Çingiz Əliş oğlu Fərəcov (21 sentyabr 1942, Xələfşə, Qaryagin rayonu – 15 dekabr 2016, Bakı) — Azərbaycan Kommunist Partiyası Xaçmaz Rayon, Dəvəçi Rayon və Astara Rayon partiya komitələrinin birinci katibi.
Çingiz Fərəcov | |
---|---|
1988 – 1989 | |
Əvvəlki | Rəfayel Məcidov |
Sonrakı | Aslan Süleymanov |
1987 – 1988 | |
Sonrakı | Arif Allahverdiyev |
1980 – 1987 | |
Əvvəlki | |
Sonrakı | Sultan Məmmədov |
1980 – 1985 | |
Seçki dairəsi | 193 nömrəli Ərçivan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 sentyabr 1942 |
Doğum yeri | |
Vəfat tarixi | 15 dekabr 2016 (74 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, jurnalist |
| |
Təltifləri | |
Həyatı
Çingiz Fərəcov 1942-ci ildə Füzuli rayonunun Xələfşə kəndində anadan olmuşdur. O, Şuşa şəhərindəki 5 nömrəli uşaq evində təhsil almışdır. Çingiz Fərəcov burada 1955-ci ildən pioner təşkilatında ictimai işlərə başlayır. Əvvəl manqa başçısı, sonralar isə dəstə rəhbəri və drujina sovetinin sədri seçilir.
1956-cı ildə uşaq evində ikən 7-ci sinfi bitirən Çingiz Fərəcov Şuşa Kənd Təsərrüfatı Texnikumunun baytarlıq fakültəsinə daxil olur.
Uşaq evində və Şuşa rayon mədəniyyət şöbəsinin bədii özfəaliyyət kollektivlərinin fəal üzvü olan Çingiz Fərəcov Bakıda respublika olimpiadasında, 1959-cu ildə isə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti dekadasında iştirak edir.
1960-cı ildə Şuşa Kənd Təsərrüfatı Texnikumunu fərqlənmə (qırmızı) diplomu ilə bitirib, Sumqayıt şəhərinin Altıağac kəndindəki heyvandarlıq sovxozunun 9 nömrəli qoyunçuluq briqadasında əvvəl baş çoban, sonra isə təsərrüfatda baytar texniki təyin olunur.
O, 1962-ci ilin avqust ayında Daşkənd şəhərində keçirilən Sov. İKP Mərkəzi Komitənin birinci katibi N. S.Хruşşovun iştirak etdiyi, Orta Asiya və Azərbaycan respublikaları kənd təsərrüfatı qabaqcıllarının müşavirəsində iştirak edir.
1967-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Institutunun zootexnik fakültəsini (qiyabi) əla qiymətlərlə və Sov. IKP yanında Ali Partiya məktəbini fərqlənmə (qırmızı) diplomla bitirib.
Ailəlidir, üç qızı və altı nəvəsi var.
Çingiz Fərəcov 15 dekabr 2016-cı ildə qəflətən iş yerində vəfat etmişdir.
Siyasi fəaliyyəti
Komsomolda
Komsomol sıralarına 14 yaşından qəbul olunduğu üçün 1956-cı ildə ÜILKGİ sıralarına qəbul edilir.
1962-ci ildə Sumqayıt şəhər Komsomol Komitəsinin ştatdankənar katibi, az sonra isə 1963-cü ilin yanvarında yeni yaradılmış Abşeron rayon Komsomol Komitəsinin ikinci katibi seçilir.
1960-cı ildən Azərbaycan LKGI Mərkəzi Komitənin üzvü olan Çingiz Fərəcov respublika komsomolunun tədbirlərində fəal iştirak etməyə başlayır. 1964-cü ilin fevral ayında Azərbaycan LKGİ Mərkəzi Komitəsinə irəli çəkilir. O, burada əvvəl təlimatçı, bölmə müdiri, sonralar isə komsomol təşkilatları şöbəsi müdirinin müavini təyin olunur. Çingiz Fərəcov komsomolun Mərkəzi Komitəsində azərbaycanlı qızların kənd təsərrüfatı texnikasına yiyələnməsi üçün təşkilatı işlərə başlayır. O, respublikada "Qızlar, sükan arxasına!" hərəkatına rəhbərlik edir. Sevil Qazıyevanın, Diləfruz Ocaqquliyevanın, Solmaz Xəlilovanın, Cəvahir Abdullayevanın, Atlas Məmmədovanın, Ofelya Səfərovanın, Tərlan Musayevanın və digər yüzlərlə azərbaycanlı qızların mexanizator peşəsinə yiyələnmələrinə və tarlada işləmələrinə yaxından köməklik göstərir. O, pambıqyığan maşınlarda sürücü mexanik işləyən qızların fəaliyyətlərini daim nəzarətdə saxlayır.
