Əylis — Azərbaycan ərazisində XVI-XVIII əsrlərdə mövcud olmuş şəhər, nahiyə mərkəzi
Məvaziyi-xatın nahiyəsi | |
Əylis şəhəri | |
---|---|
Ölkə | Azərbaycan |
Vilayət | Naxçıvan |
Salınma tarixi | XV - XVIII əsrlər |
Dağılma tarixi | XVIII əsr |
Dağılma səbəbi | Azad xan Əfqanlının yürüşü |
Milli tərkibi | Azərbaycan türkləri |
Tarixi-coğrafi yerləşməsi
XVI əsrdə məhsuldar qüvvələrin inkişafı nəticəsində Əylis xeyli tərəqqi etmiş, şəhərə çevrilmişdir. M.Heydərov yazır ki, Culfanın tənəzzülündən sonra Əylis bölgənin əsas ticarət mərkəzi rolunu öz üzərinə götürmüşdü. Mənbələrdə verilən məlumatlar sübut edir ki, bu dövrdə Əylis şəhəri Naxçıvan ölkəsinin Şorlut nahiyyəsinə aid idi. Naxçıvan ölkəsinin tərkibinə daxil olan 12 mahaldan biri olan Şorlut Naxçıvan ölkəsinin ərazicə kiçik mahallarından biri idi. Mahal şimaldan, qərbdən və cənubdan Azadciran, şərqdən isə Qapanat hakimliyi ilə həmsərhəd idi. Apardığımız kartoqrafik hesablamalar göstərir ki, mahalın ərazisi bu dövrdə təqribən 261 kvadrat kilometr idi.
İnkişafı
Mənbələrdəki faktlar sübut edir ki, mahalın mərkəzi sayılan Əylis şəhəri Səfəvi şahlarının xüsusi himayəçiliyi altında olmuşdur. Bu şəhər də əsas ipək ticarəti mərkəzlərindən biri sayılırdı Əylis təkcə tranzit keçid şəhəri olmamış, həm də tacirlərin və səyyahların müvəqqəti məskunlaşaraq gətirdikləri malları satdıqları, mübadilə etdikləri bir mərkəz olmuşdur. I Osmanlı idarəçiliyi dövründə (1590-1603) Şorlut mahalının mərkəzi olmuş Əylis şəhərinin yerləşdiyi ərazidə, Osmanlı idarəçiliyi dövründə Əylis və Səharayi-Əylis adlı kəndlər qeydə alınmış və bu kəndlər Şorlut nahiyəsinin deyil, Azadciran nahiyəsinin tərkibinə daxil edilmişdir. Osmanlıların yaratdıqları Şorlut nahiyəsinin ərazisi Səfəvilər dövründə mövcud olmuş Şorlut mahalından daha az təqribən 137 kvadrat kilometr olmuşdur. XVII əsrin əvvəllərində Osmanlı zülmündən bezmiş yerli əhalinin İsfahana - Şah Abbasın sarayına göndərdikləri nümayəndələr arasında Əylis və yaxınlığında yerləşən Dəştin nümayəndəsinin adı çəkilir. Mənbələrdə qeyd olunur ki, Dizaqlılar və Dəştlilər əsasən vergi və mükəlləfiyyətlərin ağırlığından əziyyət çəkirdilər . Səfəvilərin Naxçıvan ölkəsini Osmanlı əsarətindən azad etməsindən sonra Əylis şəhəri XVII əsrdə sürətlə tərəqqi etməyə başlamış, bölgənin digər iri ticarət şəhəri olan Culfanın tənəzzülündən sonra onun ticarət yolları üzərindəki rolunu öz üzərinə götürmüşdür. XVIII əsrin əvvəllərində Səfəvilər imperiyasında yaşanan ümumi siyasi, iqtisadi və sosial böhranlar Əylisə şəhərindən də yan keçməmişdir. Əylisin bir şəhər kimi tənəzzül dövrünə qədəm qoyması bu dövrdən başlamışdır. Şah Sultan Hüseynin dövründə Əylis şəhəri o qədər tənəzzül etmişdi ki, burada olmuş Jozef Tiflisli Əylisdən “Əklis adlı kənd” kimi bəhs etmişdir. Bütün tənəzzül proseslərinə baxmayaraq Əylis XVIII əsrin ortalarında yenidən kiçik şəhər