Ürəyin xarici masajı
İstənilən səbəbə görə (qəza, suda boğulma, elektrik cərəyanın vurulması və s.) ürəyin dayanması zamanı ürəyin xarici (qapalı) icra etmək üçün süni tənəffüs verilməsində olduğu kimi, xəstə üzüyuxarı olmaqla, düz və bərk səth üzərində (döşəmə, stol, torpaq və s.) uzadılmalıdır. Hər zaman süni tənəffüsdən başlamaq şərti ilə, zərərçəkənə süni tənəffüs verilməsi ürəyin xarici (qapalı) masajı ilə növbələşdirilməlidir. Hətta yardım göstərən 2 nəfər olduqda da, əvvəlcə biri süni tənəffüs verir, sonra isə digəri ürəyin xarici masajını icra edir.
Diqqət! Əgər zərərçəkmiş insana yalnız 1 nəfər yardım edirsə, bu halda yalnız ürəyin xarici massajı həyata keçirilir, süni tənəffüs verilmir.
Ürəyin dayanmasına tam əmin olmadığınız halda, heç zaman ürəyin masajına başlamayın - əks halda bu, insanın sağlamlığı və hətta həyatı üçün də ağır fəsadlara səbəb ola bilər! Ürəyin masajını etməmişdən qabaq zərərçəkənin ayaqlarını bir qədər yuxarı qaldırmaq lazımdır.
Zərərçəkənin yaşından asılı olaraq ürəyin xarici (qapalı) masajı bir qədər fərqli şəkildə aparılır. Yenidoğulmuşlarda və südəmər uşaqlarda ürək böyük yaşlı uşaqlara nisbətən bir qədər aşağıda yerləşir. Uşaqlarda döş qəfəsinin elastik və ürək əzələsinin isə zərif olmasını nəzərə alaraq, ürəyin xarici (qapalı) masajı üçün 2 barmaqla döş sümüyünün aşağı hissəsinə (məmələrarası xəttin döş sümüyü ilə kəsişdiyi yerdən 1 barmaq enində aşağıda olmaqla) ehtiyatla təzyiq edilməsi kifayət edir.
Ürəyin xarici masajı 1 yaşından 8 yaşınadək olan uşaqlarda sağ əl ovucunun baş barmağın əsasına yaxın olan hissəsi ilə yerinə yetirilir.
Böyük yaşlı uşaqlara və böyüklərə yardım göstərərkən xilas edən şəxs onun sol tərəfində dayanıb bir əlinin ovucunu zərərçəkənin döş sümüyünün aşağı 1/3-nə qoyur. Sonra xilasedici digər əlinin ovucunu döş sümüyünün üzərində olan o biri əlinin üzərinə qoyur (bax şəkilə). Qabırğalara təzyiq etməmək üçün əl barmaqlarınızı bir qədər yuxarı qaldırın. Xilasedicinin çiyinləri xəstənin döş qəfəsinin üstündə yerləşməlidir, qollar düzləndirilməlidir. Ürəyin xarici masajı döş sümüyünə güclü və sürətli təzyiq edilməsi şəklində aparılır. Bu halda ürək döş qəfəsinin ön tərəfi ilə onurğa sütunu arasında sıxılır ki, bu zaman ürəyin daxilində olan qan ürəkdən xaric olaraq arterial qan damarlarına qovulur. Ürəyə təzyiq edilməsi dayanan kimi, ürək yenidən qan ilə dolur, sonradan döş qəfəsinə təkrarən təzyiq etdikdə bu dövr (“tsikl”) təkrarlanır. Xəstəyə yardım göstərərkən, xüsusən də söhbət uşaqlardan getdikdə, artıq canfəşanlıq etməyin. Əks halda siz zərərçəkənin qabırğalarını sındıra bilərsiniz.
