müvafiq olaraq bu 3 elementi olmayan sosial birlik sosial şəbəkə deyil. Resurslar axını anlayışının tədqiqi ilə mübadilə nəzəriyyəsi məşğul olur. Mübadilə nəzəriyyəsində vacib anlayışlardan biri kapital anlayışıdır. Sosioloji kontekstdə kapital aktorların öz maraqlarını reallaşdırmaq üçün istifadə edə bildikləri resurslardır. Sosioloqlar iqtisadi kapitalla yanaşı sosial kapitalı da müəyyən edirlər. Sosial kapital öz məqsədlərinə çatmaq üçün xüsusi halda öz maliyyə və /və ya insan kapitalının artırılması üçün aktorun istifadə edə bildiyi şəxslərarası əlaqələrdir. Kapital böyük olduqca daha böyük məqsədlərə çatmaq olar. Sosial kapitala tərif vermək çətindır, onu "tanışlıqlar" kimi müəyyən etmək onun mahiyyətini sadələşdirməkdir. Müasir iqtisadçılar çox vaxt sosial kapitala "özgələrin öhdəliklərinin" toplanması kimi baxırlar. Sosial kapitalın ikinci mənbəyi ümumi talelər, problemlərdir. Burada sosial kapital həmrəylikdir. Bunun nəticəsində kiçik təşəbbüs qrupu da kütləvi dəstəyə bel bağlaya bilər. Sosial şəbəkə insanlar arasındakı əlaqələr kimi müəyyən edilirdi, indi məlum olur ki, bu əlaqələr sosial şəbəkənin sosial kapitalıdır, sosial şəbəkəni, yəni spesifik sosial strukturu isə mövqelər arasındakı əlaqələr yaradır.
Aktorun atributları
- Həm dinamik, həm də statik ola bilərlər. Aktor atributlar qrupu ilə xarakterizə oluna bilər. Tədqiqatın məqsədləri və məsələlərindən asılı olaraq aktorlar seçilir və sonrakı öyrənilmə üçün struktura daxil edilirlər. Atributları aktorun müşahidə edilən xarakteristikalarından asılı olaraq seçirlər. Aktorun atributlarına misallar: fərdin gəliri, fərdin peşə statusu, siyasi meyilləri, milli gəlirin artımı, ölkədə həyat səviyyəsi. Aktorun daxili xarakteristikaları: yaşı, cinsi, əqli qabiliyyətləri, dini və s.
Aktorlar üçün indekslər
Aktorun şəbəkədəki yeri haqqında daha düzgün məlumat almaq üçün aktorları qruplara ayırmadan və hətta ilk baxışdan tam əhəmiyyətsiz görünsə belə, heç bir aktoru kənara qoymadan bütün aktorların qarşılıqlı əlaqələrini analiz etmək zəruridir. Aktorlar (qovşaqlar) üçün aşağıdakı parametrlər müəyyən edilir:
- aktorun giriş dərəcəsi — aktora daxil olan tillərin satı;
- aktorun çıxış dərəcəsi — aktordan çıxan tillərin sayı;
- verilmiş aktordan digər aktorlara olan məsafə;
- eksentriklik — verilmiş aktordan digər aktorlara olan geodezik məsafənin (aktorlar arasındakı məsafələrin ən kiçiyi) ən böyüyü;
- vasitəçilik — verilmiş aktordan keçən ən qısa yolların sayı;
- mərkəzilik — verilmiş aktorun digərlərinə nisbətən əlaqələrinin ümumi sayı.
