İmre Kertes (mac. Kertész Imre; 9 noyabr 1929[…], Budapeşt – 31 mart 2016[…], Budapeşt) — macar yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2002).
İmre Kertes | |
---|---|
mac. Kertész Imre | |
Doğum tarixi | 9 noyabr 1929[…] |
Doğum yeri |
|
Vəfat tarixi | 31 mart 2016[…](86 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Parkinson xəstəliyi |
Dəfn yeri | |
Fəaliyyəti | yazıçı, tərcüməçi, roman yazıçısı, jurnalist, ssenarist |
Əsərlərinin dili | Macar dili |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Macarıstanın ədəbiyyat sahəsində ilk Nobel laureatı İmre Kertes yəhudi əsillidir. Budapeştdə yoxsul ailədə doğulmuşdur. 1944-cü ildə, 15 yaşında ikən faşistlər onu da minlərlə həmvətəni kimi indiki Polşa ərazisindəki Auşvits-Birkenau (Osvensim) həbs düşərgəsinə salmışdılar. Məhrumiyyət həyatı sonra Buhenvald əsir düşərgəsində davam etmişdi. 1945-ci ildə sağ qalan digər hərbi əsirlərlə birlikdə azadlığa çıxmışdı. Ancaq ana tərəfdən qohumlarının hamısı həbs düşərgələrində məhv edilmişdi. Budapeştə qayıtdıqdan sonra o, müxtəlif macar qəzet və jurnallarında müxbir kimi çalışmışdı. Alman əsarəti və yəhudilərin həbs düşərgələrindəki həyatı yaradıcılığının aparıcı xətti olaraq qalmaqdadır. Uşaqlıq və yeniyetməlik dövrü müharibənin dəhşətli vaxtına təsadüf edən İmre Kertes ardıcıl təhsil ala bilməmişdi. Həyat universitetləri aclıq, xəstəlik və həqarətin hökm sürdüyü baraklar olmuşdu. Kertes "Binəsiblər" adlı ilk romanını müharibədən 30 il sonra çap etdirmişdi. Bu romanda alman həbs düşərgələrinin bütün dəhşətlərini taleyində yaşayan yeniyetmə Georq Köresin — müəllifin həyatı təsvir olunurdu.
Macarıstanda yaradıcılığına yetərincə diqqət görməyən Kertes nə qədər qəribə səslənsə də, dünyanın başqa bir ölkəsinə deyil, məhz Almaniyaya mühacirət etmişdi. Uzun illər boyu bu ölkədə yaşasa da o, əsərlərini yalnız macar dilində, macar oxucuları üçün yazır. Eyni zamanda alman dilindən bədii və elmi tərcümələri ilə tanınmışdır. Alman ədəbiyyatı və fəlsəfi fikrinin F.Nitsşe, Z.Freyd, L.Vitkenşteyn, E.Kanetti, Y.Rott və b. tanınmış nümayəndələrinin əsərləri İmre Kertesin tərcüməsində Macarıstanda geniş yayılmışdır. Keçmiş hərbi əsirlərin çoxu kimi Kertes də bu günə qədər nəm və iyli barakların, insanların diri-diri yandırıldıqları dəhşətli qaz kameralarının, üst-üstə qalaqlanmış meyitlərin xof və dəhşətini unuda bilməmişdir. Lakin diqqətəlayiq cəhət yazıçının yaddaşında qalanların yalnız dəhşətlər və fəlakətlər olmamasıdır. Kertes bütün bu iztirab, ölüm və qan içərisində öz simasını qoruyub saxlayan, sevən və nifrət edən, sevinən və kədərlənən, düşünən, mübarizə aparan, hətta gülməyi bacaran insan surətlərini yaratmışdır. Bütün bunları o, sonda haqqın təntənəsinə, ədalətin qələbəsinə inanan 15 yaşlı yeniyetmənin gözləri ilə görmüş və göstərmişdi. Müəllifin öz ssenarisi əsasında "Binəsiblər" romanı 2005-ci ildə macar kinematoqrafçıları tərəfindən ekranlaşdırılmışdır. Tənqidçilərin fikrincə, kitabla müqayisədə filmdə avtobioqrafik motivlər daha ifadəli təsir bağışlayır.
