Əbülfəz Cəbrayıl oğlu Qasımov (ədəbi təxəllüsü: Əbülfəz Bərəkət; 20 dekabr 1931, Ordubad, Naxçıvan MSSR) — publisist, dramaturq, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad elmləri doktoru (1970), professor (1971), Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, Əməkdar elm xadimi (1987), "Qızıl qələm" mükafatı laureatı (2000).
Əbülfəz Qasımov | |
---|---|
Doğum tarixi | 20 dekabr 1931 (92 yaş) |
Doğum yeri | |
Elmi dərəcəsi | iqtisad elmləri doktoru |
Elmi adı | professor |
Mükafatları | |
Həyatı
Əbülfəz Qasımov 1931-ci il dekabrın 20-də Naxçıvan MR-nin Ordubad şəhərində anadan olmuşdur. Burada orta məktəbin yeddinci sinfini bitirmiş, Ordubad Pedaqoji texnikumunda təhsilini davam etdirmişdir (1943–1947). Naxçıvan kolxoz məktəbini bitirdikdən sonra Ordubad rayon Kənd Təsərrüfatı şöbəsində zootexnik vəzifəsində işləmişdir (1947–1949). Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun plan-iqtisad fakültəsində təhsil almış (1949–1953), SSRİ EA İqtisadiyyat İnstitutunda aspirant (1953–1956), elmi işçi (1956–1959) olmuşdur. 18 mart 1957-ci ildə Moskvada SSRİ EA-nın İqtisad İnstitutunun Elmi Şurasında "Mil-Mugan düzənliklərinin təsərrüfatlarında heyvandarlığın iqtisadiyyatı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Dissertasiyanın rəhbəri V.Q.Venjer olmuşdur. Elmlər namizədi alimlik dərəcəsini aldıqdan sonra Bakıya qayıtmış, indiki Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. Azərbaycan Ali Partiya Məktəbinin iqtisadiyyat kafedrasına dəvət olunmuş, burada dosent işləmişdir (1959–1967). Sonra kənd təsərrüfatı kafedrasına müdir seçilmişdir (1967–1984). İnstitutda sənaye kafedrasında professor kimi çalışmışdır (1984–1986), həmin kafedraya rəhbərlik etmişdir (1986–1989). Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda iqtisadiyyat və Azərbaycanın başqa ölkələrlə iqtisadi əlaqələr kafedrasının professoru olmuşdur. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professorudur, 1993-cü ildən Azərbaycan İqtisad Universitetinin "Aqrar-sənaye müəssisələrinin iqtisadiyyatı və menecmenti" kafedrasının professoru, 1995-ci ildən isə müdiridir. 1992-ci ilin 19 iyulunda Azərbaycan EA İqtisadiyyat İnstitutunun Elmi Şurasında "Azərbaycanda heyvandarlığın inkişafının iqtisadi problemləri" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Arqar iqtisadiyyat elminin əsasını qoyanlardan biri kimi tanınır. Bu istiqamətdə ciddi elmi əsərlərin müəllifidir. Ağdamda "Çörək muzeyi" yaratmışdır. Respublikanın əməkdar təbliğatçısıdır. Azərbaycan iqtisadiyyatına dair yazdığı bir-birini tamamlayan III cilddən ibarət ilk dərsliklərin müəllifidir. I cild kənd təsərrüfatının iqtisadiyyatına, II cild kənd təsərrüfatında istehsalın təşkilinə, III cild isə kənd təsərrüfatının planlaşdırılmasına həsr edilmişdir.
O, müxtəlif illərdə çapdan çıxan "Heyvandarlığın iqtisadiyyatı" (1972), "İqtisadçının məlumat kitabı" adlı əsərlərin, habelə digər alimlərlə birgə yazdıgı "Ərzaq proqramının aktual problemləri", "Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu" (1998), "İpək yolunun bərpası bəşəriyyətin tərəqqi yoludur" (1999), "Naxçıvan Muxtar Respublikası – nailiyyətlər və problemlər" (2000) adlı iki cildlik ensiklopedik əsərin, "Demokratikləşmə — milli iqtisadiyyatımızın əsasıdır" (2000), "Milli iqtisadiyyatımızın aktual problemləri" (2000), "Bələdiyyələrə elmi-metodik kömək" (2002), "Müstəqil Azərbaycan iqtisadiyyatının aktual problemləri" (2003) kimi tədqiqatların müəllifidir.
