47 ronin və ya Ako qisası — XVIII əsrin əvvəllərində Yaponiyada baş vermiş tarixi hadisə. Əhvalatın tarixçəsi 47 roninin (ağasını itirmiş samuray) öz ağalarının qisasını almasından bəhs edir.
Səbəb
1701-ci ildə Yaponiyanın bölgəsində yaşayan Asano adlı zədəgan Kira adlı yüksək rütbəli məmurun qəbulunda olarkən təhqirə məruz qalmış, o isə cavabında Kiraya hücum etmişdi. Dövlət məmuru zədəganı məhkəməyə vermiş, lakin ədalət bərpa olunmadan, ilk təqsirkar yox, Asano barədə seppuku hökmü oxunmuşdu. Asano hökmü yerinə yetirir.
Asanonun nahaq ölümündən sonra ronin vəziyyətinə düşmüş 47 vassalı (samuray) nəyin bahasına olur-olsun, hətta hamısını ölüm cəzası gözləsə belə, onun qisasını almağa and içir.
Qisas əməliyyatının həyata keçirilməsi
47 ronin arasında ağlı və qoçaqlığı ilə seçilən Oyşi bu işə rəhbərlik edir. O, heç kimdə şübhə oyanmasın deyə, roninlərə dağılışıb, ayrı-ayrı yerlərdə fərqli həyat tərzi yaşamaq əmri verir. Onlardan bəzisi kahin, bir neçəsi tacir kimi yaşamağa başlayır. Oyşi özü isə arvadından boşanaraq, paytaxt Kiotoya köçüb, cavan bir qızla yaşayır və hər gün sərxoşluq edir.
Kira roninlərin pərakəndəliyini gördükdən sonra arxayınlaşmış və şəxsi mühafizəsini zəiflətmişdi. Lakin roninlər mütəmadi olaraq görüşür və Edo şəhərindəki etibarlı evə silah yığmaqda davam edir. İz itirmək üçün atılan addımlardan biri Asanonun keçmiş xadiməsinin məmur Kiranın iqamətgahını tikən memar ilə evlənməsi olur. Məqsəd Kiranın yaşadığı evin bütün sirlərinə bələd olmaq idi. 14 dekabr səhəri roninlər güclü baraban sədaları altında iki dəstə halında Kiranın Edodakı sarayına hücum edir. 16 mühafizəçi öldürülür, 20 nəfər yaralanır. Roninlər yataq otağınadək gəlib çıxa bilirlər. Otağın boş olduğunu görən Oyşi yatağın hələ isti olduğunu görüb, Kiranı axtarmağa davam edir. Artıq evə yaxşı bələd olan roninlər divar arxasınakı ehtiyat çıxışa gedərək, tezliklə iki mühafizəçisi tərəfindən qorunan Kiranı böyük bir dolabdan tapırlar. Oyşi Kiraya kim olduqlarını söləyir və adət-ənənəyə uyğun olaraq, harakiri etməsini əmr edir. Lakin Kira bundan imtina etdikdə Oyşi qılıncla onun başını bədənindən ayırmalı olur.
Roninlər kəsilmiş başı xoş xəbər kimi vətənləri Akoya göndərir və Senqakuci məbədindəki senyorlarının qəbri üzərində müvafiq adəti yerinə yetirirlər. Hakimiyyət də pis vəziyyətdə qalmışdı. Bir tərəfdən, roninlər yapon ənənəsinə sadiq qalıb, ağalarının qisasını almaqla busido əmrini yerinə yetirmiş, digər tərəfdən, imperator əmrinə qarşı çıxaraq, Edodakı məmurun evinə basqqın edib onu öldürmüşdülər. Lakin gözlənildiyi kimi, onlar şərəfli harakiri cəzası ilə məhkum edildi. 1703-cü ilin fevralında 46 ronin harakiri etmiş, sonra Asanonun dəfn edildiyi məbəddə basdırılmışlar. Asanoya bəraət verilir, sağ qalan bir ronin isə əfv edilərək 78 yaşınadək ömür sürür.
İrs
"Ako qisası" və ya "47 ronin" adı altında anılan bu əhvalat indi də olduqca populyardır. Hədsiz populyarlıq səbəbindən bəzi hissələri xalq ədəbiyyatının nümunələrinə qarışıb, gerçək olmayan hadisələrlə çulğaşsa da, əhvalatın bəhs olunan əsas gedişatı real olaraq, baş vermiş və yapon xalqının tarixində sadiqlik, şərəf və ləyaqət tarixçəsi kimi anılır. Hər il 14 dekabr tarixində Asano və onun qisasını almış 47 samurayın dəfn edildiyi Senqakuci məbədinə xeyli insan toplaşır və onları ehtiramla yad edir.
İstinadlar
- Успенский М.В. Самураи восточной столицы / История преданных вассалов, И. Куниёси и японская гравюра 1840-х годов. — Калининград: Янтарный сказ, 1997. — 128 с.