Yazıçı ikinci və sonuncu iri həcmli əsərində — "Doğulmamış uşaq üçün mərasim" (1980) romanında yenidən həbs düşərgəsi mövzusuna qayıtmış və ilk baxışdan inanılması mümkün olmayan bir hissi — barakların insanlar üçün doğma evə çevrilməsi prosesini təsvir etməyə çalışmışdı. İmre Kertesi fəal antikommunist adlandırmaq mümkün olmasa da, müxtəlif illərdə esse və məqalələrində Macarıstan və Rumıniya kommunust liderlərinin ünvanına bir sıra kəskin iradlar söyləmişdir. O, Rumiyadakı macar azlığının hüquqlarını müdafiə edən çağırış və bəyanatların da müəllifidir. Yaradıcılığının həcmi baxımından İmre Kertes ən az yazan Nobel laureatı adlandırıla bilər. O, cəmisi iki romanın, bir neçə hekayə və esselər kitabının müəllifidir. Yazıçının avtobioqrafik novellalarında zəif, köməksiz insan tarixin despotizmi və vəhşilikləri ilə üz-üzə qoyulur. Kertes demək olar ki, bütün yaradılcılığı boyu cəmiyyətin insan iradəsini əzməyə çalışdığını, insanın isə bütün mümkün vasitələrlə buna müqavimət göstərdiyini təsvir etmişdir.
2002-ci ildə İmre Kertes "insan gücünün və iradəsinin sarsılmazlığını böyük inandırıcılıq və bədiiliklə əks etdirdiyinə görə" Nobel mükafatı almışdır. Yazıçı Nobel mühazirəsini əsasən ictimai-siyasi problematikaya həsr etmişdi.
31 mart 2016-cı ildə Budapeştdə vəfat etmişdir.
İstinadlar
- Digital Literary Academy. 1998.
- Imre Kertész // filmportal.de. 2005.
- http://www.hirado.hu/2016/03/31/meghalt-kertesz-imre/.
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
- "Nobel mükafatçıları" verilişi - Yazıçı İmre Kertes
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Imre Kertes mac Kertesz Imre 9 noyabr 1929 Budapest 31 mart 2016 Budapest macar yazici Edebiyyat uzre Nobel mukafati laureati 2002 Imre Kertesmac Kertesz ImreDogum tarixi 9 noyabr 1929 1929 11 09 Dogum yeri Budapest Macaristan kralligi d Vefat tarixi 31 mart 2016 2016 03 31 86 yasinda Vefat yeri Budapest MacaristanVefat sebebi Parkinson xesteliyiDefn yeri Kerepesi mezarligiFealiyyeti yazici tercumeci roman yazicisi jurnalist ssenaristEserlerinin dili Macar diliUzvluyu Berlin Incesenet Akademiyasi d Mukafatlari Vikianbarda elaqeli mediafayllarHeyatiMacaristanin edebiyyat sahesinde ilk Nobel laureati Imre Kertes yehudi esillidir Budapestde yoxsul ailede dogulmusdur 1944 cu ilde 15 yasinda iken fasistler onu da minlerle hemveteni kimi indiki Polsa erazisindeki Ausvits Birkenau Osvensim hebs dusergesine salmisdilar Mehrumiyyet heyati sonra Buhenvald esir dusergesinde davam etmisdi 1945 ci ilde sag qalan diger herbi esirlerle birlikde azadliga cixmisdi Ancaq ana terefden qohumlarinin hamisi hebs dusergelerinde mehv edilmisdi Budapeste qayitdiqdan sonra o muxtelif macar qezet ve jurnallarinda muxbir kimi calismisdi Alman esareti ve yehudilerin hebs dusergelerindeki heyati yaradiciliginin aparici xetti olaraq qalmaqdadir Usaqliq ve yeniyetmelik dovru muharibenin dehsetli vaxtina tesaduf eden Imre Kertes ardicil tehsil ala bilmemisdi Heyat universitetleri acliq xestelik ve heqaretin hokm surduyu baraklar olmusdu Kertes Binesibler adli ilk