Bu məqalədəki məlumatların olması üçün əlavə mənbələrə ehtiyac var. |
İbrahim Safi (əsl adı: İbrahim Qafar oğlu Səfiyev; 1898, Şərur, Şərur-Dərələyəz qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 4 yanvar 1983, İstanbul, Türkiyə) — Azərbaycan əsilli Türkiyə rəssamı, Atatürkün portretini çəkən ilk rəssamlardan biri.
İbrahim Safi | |
---|---|
İbrahim Qafar oğlu Səfiyev | |
Doğum tarixi | |
Doğum yeri | Şərur, Şərur-Dərələyəz qəzası, İrəvan quberniyası, Qafqaz canişinliyi Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul, Türkiyə |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | rəssam |
Təhsili | |
Janr | Rəssamlıq |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İbrahim Səfiyev 1898-ci ildə Naxçıvanın Şərur qəsəbəsində doğulmuşdur. Aşıq olan atasını üç yaşında ikən itirmişdir. Uşaqlıq illəri çətinliklər içində keçən İbrahim, kiçik yaşlarından rəsmə həvəs göstərmişdir, 12 yaşında ikən "Araz balıqçıları" adlı ilk rəsmini çəkmişdir.
İlk təhsilini Baş Noraşen (indiki Cəlilkənd) kənd məktəbində almış İbrahim, sonralar İrəvan Müəllimlər Seminariyasında oxumuşdur.
1920-ci ildə Türkiyədə keçirilən Avropa rəssamları müsabiqəsinin mükafatını almışdır. Bu həvəs onu Moskvadakı Rəssamlıq Universitetinə gətirdi. İmtahanları uğurla verib, tələbə adını alan İbrahim, iki il burada oxuduqdan sonra Rusiyadakı 1917-ci il inqilabi və s. hadisələrdən təsirlənərək təhsilini yarımçıq buraxıb Naxçıvana geri qayıdır. Şərurda rəsm çəkərək çörək pulu qazanan İbrahim Səfiyev, I Dünya müharibəsi illərində Zaqafqaziyadakı ordunun tərkibində Türkiyəyə gəlir və həyatının sonuna qədər burada yaşayır.
İstanbulda Sanayi Nefise Mektəbinə (Gözəl Sənətlər Akademiyası) daxil olan İbrahim Səfiyev, 1923-cü ildə buradan məzun olur və Türkiyənin məşhur rəssamı Namiq İsmayılın emalatxanasında "misafir tələbə" olaraq çalışır.
1924-cü ildən etibarən sərgilərdə iştirak etməyə başlayır. II dünya savaşının başlanması ilə əsgərliyə çağrılan İbrahim, orduda qulluğunu tamamladıqdan sonra həmişəlik İstanbulda məskunlaşaraq həyatını sənətə bağlayır.
4 yanvar 1983-cü ildə Oda Kule iş Mərkəzinin art salonunda açılan yüzüncü fərdi sərgisinin açılış axşamı böyük usta həyata vida etmişdir.
Yaradıcılığı
Türk rəsm sənəti tarixində özünəməxsus tərzi ilə yer eləmiş rəssam, iki il Münhendə olmaqla bərabər, 11 il Avropa ölkələrində yaşadı. Dövlət tərəfindən Roma və Vyanaya göndərilən rəssam, bu ölkələrdə fərdi və qarışıq sərgilərdə iştirak edir. 1967-ci ilə qədər sadəcə Marsiliyada səkkiz fərdi sərgi açmışdır.
Klassik rəsm üslub düşüncəsini dəyişdirərək Türk rəsminə yeni bir meyl gətirmiş İbrahim Çallı, Nazmi Ziya, Namik İsmayıl, Feyhaman Duran və Hikmət Onat kimi impressionist türk rəssamlarından ilham alaraq öz dəst-xəttini yaratmışdır.
İlk rəsm təhsilini Rusiyada alan rəssam, güclü rəsmilə impressionizmin gətirdiyi boya incəliyini qaynaşdırmışdır. Son dərəcə sağlam, həssas və lirik bir incəliyə sahib çalışmalarında təbiəti müxtəlif cəhətləriylə təsvir edir və hər an dəyişən işığa və onun əsasında günəşə könül vermişdir.