kimi öz statusunu bərpa etmişdir. Şopen, Sısoyev və digər müəlliflərin veriyi məlumatlardan aydın olur ki, XVIII əsrin 40-50-ci illərində Əylisdə 2000 ailə yaşamışdır. Tarixçi M.Quliyev apardığı tədqiqatların nəticəsi olaraq göstərmişdir ki, hətta xanlığın yarandığı dövrə qədər Naxçıvan və Ordubadla yanaşı Əylis də şəhər kimi varlığını qorumuş, yalnız 1752-ci ildə Azad xan Əfqanlının hücumu nəticəsində dağıdılmışdır. Tarixçi S.Budaqova da Əylisin XVIII əsrin ortalarına qədər şəhər kimi varlığını qoruyub saxladığını, 1751-1752-ci illərdə Azərbaycanın cənub vilayətlərində hakimiyyət uğrunda mübarizə aparan Azad xanın Kartli-Kaxetiya çarlığına hücum edərkən yolüstü Əylis şəhərini mühasirəyə alaraq yerlə yeksan etdiyini yazmışdır yazmışdır.
"Əylis" toponiminin izahı
Əylis toponimindən bəhs edərkən AMEA-nın müxbir üzvü Adil Bağırov yazır: “Ordubad rayonunda Aşağı Əylis və Yuxarı Əylis adlı iki kənd vardır. Bu adlar 1590-cı ildə Əylis və Səhrayi-Əylis kəndi, 1727 və 1728-ci illərdə isə Aşağı və Yuxarı Əylis adları ilə qeydə alınmışdır”. Toponimin izahı ilə bağlı bir çox tarixi mənbələrdən iqtibaslar gətirən müəllif “Əylis” sözünün Əl-Leys, Ağ Kilis və Ağ Ulus kimi formalarından bəhs edir və göstərir ki, bütün hallarda bu toponim əski türk dilində izah olunur. Qədim türk yurdu olan bu yaşayış məntəqəsinin bu diyarın aborigen sakinləri olan türklər tərəfindən türk dilində adlandırılması daha ağlabatandır. Əylisin qədim sakinləri buranı “Ağ Ulus” adlandırmışlar. “Ağ” sözü bu gün də dilimizdə qalan rəng mənasında izah oluna bilər. “Ulus” sözünün isə hələ qədim türk mənbələrində şəhər mənasında işlənməsi hamıya məlumdur. Dəqiqləşdirmə aparmaq üçün AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Orxon-Yenisey abidələrində toponim və etnonimlər” kitabından aşağıdakı sitata diqqət yetirək: “Uluş termini. Bu leksem ...“İki yıldız nom” abidəsindəki Talas uluş oykonimində işlənmiş, runik abidələrdə isə “Bukarak uluş bodun” şəklində çıxış etmişdir. Bu coğrafi termin də türklərin böyük bir qismi tərəfindən “şəhər” mənasında işlədilirdi: Balasaqun şəhərinə Kuz uluş deyildiyi kimi”. Göründüyü kimi, “uluş” sözü şəhər mənasında hələ Orxon-Yenisey abidələrində işlədilib. Əylisin isə orta əsrlərdə böyük bir şəhər olduğu inkarolunmaz faktdır. Digər tərəfdən, Əylisi “Ağ ulu su” kimi də izah etmək olar ki, “ulu” türk dillərində qədim mənasını ifadə edir. “Su” hissəciyini isə həm su tayfaları ilə, həm də maye, su, çay anlayışları ilə izah etmək olar. Nəzərə alsaq ki, Araz çayının cənub tərəfində eyni istiqamətdə Siyahrud – Qara çay – “Qara su” adlı yaşayış məntəqəsi var, onda Ağ ulu su və Qara su sakinlərinin fərqlənmək üçün bu adlarla yaşadıqları məntəqələri adlandırdıqları iddiasını da irəli sürmək olar. Təsadüfi deyildir ki, Araz çayının qollarından biri məhz Əylis adlanır. Türk tayfa adlarında “ağ” və “qara” təyinedici