Pambıqyığan maşınların qızlardan ibarət sürücü-mexanikləri arasında təsis olunmuş Sevil Qaziyeva adına, əl ilə pambıqyığanlar arasında isə Bəsti Bağırova adına prizlər uğrunda müsabiqələr təşkil olunur. Yarşılara yekun vurulur və qaliblər müəyyənləşdirilirdi.
Partiyada
1971-ci ildə Azərbaycan KP Mərkəzi Komitəsinə irəli çəkilir. O, burada yeddi il Azərbaycan KP Mərkəzi Komitənin kənd təsərrüfatına baxan katibinin köməkçisi vəzifəsini icra edir. Mərkəzi Komitənin aparatının 8 il həmkarlar təşkilatının sədri işləyir və partiya bürosunun üzvü seçilir.
1980-ci ildə Astara rayon Partiya Komitəsinin, 1987-ci ildə Dəvəçi rayon Partiya Komitəsinin və 1988-ci ildə isə Xaçmaz rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində əmək fəaliyyətini davam etdirir. Bu dövrdə Azərbaycan KP Təftiş Komissiyasının və Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü olub.
Xaçmaz rayon Partiya Komitəsinin 1-ci katibi olarakən, 17 fevral 1989-cu ildə Sov. İKP. Mərkəzi Komitənin plenumunda iştirak etmiş və Sov. İKP Mərkəzi Komitənin Baş katibi M. S. Qorbaçovun iştirak etdiyi müşavirədə Dağlıq Qarabağ problemi ilə əlaqədar çıxış etmişdir. O ilk Raykom katibi idi ki, Sov. İKP Mərkəzi Komitənin plenumunda iştirak edirdi.
Heydər Əliyev ilk dəfə olaraq Çingiz Fərəcovun rəhbərlik etdiyi Astara rayon Partiya Komitəsinin 1 iyun 1982-ci il tarixli plenumunda iştirak edib. O vaxtadək o, heç bir rayon partiya komitəsinin plenumunda iştirak etməmişdir.
1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətində əvvəl İqtisadi inkişaf məsələləri şöbəsinin müdir müavini, sonra isə Xalqla əlaqələr şöbəsinin müdiri vəzifələrində fəaliyyət göstərib.
Dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
Müstəqillik illərində
1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Aparatında böyük referent vəzifəsində dövlətinə xidmətini davam etdirib.
1996-cı ildən 2014-cü ilədək, 18 il fasiləsiz Kənd Təsərrüfatı Nazirliyinin Aparatında çalışan Çingiz Fərəcov əvvəl Heyvandarlıq, Damazlıq işi və Otlaqlar Baş Idarəsinin rəisi, təqaüdə çıxmamışdan əvvəl isə eyni adlı şöbənin müdiri vəzifəsində çalışıb.
Əsərləri
Sevil Qazıyevaya ölümündən sonra 1966-cı ildə Sosialist Əməyi Qəhrəmanı adı verilməsini və 1967-ci ildə xatirəsinin əbədiləşdirilməsi üçün Bakı şəhərində, Zaqatala və Beyləqan rayonlarında onun heykəllərinin qoyulmasını təşkil edən Çingiz Fərəcov çox keçmir ki, Sevil Qaziyevadan bəhs edən "Mil düzündən Sevil keçdi" povestini qələmə alır.
Raykom katibi işlədiyi dövrdəki fəaliyyəti, uşaqlıq illəri, keşməkeşli ömür yolu Ələviyyə Babayevanın "Yanar su", Cəmil Əlibəyovun "Mənim analı dünyam", Əzizə Əhmədovanın "Mavi gözlərin işığı" və Nahid Hacıyevin "Köçündən ayrılmış durna" roman və povestlərində geniş işıqlandırılıb.
Sara xanım Qədimovanın sənətini tədqiq edir və onun yaradıcılığı barədə 5 iri məqalənin müəllifidir.