Ədəbi-publisistik fəaliyyətə XX əsrin 80-ci illərindən başlamışdır. İlk yazdıqları "Niva", "Azərbaycan", "Kənd həyatı", "Pravda", "İzvestiya" və s. jurnal və qəzetlərdə çıxmışdır. Onun ssenarisi əsasında "Mənim çörəkli dünyam" ədəbi-publisistik kitabı "Yazıçı" nəşriyyatında kütləvi tirajla nəşr olunmuşdur (1988), həmin əsərə ssenari yazmış (şərikli), eyniadlı fılm çəkilmişdir. Əsər 1989-cu ildə rus dilində nəşr olunmuşdur, 1993-cü ildə kitabın ikinci nəşri, 2003-cü ildə isə üçüncü nəşri işıq üzü görmüşdür. Kitabın materialları üzrə Moskva, Bakı və Naxçıvanda filmlər çəkilmişdir. 2002-ci ildə Azərbaycan Dövlət Gənclər Teatrında "Anamın gəlinlik paltarı" pyesi səhnəyə qoyulmuşdur. "Tufanda yanan çıraq" pyesi İrəvan Dövlət Dram Teatrı tərəfindən səhnələşdirilmişdir. "Sevən ürək, isti çörək" əsərini 1990-cı il 20 Yanvar faciəsinə həsr etmişdir.
Xidmətlərinə görə 26 sentyabr 1985-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin fərmanı ilə "Əməkdar təbliğatçı" fəxri adına, 22 yanvar 1991-ci ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. 10 iyul 2001-ci ildə isə "Qızıl qələm" mükafatı almışdır. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2001-ci il fərmanı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
Əsərləri
- Şərqin qapısı — Naxçıvan diyarı.
Filmoqrafiya
- Ver sözə ehya ki... (film, 1989)
- (Ssenari müəllifi — birlikdə)
- Aqil Əliyev. Böyük alim, böyük insan (film, 2007)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ebulfez Cebrayil oglu Qasimov edebi texellusu Ebulfez Bereket 20 dekabr 1931 Ordubad Naxcivan MSSR publisist dramaturq 1994 cu ilden Azerbaycan Yazicilar Birliyinin uzvu iqtisad elmleri doktoru 1970 professor 1971 Azerbaycan Dovlet Iqtisad Universitetinin kafedra mudiri Emekdar elm xadimi 1987 Qizil qelem mukafati laureati 2000 Ebulfez QasimovDogum tarixi 20 dekabr 1931 1931 12 20 92 yas Dogum yeri Ordubad Ordubad rayonu Naxcivan MSSR Azerbaycan SSR ZSFSR SSRIElmi derecesi iqtisad elmleri doktoruElmi adi professorMukafatlariHeyatiEbulfez Qasimov 1931 ci il dekabrin 20 de Naxcivan MR nin Ordubad seherinde anadan olmusdur Burada orta mektebin yeddinci sinfini bitirmis Ordubad Pedaqoji texnikumunda tehsilini davam etdirmisdir 1943 1947 Naxcivan kolxoz mektebini bitirdikden sonra Ordubad rayon Kend Teserrufati sobesinde zootexnik vezifesinde islemisdir 1947 1949 Azerbaycan Dovlet Xalq Teserrufati Institutunun plan iqtisad fakultesinde tehsil almis 1949 1953 SSRI EA Iqtisadiyyat Institutunda aspirant 1953 1956 elmi isci 1956 1959 olmusdur 18 mart 1957 ci ilde Moskvada SSRI EA nin Iqtisad Institutunun Elmi Surasinda Mil Mugan duzenliklerinin teserrufatlarinda heyvandarligin iqtisadiyyati movzusunda namizedlik dissertasiyasi mudafie etmisdir Dissertasiyanin rehberi V Q Venjer olmusdur Elmler namizedi alimlik derecesini aldiqdan sonra Bakiya qayitmis indiki Azerbaycan Milli Elmler Akademiyasinin Iqtisadiyyat Institutunda kicik elmi isci vezifesinde calismisdir Azerbaycan Ali Partiya Mektebinin iqtisadiyyat kafedrasina devet olunmus burada dosent islemisdir 1959 1967 Sonra kend teserrufati kafedrasina mudir secilmisdir 1967 