- СОРОК СЕМЬ РОНИНОВ // Япония от А до Я. Популярная иллюстрированная энциклопедия. (CD-ROM). — М.: Directmedia Publishing, «Япония сегодня», 2008
- http://hi-braa.spb.ru/nihhon/engraves/47samurai.php 2013-01-17 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
47 ronin ve ya Ako qisasi XVIII esrin evvellerinde Yaponiyada bas vermis tarixi hadise Ehvalatin tarixcesi 47 roninin agasini itirmis samuray oz agalarinin qisasini almasindan behs edir Asano ve 47 samurayin defn olundugu Senqakuci qebiristanligi Sebeb1701 ci ilde Yaponiyanin bolgesinde yasayan Asano adli zedegan Kira adli yuksek rutbeli memurun qebulunda olarken tehqire meruz qalmis o ise cavabinda Kiraya hucum etmisdi Dovlet memuru zedegani mehkemeye vermis lakin edalet berpa olunmadan ilk teqsirkar yox Asano barede seppuku hokmu oxunmusdu Asano hokmu yerine yetirir Asanonun nahaq olumunden sonra ronin veziyyetine dusmus 47 vassali samuray neyin bahasina olur olsun hetta hamisini olum cezasi gozlese bele onun qisasini almaga and icir Qisas emeliyyatinin heyata kecirilmesi47 ronin arasinda agli ve qocaqligi ile secilen Oysi bu ise rehberlik edir O hec kimde subhe oyanmasin deye roninlere dagilisib ayri ayri yerlerde ferqli heyat terzi yasamaq emri verir Onlardan bezisi kahin bir necesi tacir kimi yasamaga baslayir Oysi ozu ise arvadindan bosanaraq paytaxt Kiotoya kocub cavan bir qizla yasayir ve her gun serxosluq edir 47 samuray Kiranin sarayina hucum ederken qravur muellifi Kasuyka Hokusay Kira roninlerin perakendeliyini gordukden sonra arxayinlasmis ve sexsi muhafizesini zeifletmisdi Lakin roninler mutemadi olaraq gorusur ve Edo seherindeki etibarli eve silah yigmaqda davam edir Iz itirmek ucun atilan addimlardan biri Asanonun kecmis xadimesinin memur Kiranin iqametgahini tiken memar ile evlenmesi olur Meqsed Kiranin yasadigi evin butun sirlerine beled olmaq idi 14 dekabr seheri roninler guclu baraban sedalari altinda iki deste halinda Kiranin Edodaki sarayina hucum edir 16 muhafizeci oldurulur 20 nefer yaralanir Roninler yataq otaginadek gelib cixa bilirler Otagin bos oldugunu goren Oysi yatagin hele isti oldugunu gorub Kirani axtarmaga davam edir Artiq eve yaxsi beled olan roninler divar arxasinaki ehtiyat cixisa gederek tezlikle iki muhafizecisi terefinden qorunan Kirani boyuk bir dolabdan tapirlar Oysi Kiraya kim olduqlarini soleyir ve adet eneneye uygun olaraq harakiri etmesini emr edir Lakin Kira bundan imtina etdikde Oysi qilincla onun basini bedeninden ayirmali olur Roninler kesilmis basi xos xeber kimi vetenleri Akoya gonderir ve Senqakuci mebedindeki senyorlarinin qebri uzerinde muvafiq adeti yerine yetirirler Hakimiyyet de pis veziyyetde qalmisdi Bir terefden roninler yapon enenesine sadiq qalib agalarinin qisasini almaqla busido emrini yerine yetirmis diger terefden imperator emrine qarsi cixaraq Edodaki memurun evine basqqin edib onu oldurmusduler Lakin gozlenildiyi kimi onlar serefli harakiri cezasi ile mehkum edildi 1703 cu ilin fevralinda 46 ronin harakiri etmis sonra Asanonun defn edildiyi mebedde basdirilmislar Asanoya beraet verilir sag qalan bir ronin ise efv edilerek 78 yasinadek omur surur Irs Ako qisasi ve ya 47 ronin adi altinda anilan bu ehvalat indi de olduqca populyardir Hedsiz populyarliq sebebinden bezi hisseleri xalq edebiyyatinin numunelerine qarisib gercek olmayan hadiselerle culgassa da ehvalatin behs olunan esas gedisati real olaraq bas vermis ve yapon xalqinin tarixinde sadiqlik seref ve leyaqet tarixcesi kimi anilir Her il 14 dekabr tarixinde Asano ve onun qisasini almis 47 samurayin defn edildiyi Senqakuci mebedine xeyli insan toplasir ve onlari ehtiramla yad edir IstinadlarUspenskij M V Samurai vostochnoj stolicy Istoriya predannyh vassalov I Kuniyosi i yaponskaya gravyura 1840 h godov Kaliningrad Yantarnyj skaz 1997 128 s SOROK SEM RONINOV Yaponiya ot A do Ya Populyarnaya illyustrirovannaya enciklopediya CD ROM M Directmedia Publishing Yaponiya segodnya 2008 http hi braa spb ru nihhon engraves 47samurai php 2013 01 17 at the Wayback Machine