Əhməd Sami Elaydi (1979, Qahirə) (Ərəbcə: أحمد سامي العايدي) — Misir türkoloqu, ədəbiyyatşünas və tərcüməçi, Azərbaycanşünas alim, diplomat, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, filologiya üzrə elmlər doktoru, professor
Əhməd Sami Elaydi | |
---|---|
Doğum tarixi | 1979 |
Doğum yeri |
Həyatı
Əhməd Sami Elaydi 6 aprel 1979-cu ildə Misir Ərəb Respublikasının Qahirə şəhərində anadan olmuşdur. 2006-cı ildə Qahirədəki Eyn əş Şəms Universitetinin Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölümünü bitirmişdir. Görkəmli Misir türkoloqu professor Safsafi Əhməd Qaturinin rəhbərliyi altında "Qaçaq Nəbi" dastanı və XIX əsrin ikinci yarısında Rusiya-Azərbaycan çəkişməsi" mövzusunda magistr dissertasiyası müdafiə etmişdir. Bir müddət təhsil aldığı universitetdə müəllim işləmişdir. Daha sonra Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının doktoranturasını bitirmişdir.
2010-cu ildə Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasında professor Vaqif Sultanlının elmi rəhbərliyi ilə "Müstəqillik dövrü Azərbaycan romanı: mövzu, problematika və sənətkarlıq məsələləri (1991–2005)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət attaşesi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəsiznin direktoru vəzifəsində çalışmışdır.
Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür.
Qahirədəki Eyn əş Şəms Universitetinin Türk dili və ədəbiyyatı bölümündə Azərbaycan dilinin tədrisi Əhməd Sami Elaydinin adı ilə bağlıdır. 2021-ci ildən həmin universitetdə professor vəzifəsində çalışır. Onun rəhbərliyi altında Misirdə Azərbaycan ədəbiyyatı və mədəniyyati ilə bağlı bir sıra elmi araşdırmalar aparılmışdır.
Ərəb dili ilə yanaşı, türk, Azərbaycan və ingilis dillərini bilir.
Əhməd Sami Elaydi Türkiyə, Azərbaycan, Türkmənistan, Qətər, Çibuti və başqa ölkələrdə keçirilən bir sıra beynəlxalq konfranslarda iştirak etmişdir.
Elmi yaradıcılığı
Əhməd Sami Elaydi elmi yaradıcılığa universitetdə təhsil aldığı illərdə başlayıb. Onun ilk tədqiqiatı Azərbaycan folklorunun dəyərli abidəsi olan "Qaçaq Nəbi" dastanı ilə bağlıdır. Müəllifin araşdırmalarında klassik və müasir Azərbaycan ədəbiyyatı ilə bağlı məqalələr xüsusi yer tutur. Tədqiqatçının Hüseyn Cavid, Məhəmmədhüseyn Şəhriyar, Ənvər Məmmədxanlı, Əzizə Cəfərzadə, Bəxtiyar Vahabzadə, Elçin, Kamal Abdulla, Vaqif Sultanlı və başqa yazıçı və şairlər haqqında məqalələri orijinal, bənzərsiz təhlil üsulu ilə diqqəti çəkir. O, həmçinin Türk dünyası ədəbiyyatı, Azərbaycan-ərəb ədəbi əlaqələri mövzusunda bir çox tədqiqatların müəllifidir.
"METAFİZİKA" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 5-ci sayından jurnalın "Filologiya və Pedaqogika elmləri" üzrə redaksiya heyətinin üzvüdür.
Tərcümə fəaliyyəti
Əhməd Sami Elaydi "Qaçaq Nəbi" dastanını (2006), "Xocalı: XX əsrin soyqırımı" (2012) monoqrafiyasını, Kamal Abdullanın "Yarımçıq əlyazma" (2013), Vaqif Sultanlının "İnsan dənizi" (2014) romanlarını, "Müasir Azərbaycan hekayələri" (2016) antologiyasını, Nizami Cəfərovun "Azərbaycan xalqının tarixi və ya tərcüməyi halı" kitabını, Afaq Məsudun "Seçilmiş əsərləri"ni (2018) ərəb dilinə çevirərək Qahirədə nəşr etdirmişdir. O, Nobel mükafatı laureatı Nəcib Məhfuzun "Liderin qətl günü" (2014) romanını Azərbaycan dilinə çevirmişdir.
Azərbaycanda yayınlanan kitabları
Müstəqillik dövrü Azərbaycan romanı. Bakı: Nurlar, 2017, 191 s.
İstinadlar
- . 2022-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-01.