Rusiya Rəsm Akademiyasındakı ilk təhsil pilləsindən sonra Avropa və Türk rəsminin təsiri altında qalan rəssamın yaradıcılığında rus impressionizminə verilən önəm hiss olunur. Bu onun 1950-ci illərdən bu yana çox sayda açdığı sərgilərdə nümayiş olunan əsərlərindəki seçdiyi üslubda, xüsusilə qalın rənglərə olan güclü meylində aşkar olunur.
Rəssamın qalın rəng mozaikasından yoğrulmuş portretlərdə psixoloji məqamlar çox güclüdür. Hiss və duyğuların çox güclü olduğu əsərlərdə biçim və rənglərdəki lirika böyük ustalıqla vurğulanır. Əsərlərdəki təkrarsız kompozisiya biçimləri rəng həlli və bədii şəhri də müxtəlif məziyyətləri aşkarlamağa xidmət edir.
Tabloların rəng həlli rəssamın keçirdiyi hiss duyğularının ünvanını dəqiq şərtləndirir.
"Ən yaxşı müəllim təbiətdir, rəssamın müəllimi təbiətin içində var" — deyən rəssamın əsərlərinin böyük bir hissəsinin mövzusunun təbiətdən alınması bir təsadüf deyildir. Təbiətdə dəyişməyən və hər zaman insanın qəlbini xoş arzularla dolduran bir şey varsa, o da ağaclardı, güllərdi və dağlardı. Bəlkə elə ona görə də İbrahim Səfiyev natürmortlarında saysız gül, çiçək çəkmiş. Bu çiçəklərin rəngarəngliyi, parlaq boyaları insanda ilıq, həzin xoş hisslər oyadır.
Bir çox rəngkarlıq lövhələrində rəngli cizgilərin qəribə ritmindən ortaya çıxan romantik ovqat seyirçini ilk baxışdan özünə cəlb edir.
İbrahim Səfiyevi Türk təsviri sənətinin postimpresyonist janrına ən layiqli töhfə verən sənətkarlardan hesab etmək olar. Yaradıcılığının ilk illərində Türk tarixinin şanlı səhifələrinə müraciət edərək ulu öndər Mustafa Kamal Atatürkün portretini yaratmaqla Türk tarixinin dolğun həyat və qəhrəmanları ilə yaşadan rəssam, Türk Dünyasının atası Atatürkün rənglərdən "boylanan" obrazını yaratmağa nail olmuşdur. Bu portretdə bizə özündə türk xalqının qəhrəmanlığını, şücaətini hifz edən şəxsiyyətin baxışları yönəlməkdədir. Bu portretdə obrazın bədii kamilliyi ilə yanaşı, tarixi durumun inandırıcı ifadəsi də diqqəti çəkir. Bir-birini təkrarlamayan saysız əsərlərində, həyatdan aldığı ağır zərbələrlə əlaqəli əsərlərindəki rəng həlli sənətkarın keçirdiyi hiss duyğuların ünvanını dəqiq şərtləndirir.
İbrahim Səfiyevin əsərlərinin xronologiyası onun keçdiyi yoldur. Rəssamın sənətdəki inkişafını, onun rəngkarlıq manerasını formalaşdıran mərhələləri ardıcıl izlədiyimiz zaman görə bilərik. O, işığın yardımı ilə obrazlarının simasında əsas olanı vurğulamağa çalışmışdır.
Rəssam İbrahim Səfiyev sənətlə dolu ömrünü saysız hesabsız qiymətli əsərləri ilə zənginləşdirmişdir. Bir sənətçi olaraq, məlum səbəblərdən çəkdiyi sıxıntılara baxmayaraq, həyatını tamamən sənətə həsr etmiş, ara vermədən Türkiyədə müxtəlif fərdi sərgilər açmışdır. İstər ifadədə, istərsə də biçimlərdə olsun Səfiyev, rəssamlığın əsas qanunları içində güclü və mənimsənmiş bir realizmə hakimdir. Əsərlərini bir-bir gözdən keçirdikdə, çalışma əsnasında meydana gələn davamlı şəkildə yeni düşüncələr və görüntülər arasındakı bağlantı hiss olunmaqdadır. Yaşadıqlarının sonunda ortaya çıxmış duyğusal biçimlər və ifadələr realist bir tərzdə anladılan "İnsan" çox saylı əsərlərinin əsas mövzusudur.
