Əsgər Yusifinejad — Təbrizli rejissor, ssenarist və kinotənqidçi. Azərbaycan dilində çəkdiyi "Ev" və "Qolçaq" filmləri ilə tanınıb.
Əsgər Yusifinejad | |
---|---|
![]() | |
Doğum tarixi | 1969 |
Vəfat tarixi | 13 sentyabr 2022 |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | kinorejissor, ssenarist |
IMDb | ID9391975 |
Çəkdiyi "Ev" filmi 2004-cü ildən 2017-ci ilə qədər "Fəcr Beynəlxalq Film Festivalı"nda iştirak edən ilk Azərbaycan dilində çəkilmiş film olub. "Qolçaq" filmi isə Azərbaycan dilində olduğu üçün "Fəcr Beynəlxalq Film Festivalı"na buraxılmayıb.
Haqqında
Əsgər Yusifinejad 1969-cu ildə Təbrizdə anadan olub.Tehranda İran Radio ve Televiziya Universitetini bitirib. 1989-cu ildən rejissor, yazıçı və prodüser kimi fəaliyyət göstərib.
2022-ci il sentyabr ayında beyninə qan sızdığı üçün xəstəxanaya aparılıb. Daha sonra əməliyyat olunub. Sentyabın 13-də səhər saatlarında insult nəticəsində həyatını itirib. Sentyabrın 14-də Təbrizdə Vadi Rəhmət qəbiristanlığında dəfn edilib.
Fəaliyyəti
Əsgər Yusifnejad 2016-cı ildə Təbrizdə "Ev" filmini çəkib. "Ev" filmi 2004-cü ildən 2017-ci ilə qədər "Fəcr Beynəlxalq Film Festivalı"nda iştirak edən ilk Azərbaycan dilində çəkilmiş film olub.Farsca altyazı ilə nümayiş olunan film, "NETPAC" mükafatına və 35-ci "Fəcr Beynəlxalq Film Festivalı"nda ən yaxşı ssenari və ən yaxşı film üçün təqdim olunan "Simurq Zarrin" və "Simin" mükafatlarını qazanıb. Film daha sonra 2018-ci ilin may ayında Rumıniyada keçirilən "Transilvaniya Beynəlxalq Film Festivalı"nda "Münsiflər heyətinin xüsusi mükafatı"na layiq görülüb.
2020-ci ildə çəkdiyi "Qolçaq" filmi də Təbrizdə Azərbaycan dilində çəkilib. 40-cı "Fəcr Beynəlxalq Film Festivalı"na qəbul edilməyib. İranlı kinorejissor Bəhruz Əfxəmi deyib ki, "Qolçaq" filmi heyranedici bir film olsa da, türkcə olduğu üçün Fəcr Festivalında iştirak etməyəcək. 2023-cü ilin aprel ayında "Qolçaq" filminin yaradıcı heyəti heyəti 42-ci "İstanbul Film Festivalı"nda təltif olunub. Filmin kinoteatrda ilk nümayişi rejissorun ölümündən sonra 2023-cü ildə Türkiyədə baş tutub. 2024-cü il martın 25-də isə film Təbrizdə kinoteatrda göstərilib.
İstinadlar
- "Yasaq dilin rejissoru Əsgər Yusifinejad kim idi? - Ətəkyazı". Ətəkyazı (az.). 2022-09-14. 2023-09-29 tarixində . İstifadə tarixi: 2024-04-03.
- "اصغر یوسفینژاد دچار خونریزی مغزی شد". ایسنا (fars). 2022-09-03. 2022-12-22 tarixində . İstifadə tarixi: 2024-04-03.
- "آخرین وضعیت یوسفینژاد پس از خونریزی مغزی". ایسنا (fars). 2022-09-05. 2022-12-26 tarixində . İstifadə tarixi: 2024-04-03.
- "İranda türkdilli filmlərin rejissoru Əsgər Yusufinejad vəfat edib". Voice of America (az.). 2022-09-13. 2024-04-03 tarixində . İstifadə tarixi: 2024-04-03.