sözləri ilə fərqlənməni biz Ağqoyunlu və Qaraqoyunlu tayfa adlarında da görürük. Digər bir məsələni də diqqət mərkəzində saxlamaq lazımdır ki, su bir sıra qədim tayfalarda müqəddəs hesab edilmiş və bu faktor xüsusilə türkdilli tayfalarda daha qabarıq şəkildə özünü büruzə vermişdir. Təsadüfi deyil ki, hələ XX əsrin əvvəllərində K.N.Smirnov yazırdı ki, XIX əsrdə Yuxarı Əylisdə zərdüşti məbədində su kultu mövcud olmuşdur. “Əylis” sözünü “Ay ulusu” kimi izah edərkən yenə də yol əski türk və monqol inanclarından keçir. Məlumdur ki, əski türklərdə Ay tanrısına inam olub. Hətta arattalıların bərəkət tanrısı İnanna da (En-ana – hökmdar qadın, ana) bəzi hallarda Ay tanrısı kimi göstərilir. Monqollarda Ay Tanrısının Böyük xan adlandırılması və ona sitayiş obyekti kimi baxılması barədə hələ XIII əsrdə Monqol ölkəsinə Papanın məktubunu aparmış İohan Karpini də məlumat vermişdir. O yazırdı ki, monqollar hər hansı səfərə çıxacaqları zamanı hilalı və ya bütöv ayı gözləyərlər. Aya böyük xan deyər və qarşısında baş əyərək onları qoruması üçün dua edərlər. Ay tanrısına inancın qalıqları bu gün də məişətimizdə qalmaqdadır. İslamaqədərki inanclardan bəhs edən tarix üzrə fəlsəfə doktoru Türkan Qədirzadə bununla bağlı yazır: “Təzə Ay çıxanda müəyyən inamlara əməl olunur. Xalq arasında Ay təzələnəndə deyirlər ki, Ay yeng olub. ...Deyirlər ki, Aya salavat verib yaşıl ota, qızıl üzüyə baxanda ruzi bol olar”. Mənbələrin əksəriyyətində bugünkü Aşağı Əylisin adından “Dəşt” kimi bəhs olunur. N.Məmmədov “Vətən dərdi” adlı kitabında Aşağı Əylisə “Dəşt” deyilməsinin səbəbini ərazinin relyef quruluşu ilə əlaqələndirərək yazır ki, “Aşağı Əylis kəndi həm də “Dəşt” adlandırılıb (Dəşt – fars dilində düz, çöl deməkdir). Görünür, eramızdan əvvəl indiki Aşağı Əylis kəndinin ərazisi düzənlik, tikintisiz olduğuna görə “Dəşt” adlandırılmışdır. “Aşağı Əylis” adlandırılan kənd XVII əsrin sonuna qədər “Dəşt” adını qoruyub saxlamışdır”. Digər tərəfdən, bəzi tədqiqatçılar Aşağı Əylisdə məskunlaşan əhalinin Yuxarı Əylisdən gələrək bu ərazidə məskən saldıqlarını iddia edirlər. O zaman “Dəşt”in “Dış” (kənar) olması daha ağlabatandır. Hər hansı bir səbəbdən Yuxarı Əylisdən çıxan yerli sakinlərin “Dış Ulus sakinləri” deyə adlandırılması mümkündür. Digər tərəfdən, mahalın İç Ulus və Dış Ulus adlanması mümkündür. Tarixi-coğrafi baxımdan yanaşdığımız zaman da görünür ki, Yuxarı Əylis nisbətən dağların içinə tərəf yerləşib. Sonralar İç Ulusun Əylisə çevrilməsi, Dış Ulusun isə “ulus” komponentinin düşməsindən sonra “Dış” kimi adlanması fikrini irəli sürmək olar. Sasanilər dövründə sərhəd məntəqələrinə köçürülmüş pəhləvi dilli əhalinin isə bu ərazidə məskunlaşdıqdan sonra “Dış”ı özlərinə daha yaxın olan “Dəşt” kimi ifadə etməsi də mümkün bir haldır. Necə ki, “Dəşt” sözünü tələffüz edə bilməyən ruslar ərazini “Nijniy Akulis” (Aşağı Əylis) adlandırmışdılar.