Sənətçinin rəng koloriti əsasən canlı və parlaqdır. Xüsusilə 1960–70-ci illərdən sonra işlənmiş rəsmlərində daha canlı və parlaq rəngə üstünlük verilmişdir. Canlı və soyuq rənglərin əks etdirdiyi hərarət və işıq, bu rənglərə ağırlıq verən məna təzadı insanı öz təsiri altına alır.
Sənətdə öz prinsipləri, mükəmməl biçimi olan sənətçinin son illərdəki əsərlərində olan yeni xüsusiyyətlər çeşidli mövzularda meydana çıxır. 1975 – 80-ci illərdə İbrahim Səfiyev görmə qabiliyyətini get-gedə itirir.
Müxtlif sənət cərəyanlarına, təzadlı rəssamlıq üslublarına yaxından bələd olan İbrahim Şəfı yaradıcılığında realizmə üstünlük vermiş, dünya incəsənətinin mütərəqqi ənənələrini davam etdirmişdir. Boyakarlığın müxtəlif janrlarında çoxlu tablo, o cümlədən mənzərələr ("Otel" parkı tərəfdən Bursa görünüşü", "Anadolu sahilinin görünüşü", "Qarxana rayonu", "Sultaniyyə məsçidindən bir görünüş", "Mənzərə" və s.), natürmortlar ("Gül vazası", "Natürmort" və s.), portretlər ("Qadın portreti", "Portret", "Qərəzli musiqiçi Hafızin portreti", "Zərrux xanımın portreti" və s.) yaratmışdır. Bəzi mənzərə və natürmortların şux, şəffaf kaloriti, rənglərin oynaqlığı onu fransız impressionistlərinə yaxınlaşdırır, impressionizmin naturaya gətirdiyi işığa, parlaqlığa, kolorit gözəlliyinə aludəçiliyi göstərir ("Burqaz adası tərəfdən Anadolu sahillərinin görünüşü", "Bursa dağında düzənlik", "Bosfordan bir mənzərə", "Qış mənzərəsi", "Anadolunun görünüşü" və s.) əsərlərində bir çox ölkələrə səfər təəssüratları əksini tapmışdır. Türkiyədə, həmçinin Fransa, Avstriya, ABŞ, İsveçrə və s. ölkələrdə fərdi sərgiləri nümayiş etdirilmişdir. Mənzərə, portret və natürmortlarından ibarət bəzi əsərlərini Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyinə bağışlamış, bir neçə əsəri 1989 ildə Bakıda keçirilən "Əzizim vətən yaxşı…" sərgisinin ekspozisiyasına daxil edilmişdir. Əsərləri Türkiyədə və dünya muzeylərində, o cümlədən şəxsi kolleksiyalarda, R. Mustafayev adına Azərbaycan İncəsənət Muzeyində saxlanılır.
Ədəbiyyat
- Ressam İbrahim Safi (1898–1983). İstanbul: Sanat Çevresi, 1990;
- İbrahim Safi. Sergi kataloğu. 1–20 Şubat 1999, Tünel Sanat Galerisi. Katalog Kitap. İstanbul: TC Ziraat Bankası, 1999;
- İbrahim Safi. Resimler, Mektuplar, Belgeler. İstanbul: Kırmızı Kedi, 2019;
- Jalə Cəfərova. Rəngləri danışdıran adam. Bakı: Təhsil, 2021;
- Fizzə Quliyeva. İbrahim Səfinin həyatı və yaradıcılığı. Naxçıvan: Əcəmi, 2021.
İstinadlar
- Ibrahim Safi // Artnet. 1998.
- Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. səh. 152. ISBN .
- "İbrahim SAFİ - Artist Detail - Turkish Paintings". www.turkishpaintings.com. İstifadə tarixi: 4 yanvar 2017.
- Terlan Mehdiyeva. "Türkiye'de çalışan Azerbaycanlı ressamların yaratıcılığı" (PDF). 38. ICANAS (Uluslararası Asya ve Kuzey Afrika Çalışmaları Kongresi). Bildiriler. Tarih ve Medeniyetler Tarihi. IV. Cilt. 2007: 2065–2084. 2024-01-25 tarixində (PDF). İstifadə tarixi: 2024-05-11.
