Afroditanın qolları qısametrajlı bədii filmi rejissor Davud İmanov tərəfindən 1987-ci ildə ekranlaşdırılmışdır. Film istehsal edilmişdir. Filmin qəhrəmanı (Rafiq Əliyev) heykəltaraşdır. O, "Afroditanın qolları"nı düzəltməyə çalışır. Bu iş prosesində o, xəyanətin ağrısını öz üzərində hiss edir, özünün səhvlərini başa düşür. Filmdə rolları Rafiq Əliyev, Olqa Zolotuxina, Muxtar Avşarov, Təvəkkül İsmayılov və Əliqulu Səmədov ifa edirlər.
Afroditanın qolları | |
---|---|
Janr | qısametrajlı dram |
Rejissor | Davud İmanov |
Ssenari müəllifi | Nüsrət Kəsəmənli |
Baş rollarda | Rafiq Əliyev Olqa Zolotuxina Muxtar Avşarov Təvəkkül İsmayılov Əliqulu Səmədov |
Operator | Nizami Abbasov |
Bəstəkar | Xəyyam Mirzəzadə |
Rəssam | Şamil Nəcəfzadə |
İstehsalçı | |
İlk baxış tarixi | 1987 |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 25 dəq. |
Ölkələr | Azərbaycan SSR |
Dil | azərbaycanca |
İl | 1987 |
Texniki məlumatlar | 3 hissə 850 metr |
Rəng | rəngli |
Məzmun
Əgər insan münasibətlərindəki səmimiyyət aradan götürülərsə, bu münasibətlər pozularsa onları Afroditanın qolları kimi düzəltmək müşkül məsələdir. Filmin qəhrəmanı heykəltaraşdır. O, "Afroditanın qolları"nı düzəltməyə çalışır. Bu iş prosesində o, xəyanətin ağrısını öz üzərində hiss edir, özünün səhvlərini başa düşür.
Heykəltəraş Cahid (Rafiq Əliyev) qəbirüstü büstlər düzəldir, müqabilində yaxşı qazanc əldə eləyir, amma onun maddi vəziyyəti bir sənətkar kimi mənəvi tənəzzülünün bahasına başa gəlir. Cahid sırf maddiyyat üzərində qurulmuş işindən yorulur, mənəvi zövq ala bilmir. O, getdikcə arvadına da laqeydləşir.
Onun gənc arvadı (Olqa Zolotuxina) isə ərinin bütün gününü emalatxanada keçirməsindən darıxır, monoton həyatından qurtulmaq üçün dostlarını evə çağırır, əyləncələr təşkil eləyir. Sonra isə qadın məhəllədə təlim keçən gənc yanğınsöndürənlə (Əliqulu Səmədov) eşq macərasına başlayır.
Tanışı (Təvəkkül İsmayılov) Cahidə daha sərfəli iş təklif eləsə də, o, razılaşmır. Təsadüfən bir qəzet elanında "Afroditanın qolları" adlı müsabiqəyə rast gəlir. Elanda qolsuz Afroditaya uyğun yaradıcı yanaşma tapan heykəltaraşa mükafat veriləcəyi deyilir.
Cahidin içində yenidən yaratmaq eşqi güclənir. O, bütün günü emalatxanasında heykələ uyğun qol həlli tapmağa çalışır. Gecə evə qayıdanda arvadını məşuqu ilə tutur.
Bu günümüzün gerçəkliklərinə adekvat olan film hər şeydən əvvəl şəxsiyyətin böhranı haqdadır. Sənətlə maddi qazanc arasında qalan və ikincini seçən heykəltaraşın faciəsini anladır. Əslində əhvalatda konflikt — cəmiyyət-sənətkar, şərait –sənətkar və ya ailə — sənətkar arasında yox, onun özünün daxilində baş verir. Bu mənada qəhrəman bütün film boyu ən çox özü özü ilə mübarizədədir. Təsadüfi deyil ki, film boyu o, daha çox susur nəinki danışır. Və onun susqunluğu daxilində baş verənləri, ağrılarını sözlərdən çox anladır.
Hərçənd, Cahid durğun vəziyyətindən çıxmaq üçün nəsə eləmir, ideyasız yaşayır, düşdüyü situasiyaya müticəsinə tabe olur. Sənətdə öz yerini, yolunu müəyyənləşdirə bilməyən qəhrəman təsadüfi bir elanla həyatını dəyişdirmək, peşəkar uğur qazanmaq istəyir.
