Əmək müqaviləsi (ing. contract of employment ,rus. трудово́й догово́р, alm. arbeitsvertrag) – müəssisə əməkdaşının və müdiriyyətinin hüquq və vəzifələrini müəyyən edən rəsmi sənəd. İşə götürmə zamanı rəsmiləşdirilir və hər iki tərəf – işçi və müdiriyyətin nümayəndəsi imzalayır.
Müxtəlif ölkələrdə əmək müqaviləsinin tərkibi və bölmələri fərqlidir. Məsələn Almaniyada uzun illər əmək müqaviləsinin əsas bölmələrinə:
- əmək fəaliyyəti;
- gəlirlər (o cümlədən əməkhaqqı);
- müdafiə tədbirləri (müvəqqəti əməkqabiliyyətsizliyi, əlillik, ölüm hallarında);
- məzuniyyət; 5) əlavə işlərin görülməsi qaydası;
- istehsal və kommersiya sirlərini saxlamaq öhdəliyi;
- ixtiraların rəsmiləşdirilməsi və ödənilməsi şərtləri;
- müqavilənin qüvvədə olduğu müddət və onu ləğv etmək qaydası aid edilirdi.
Əmək müqaviləsinin xüsusi növü işçilər və administrasiya arasında bağlanmış əmək sazişidir. Bu sazişdə əmək münasibətləri və digər münasibətlər, həmçinin tərəflərin hüquq və vəzifələri göstərilir.
Əmək münasibətlərinin tərəfləri
Əmək münasibətləri işçilər ilə işəgötürənlər arasında əmək müqaviləsi əsasında yaranan və əmək hüquq normaları ilə tənzimlənən münasibətlərdir. Əmək münasibətlərinin bir tərəfi qismində işçi, digər tərəfin qismində isə işəgötürən çıxış edir.
İşçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 15 yaşına çatmış hər bir şəxs əmək müqaviləsi bağlamaq hüququna malikdir.
İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir.
Əmək müqaviləsi — işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
Əmək müqaviləsi bildirişi
Əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilən elektron sənəddir. Həmin Bildiriş qeydiyyata alındıqdan sonra bu barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bundan sonra həmin əmək müqaviləsi hüquqi qüvvəyə minir.
Əmək müqaviləsinə xitam verilməsi qaydası
Əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Qeyd edilən əsaslar aşağıdakılardır:
- tərəflərdən birinin təşəbbüsü;
- əmək müqaviləsinin müddətinin qurtarması;
- əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
- müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar;
- tərəflərin iradəsindən asılı olmayan hallar;
- tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:
- müəssisə ləğv edildikdə;
- işçilərin sayı və ya ştatları ixtisar edildikdə;
- peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;
- işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
- sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;
- dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
Mənbə
- Azərbaycan Respublikası Vergilər Nazirliyi
İstinadlar
- "Əmək münasibətlərinə xitam verilməsi barədə bildiriş". 2022-01-25 tarixində . İstifadə tarixi: 2021-02-04.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Emek muqavilesi ing contract of employment rus trudovo j dogovo r alm arbeitsvertrag muessise emekdasinin ve mudiriyyetinin huquq ve vezifelerini mueyyen eden resmi sened Ise goturme zamani resmilesdirilir ve her iki teref isci ve mudiriyyetin numayendesi imzalayir Muxtelif olkelerde emek muqavilesinin terkibi ve bolmeleri ferqlidir Meselen Almaniyada uzun iller emek muqavilesinin esas bolmelerine emek fealiyyeti gelirler o cumleden emekhaqqi mudafie tedbirleri muveqqeti emekqabiliyyetsizliyi elillik olum hallarinda mezuniyyet 5 elave islerin gorulmesi qaydasi istehsal ve kommersiya sirlerini saxlamaq ohdeliyi ixtiralarin resmilesdirilmesi ve odenilmesi sertleri muqavilenin quvvede oldugu muddet ve onu legv etmek qaydasi aid edilirdi Emek muqavilesinin xususi novu isciler ve administrasiya arasinda baglanmis emek sazisidir Bu sazisde emek munasibetleri ve diger munasibetler hemcinin tereflerin huquq ve vezifeleri gosterilir Emek munasibetlerinin terefleriEmek munasibetleri isciler ile isegoturenler arasinda emek muqavilesi esasinda yaranan ve emek huquq normalari ile tenzimlenen munasibetlerdir Emek munasibetlerinin bir terefi qisminde isci diger terefin qisminde ise isegoturen cixis edir Isci isegoturenle ferdi qaydada yazili emek muqavilesi kontrakt baglayaraq muvafiq is yerinde haqqi odenilmekle calisan fiziki sexsdir 15 yasina catmis her bir sexs emek muqavilesi baglamaq huququna malikdir Isegoturen tam fealiyyet qabiliyyetli olub iscilerle emek muqavilesi kontrakt baglamaq ona xitam vermek yaxud onun sertlerini deyisdirmek huququna malik mulkiyyetci ve ya onun teyin muvekkil etdiyi muessisenin rehberi selahiyyetli orqani habele fiziki sexsdir Emek muqavilesi isegoturenle isci arasinda ferdi qaydada baglanan emek munasibetlerinin esas sertlerini tereflerin huquq ve vezifelerini eks etdiren yazili muqaviledir Emek muqavilesi bildirisiEmek muqavilesinin baglanilmasinin ona deyisiklik edilmesinin ve ya xitam verilmesinin Azerbaycan Respublikasi Emek ve Ehalinin Sosial Mudafiesi Nazirliyinin elektron informasiya sisteminde elektron qaydada qeydiyyata alinmasi meqsedile isegoturen terefinden hemin elektron informasiya sistemine guclendirilmis elektron imza vasitesile daxil edilen elektron seneddir Hemin Bildiris qeydiyyata alindiqdan sonra bu barede 1 is gununden gec olmayaraq sistem vasitesile isegoturene elektron qaydada melumat gonderilir Bundan sonra hemin emek muqavilesi huquqi quvveye minir Emek muqavilesine xitam verilmesi qaydasiEmek muqavilesine yalniz Emek Mecellesi ile mueyyen edilmis esaslarla ve qaydada xitam verile biler Qeyd edilen esaslar asagidakilardir tereflerden birinin tesebbusu emek muqavilesinin muddetinin qurtarmasi emek seraitinin sertlerinin deyisdirilmesi muessisenin mulkiyyetcisinin deyismesi ile elaqedar tereflerin iradesinden asili olmayan hallar tereflerin emek muqavilesinde mueyyen etdiyi hallar Emek muqavilesi isegoturen terefinden asagidaki esaslarla legv edile biler muessise legv edildikde iscilerin sayi ve ya statlari ixtisar edildikde pesekarliq seviyyesinin ixtisasinin pesesinin kifayet derecede olmadigina gore iscinin tutdugu vezifeye uygun gelmediyi barede selahiyyetli orqan terefinden muvafiq qerar qebul edildikde isci ozunun emek funksiyasini ve ya emek muqavilesi uzre ohdeliklerini yerine yetirmedikde yaxud Emek Mecellesinin 72 ci maddesinde sadalanan hallarda emek vezifelerini kobud sekilde pozduqda sinaq muddeti erzinde isci ozunu dogrultmadiqda dovlet budcesinden maliyyelesen muessisenin iscisi calismanin yas heddine catdiqda MenbeAzerbaycan Respublikasi Vergiler NazirliyiIstinadlar Emek munasibetlerine xitam verilmesi barede bildiris 2022 01 25 tarixinde Istifade tarixi 2021 02 04