İstinadlar
- Гейдаров М.Х. Города и городское ремесло Азербайджана XIII-XVII вв.. Баку: Элм, 1982,281 с.
- (PDF). 2017-07-31 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-07-13.
- Azərbaycan tarixi. Yeddi cilddə III cild, Bakı: Elm, 2007, 592 s.
- Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı). Naxçıvan:Əcəmi, 2016, 200 s.
- Даврижеци А. Книга История. Москва: 1973, 623 с.
- Tiflisi J. Vaqiati-Mir Veys və Şah Hüseyn. Osmanlıcadan tərcümə edəni Ş.Fazil, Bakı:1992, 58 s.
- Сысоев В.М. Нахичеван на Араксе и древности Нах. ACCР. Баку: Известия Азкомстариса. 1929, Выпуск 4. 316 c.
- Quliyev M. Naxçıvan xanlığının bayrağı haqqında bir neçə söz // “Şərq qapısı” qəzeti, 24 sentyabr 2014-cü il
- Budaqova S. Naxçıvan diyarının tarixi-coğrafiyası (XVIII əsrin birinci yarısı – XIX əsrin birinci qərinəsi). Bakı: Elm, 1995, 96 s.
- Bağırov A. Naxçıvanın oykonimləri (1590-2007-ci illərin məlumatları əsasında). Bakı: Nurlan, 2008, 336 s.
- Quliyev Ə. Orxon-Yenisey abidələrində toponim və etnonimlər. Bakı: Nurlan, 2004, 128 s.
- Azərbaycan toponimləri. Ensiklopedik lüğət. İki cilddə I cild, Bakı:Şərq-Qərb, 2007, 304 s.
- Смирнов К.М. Материалы по истории и этнографии Нахичеванского края. Баку:Озан, 1999, 156 c.
- Carpini J. Moğol tarihi ve Seyahatname. Tərcümə Yrd. Doç. Dr. E.Ayan, Trabzon: Derya, 2000, 141 s.
- Qədirzadə T. İslamaqədərki adətlər, inamlar və mərasimlər (Naxçıvan materialları əsasında). Bakı: Nafta-Press, 2006, 120 s.
Mənbə
- Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı). Naxçıvan:Əcəmi, 2016, 200 s.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Eylis Azerbaycan erazisinde XVI XVIII esrlerde movcud olmus seher nahiye merkeziMevaziyi xatin nahiyesiEylis seheriOlke AzerbaycanVilayet NaxcivanSalinma tarixi XV XVIII esrlerDagilma tarixi XVIII esrDagilma sebebi Azad xan Efqanlinin yurusuMilli terkibi Azerbaycan turkleri Tarixi cografi yerlesmesi XVI esrde mehsuldar quvvelerin inkisafi neticesinde Eylis xeyli tereqqi etmis sehere cevrilmisdir M Heyderov yazir ki Culfanin tenezzulunden sonra Eylis bolgenin esas ticaret merkezi rolunu oz uzerine goturmusdu Menbelerde verilen melumatlar subut edir ki bu dovrde Eylis seheri Naxcivan olkesinin Sorlut nahiyyesine aid idi Naxcivan olkesinin terkibine daxil olan 12 mahaldan biri olan Sorlut Naxcivan olkesinin erazice kicik mahallarindan biri idi Mahal simaldan qerbden ve cenubdan Azadciran serqden ise Qapanat hakimliyi ile hemserhed idi Apardigimiz kartoqrafik hesablamalar gosterir ki mahalin erazisi bu dovrde teqriben 261 kvadrat kilometr idi Inkisafi Menbelerdeki faktlar subut edir ki mahalin merkezi sayilan Eylis seheri Sefevi sahlarinin xususi himayeciliyi altinda olmusdur Bu seher de esas ipek ticareti merkezlerinden biri sayilirdi Eylis tekce tranzit kecid seheri olmamis hem de tacirlerin ve seyyahlarin muveqqeti meskunlasaraq getirdikleri mallari satdiqlari mubadile etdikleri bir merkez olmusdur I Osmanli idareciliyi dovrunde 1590 1603 Sorlut mahalinin merkezi olmus Eylis seherinin yerlesdiyi erazide Osmanli idareciliyi dovrunde Eylis ve Seharayi Eylis adli kendler qeyde alinmis ve bu kendler Sorlut nahiyesinin deyil Azadciran nahiyesinin terkibine daxil edilmisdir Osmanlilarin yaratdiqlari Sorlut nahiyesinin erazisi Sefeviler dovrunde movcud olmus Sorlut mahalindan daha az teqriben 137 kvadrat kilometr olmusdur XVII esrin evvellerinde Osmanli zulmunden bezmis yerli ehalinin Isfahana Sah Abbasin sarayina gonderdikleri numayendeler arasinda Eylis ve yaxinliginda yerlesen Destin numayendesinin adi cekilir Menbelerde qeyd olunur ki Dizaqlilar ve Destliler esasen vergi ve mukellefiyyetlerin agirligindan eziyyet cekirdiler Sefevilerin Naxcivan olkesini Osmanli esaretinden azad etmesinden sonra Eylis seheri XVII esrde suretle tereqqi etmeye baslamis bolgenin diger iri ticaret seheri olan Culfanin tenezzulunden sonra onun ticaret yollari uzerindeki rolunu oz uzerine goturmusdur XVIII esrin evvellerinde Sefeviler imperiyasinda yasanan umumi siyasi iqtisadi ve sosial bohranlar Eylise seherinden de yan kecmemisdir Eylisin bir seher kimi tenezzul dovrune qedem qoymasi bu dovrden baslamisdir Sah Sultan Huseynin dovrunde Eylis seheri o qeder tenezzul etmisdi ki burada olmus Jozef Tiflisli Eylisden Eklis adli kend kimi behs etmisdir Butun tenezzul proseslerine baxmayaraq Eylis XVIII esrin ortalarinda yeniden kicik seher kimi oz statusunu berpa etmisdir Sopen Sisoyev ve diger muelliflerin veriyi melumatlardan aydin olur ki XVIII esrin 40 50 ci illerinde Eylisde 2000 aile yasamisdir Tarixci M Quliyev apardigi tedqiqatlarin neticesi olaraq gostermisdir ki hetta xanligin yarandigi dovre qeder Naxcivan ve Ordubadla yanasi Eylis de seher kimi varligini qorumus yalniz 1752 ci ilde Azad xan Efqanlinin hucumu neticesinde dagidilmisdir Tarixci S Budaqova da Eylisin XVIII esrin ortalarina qeder seher kimi varligini qoruyub saxladigini 1751 1752 ci illerde Azerbaycanin cenub vilayetlerinde hakimiyyet ugrunda mubarize aparan Azad xanin Kartli Kaxetiya carligina hucum ederken yolustu Eylis seherini muhasireye alaraq yerle yeksan etdiyini yazmisdir yazmisdir Eylis toponiminin izahi Eylis toponiminden behs ederken AMEA nin muxbir uzvu Adil Bagirov yazir Ordubad rayonunda Asagi Eylis ve Yuxari Eylis adli iki kend vardir Bu adlar 1590 ci ilde Eylis ve Sehrayi Eylis kendi 1727 ve 1728 ci illerde ise Asagi ve Yuxari Eylis adlari ile qeyde alinmisdir Toponimin izahi ile bagli bir cox tarixi menbelerden iqtibaslar getiren muellif Eylis sozunun El Leys Ag Kilis ve Ag Ulus kimi formalarindan behs edir ve gosterir ki butun hallarda bu toponim eski turk dilinde izah olunur Qedim turk yurdu olan bu yasayis menteqesinin