- "اصغر یوسفی نژاد کارگردان سینمای ایران درگذشت". خبرگزاری مهر | اخبار ایران و جهان | Mehr News Agency (fars). 2022-09-13. 2022-09-14 tarixində . İstifadə tarixi: 2024-04-03.
- "درگذشت اصغر یوسفی نژاد و اعلام زمان خاکسپاری". ایسنا (fars). 2022-09-13. 2023-10-13 tarixində . İstifadə tarixi: 2024-04-03.
- "Rza Siyami "Ev" filminin uğuru haqda danışır". Voice of America (az.). 2017-02-15. 2024-04-03 tarixində . İstifadə tarixi: 2024-04-03.
- "Təbrizli rejissorun türk dilində filmi İranlı tənqidçilərin diqqət mərkəzində". Voice of America (az.). 2017-02-03. 2024-04-03 tarixində . İstifadə tarixi: 2024-04-03.
- "Rza Siyami: İranda türkcə filmlərin uğur qazanması üçün sərmayə lazimdir [Audio-Müsahibə]". Voice of America (az.). 2017-02-15. 2024-04-03 tarixində . İstifadə tarixi: 2024-04-03.
- "Iranian Filmmaker Yousefinejad Dies Of Stroke At 53 - Iran Front Page". ifpnews.com (ingilis). 2022-09-13. 2023-10-04 tarixində . İstifadə tarixi: 2024-04-03.
- "Azərbaycanca çəkilən film qalib oldu - İranda". Teleqraf.com (az.). 2017-04-28. 2024-04-03 tarixində . İstifadə tarixi: 2024-04-03.
- "Azərbaycan dilində çəkilən İran filmi beynəlxalq mükafat aldı". Kulis.az (az.). 2024-04-03 tarixində . İstifadə tarixi: 2024-04-03.
- "İranlı rejissorun Azərbaycan dilində çəkdiyi film mükafata layiq görülüb". www.medeniyyet.az (ingilis). 2024-04-03 tarixində . İstifadə tarixi: 2024-04-03.
- "«عروسک» و فیلمسازی که حسرت به دل ماند". ایسنا (fars). 2022-09-13. 2023-10-13 tarixində . İstifadə tarixi: 2024-04-03.
- "«عروسک» در فقدان کارگردانش چگونه اکران می شود؟". ایسنا (fars). 2024-03-06. 2024-03-10 tarixində . İstifadə tarixi: 2024-04-03.
- "۴۰ روز از رفتن یوسفینژاد میگذرد و از «عروسک» خبری نیست". ایسنا (fars). 2022-10-18. 2022-12-19 tarixində . İstifadə tarixi: 2024-04-03.
- "Fəcr Festivalı: Film festivalı yoxsa fars dominantlığının qoruyucusu? - Ətəkyazı". Ətəkyazı (az.). 2022-01-13. 2022-01-28 tarixində . İstifadə tarixi: 2024-04-03.
- "İstanbulda "Qolçaq" filmi təltif olundu". Kulis.az (az.). 2023-06-02 tarixində . İstifadə tarixi: 2024-04-03.
- "Iranda qadağan olunan film Türkiyədə nümayiş olunacaq". Kulis.az (az.). 2023-04-18 tarixində . İstifadə tarixi: 2024-04-03.
- "بازتاب نمایش «عروسک» ایرانی در استانبول". ایسنا (fars). 2023-04-16. 2023-04-17 tarixində . İstifadə tarixi: 2024-04-03.
- "Azərbaycan dilində "Qolçaq" filmi möhtəşəm qarşılanıb". aznews.tv. 2024-03-26. 2024-04-03 tarixində . İstifadə tarixi: 2024-04-03.
- ""Qolçaq" filmi nümayiş olundu - Video". Axar.Az (az.). 2024-03-26. 2024-03-31 tarixində . İstifadə tarixi: 2024-04-03.
- "تصاویر | استقبال از قولچاق". nasrnews.ir. 2024-04-03 tarixində . İstifadə tarixi: 2024-04-03.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer