Bu məqalədə , təsdiqlənə bilməyən ifadələrə, mülahizə və şərhlərə yer verildiyi düşünülür. Xahiş olunur, mətni nəzərdən keçirin və yeni mənbələr əlavə edərək məqaləni zənginləşdirin. Əlavə məlumat üçün səhifənin yaza bilərsiniz. Lütfən, müzakirələr davam etdiyi müddətdə şablonu məqalədən çıxarmayın. |
Əli Kərim (tam adı: Kərimov Əli Paşa oğlu; 18 mart 1931, Göyçay – 29 iyun 1969, Bakı) — azərbaycanlı şair, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Əli Kərim | |
---|---|
Əli Paşa oğlu Kərimov | |
Doğum adı | Əli Kərimov |
Doğum tarixi | |
Doğum yeri | Göyçay, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (38 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Elza Kərimova |
Uşaqları | Paşa, Azər, Orxan |
Təhsili | Maksim Qorki adına Ədəbiyyat İnstitutu |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | Azərbaycan dili |
www.eli-kerim.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Əli Kərim (Əli Paşa oğlu Kərimov) 1931-ci il mart ayının 18-də Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. Atası Paşa kişi fəhlə işləmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur, burada ehtiyacı olduğu yataqxana olmadığından Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçir, III kursdan Moskvada, M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirir və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirir. Bakıya qayıtdıqdan sonra "Azərbaycan" jurnalının redaksiyasında işləmiş, şeir şöbəsinin müdiri olmuşdur.
Yaradıcılığı
Əli Kərimin ömrü, öz şair sözü kimi, poeziyada atributa çevrildi. Bu gün onun üslubunu, deyim tərzini, söz-obrazlarını davam etdirən şairlər var. İlk nəşr olunan əsəri 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində çıxmış "Təzə müəllim" şeiri olmuşdur. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında "İlk simfoniya" poeması mükafata layiq görülmüşdür. İlk kitabı 1958-ci ildə Azərbaycan ədəbiyyatı dekadası münasibətilə Moskvada rusca çıxan "İki sevgili" kitabı olmuşdur.
"İki sevgi" (1960), "Həmişə səfərdə" (1963), "Qızıl qanad" (1965), "Qaytar ana borcunu" (1970), "Uşaqlar və ulduzlar" (1971) "Səfərdən sonra" (1972), "Pillələr" (1978), "Gül və çörək" (1978), "Seçilmiş əsərləri" (I cild, 1974, II cild 1975), "Qayıt" (1983), "Pillələr" (1987), Seçilmiş əsərləri" (2 cilddə, 1991), "Mavi nəğmənin sahilində" (1991), "Neyləyim, şeirlə dərd söyləyirəm" (1999) və s. kitabları nəşr edilmişdir. Ona həsr edilmiş Feyzi Mustafayevin "Dinmə, ey kədər" (1986), Elza Kərimin "Nə xoşbəxt imişəm", Altay Məmmədovun "Tanıdığım Əli Kərim" xatirələr kitabları çapdan çıxmışdır. Şairin bədii yaradıcılığının tədqiqinə həsr edilmiş Cavanşir Yusiflinin "Azərbaycan poeziyasında Əli Kərim mərhələsi" (2005), "Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış" (2010), Sona Xəyalın "Əli Kərim" (2011) və b. monoqrafiya və məqalələrin adlarını çəkimək olar. Şairin əsərlərindən bir çoxu ölümündən sonra işıq üzü görmüşdür. Əli Kərim 1969-cu ilin 30 iyununda Bakıda vəfat etmiş, Göyçayda dəfn edilmişdir. Dəfn edildiyi yerdə Əli Kərim parkı salınmışdır. Sumqayıt şəhərində Əli Kərim poeziya klubu fəaliyyət göstərir. Əli Kərim ədəbiyyata özünə məxsus üslubu ilə gəlmiş, ilk şeirlərindən parlaq istedadı ilə şeirsevərlərin diqqətini cəlb etmiş, özündən sonra gələn bir sıra şairlərə güclü təsir etmiş sənətkarlardandır. AMEA-nın Həqiqi üzvü, professor Tofiq Hacıyev onun yaradıcılığı barədə yazır: "Ə. Kərimin ömrü, öz şair sözü kimi poeziyada atributa çevrildi. Bu gün onun üslubunu, deyim tərzini, söz-obrazlarını davam etdirən şairlər var. Əli Kərim mövzu məhdudluğu bilməyib, mövzu əlvanlığı, həm də seçilmiş mövzunu orijinal işləmə tərzi onun yaradıcılığını səciyyələndirən cəhətləndəndir. Mövzuların bir qismi yalnız onun özünə məxsusdur, yəni onları o görüb, o mənalandırıb: "Babəkin qolları"nda məşhur Babək bir yanda qalır, onun kəsilmiş – Babəki xalq qəhrəmanı edən qolları qəhrəman seçilir; "Heykəl və heykəlin qardaşı" poeması da həmin prinsiplə yazılmışdır – qəhrəmanın özü yox, hekəlidir. "Gül və çörək", "Sevirəm", "Bomba üstündə ev", "Çiçəklər iclasda" kimi şeirlərdə də vəziyyət eynidir, bu əsərlərdə mövzu orijinallığı ideya-məzmun orijinallığı ilə, poetik forma yenilikləri ilə uyğun gəlir.
Həyat faktlarına xüsusilə poetik yanaşma, onlar üçün xüsusi poetik mühit yaratmaq üsulu şairin iri həcmli əsərlərində – poemalarında da saxlanır. İdman mövzusunda yazdığı "Bir santimetr haqqında ballada" poemasında iradə ilə ətalətin mübarizəsi gözəl, şairanə ekrana çevrilir və bu ekranda şairliklə kommentatorluq çox təbii əlaqələndirilir. Əli Kərimdə oxucunu poetik mühitinə salmaq istedadı vardır: "İlk simfoniya" poemasını oxuyarkən əvvəldən axıra musiqi dünyasına düşürsən, buradakı obrazların timsalında musiqiçilərin sənətini, ailə-məişət ziddiyyətlərini təbii lövhələrlə yaşayırsan, şair oxucunu musiqi salonundan çıxarıb, qəhrəmanının ardınca yollara, bağlara, parklara izlətdikcə qulaqlarında melodiya cingiltisi kəsilmir. "Heykəl və heykəlin qardaşı" poemasında müharibə səhnələri ilə sülh dövrünü təsərrüfat-quruculuq mənzəsinin poetik ritmləri sənətkarlıqla növbələşir, müxtəlif mövzular ustalıqla bütövləşir…"
Filmoqrafiya
Filmin adı | İl | Ssenari müəllifi | Əsər müəllifi | Quruluşçu rejissor | Aktyor | İştirakçı | Haqqında | Filmin növü | |
---|---|---|---|---|---|---|---|---|---|
Daş | 1977 | Qısametrajlı Cizgi Filmi | |||||||
2001 | Ədəbi-bədii proqram | ||||||||
2002 | Sənədli televiziya filmi | ||||||||
2009 | Qısametrajlı sənədli televiziya filmi | ||||||||
2009 | Sənədli televiziya filmi | ||||||||
2010 | Sənədli televiziya filmi | ||||||||
2013 | Qısametrajlı sənədli televiziya filmi | ||||||||
2013 | Televiziya verilişi | ||||||||
2015 | Televiziya verilişi | ||||||||
2019 | Televiziya verilişi | ||||||||
2020 | Televiziya verilişi | ||||||||
2022 | Televiziya verilişi |
Şeirlərinə yazılmış mahnılar
- Flora Kərimova — Nə Gəlməz Oldun — musiqi: Oqtay Kazımi
- Yaqub Zurufçu — Yar Gəldi — musiqi: Adil Gəray
- Vaqif Şixaliyev — Azərbaycanım Mənim — musiqi: Hacı Zirəddin Tağıyev
- Ayşən Mehdiyeva — Azərbaycanım Mənim — musiqi: Adil Gəray
- Azad Zamanov — Qayıt — musiqi: Sevil Rüstəmova
- Flora Kərimova, Elxan Əhədzadə — Yar gəldi — musiqi: Elza Ibrahimova
- Nə xoşbəxt imişəm — musiqi: Cavanşir Quliyev
Haqqında yazılanlar
Kitablar
Feyzi Mustafayev. "Dinmə, ey kədər" (PDF).Cavanşir Yusifli. "Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış".Cavanşir Yusifli. "Azərbaycan poeziyasında Əli Kərim mərhələsi".Altay Məmmədov. "Tanıdığım Əli Kərim".Sona Xəyal. "Əli Kərim" (PDF).Elza Kərimova. "Nə xoşbəxt imişəm".İfrat Əliyeva. "Çırağı Sönməyən Poeziya".
Xatirəsi
Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəldiyi dövrdə Göyçay Rayonunda Şair Əli Kərimin məzarı ətrafında Əli Kərim adına park salınmış, heykəli ucaldılmışdır. Bununla yanaşı Bakı, Göyçay, Sabirabad Şəhərlərində Əli Kərimin adını daşıyan küçə, Sumqayıt da Əli Kərim adına poeziya klubu, Xocalı rayonunda isə Əli Kərim adına tam orta məktəb vardır. Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Əli Kərimin seçilmiş əsərləri nəşr edilmişdir.
- Əli Kərimin heykəli
Əsərlərinin nəşri
- İki sevgili. Bakı: Azərnəşr, 1960, 60 səh.
- Həmişə səfərdə. Bakı: Azərnəşr, 1963, 63 səh.
- Qızıl qanad. Bakı: Azərnəşr, 1965, 132 səh.
- Qaytar ana borcunu. Bakı: Gənclik, 1970, 223 səh.
- Uşaqlar və ulduzlar. Bakı: Gənclik, 1971, 71 səh.
- Səfərdən sonra. Bakı: Azərnəşr, 1972, 192 səh.
- Tənbəl ayı balası. Bakı: Uşaqgəncnəşr, 1973, 15 səh.
- Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Azərnəşr, 1974, 407 səh.
- Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Azərnəşr, 1975, 185 səh.
- Pillələr (roman). Bakı: Gənclik, 1978, 160 səh.
- Qız və kəpənək. Bakı: Gənclik, 1979, 56 səh.
- Qayıt. Bakı: Yazıçı, 1983, 288 səh.
- Pillələr (roman). Bakı: Yazıçı, 1987, 262 səh.
- Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Azərnəşr, 1991, 272 səh.
- Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Azərnəşr, 1991, 251 səh.
- Mavi nəğmənin sahilində. Bakı: Yazıçı, 1991, 197 səh.
- Seçilmiş əsərləri. Bakı, Lider, 2004
- Qaytar ana borcunu. Təbriz, Əxtər, 2008
- Seçilmiş əsərləri (2-ci cild). Bakı, Elm və Təhsil, 2012
- Seçilmiş əsərləri. (I cild). Bakı, Şərq və Qərb, 2013
- Seçilmiş əsərləri. (II cild). Bakı, Şərq və Qərb, 2014
- "Nə xoşbəxt imişəm bir zaman, Allah!". Bakı, Bakı Kitab Klubu, 2015
- Metronun yaylı qapıları. Bakı, Qanun nəşriyyatı, 2019
İstinadlar
- Library of Congress Authorities (ing.). Library of Congress.
- Müasir Azərbaycan ədəbiyyatı. II cild/Bakı-2007,9 s.
- . 2020-02-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-12.
- "Seçilmiş əsərləri(I cild)" (PDF). 2022-03-20 tarixində (PDF). İstifadə tarixi: 2017-09-16.
- Seçilmiş əsərləri(II cild) [ölü keçid]
Həmçinin bax
Xarici keçidlər
- Əli Kərim barədə sayt (az.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqalede orijinal tedqiqata tesdiqlene bilmeyen ifadelere mulahize ve serhlere yer verildiyi dusunulur Xahis olunur metni nezerden kecirin ve yeni menbeler elave ederek meqaleni zenginlesdirin Elave melumat ucun sehifenin yaza bilersiniz Lutfen muzakireler davam etdiyi muddetde sablonu meqaleden cixarmayin Eli Kerim tam adi Kerimov Eli Pasa oglu 18 mart 1931 Goycay 29 iyun 1969 Baki azerbaycanli sair tercumeci 1954 cu ilden Azerbaycan Yazicilar Birliyinin uzvu Eli KerimEli Pasa oglu KerimovDogum adi Eli KerimovDogum tarixi 18 mart 1931Dogum yeri Goycay Azerbaycan SSR ZSFSR SSRIVefat tarixi 30 iyun 1969 38 yasinda Vefat yeri Baki Azerbaycan SSR SSRIVetendasligi SSRIMilliyyeti azerbaycanliHeyat yoldasi Elza KerimovaUsaqlari Pasa Azer OrxanTehsili Maksim Qorki adina Edebiyyat InstitutuFealiyyeti sairEserlerinin dili Azerbaycan diliwww eli kerim net Vikianbarda elaqeli mediafayllarHeyatiEli Kerim Eli Pasa oglu Kerimov 1931 ci il mart ayinin 18 de Azerbaycanin Goycay seherinde anadan olmusdur Atasi Pasa kisi fehle islemisdir 1948 ci ilde Azerbaycan Dovlet Universitetinin filologiya fakultesine daxil olur burada ehtiyaci oldugu yataqxana olmadigindan Teatr Institutunun teatrsunasliq fakultesine kecir III kursdan Moskvada M Qorki adina Dunya Edebiyyati Institutunda tehsilini davam etdirir ve 1955 ci ilde orani ferqlenme diplomu ile bitirir Bakiya qayitdiqdan sonra Azerbaycan jurnalinin redaksiyasinda islemis seir sobesinin mudiri olmusdur YaradiciligiEli Kerimin omru oz sair sozu kimi poeziyada atributa cevrildi Bu gun onun uslubunu deyim terzini soz obrazlarini davam etdiren sairler var Ilk nesr olunan eseri 1948 ci ilde Azerbaycan pioneri qezetinde cixmis Teze muellim seiri olmusdur 1957 ci ilde Moskvada kecirilen telebelerin VI Umumdunya Festivalinda Ilk simfoniya poemasi mukafata layiq gorulmusdur Ilk kitabi 1958 ci ilde Azerbaycan edebiyyati dekadasi munasibetile Moskvada rusca cixan Iki sevgili kitabi olmusdur Iki sevgi 1960 Hemise seferde 1963 Qizil qanad 1965 Qaytar ana borcunu 1970 Usaqlar ve ulduzlar 1971 Seferden sonra 1972 Pilleler 1978 Gul ve corek 1978 Secilmis eserleri I cild 1974 II cild 1975 Qayit 1983 Pilleler 1987 Secilmis eserleri 2 cildde 1991 Mavi negmenin sahilinde 1991 Neyleyim seirle derd soyleyirem 1999 ve s kitablari nesr edilmisdir Ona hesr edilmis Feyzi Mustafayevin Dinme ey keder 1986 Elza Kerimin Ne xosbext imisem Altay Memmedovun Tanidigim Eli Kerim xatireler kitablari capdan cixmisdir Sairin bedii yaradiciliginin tedqiqine hesr edilmis Cavansir Yusiflinin Azerbaycan poeziyasinda Eli Kerim merhelesi 2005 Eli Kerim uslubu yaxud