Ürəyin xarici (qapalı) masajını yalnız ilk 2-3 süni tənəffüs hərəkətindən sonra etmək olar. Belə ki, bu süni tənəffüs hərəkətlərindən sonra ikinci xilasedici 1 saniyədə 1 dəfə olmaqla döş qəfəsinə 5 dəfə təzyiq edir. Bundan sonra birinci xilasedici zərərçəkənə güclü şəkildə ağızdan-ağıza və ya ağızdan-buruna olmaqla süni tənəffüs verir. Müəyyən vaxtdan bir xilasedicilər bir-biri ilə yerlərini dəyişdirməlidirlər. Əgər reanimasiyanı edən bir nəfər olarsa, o, orta hesabla 12 saniyə ərzində 15 dəfə olmaqla ürəyin xarici masajını icra edir, daha sonra isə 3 saniyə ərzində zərərçəkənə 2 dəfə güclü şəkildə süni tənəffüs verir.
Hər 1 dəqiqədən bir nəbzin (yuxu arteriyasında) və sərbəst tənəffüsün bərpa olunub-olunmadığını yoxlayın. Əgər ürək fəaliyyəti bərpa olunarsa, ürəyin xarici masajını dayandırmaq, süni tənəffüsü isə tələb olunduğu halda davam etdirmək lazımdır.
Əgər ürəyin masajı nəticə verirsə, bu halda bir qədər keçdikdən sonra, iri arteriyalarda (bud, yuxu) nəbzi əlləmək olur, göy və qara-göy rəngdə olan dəri və dodaqlar isə qızarmağa başlayır, həmçinin sərbəst tənəffüs də bərpa olunur. Bir müddətdən sonra insan özünə gəlir. Zərərçəkəni mütləq böyür üstə qoyun.
Ancaq siz yerinə yetirdiyiniz ürəyin xarici masajının və süni tənəffüsün effekt vermədiyini görsəniz də (ürək fəaliyyəti bərpa olunmur və tənəffüs yaranmır), reanimasiya tədbirlərini tibb işçiləri gələnədək mütləq davam etdirin! Çünki zərərçəkənə süni tənəffüs verməklə və ürəyin qapalı masajını etməklə, siz onun orqanizmində (əsasən də beyində) qan dövranını saxlamış olursunuz ki, bunun da nəticəsində həkimlər gələnə qədər zərərçəkənin ölməsinə imkan vermirsiniz.
İstinadlar
- "Ürəyin xarici masajı - İnsan həyatını xilas edən texnikanın ƏTRAFLI İZAHI" (az.). Saglamolun.Az. 31.07.2011. 2020-10-09 tarixində . İstifadə tarixi: 2020-09-13.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ureyin xarici masajiUrek masaji Istenilen sebebe gore qeza suda bogulma elektrik cereyanin vurulmasi ve s ureyin dayanmasi zamani ureyin xarici qapali icra etmek ucun suni teneffus verilmesinde oldugu kimi xeste uzuyuxari olmaqla duz ve berk seth uzerinde doseme stol torpaq ve s uzadilmalidir Her zaman suni teneffusden baslamaq serti ile zerercekene suni teneffus verilmesi ureyin xarici qapali masaji ile novbelesdirilmelidir Hetta yardim gosteren 2 nefer olduqda da evvelce biri suni teneffus verir sonra ise digeri ureyin xarici masajini icra edir Diqqet Eger zerercekmis insana yalniz 1 nefer yardim edirse bu halda yalniz ureyin xarici massaji heyata kecirilir suni teneffus verilmir Ureyin dayanmasina tam emin olmadiginiz halda hec zaman ureyin masajina baslamayin eks halda bu insanin saglamligi ve hetta heyati ucun de agir fesadlara sebeb ola biler Ureyin masajini etmemisden qabaq zerercekenin ayaqlarini bir qeder yuxari qaldirmaq lazimdir Zerercekenin yasindan asili olaraq ureyin xarici qapali masaji bir qeder ferqli sekilde aparilir Yenidogulmuslarda ve sudemer usaqlarda urek boyuk yasli usaqlara nisbeten bir qeder asagida yerlesir Usaqlarda dos qefesinin elastik ve urek ezelesinin ise zerif olmasini nezere alaraq