bu diyarin aborigen sakinleri olan turkler terefinden turk dilinde adlandirilmasi daha aglabatandir Eylisin qedim sakinleri burani Ag Ulus adlandirmislar Ag sozu bu gun de dilimizde qalan reng menasinda izah oluna biler Ulus sozunun ise hele qedim turk menbelerinde seher menasinda islenmesi hamiya melumdur Deqiqlesdirme aparmaq ucun AMEA nin muxbir uzvu Ebulfez Quliyevin Orxon Yenisey abidelerinde toponim ve etnonimler kitabindan asagidaki sitata diqqet yetirek Ulus termini Bu leksem Iki yildiz nom abidesindeki Talas ulus oykoniminde islenmis runik abidelerde ise Bukarak ulus bodun seklinde cixis etmisdir Bu cografi termin de turklerin boyuk bir qismi terefinden seher menasinda isledilirdi Balasaqun seherine Kuz ulus deyildiyi kimi Gorunduyu kimi ulus sozu seher menasinda hele Orxon Yenisey abidelerinde isledilib Eylisin ise orta esrlerde boyuk bir seher oldugu inkarolunmaz faktdir Diger terefden Eylisi Ag ulu su kimi de izah etmek olar ki ulu turk dillerinde qedim menasini ifade edir Su hisseciyini ise hem su tayfalari ile hem de maye su cay anlayislari ile izah etmek olar Nezere alsaq ki Araz cayinin cenub terefinde eyni istiqametde Siyahrud Qara cay Qara su adli yasayis menteqesi var onda Ag ulu su ve Qara su sakinlerinin ferqlenmek ucun bu adlarla yasadiqlari menteqeleri adlandirdiqlari iddiasini da ireli surmek olar Tesadufi deyildir ki Araz cayinin qollarindan biri mehz Eylis adlanir Turk tayfa adlarinda ag ve qara teyinedici sozleri ile ferqlenmeni biz Agqoyunlu ve Qaraqoyunlu tayfa adlarinda da goruruk Diger bir meseleni de diqqet merkezinde saxlamaq lazimdir ki su bir sira qedim tayfalarda muqeddes hesab edilmis ve bu faktor xususile turkdilli tayfalarda daha qabariq sekilde ozunu buruze vermisdir Tesadufi deyil ki hele XX esrin evvellerinde K N Smirnov yazirdi ki XIX esrde Yuxari Eylisde zerdusti mebedinde su kultu movcud olmusdur Eylis sozunu Ay ulusu kimi izah ederken yene de yol eski turk ve monqol inanclarindan kecir Melumdur ki eski turklerde Ay tanrisina inam olub Hetta arattalilarin bereket tanrisi Inanna da En ana hokmdar qadin ana bezi hallarda Ay tanrisi kimi gosterilir Monqollarda Ay Tanrisinin Boyuk xan adlandirilmasi ve ona sitayis obyekti kimi baxilmasi barede hele XIII esrde Monqol olkesine Papanin mektubunu aparmis Iohan Karpini de melumat vermisdir O yazirdi ki monqollar her hansi sefere cixacaqlari zamani hilali ve ya butov ayi gozleyerler Aya boyuk xan deyer ve qarsisinda bas eyerek onlari qorumasi ucun dua ederler Ay tanrisina inancin qaliqlari bu gun de meisetimizde qalmaqdadir Islamaqederki inanclardan behs eden tarix uzre felsefe doktoru Turkan Qedirzade bununla bagli yazir Teze Ay cixanda mueyyen inamlara emel olunur Xalq arasinda Ay tezelenende deyirler ki Ay yeng olub Deyirler ki Aya salavat verib yasil ota qizil uzuye baxanda ruzi bol olar