Xatirəsi
1989-cu ilin fevral ayında "Pravda" qəzetində Çingiz Fərəcovun həyat və fəaliyyəti barədə "Fərəcovun əqidəsi" adlı oçerk dərc olunmuşdur. Həmin ilin aprel ayında "Pravda" qəzetinin baş məqaləsində Çingiz Fərəcovun nümunəvi işi haqqında böyük bir abzas yazı getmişdir.
Bəxtiyar Vahabzadə "Kommunist" qəzetində Çingiz Fərəcovun Astara rayonunda fəaliyyətinə həsr olunmuş "Astarada gördüklərim" adlı məqaləsi çap olunub, şair Mədinə Gülgün ona həsr edilmiş şeir yazıb. Moskvanın Mərkəzi televiziyası onun həyatı və fəaliyyəti barədə "Həyatın burulğanında" adlı sənədli film çəkib. Xalq rəssamlarından Salam Salamzadə onun "Raykom katibi", Rasim Babayev isə "Azərbaycan ziyalısı" portretlərini yaradıblar. "Raykom katibi" portreti bir çox dünya ölkələrinin sərgi salonlarında nümayiş etdirilib.
Mükafatları
Bir çox orden və medallarla təltif olunub: "Qırmızı Əmək bayrağı", "Şərəf nişanı", "Xalqlar dostluğu" ordenlərini, "Əməkdə fərqlənməyə görə", "Rəşadətli əməyə görə", "V. I. Leninin anadan olmasının 100 illiyinə görə" medallarını, ÜIХT nailiyyətləri sərgisinin qızıl, gümüş və bürünc medallarını, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanını, ÜILKGI Mərkəzi Komitənin 2 fəxri fərmanı. Azərbaycan Respublikasının Əməkdar Kənd Təsərrüfatı işçisidir.
"Qızıl qələm" mükafatı laureatıdır.
Mənbə
- Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 385.
İstinadlar
- "Tanınmış mütəxəssis və ictimai xadim Çingiz Fərəcov qəfildən dünyasını dəyişib". 2021-05-18 tarixində . İstifadə tarixi: 2016-12-15.
Xarici keçidlər
- Uşaq evində böyüyən muzdur oğlu necə Heydər Əliyevin köməkçisi oldu…
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Cingiz Elis oglu Ferecov 21 sentyabr 1942 Xelefse Qaryagin rayonu 15 dekabr 2016 Baki Azerbaycan Kommunist Partiyasi Xacmaz Rayon Deveci Rayon ve Astara Rayon partiya komitelerinin birinci katibi Cingiz FerecovAzerbaycan Kommunist Partiyasi Xacmaz Rayon Partiya Komitesinin birinci katibi1988 1989EvvelkiRefayel MecidovSonrakiAslan SuleymanovAzerbaycan Kommunist Partiyasi Deveci Rayon Partiya Komitesinin birinci katibi1987 1988SonrakiArif AllahverdiyevAzerbaycan Kommunist Partiyasi Astara Rayon Partiya Komitesinin birinci katibi1980 1987EvvelkiSonrakiSultan MemmedovAzerbaycan SSR Ali Sovetinin XI cagiris deputati1980 1985Secki dairesi193 nomreli ErcivanSexsi melumatlarDogum tarixi 21 sentyabr 1942 1942 09 21 Dogum yeri Xelefse Qaryagin rayonu Azerbaycan SSR SSRIVefat tarixi 15 dekabr 2016 2016 12 15 74 yasinda Vefat yeri Baki AzerbaycanPartiya Sovet Ittifaqi Kommunist Partiyasi 1962 Tehsili Susa Kend Teserrufati Texnikumu d Azerbaycan Dovlet Aqrar Universiteti Baki Ali Partiya MektebiFealiyyeti yazici jurnalistTeltifleriHeyatiCingiz Ferecov 1942 ci ilde Fuzuli rayonunun Xelefse kendinde anadan olmusdur O Susa seherindeki 5 nomreli usaq evinde tehsil almisdir Cingiz Ferecov burada 1955 ci ilden pioner teskilatinda ictimai islere baslayir Evvel manqa bascisi sonralar ise deste rehberi ve drujina sovetinin sedri secilir 1956 ci ilde usaq evinde iken 7 ci sinfi bitiren Cingiz Ferecov Susa Kend Teserrufati Texnikumunun baytarliq fakultesine daxil olur Usaq evinde ve Susa rayon medeniyyet sobesinin bedii ozfealiyyet kollektivlerinin feal uzvu olan Cingiz