Amma təsadüf Cahidə sənətdə öz sözünün deməyə nəinki imkan vermir, əksinə, onun böhranını daha da dərinləşdirir.
Emalatxanada Afroditanın qollarının bədii həllinin ipuclarını tapan Cahid sevincindən uçur. Rejissor heykəltaraşın sevincini onu əhatələyən kloun libasında ağ mələklərlə ifadə edir. Mələk kimi klounların seçilməsi yəqin ki, təsadüfi deyil. Çox güman ki, Cahidin vəziyyətinə sarkastik eyhamdır.
Evə qayıdanda arvadının xəyanətinin şahidi olur və mələklər yoxa çıxır.
Film onunla bitir ki, Cahid emalatxanasına qayıdaraq, ümidsizlik içində düzəltdiyi heykəlləri dağıdır. Müştəri gəlir və ona qəbirüstü büst sifariş edir. Cahid razılaşaraq pulu alır. Yəni peşəsinə dərin bağlılığı, sevgisi olmayan adam sənətdə ciddi nəsə yarada bilməz.
Filmin üzərində işləyənlər
Ssenari müəllifi: Nüsrət Kəsəmənli
Rejissor: Davud İmanov
Operator: Nizami Abbasov
Rəssam: Şamil Nəcəfzadə
Bəstəkar: Xəyyam Mirzəzadə
Rollarda
Rafiq Əliyev — Cahid
Olqa Zolotuxina — Cahidin arvadı
Muxtar Avşarov — molla
Təvəkkül İsmayılov — Cahidin tanışı
Əliqulu Səmədov — yanğınsöndürən
Filmi səsləndirənlər :
Rasim Balayev — Cahid (Rafiq Əliyev) (titrlərdə yoxdur)
Nəcibə Hüseynova — Arzu (titrlərdə yoxdur)
Eldəniz Rəsulov — erməni (titrlərdə yoxdur)
İstinadlar
- Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh.134
- "Qəbir daşı düzəldən heykəltaraşa xəyanət edən arvadı". 2021-07-28 tarixində . İstifadə tarixi: 2017-08-15.
- . 2017-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-15.
Mənbə
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 319.
Həmçinin bax
Azərbaycan filmlərinin siyahısı
1980-ci illər Azərbaycan filmlərinin siyahısı
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Afroditanin qollari qisametrajli bedii filmi rejissor Davud Imanov terefinden 1987 ci ilde ekranlasdirilmisdir Film Debut Studiyasinda istehsal edilmisdir Filmin qehremani Rafiq Eliyev heykeltarasdir O Afroditanin qollari ni duzeltmeye calisir Bu is prosesinde o xeyanetin agrisini oz uzerinde hiss edir ozunun sehvlerini basa dusur Filmde rollari Rafiq Eliyev Olqa Zolotuxina Muxtar Avsarov Tevekkul Ismayilov ve Eliqulu Semedov ifa edirler Afroditanin qollariFayl Afroditanin qollari film 1987 jpgJanr qisametrajli dramRejissor Davud ImanovSsenari muellifi Nusret KesemenliBas rollarda Rafiq Eliyev Olqa Zolotuxina Muxtar Avsarov Tevekkul Ismayilov Eliqulu SemedovOperator Nizami AbbasovBestekar Xeyyam MirzezadeRessam Samil NecefzadeIstehsalci Debut StudiyasiIlk baxis tarixi 1987Filmin novu qisametrajli bedii filmMuddet 25 deq Olkeler Azerbaycan SSRDil azerbaycancaIl 1987Texniki melumatlar 3 hisse 850 metrReng rengliMezmunEger insan munasibetlerindeki semimiyyet aradan goturulerse bu munasibetler pozularsa onlari Afroditanin qollari kimi duzeltmek muskul meseledir Filmin qehremani heykeltarasdir O Afroditanin qollari ni duzeltmeye calisir Bu is prosesinde o xeyanetin agrisini oz uzerinde hiss edir ozunun sehvlerini basa dusur Heykelteras Cahid Rafiq Eliyev qebirustu bustler duzeldir muqabilinde yaxsi qazanc elde eleyir amma onun maddi veziyyeti bir senetkar kimi menevi tenezzulunun bahasina basa gelir Cahid sirf maddiyyat uzerinde qurulmus isinden yorulur menevi zovq ala bilmir O