ferdi yaradiciliqdan edebiyyat tarixine baxis 2010 Sona Xeyalin Eli Kerim 2011 ve b monoqrafiya ve meqalelerin adlarini cekimek olar Sairin eserlerinden bir coxu olumunden sonra isiq uzu gormusdur Eli Kerim 1969 cu ilin 30 iyununda Bakida vefat etmis Goycayda defn edilmisdir Defn edildiyi yerde Eli Kerim parki salinmisdir Sumqayit seherinde Eli Kerim poeziya klubu fealiyyet gosterir Eli Kerim edebiyyata ozune mexsus uslubu ile gelmis ilk seirlerinden parlaq istedadi ile seirseverlerin diqqetini celb etmis ozunden sonra gelen bir sira sairlere guclu tesir etmis senetkarlardandir AMEA nin Heqiqi uzvu professor Tofiq Haciyev onun yaradiciligi barede yazir E Kerimin omru oz sair sozu kimi poeziyada atributa cevrildi Bu gun onun uslubunu deyim terzini soz obrazlarini davam etdiren sairler var Eli Kerim movzu mehdudlugu bilmeyib movzu elvanligi hem de secilmis movzunu orijinal isleme terzi onun yaradiciligini seciyyelendiren cehetlendendir Movzularin bir qismi yalniz onun ozune mexsusdur yeni onlari o gorub o menalandirib Babekin qollari nda meshur Babek bir yanda qalir onun kesilmis Babeki xalq qehremani eden qollari qehreman secilir Heykel ve heykelin qardasi poemasi da hemin prinsiple yazilmisdir qehremanin ozu yox hekelidir Gul ve corek Sevirem Bomba ustunde ev Cicekler iclasda kimi seirlerde de veziyyet eynidir bu eserlerde movzu orijinalligi ideya mezmun orijinalligi ile poetik forma yenilikleri ile uygun gelir Heyat faktlarina xususile poetik yanasma onlar ucun xususi poetik muhit yaratmaq usulu sairin iri hecmli eserlerinde poemalarinda da saxlanir Idman movzusunda yazdigi Bir santimetr haqqinda ballada poemasinda irade ile etaletin mubarizesi gozel sairane ekrana cevrilir ve bu ekranda sairlikle kommentatorluq cox tebii elaqelendirilir Eli Kerimde oxucunu poetik muhitine salmaq istedadi vardir Ilk simfoniya poemasini oxuyarken evvelden axira musiqi dunyasina dusursen buradaki obrazlarin timsalinda musiqicilerin senetini aile meiset ziddiyyetlerini tebii lovhelerle yasayirsan sair oxucunu musiqi salonundan cixarib qehremaninin ardinca yollara baglara parklara izletdikce qulaqlarinda melodiya cingiltisi kesilmir Heykel ve heykelin qardasi poemasinda muharibe sehneleri ile sulh dovrunu teserrufat quruculuq menzesinin poetik ritmleri senetkarliqla novbelesir muxtelif movzular ustaliqla butovlesir FilmoqrafiyaFilmin adi Il Ssenari muellifi Eser muellifi Quruluscu rejissor Aktyor Istirakci Haqqinda Filmin novuDas 1977 Y Qisametrajli Cizgi Filmi2001 Y Edebi bedii proqram2002 Y Senedli televiziya filmi2009 Y Qisametrajli senedli televiziya filmi2009 Y Senedli televiziya filmi2010 Y Senedli televiziya filmi2013 Y Qisametrajli senedli televiziya filmi2013 Y Televiziya verilisi2015 Y Televiziya verilisi2019 Y Televiziya verilisi2020 Y Televiziya verilisi2022 Y Televiziya verilisiSeirlerine yazilmis