Xarici keçidlər
- archive.is İbrahim Safi ve Eserleri
- Turkishpaintings.com İbrahim Safi
- Biyografi.net
- artnet.com
- Youtube İbrahim Safi
- invaluable.com
- blouinartinfo.com [ölü keçid]
- artamonline.com [ölü keçid]
- İBRAHİM SAFİ / 1898 Nahçıvan — 1983 İstanbul 2016-04-01 at the Wayback Machine
- Görkəmli azərbaycanlı rəssam İbrahim Səfinin natürmortları 2017-01-14 at the Wayback Machine
- İbrahim Səfinin yaradıcılığı haqqında bəzi məqamlar
- Fəxrimiz görkəmli rəssam İbrahim Səfinin anım günü 2019-01-09 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaledeki melumatlarin yoxlanilabiler olmasi ucun elave menbelere ehtiyac var Daha etrafli melumat ve ya meqaledeki problemlerle bagli muzakire aparmaq ucun diqqet yetire bilersiniz Lutfen meqaleye etibarli menbeler elave ederek bu meqaleni tekmillesdirmeye komek edin Menbesiz mezmun problemler yarada ve siline biler Problemler hell edilmemis sablonu meqaleden cixarmayin Ibrahim Safi esl adi Ibrahim Qafar oglu Sefiyev 1898 Serur Serur Dereleyez qezasi Irevan quberniyasi Rusiya imperiyasi 4 yanvar 1983 Istanbul Turkiye Azerbaycan esilli Turkiye ressami Ataturkun portretini ceken ilk ressamlardan biri Ibrahim SafiIbrahim Qafar oglu SefiyevDogum tarixi 1898Dogum yeri Serur Serur Dereleyez qezasi Irevan quberniyasi Qafqaz canisinliyi Rusiya imperiyasiVefat tarixi 4 yanvar 1983Vefat yeri Istanbul TurkiyeMilliyyeti azerbaycanliFealiyyeti ressamTehsili Irevan Muellimler SeminariyasiJanr Ressamliq Vikianbarda elaqeli mediafayllarHeyatiIbrahim Sefiyev 1898 ci ilde Naxcivanin Serur qesebesinde dogulmusdur Asiq olan atasini uc yasinda iken itirmisdir Usaqliq illeri cetinlikler icinde kecen Ibrahim kicik yaslarindan resme heves gostermisdir 12 yasinda iken Araz baliqcilari adli ilk resmini cekmisdir Ilk tehsilini Bas Norasen indiki Celilkend kend mektebinde almis Ibrahim sonralar Irevan Muellimler Seminariyasinda oxumusdur 1920 ci ilde Turkiyede kecirilen Avropa ressamlari musabiqesinin mukafatini almisdir Bu heves onu Moskvadaki Ressamliq Universitetine getirdi Imtahanlari ugurla verib telebe adini alan Ibrahim iki il burada oxuduqdan sonra Rusiyadaki 1917 ci il inqilabi ve s hadiselerden tesirlenerek tehsilini yarimciq buraxib Naxcivana geri qayidir Serurda resm cekerek corek pulu qazanan Ibrahim Sefiyev I Dunya muharibesi illerinde Zaqafqaziyadaki ordunun terkibinde Turkiyeye gelir ve heyatinin sonuna qeder burada yasayir Istanbulda Sanayi Nefise Mektebine Gozel Senetler Akademiyasi daxil olan Ibrahim Sefiyev 1923 cu ilde buradan mezun olur ve Turkiyenin meshur ressami Namiq Ismayilin emalatxanasinda misafir telebe olaraq calisir 1924 cu ilden etibaren sergilerde istirak etmeye baslayir II dunya savasinin baslanmasi ile esgerliye cagrilan Ibrahim orduda qullugunu tamamladiqdan sonra hemiselik Istanbulda meskunlasaraq heyatini senete baglayir 4 yanvar 1983 cu ilde Oda Kule is Merkezinin art salonunda acilan yuzuncu ferdi sergisinin acilis axsami boyuk usta heyata vida etmisdir YaradiciligiNaci Kalmukoglu ile Ibrahim Safi sapkali olan Turk resm seneti tarixinde ozunemexsus terzi ile yer elemis ressam iki il Munhende olmaqla beraber 11 il Avropa olkelerinde yasadi Dovlet terefinden Roma ve Vyanaya gonderilen ressam bu olkelerde ferdi ve qarisiq sergilerde istirak edir 1967 ci ile qeder sadece Marsiliyada sekkiz ferdi sergi acmisdir Klassik resm uslub dusuncesini deyisdirerek Turk resmine