getdikce arvadina da laqeydlesir Onun genc arvadi Olqa Zolotuxina ise erinin butun gununu emalatxanada kecirmesinden darixir monoton heyatindan qurtulmaq ucun dostlarini eve cagirir eylenceler teskil eleyir Sonra ise qadin mehellede telim kecen genc yanginsondurenle Eliqulu Semedov esq macerasina baslayir Tanisi Tevekkul Ismayilov Cahide daha serfeli is teklif elese de o razilasmir Tesadufen bir qezet elaninda Afroditanin qollari adli musabiqeye rast gelir Elanda qolsuz Afroditaya uygun yaradici yanasma tapan heykeltarasa mukafat verileceyi deyilir Cahidin icinde yeniden yaratmaq esqi guclenir O butun gunu emalatxanasinda heykele uygun qol helli tapmaga calisir Gece eve qayidanda arvadini mesuqu ile tutur Bu gunumuzun gercekliklerine adekvat olan film her seyden evvel sexsiyyetin bohrani haqdadir Senetle maddi qazanc arasinda qalan ve ikincini secen heykeltarasin faciesini anladir Eslinde ehvalatda konflikt cemiyyet senetkar serait senetkar ve ya aile senetkar arasinda yox onun ozunun daxilinde bas verir Bu menada qehreman butun film boyu en cox ozu ozu ile mubarizededir Tesadufi deyil ki film boyu o daha cox susur neinki danisir Ve onun susqunlugu daxilinde bas verenleri agrilarini sozlerden cox anladir Hercend Cahid durgun veziyyetinden cixmaq ucun nese elemir ideyasiz yasayir dusduyu situasiyaya muticesine tabe olur Senetde oz yerini yolunu mueyyenlesdire bilmeyen qehreman tesadufi bir elanla heyatini deyisdirmek pesekar ugur qazanmaq isteyir Amma tesaduf Cahide senetde oz sozunun demeye neinki imkan vermir eksine onun bohranini daha da derinlesdirir Emalatxanada Afroditanin qollarinin bedii hellinin ipuclarini tapan Cahid sevincinden ucur Rejissor heykeltarasin sevincini onu ehateleyen kloun libasinda ag meleklerle ifade edir Melek kimi klounlarin secilmesi yeqin ki tesadufi deyil Cox guman ki Cahidin veziyyetine sarkastik eyhamdir Eve qayidanda arvadinin xeyanetinin sahidi olur ve melekler yoxa cixir Film onunla bitir ki Cahid emalatxanasina qayidaraq umidsizlik icinde duzeltdiyi heykelleri dagidir Musteri gelir ve ona qebirustu bust sifaris edir Cahid razilasaraq pulu alir Yeni pesesine derin bagliligi sevgisi olmayan adam senetde ciddi nese yarada bilmez Filmin uzerinde isleyenlerSsenari muellifi Nusret Kesemenli Rejissor Davud Imanov Operator Nizami Abbasov Ressam Samil Necefzade Bestekar Xeyyam MirzezadeRollardaRafiq Eliyev Cahid Olqa Zolotuxina Cahidin arvadi Muxtar Avsarov molla Tevekkul Ismayilov Cahidin tanisi Eliqulu Semedov yanginsonduren Filmi seslendirenler Rasim Balayev Cahid Rafiq Eliyev titrlerde yoxdur Necibe Huseynova Arzu titrlerde yoxdur Eldeniz Resulov ermeni titrlerde yoxdur IstinadlarAydin Kazimzade Azerbaycan kinosu 1 filmlerin izahli kataloqu 1898 2002 Baki 2003 seh 134 Qebir dasi duzelden heykeltarasa xeyanet eden arvadi 2021 07 28 tarixinde Istifade tarixi 2017 08 15 2017 04 22 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2017 08 15 MenbeAzerbaycan Respublikasi Medeniyyet Nazirliyi C Cabbarli adina Azerbaycanfilm kinostudiyasi Aydin Kazimzade Bizim Azerbaycanfilm 1923 2003 cu iller Baki Mutercim 2004 seh 319 Hemcinin baxAzerbaycan filmlerinin siyahisi 1980 ci iller Azerbaycan filmlerinin siyahisi