mahnilarFlora Kerimova Ne Gelmez Oldun musiqi Oqtay Kazimi Yaqub Zurufcu Yar Geldi musiqi Adil Geray Vaqif Sixaliyev Azerbaycanim Menim musiqi Haci Zireddin Tagiyev Aysen Mehdiyeva Azerbaycanim Menim musiqi Adil Geray Azad Zamanov Qayit musiqi Sevil Rustemova Flora Kerimova Elxan Ehedzade Yar geldi musiqi Elza Ibrahimova Ne xosbext imisem musiqi Cavansir QuliyevHaqqinda yazilanlarKitablar Feyzi Mustafayev Dinme ey keder PDF Cavansir Yusifli Eli Kerim uslubu yaxud ferdi yaradiciliqdan edebiyyat tarixine baxis Cavansir Yusifli Azerbaycan poeziyasinda Eli Kerim merhelesi Altay Memmedov Tanidigim Eli Kerim Sona Xeyal Eli Kerim PDF Elza Kerimova Ne xosbext imisem Ifrat Eliyeva Ciragi Sonmeyen Poeziya XatiresiHeyder Eliyevin birinci defe hakimiyyete geldiyi dovrde Goycay Rayonunda Sair Eli Kerimin mezari etrafinda Eli Kerim adina park salinmis heykeli ucaldilmisdir Bununla yanasi Baki Goycay Sabirabad Seherlerinde Eli Kerimin adini dasiyan kuce Sumqayit da Eli Kerim adina poeziya klubu Xocali rayonunda ise Eli Kerim adina tam orta mekteb vardir Azerbaycan dilinde latin qrafikasi ile kutlevi nesrlerin heyata kecirilmesi haqqinda Azerbaycan Respublikasinin Prezidenti Ilham Eliyevin serencami ile Eli Kerimin secilmis eserleri nesr edilmisdir Eli Kerimin heykeliEserlerinin nesriIki sevgili Baki Azernesr 1960 60 seh Hemise seferde Baki Azernesr 1963 63 seh Qizil qanad Baki Azernesr 1965 132 seh Qaytar ana borcunu Baki Genclik 1970 223 seh Usaqlar ve ulduzlar Baki Genclik 1971 71 seh Seferden sonra Baki Azernesr 1972 192 seh Tenbel ayi balasi Baki Usaqgencnesr 1973 15 seh Secilmis eserleri iki cildde I cild Baki Azernesr 1974 407 seh Secilmis eserleri iki cildde II cild Baki Azernesr 1975 185 seh Pilleler roman Baki Genclik 1978 160 seh Qiz ve kepenek Baki Genclik 1979 56 seh Qayit Baki Yazici 1983 288 seh Pilleler roman Baki Yazici 1987 262 seh Secilmis eserleri iki cildde I cild Baki Azernesr 1991 272 seh Secilmis eserleri iki cildde II cild Baki Azernesr 1991 251 seh Mavi negmenin sahilinde Baki Yazici 1991 197 seh Secilmis eserleri Baki Lider 2004 Qaytar ana borcunu Tebriz Exter 2008 Secilmis eserleri 2 ci cild Baki Elm ve Tehsil 2012 Secilmis eserleri I cild Baki Serq ve Qerb 2013 Secilmis eserleri II cild Baki Serq ve Qerb 2014 Ne xosbext imisem bir zaman Allah Baki Baki Kitab Klubu 2015 Metronun yayli qapilari Baki Qanun nesriyyati 2019IstinadlarLibrary of Congress Authorities ing Library of Congress Muasir Azerbaycan edebiyyati II cild Baki 2007 9 s 2020 02 04 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2020 07 12 Secilmis eserleri I cild PDF 2022 03 20 tarixinde PDF Istifade tarixi 2017 09 16 Secilmis eserleri II cild olu kecid Hemcinin baxDiger layihelerdeVikikitabda elaqeli kitablarVikisitatda elaqeli sitatlarVikianbarda elaqeli media fayllarXarici kecidlerEli Kerim barede sayt az