1984 Institutda senaye kafedrasinda professor kimi calismisdir 1984 1986 hemin kafedraya rehberlik etmisdir 1986 1989 Baki Sosial Idareetme ve Politologiya Institutunda iqtisadiyyat ve Azerbaycanin basqa olkelerle iqtisadi elaqeler kafedrasinin professoru olmusdur Azerbaycan Respublikasi Prezidenti yaninda Dovlet Idarecilik Akademiyasinin professorudur 1993 cu ilden Azerbaycan Iqtisad Universitetinin Aqrar senaye muessiselerinin iqtisadiyyati ve menecmenti kafedrasinin professoru 1995 ci ilden ise mudiridir 1992 ci ilin 19 iyulunda Azerbaycan EA Iqtisadiyyat Institutunun Elmi Surasinda Azerbaycanda heyvandarligin inkisafinin iqtisadi problemleri movzusunda doktorluq dissertasiyasini ugurla mudafie etmisdir Arqar iqtisadiyyat elminin esasini qoyanlardan biri kimi taninir Bu istiqametde ciddi elmi eserlerin muellifidir Agdamda Corek muzeyi yaratmisdir Respublikanin emekdar tebligatcisidir Azerbaycan iqtisadiyyatina dair yazdigi bir birini tamamlayan III cildden ibaret ilk dersliklerin muellifidir I cild kend teserrufatinin iqtisadiyyatina II cild kend teserrufatinda istehsalin teskiline III cild ise kend teserrufatinin planlasdirilmasina hesr edilmisdir O muxtelif illerde capdan cixan Heyvandarligin iqtisadiyyati 1972 Iqtisadcinin melumat kitabi adli eserlerin habele diger alimlerle birge yazdigi Erzaq proqraminin aktual problemleri Azerbaycanin sosial iqtisadi inkisafinda islahatlarin rolu 1998 Ipek yolunun berpasi beseriyyetin tereqqi yoludur 1999 Naxcivan Muxtar Respublikasi nailiyyetler ve problemler 2000 adli iki cildlik ensiklopedik eserin Demokratiklesme milli iqtisadiyyatimizin esasidir 2000 Milli iqtisadiyyatimizin aktual problemleri 2000 Belediyyelere elmi metodik komek 2002 Musteqil Azerbaycan iqtisadiyyatinin aktual problemleri 2003 kimi tedqiqatlarin muellifidir Edebi publisistik fealiyyete XX esrin 80 ci illerinden baslamisdir Ilk yazdiqlari Niva Azerbaycan Kend heyati Pravda Izvestiya ve s jurnal ve qezetlerde cixmisdir Onun ssenarisi esasinda Menim corekli dunyam edebi publisistik kitabi Yazici nesriyyatinda kutlevi tirajla nesr olunmusdur 1988 hemin esere ssenari yazmis serikli eyniadli film cekilmisdir Eser 1989 cu ilde rus dilinde nesr olunmusdur 1993 cu ilde kitabin ikinci nesri 2003 cu ilde ise ucuncu nesri isiq uzu gormusdur Kitabin materiallari uzre Moskva Baki ve Naxcivanda filmler cekilmisdir 2002 ci ilde Azerbaycan Dovlet Gencler Teatrinda Anamin gelinlik paltari pyesi sehneye qoyulmusdur Tufanda yanan ciraq pyesi Irevan Dovlet Dram Teatri terefinden sehnelesdirilmisdir Seven urek isti corek eserini 1990 ci il 20 Yanvar faciesine hesr etmisdir Xidmetlerine gore 26 sentyabr 1985 ci ilde Azerbaycan Respublikasi Ali Sovetinin fermani ile Emekdar tebligatci fexri adina 22 yanvar 1991 ci ilde Emekdar elm xadimi fexri adina layiq gorulmusdur 10 iyul 2001 ci ilde ise Qizil qelem mukafati almisdir Azerbaycan Respublikasi Prezidentinin 19 dekabr 2001 ci il fermani ile Sohret ordeni ile teltif olunmusdur EserleriSerqin qapisi Naxcivan diyari FilmoqrafiyaVer soze ehya ki film 1989 Ssenari muellifi birlikde Aqil Eliyev Boyuk alim boyuk insan film 2007