Ferecov Bakida respublika olimpiadasinda 1959 cu ilde ise Moskvada kecirilen Azerbaycan medeniyyeti ve inceseneti dekadasinda istirak edir 1960 ci ilde Susa Kend Teserrufati Texnikumunu ferqlenme qirmizi diplomu ile bitirib Sumqayit seherinin Altiagac kendindeki heyvandarliq sovxozunun 9 nomreli qoyunculuq briqadasinda evvel bas coban sonra ise teserrufatda baytar texniki teyin olunur O 1962 ci ilin avqust ayinda Daskend seherinde kecirilen Sov IKP Merkezi Komitenin birinci katibi N S Hrussovun istirak etdiyi Orta Asiya ve Azerbaycan respublikalari kend teserrufati qabaqcillarinin musaviresinde istirak edir 1967 ci ilde Azerbaycan Kend Teserrufati Institutunun zootexnik fakultesini qiyabi ela qiymetlerle ve Sov IKP yaninda Ali Partiya mektebini ferqlenme qirmizi diplomla bitirib Ailelidir uc qizi ve alti nevesi var Cingiz Ferecov 15 dekabr 2016 ci ilde qefleten is yerinde vefat etmisdir Siyasi fealiyyetiKomsomolda Komsomol siralarina 14 yasindan qebul olundugu ucun 1956 ci ilde UILKGI siralarina qebul edilir 1962 ci ilde Sumqayit seher Komsomol Komitesinin statdankenar katibi az sonra ise 1963 cu ilin yanvarinda yeni yaradilmis Abseron rayon Komsomol Komitesinin ikinci katibi secilir 1960 ci ilden Azerbaycan LKGI Merkezi Komitenin uzvu olan Cingiz Ferecov respublika komsomolunun tedbirlerinde feal istirak etmeye baslayir 1964 cu ilin fevral ayinda Azerbaycan LKGI Merkezi Komitesine ireli cekilir O burada evvel telimatci bolme mudiri sonralar ise komsomol teskilatlari sobesi mudirinin muavini teyin olunur Cingiz Ferecov komsomolun Merkezi Komitesinde azerbaycanli qizlarin kend teserrufati texnikasina yiyelenmesi ucun teskilati islere baslayir O respublikada Qizlar sukan arxasina herekatina rehberlik edir Sevil Qaziyevanin Dilefruz Ocaqquliyevanin Solmaz Xelilovanin Cevahir Abdullayevanin Atlas Memmedovanin Ofelya Seferovanin Terlan Musayevanin ve diger yuzlerle azerbaycanli qizlarin mexanizator pesesine yiyelenmelerine ve tarlada islemelerine yaxindan komeklik gosterir O pambiqyigan masinlarda surucu mexanik isleyen qizlarin fealiyyetlerini daim nezaretde saxlayir Pambiqyigan masinlarin qizlardan ibaret surucu mexanikleri arasinda tesis olunmus Sevil Qaziyeva adina el ile pambiqyiganlar arasinda ise Besti Bagirova adina prizler ugrunda musabiqeler teskil olunur Yarsilara yekun vurulur ve qalibler mueyyenlesdirilirdi Partiyada 1971 ci ilde Azerbaycan KP Merkezi Komitesine ireli cekilir O burada yeddi il Azerbaycan KP Merkezi Komitenin kend teserrufatina baxan katibinin komekcisi vezifesini icra edir Merkezi Komitenin aparatinin 8 il hemkarlar teskilatinin sedri isleyir ve partiya burosunun uzvu secilir 1980 ci ilde Astara rayon Partiya Komitesinin 1987 ci ilde Deveci rayon Partiya Komitesinin ve 1988 ci ilde ise Xacmaz rayon Partiya Komitesinin birinci katibi vezifesinde emek fealiyyetini davam etdirir Bu dovrde Azerbaycan KP Teftis Komissiyasinin ve Azerbaycan KP Merkezi Komitesinin uzvu olub Xacmaz rayon Partiya Komitesinin 1 ci katibi olaraken 17 fevral 1989 cu ilde Sov IKP Merkezi Komitenin plenumunda istirak etmis ve Sov IKP Merkezi Komitenin Bas katibi M S Qorbacovun istirak etdiyi musavirede Dagliq Qarabag problemi ile elaqedar cixis etmisdir O ilk Raykom katibi idi ki Sov