Menbelerin ekseriyyetinde bugunku Asagi Eylisin adindan Dest kimi behs olunur N Memmedov Veten derdi adli kitabinda Asagi Eylise Dest deyilmesinin sebebini erazinin relyef qurulusu ile elaqelendirerek yazir ki Asagi Eylis kendi hem de Dest adlandirilib Dest fars dilinde duz col demekdir Gorunur eramizdan evvel indiki Asagi Eylis kendinin erazisi duzenlik tikintisiz olduguna gore Dest adlandirilmisdir Asagi Eylis adlandirilan kend XVII esrin sonuna qeder Dest adini qoruyub saxlamisdir Diger terefden bezi tedqiqatcilar Asagi Eylisde meskunlasan ehalinin Yuxari Eylisden gelerek bu erazide mesken saldiqlarini iddia edirler O zaman Dest in Dis kenar olmasi daha aglabatandir Her hansi bir sebebden Yuxari Eylisden cixan yerli sakinlerin Dis Ulus sakinleri deye adlandirilmasi mumkundur Diger terefden mahalin Ic Ulus ve Dis Ulus adlanmasi mumkundur Tarixi cografi baximdan yanasdigimiz zaman da gorunur ki Yuxari Eylis nisbeten daglarin icine teref yerlesib Sonralar Ic Ulusun Eylise cevrilmesi Dis Ulusun ise ulus komponentinin dusmesinden sonra Dis kimi adlanmasi fikrini ireli surmek olar Sasaniler dovrunde serhed menteqelerine kocurulmus pehlevi dilli ehalinin ise bu erazide meskunlasdiqdan sonra Dis i ozlerine daha yaxin olan Dest kimi ifade etmesi de mumkun bir haldir Nece ki Dest sozunu teleffuz ede bilmeyen ruslar erazini Nijniy Akulis Asagi Eylis adlandirmisdilar IstinadlarGejdarov M H Goroda i gorodskoe remeslo Azerbajdzhana XIII XVII vv Baku Elm 1982 281 s PDF 2017 07 31 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 2017 07 13 Azerbaycan tarixi Yeddi cildde III cild Baki Elm 2007 592 s Kelbizade E Naxcivanin tarixi cografiyasi XII XVIII esrin I yarisi Naxcivan Ecemi 2016 200 s Davrizheci A Kniga Istoriya Moskva 1973 623 s Tiflisi J Vaqiati Mir Veys ve Sah Huseyn Osmanlicadan tercume edeni S Fazil Baki 1992 58 s Sysoev V M Nahichevan na Arakse i drevnosti Nah ACCR Baku Izvestiya Azkomstarisa 1929 Vypusk 4 316 c Quliyev M Naxcivan xanliginin bayragi haqqinda bir nece soz Serq qapisi qezeti 24 sentyabr 2014 cu il Budaqova S Naxcivan diyarinin tarixi cografiyasi XVIII esrin birinci yarisi XIX esrin birinci qerinesi Baki Elm 1995 96 s Bagirov A Naxcivanin oykonimleri 1590 2007 ci illerin melumatlari esasinda Baki Nurlan 2008 336 s Quliyev E Orxon Yenisey abidelerinde toponim ve etnonimler Baki Nurlan 2004 128 s Azerbaycan toponimleri Ensiklopedik luget Iki cildde I cild Baki Serq Qerb 2007 304 s Smirnov K M Materialy po istorii i etnografii Nahichevanskogo kraya Baku Ozan 1999 156 c Carpini J Mogol tarihi ve Seyahatname Tercume Yrd Doc Dr E Ayan Trabzon Derya 2000 141 s Qedirzade T Islamaqederki adetler inamlar ve merasimler Naxcivan materiallari esasinda Baki Nafta Press 2006 120 s MenbeKelbizade E Naxcivanin tarixi cografiyasi XII XVIII esrin I yarisi Naxcivan Ecemi 2016 200 s