yeni bir meyl getirmis Ibrahim Calli Nazmi Ziya Namik Ismayil Feyhaman Duran ve Hikmet Onat kimi impressionist turk ressamlarindan ilham alaraq oz dest xettini yaratmisdir Ilk resm tehsilini Rusiyada alan ressam guclu resmile impressionizmin getirdiyi boya inceliyini qaynasdirmisdir Son derece saglam hessas ve lirik bir inceliye sahib calismalarinda tebieti muxtelif cehetleriyle tesvir edir ve her an deyisen isiga ve onun esasinda gunese konul vermisdir Rusiya Resm Akademiyasindaki ilk tehsil pillesinden sonra Avropa ve Turk resminin tesiri altinda qalan ressamin yaradiciliginda rus impressionizmine verilen onem hiss olunur Bu onun 1950 ci illerden bu yana cox sayda acdigi sergilerde numayis olunan eserlerindeki secdiyi uslubda xususile qalin renglere olan guclu meylinde askar olunur Ressamin qalin reng mozaikasindan yogrulmus portretlerde psixoloji meqamlar cox gucludur Hiss ve duygularin cox guclu oldugu eserlerde bicim ve renglerdeki lirika boyuk ustaliqla vurgulanir Eserlerdeki tekrarsiz kompozisiya bicimleri reng helli ve bedii sehri de muxtelif meziyyetleri askarlamaga xidmet edir Tablolarin reng helli ressamin kecirdiyi hiss duygularinin unvanini deqiq sertlendirir En yaxsi muellim tebietdir ressamin muellimi tebietin icinde var deyen ressamin eserlerinin boyuk bir hissesinin movzusunun tebietden alinmasi bir tesaduf deyildir Tebietde deyismeyen ve her zaman insanin qelbini xos arzularla dolduran bir sey varsa o da agaclardi gullerdi ve daglardi Belke ele ona gore de Ibrahim Sefiyev naturmortlarinda saysiz gul cicek cekmis Bu ciceklerin rengarengliyi parlaq boyalari insanda iliq hezin xos hissler oyadir Bir cox rengkarliq lovhelerinde rengli cizgilerin qeribe ritminden ortaya cixan romantik ovqat seyircini ilk baxisdan ozune celb edir Ibrahim Sefiyevi Turk tesviri senetinin postimpresyonist janrina en layiqli tohfe veren senetkarlardan hesab etmek olar Yaradiciliginin ilk illerinde Turk tarixinin sanli sehifelerine muraciet ederek ulu onder Mustafa Kamal Ataturkun portretini yaratmaqla Turk tarixinin dolgun heyat ve qehremanlari ile yasadan ressam Turk Dunyasinin atasi Ataturkun renglerden boylanan obrazini yaratmaga nail olmusdur Bu portretde bize ozunde turk xalqinin qehremanligini sucaetini hifz eden sexsiyyetin baxislari yonelmekdedir Bu portretde obrazin bedii kamilliyi ile yanasi tarixi durumun inandirici ifadesi de diqqeti cekir Bir birini tekrarlamayan saysiz eserlerinde heyatdan aldigi agir zerbelerle elaqeli eserlerindeki reng helli senetkarin kecirdiyi hiss duygularin unvanini deqiq sertlendirir Ibrahim Sefiyevin eserlerinin xronologiyasi onun kecdiyi yoldur Ressamin senetdeki inkisafini onun rengkarliq manerasini formalasdiran merheleleri ardicil izlediyimiz zaman gore bilerik O isigin yardimi ile obrazlarinin simasinda esas olani vurgulamaga calismisdir Ressam Ibrahim Sefiyev senetle dolu omrunu saysiz hesabsiz qiymetli eserleri ile zenginlesdirmisdir Bir senetci olaraq melum sebeblerden cekdiyi sixintilara baxmayaraq heyatini tamamen senete hesr etmis ara vermeden Turkiyede muxtelif ferdi sergiler acmisdir Ister ifadede isterse de bicimlerde olsun Sefiyev ressamligin esas qanunlari icinde guclu ve menimsenmis bir realizme hakimdir Eserlerini bir bir gozden kecirdikde calisma esnasinda meydana gelen davamli sekilde yeni dusunceler ve goruntuler arasindaki baglanti hiss olunmaqdadir Yasadiqlarinin sonunda ortaya