Əhməd Sami Elaydinin rakursunda Azərbaycan ədəbiyyatı
Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri doktor Əhməd Sami Elaydi 2018-03-28 at the Wayback Machine
Əhməd Sami Elaydi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ehmed Sami Elaydi 1979 Qahire Erebce أحمد سامي العايدي Misir turkoloqu edebiyyatsunas ve tercumeci Azerbaycansunas alim diplomat Azerbaycan Yazicilar Birliyinin fexri uzvu filologiya uzre elmler doktoru professorEhmed Sami ElaydiDogum tarixi 1979Dogum yeri Qahire MisirHeyatiEhmed Sami Elaydi 6 aprel 1979 cu ilde Misir Ereb Respublikasinin Qahire seherinde anadan olmusdur 2006 ci ilde Qahiredeki Eyn es Sems Universitetinin Edebiyyat fakultesinin Turk dili ve edebiyyati bolumunu bitirmisdir Gorkemli Misir turkoloqu professor Safsafi Ehmed Qaturinin rehberliyi altinda Qacaq Nebi dastani ve XIX esrin ikinci yarisinda Rusiya Azerbaycan cekismesi movzusunda magistr dissertasiyasi mudafie etmisdir Bir muddet tehsil aldigi universitetde muellim islemisdir Daha sonra Baki Dovlet Universitetinin Muasir Azerbaycan edebiyyati kafedrasinin doktoranturasini bitirmisdir 2010 cu ilde Baki Dovlet Universitetinin Muasir Azerbaycan edebiyyati kafedrasinda professor Vaqif Sultanlinin elmi rehberliyi ile Musteqillik dovru Azerbaycan romani movzu problematika ve senetkarliq meseleleri 1991 2005 movzusunda doktorluq dissertasiyasi mudafie etmisdir Misir Ereb Respublikasinin Azerbaycandaki sefirliyinin Medeniyyet attasesi Misir Medeniyyet ve Tehsil Elaqeleri Merkesiznin direktoru vezifesinde calismisdir Azerbaycan Yazicilar Birliyinin fexri uzvudur Qahiredeki Eyn es Sems Universitetinin Turk dili ve edebiyyati bolumunde Azerbaycan dilinin tedrisi Ehmed Sami Elaydinin adi ile baglidir 2021 ci ilden hemin universitetde professor vezifesinde calisir Onun rehberliyi altinda Misirde Azerbaycan edebiyyati ve medeniyyati ile bagli bir sira elmi arasdirmalar aparilmisdir Ereb dili ile yanasi turk Azerbaycan ve ingilis dillerini bilir Ehmed Sami Elaydi Turkiye Azerbaycan Turkmenistan Qeter Cibuti ve basqa olkelerde kecirilen bir sira beynelxalq konfranslarda istirak etmisdir Elmi yaradiciligiEhmed Sami Elaydi elmi yaradiciliga universitetde tehsil aldigi illerde baslayib Onun ilk tedqiqiati Azerbaycan folklorunun deyerli abidesi olan Qacaq Nebi dastani ile baglidir Muellifin arasdirmalarinda klassik ve muasir Azerbaycan edebiyyati ile bagli meqaleler xususi yer tutur Tedqiqatcinin Huseyn Cavid Mehemmedhuseyn Sehriyar Enver Memmedxanli Ezize Ceferzade Bextiyar Vahabzade Elcin Kamal Abdulla Vaqif Sultanli ve basqa yazici ve sairler haqqinda meqaleleri orijinal benzersiz tehlil usulu ile diqqeti cekir O hemcinin Turk dunyasi edebiyyati Azerbaycan ereb edebi elaqeleri movzusunda bir cox tedqiqatlarin muellifidir METAFIZIKA beynelxalq felsefi ve fenlerarasi arasdirmalar jurnalinin 5 ci sayindan jurnalin Filologiya ve Pedaqogika elmleri uzre redaksiya heyetinin uzvudur Tercume fealiyyetiEhmed Sami Elaydi Qacaq Nebi dastanini 2006 Xocali XX esrin soyqirimi 2012 monoqrafiyasini Kamal Abdullanin Yarimciq elyazma 2013 Vaqif Sultanlinin Insan denizi 2014 romanlarini Muasir Azerbaycan hekayeleri 2016 antologiyasini Nizami Ceferovun Azerbaycan xalqinin tarixi ve ya tercumeyi hali kitabini Afaq Mesudun Secilmis eserleri ni 2018 ereb diline cevirerek Qahirede nesr etdirmisdir O Nobel mukafati laureati Necib Mehfuzun Liderin qetl gunu 2014 romanini Azerbaycan diline cevirmisdir Azerbaycanda yayinlanan kitablariMusteqillik dovru Azerbaycan romani Baki Nurlar 2017 191 s Istinadlar 2022 03 12 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2022 01 01 Ehmed Sami Elaydinin rakursunda Azerbaycan edebiyyati Misir Medeniyyet ve Tehsil Elaqeleri Merkezinin rehberi doktor Ehmed Sami Elaydi 2018 03 28 at the Wayback Machine Ehmed Sami Elaydi Beynelxalq Turk Medeniyyeti ve Irsi Fondunda