romanini muharibeden 30 il sonra cap etdirmisdi Bu romanda alman hebs dusergelerinin butun dehsetlerini taleyinde yasayan yeniyetme Georq Koresin muellifin heyati tesvir olunurdu Macaristanda yaradiciligina yeterince diqqet gormeyen Kertes ne qeder qeribe seslense de dunyanin basqa bir olkesine deyil mehz Almaniyaya muhaciret etmisdi Uzun iller boyu bu olkede yasasa da o eserlerini yalniz macar dilinde macar oxuculari ucun yazir Eyni zamanda alman dilinden bedii ve elmi tercumeleri ile taninmisdir Alman edebiyyati ve felsefi fikrinin F Nitsse Z Freyd L Vitkensteyn E Kanetti Y Rott ve b taninmis numayendelerinin eserleri Imre Kertesin tercumesinde Macaristanda genis yayilmisdir Kecmis herbi esirlerin coxu kimi Kertes de bu gune qeder nem ve iyli baraklarin insanlarin diri diri yandirildiqlari dehsetli qaz kameralarinin ust uste qalaqlanmis meyitlerin xof ve dehsetini unuda bilmemisdir Lakin diqqetelayiq cehet yazicinin yaddasinda qalanlarin yalniz dehsetler ve felaketler olmamasidir Kertes butun bu iztirab olum ve qan icerisinde oz simasini qoruyub saxlayan seven ve nifret eden sevinen ve kederlenen dusunen mubarize aparan hetta gulmeyi bacaran insan suretlerini yaratmisdir Butun bunlari o sonda haqqin tentenesine edaletin qelebesine inanan 15 yasli yeniyetmenin gozleri ile gormus ve gostermisdi Muellifin oz ssenarisi esasinda Binesibler romani 2005 ci ilde macar kinematoqrafcilari terefinden ekranlasdirilmisdir Tenqidcilerin fikrince kitabla muqayisede filmde avtobioqrafik motivler daha ifadeli tesir bagislayir Yazici ikinci ve sonuncu iri hecmli eserinde Dogulmamis usaq ucun merasim 1980 romaninda yeniden hebs dusergesi movzusuna qayitmis ve ilk baxisdan inanilmasi mumkun olmayan bir hissi baraklarin insanlar ucun dogma eve cevrilmesi prosesini tesvir etmeye calismisdi Imre Kertesi feal antikommunist adlandirmaq mumkun olmasa da muxtelif illerde esse ve meqalelerinde Macaristan ve Ruminiya kommunust liderlerinin unvanina bir sira keskin iradlar soylemisdir O Rumiyadaki macar azliginin huquqlarini mudafie eden cagiris ve beyanatlarin da muellifidir Yaradiciliginin hecmi baximindan Imre Kertes en az yazan Nobel laureati adlandirila biler O cemisi iki romanin bir nece hekaye ve esseler kitabinin muellifidir Yazicinin avtobioqrafik novellalarinda zeif komeksiz insan tarixin despotizmi ve vehsilikleri ile uz uze qoyulur Kertes demek olar ki butun yaradilciligi boyu cemiyyetin insan iradesini ezmeye calisdigini insanin ise butun mumkun vasitelerle buna muqavimet gosterdiyini tesvir etmisdir 2002 ci ilde Imre Kertes insan gucunun ve iradesinin sarsilmazligini boyuk inandiriciliq ve bediilikle eks etdirdiyine gore Nobel mukafati almisdir Yazici Nobel muhaziresini esasen ictimai siyasi problematikaya hesr etmisdi 31 mart 2016 ci ilde Budapestde vefat etmisdir IstinadlarDigital Literary Academy 1998 Imre Kertesz filmportal de 2005 http www hirado hu 2016 03 31 meghalt kertesz imre MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh Xarici kecidler Nobel mukafatcilari verilisi Yazici Imre KertesHemcinin bax