ureyin xarici qapali masaji ucun 2 barmaqla dos sumuyunun asagi hissesine memelerarasi xettin dos sumuyu ile kesisdiyi yerden 1 barmaq eninde asagida olmaqla ehtiyatla tezyiq edilmesi kifayet edir Ureyin xarici masaji 1 yasindan 8 yasinadek olan usaqlarda sag el ovucunun bas barmagin esasina yaxin olan hissesi ile yerine yetirilir Urek masaj texnikasi Boyuk yasli usaqlara ve boyuklere yardim gostererken xilas eden sexs onun sol terefinde dayanib bir elinin ovucunu zerercekenin dos sumuyunun asagi 1 3 ne qoyur Sonra xilasedici diger elinin ovucunu dos sumuyunun uzerinde olan o biri elinin uzerine qoyur bax sekile Qabirgalara tezyiq etmemek ucun el barmaqlarinizi bir qeder yuxari qaldirin Xilasedicinin ciyinleri xestenin dos qefesinin ustunde yerlesmelidir qollar duzlendirilmelidir Ureyin xarici masaji dos sumuyune guclu ve suretli tezyiq edilmesi seklinde aparilir Bu halda urek dos qefesinin on terefi ile onurga sutunu arasinda sixilir ki bu zaman ureyin daxilinde olan qan urekden xaric olaraq arterial qan damarlarina qovulur Ureye tezyiq edilmesi dayanan kimi urek yeniden qan ile dolur sonradan dos qefesine tekraren tezyiq etdikde bu dovr tsikl tekrarlanir Xesteye yardim gostererken xususen de sohbet usaqlardan getdikde artiq canfesanliq etmeyin Eks halda siz zerercekenin qabirgalarini sindira bilersiniz Urek masaji Ureyin xarici qapali masajini yalniz ilk 2 3 suni teneffus hereketinden sonra etmek olar Bele ki bu suni teneffus hereketlerinden sonra ikinci xilasedici 1 saniyede 1 defe olmaqla dos qefesine 5 defe tezyiq edir Bundan sonra birinci xilasedici zerercekene guclu sekilde agizdan agiza ve ya agizdan buruna olmaqla suni teneffus verir Mueyyen vaxtdan bir xilasediciler bir biri ile yerlerini deyisdirmelidirler Eger reanimasiyani eden bir nefer olarsa o orta hesabla 12 saniye erzinde 15 defe olmaqla ureyin xarici masajini icra edir daha sonra ise 3 saniye erzinde zerercekene 2 defe guclu sekilde suni teneffus verir Her 1 deqiqeden bir nebzin yuxu arteriyasinda ve serbest teneffusun berpa olunub olunmadigini yoxlayin Eger urek fealiyyeti berpa olunarsa ureyin xarici masajini dayandirmaq suni teneffusu ise teleb olundugu halda davam etdirmek lazimdir Eger ureyin masaji netice verirse bu halda bir qeder kecdikden sonra iri arteriyalarda bud yuxu nebzi ellemek olur goy ve qara goy rengde olan deri ve dodaqlar ise qizarmaga baslayir hemcinin serbest teneffus de berpa olunur Bir muddetden sonra insan ozune gelir Zerercekeni mutleq boyur uste qoyun Ancaq siz yerine yetirdiyiniz ureyin xarici masajinin ve suni teneffusun effekt vermediyini gorseniz de urek fealiyyeti berpa olunmur ve teneffus yaranmir reanimasiya tedbirlerini tibb iscileri gelenedek mutleq davam etdirin Cunki zerercekene suni teneffus vermekle ve ureyin qapali masajini etmekle siz onun orqanizminde esasen de beyinde qan dovranini saxlamis olursunuz ki bunun da neticesinde hekimler gelene qeder zerercekenin olmesine imkan vermirsiniz Istinadlar Ureyin xarici masaji Insan heyatini xilas eden texnikanin ETRAFLI IZAHI az Saglamolun Az 31 07 2011 2020 10 09 tarixinde Istifade tarixi 2020 09 13