IKP Merkezi Komitenin plenumunda istirak edirdi Heyder Eliyev ilk defe olaraq Cingiz Ferecovun rehberlik etdiyi Astara rayon Partiya Komitesinin 1 iyun 1982 ci il tarixli plenumunda istirak edib O vaxtadek o hec bir rayon partiya komitesinin plenumunda istirak etmemisdir 1989 cu ilde Azerbaycan SSR Ali Sovetinin Reyaset Heyetinde evvel Iqtisadi inkisaf meseleleri sobesinin mudir muavini sonra ise Xalqla elaqeler sobesinin mudiri vezifelerinde fealiyyet gosterib Defelerle Azerbaycan SSR Ali Sovetinin deputati olub Musteqillik illerinde 1995 ci ilde Azerbaycan Respublikasi Prezidentinin Aparatinda boyuk referent vezifesinde dovletine xidmetini davam etdirib 1996 ci ilden 2014 cu iledek 18 il fasilesiz Kend Teserrufati Nazirliyinin Aparatinda calisan Cingiz Ferecov evvel Heyvandarliq Damazliq isi ve Otlaqlar Bas Idaresinin reisi teqaude cixmamisdan evvel ise eyni adli sobenin mudiri vezifesinde calisib EserleriSevil Qaziyevaya olumunden sonra 1966 ci ilde Sosialist Emeyi Qehremani adi verilmesini ve 1967 ci ilde xatiresinin ebedilesdirilmesi ucun Baki seherinde Zaqatala ve Beyleqan rayonlarinda onun heykellerinin qoyulmasini teskil eden Cingiz Ferecov cox kecmir ki Sevil Qaziyevadan behs eden Mil duzunden Sevil kecdi povestini qeleme alir Raykom katibi islediyi dovrdeki fealiyyeti usaqliq illeri kesmekesli omur yolu Eleviyye Babayevanin Yanar su Cemil Elibeyovun Menim anali dunyam Ezize Ehmedovanin Mavi gozlerin isigi ve Nahid Haciyevin Kocunden ayrilmis durna roman ve povestlerinde genis isiqlandirilib Sara xanim Qedimovanin senetini tedqiq edir ve onun yaradiciligi barede 5 iri meqalenin muellifidir Xatiresi1989 cu ilin fevral ayinda Pravda qezetinde Cingiz Ferecovun heyat ve fealiyyeti barede Ferecovun eqidesi adli ocerk derc olunmusdur Hemin ilin aprel ayinda Pravda qezetinin bas meqalesinde Cingiz Ferecovun numunevi isi haqqinda boyuk bir abzas yazi getmisdir Bextiyar Vahabzade Kommunist qezetinde Cingiz Ferecovun Astara rayonunda fealiyyetine hesr olunmus Astarada gorduklerim adli meqalesi cap olunub sair Medine Gulgun ona hesr edilmis seir yazib Moskvanin Merkezi televiziyasi onun heyati ve fealiyyeti barede Heyatin burulganinda adli senedli film cekib Xalq ressamlarindan Salam Salamzade onun Raykom katibi Rasim Babayev ise Azerbaycan ziyalisi portretlerini yaradiblar Raykom katibi portreti bir cox dunya olkelerinin sergi salonlarinda numayis etdirilib MukafatlariBir cox orden ve medallarla teltif olunub Qirmizi Emek bayragi Seref nisani Xalqlar dostlugu ordenlerini Emekde ferqlenmeye gore Resadetli emeye gore V I Leninin anadan olmasinin 100 illiyine gore medallarini UIHT nailiyyetleri sergisinin qizil gumus ve burunc medallarini Azerbaycan SSR Ali Soveti Reyaset Heyetinin fexri fermanini UILKGI Merkezi Komitenin 2 fexri fermani Azerbaycan Respublikasinin Emekdar Kend Teserrufati iscisidir Qizil qelem mukafati laureatidir MenbeAzәrbaјҹan SSR Ali Sovetinin deputatlary On birinҹi chagyrysh Baky Azәrbaјҹan SSR Ali Soveti Rәјasәt Һeј әtinin nәshri 1985 S 385 Istinadlar Taninmis mutexessis ve ictimai xadim Cingiz Ferecov qefilden dunyasini deyisib 2021 05 18 tarixinde Istifade tarixi 2016 12 15 Xarici kecidlerUsaq evinde boyuyen muzdur oglu nece Heyder Eliyevin komekcisi oldu