Ədəbiyyat
R. Əliquliyev, Y. İmamverdiyev, F. Abdullayeva. Sosial şəbəkələr. Bakı, 2010, 287 s.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sebekenin aktorlar adlandirilan qovsaqlari sosial sebeke analizinin esas anlayisidir Aktor sosial qarsiliqli elaqenin bolunmez hisseciyi atomudur Aktorun varligini ve zeruriliyini butun sosioloqlar etiraf edirler lakin bu qarsiliqli tesir agentinin hereket subyektinin kim ve ya ne oldugu haqqinda vahid fikir yoxdur Aktor anlayisinin oyrenilmesinde mueyyen merheleler kecilmisdir Evveller aktor dedikde sosial qarsiliqli tesirde istirak eden ferdin ozu basa dusulurdu Sonra aktoru mueyyen atributlari ve rollari olan sosial strukturda ferdin movqeyi yeri kimi basa dusmeye basladilar Aktorun movqe kimi basa dusulmesinden alinir ki sosial sebeke ferdler arasindaki qarsiliqli elaqenin modeli yox ferdlerin tutduqlari movqelerin qarsiliqli elaqelerinin modelidir Aktor anlayisina bu yanasmalarda aktor fealiyyet gosteren nezere carpdirilir Basqa yanasmalar sosial sebekenin formalasmasinda ustunluyu munasibetlere elaqelere verirler hesab edilir ki aktor kommunikasiya elaqesini deyil kommunikasiya aktoru atributlari ile birlikde yaradir Daha sonra tedqiqatcilar sebekede elaqe anlayisinin mezmununu kommunkasiya anlayisi cercivesinden kenara cixararaq sosial sebekeni xarakterize etmek ucun yeni anlayisa resurslar axini anlayisina geldiler Bu yanasmaya gore sosial sebeke 3 komponentin birlesmesidir movqeler coxlugu movqeler arasindaki munasibetler resurslar axini Muvafiq olaraq bu 3 elementi olmayan sosial birlik sosial sebeke deyil Resurslar axini anlayisinin tedqiqi ile mubadile nezeriyyesi mesgul olur Mubadile nezeriyyesinde vacib anlayislardan biri kapital anlayisidir Sosioloji kontekstde kapital aktorlarin oz maraqlarini reallasdirmaq ucun istifade ede bildikleri resurslardir Sosioloqlar iqtisadi kapitalla yanasi sosial kapitali da mueyyen edirler Sosial kapital oz meqsedlerine catmaq ucun xususi halda oz maliyye ve ve ya insan kapitalinin artirilmasi ucun aktorun istifade ede bildiyi sexslerarasi elaqelerdir Kapital boyuk olduqca daha boyuk meqsedlere catmaq olar Sosial kapitala terif vermek cetindir onu tanisliqlar kimi mueyyen etmek onun mahiyyetini sadelesdirmekdir Muasir iqtisadcilar cox vaxt sosial kapitala ozgelerin ohdeliklerinin toplanmasi kimi baxirlar Sosial kapitalin ikinci menbeyi umumi taleler problemlerdir Burada sosial kapital hemreylikdir Bunun neticesinde kicik tesebbus qrupu da kutlevi desteye bel baglaya biler Sosial sebeke insanlar arasindaki elaqeler kimi mueyyen edilirdi indi melum olur ki bu elaqeler sosial sebekenin sosial kapitalidir sosial sebekeni yeni spesifik sosial strukturu ise movqeler arasindaki elaqeler yaradir Aktorun atributlariHem dinamik hem de statik ola bilerler Aktor atributlar qrupu ile xarakterize oluna biler Tedqiqatin meqsedleri ve meselelerinden asili olaraq aktorlar secilir ve sonraki oyrenilme ucun struktura daxil edilirler Atributlari aktorun musahide edilen xarakteristikalarindan asili olaraq secirler Aktorun atributlarina misallar ferdin geliri ferdin pese statusu siyasi meyilleri milli gelirin artimi olkede heyat seviyyesi Aktorun daxili xarakteristikalari yasi cinsi eqli qabiliyyetleri dini ve s Aktorlar ucun indekslerAktorun sebekedeki yeri haqqinda daha duzgun melumat almaq ucun aktorlari qruplara ayirmadan ve hetta ilk baxisdan tam ehemiyyetsiz gorunse bele hec bir aktoru kenara qoymadan butun aktorlarin qarsiliqli elaqelerini analiz etmek zeruridir Aktorlar qovsaqlar ucun asagidaki parametrler mueyyen edilir aktorun giris derecesi aktora daxil olan tillerin sati aktorun cixis derecesi aktordan cixan tillerin sayi verilmis aktordan diger aktorlara olan mesafe eksentriklik verilmis aktordan diger aktorlara olan geodezik mesafenin aktorlar arasindaki mesafelerin en kiciyi en boyuyu vasitecilik verilmis aktordan kecen en qisa yollarin sayi merkezilik verilmis aktorun digerlerine nisbeten elaqelerinin umumi sayi EdebiyyatR Eliquliyev Y Imamverdiyev F Abdullayeva Sosial sebekeler Baki 2010 287 s