cixmis duygusal bicimler ve ifadeler realist bir terzde anladilan Insan cox sayli eserlerinin esas movzusudur Senetcinin reng koloriti esasen canli ve parlaqdir Xususile 1960 70 ci illerden sonra islenmis resmlerinde daha canli ve parlaq renge ustunluk verilmisdir Canli ve soyuq renglerin eks etdirdiyi heraret ve isiq bu renglere agirliq veren mena tezadi insani oz tesiri altina alir Senetde oz prinsipleri mukemmel bicimi olan senetcinin son illerdeki eserlerinde olan yeni xususiyyetler cesidli movzularda meydana cixir 1975 80 ci illerde Ibrahim Sefiyev gorme qabiliyyetini get gede itirir Muxtlif senet cereyanlarina tezadli ressamliq uslublarina yaxindan beled olan Ibrahim Sefi yaradiciliginda realizme ustunluk vermis dunya incesenetinin mutereqqi enenelerini davam etdirmisdir Boyakarligin muxtelif janrlarinda coxlu tablo o cumleden menzereler Otel parki terefden Bursa gorunusu Anadolu sahilinin gorunusu Qarxana rayonu Sultaniyye mescidinden bir gorunus Menzere ve s naturmortlar Gul vazasi Naturmort ve s portretler Qadin portreti Portret Qerezli musiqici Hafizin portreti Zerrux xanimin portreti ve s yaratmisdir Bezi menzere ve naturmortlarin sux seffaf kaloriti renglerin oynaqligi onu fransiz impressionistlerine yaxinlasdirir impressionizmin naturaya getirdiyi isiga parlaqliga kolorit gozelliyine aludeciliyi gosterir Burqaz adasi terefden Anadolu sahillerinin gorunusu Bursa daginda duzenlik Bosfordan bir menzere Qis menzeresi Anadolunun gorunusu ve s eserlerinde bir cox olkelere sefer teessuratlari eksini tapmisdir Turkiyede hemcinin Fransa Avstriya ABS Isvecre ve s olkelerde ferdi sergileri numayis etdirilmisdir Menzere portret ve naturmortlarindan ibaret bezi eserlerini Nizami adina Azerbaycan Edebiyyati muzeyine bagislamis bir nece eseri 1989 ilde Bakida kecirilen Ezizim veten yaxsi sergisinin ekspozisiyasina daxil edilmisdir Eserleri Turkiyede ve dunya muzeylerinde o cumleden sexsi kolleksiyalarda R Mustafayev adina Azerbaycan Incesenet Muzeyinde saxlanilir EdebiyyatRessam Ibrahim Safi 1898 1983 Istanbul Sanat Cevresi 1990 Ibrahim Safi Sergi katalogu 1 20 Subat 1999 Tunel Sanat Galerisi Katalog Kitap Istanbul TC Ziraat Bankasi 1999 Ibrahim Safi Resimler Mektuplar Belgeler Istanbul Kirmizi Kedi 2019 Jale Ceferova Rengleri danisdiran adam Baki Tehsil 2021 Fizze Quliyeva Ibrahim Sefinin heyati ve yaradiciligi Naxcivan Ecemi 2021 IstinadlarIbrahim Safi Artnet 1998 Ferrux Rustemov Irevan Muellimler Seminariyasi ve onun mezunlari PDF Baki Elm ve tehsil 2022 seh 152 ISBN 978 9952 5455 010 Ibrahim SAFI Artist Detail Turkish Paintings www turkishpaintings com Istifade tarixi 4 yanvar 2017 Terlan Mehdiyeva Turkiye de calisan Azerbaycanli ressamlarin yaraticiligi PDF 38 ICANAS Uluslararasi Asya ve Kuzey Afrika Calismalari Kongresi Bildiriler Tarih ve Medeniyetler Tarihi IV Cilt 2007 2065 2084 2024 01 25 tarixinde PDF Istifade tarixi 2024 05 11 Xarici kecidlerarchive is Ibrahim Safi ve Eserleri Turkishpaintings com Ibrahim Safi Biyografi net artnet com Youtube Ibrahim Safi invaluable com blouinartinfo com olu kecid artamonline com olu kecid IBRAHIM SAFI 1898 Nahcivan 1983 Istanbul 2016 04 01 at the Wayback Machine Gorkemli azerbaycanli ressam Ibrahim Sefinin naturmortlari 2017 01 14 at the Wayback Machine Ibrahim Sefinin yaradiciligi haqqinda bezi meqamlar Fexrimiz gorkemli ressam Ibrahim Sefinin anim gunu 2019 01 09 at the Wayback Machine