Şəki üsyanı (1838) - XIX əsrdə çar Rusiyasının Azərbaycanda yeritdiyi müstəmləkəçilik əsarətinə qarşı çevrilmiş ümumxalq üsyanı.
Üsyanın səbəbləri
XIX əsrin 30- cu illərində Azərbaycanda çarizmin müstəmləkə əsarətinə qarşı baş vermiş üsyanları doğuran ümumi amillər 1838-ci ildə Şəkidə baş vermiş üsyan üçün də xarakterik idi. Lakin xanlıqlar dövründə mövcud olan vergi və mükəlləfiyyətlər heç bir əyalətdə Şəkidəki qədər deyildi.
"Cənubi Qafqazda ipəkçiliyi və ticarət sənayeçiliyini yayan" Cəmiyyətin tut ağacları plantasiyalarında və müəssisələrdə çalışan rəncbərlərin vəziyyəti xüsusilə dözülməz idi. Kiçik qüsur üstündə rəncbərə bədən cəzası verilirdi.
Əyalətin inzibati mərkəzi olan Şəki şəhərində sənətkarlara tətbiq edilən ağır vergilər, rüsumlar, zorakılıqlar, qanunla nəzərdə tutulmayan mükəlləfiyyətlər onları müflisləşdirir və cana doydururdu. Şəhərdə yaşayan ağalar, bəylər və ruhanilər də komendantdan narazı idi. Çoxları doğma yurdunu tərk edib dağlara, meşəllərə çəkilirdi. Bu narazı qüvvələr hər an üsyana başlamağa hazır idilər.
Vaxtilə zülmü üzündən Şəkini tərk etməyə məcbur olmuş Səlim xan da ailəsi ilə birlikdə İranın sərhəd kəndi Zeyvə məskunlaşmışdı.
Üsyanın başlanması və gedişi
Bəzi mənbələrə görə Şəki üsyanının başçısı Məşədi Məhəmməd adlı şəxs Səlim xanın oğlu Hacı xanın tapşırığı ilə hələ 1837-ci ildə Şəkiyə gəlmişdi.
Tədqiqatçı alim Z.Ə.Cavadova isə "Şimal- Qərbi Azərbaycan" (tarixi-demoqrafik araşdırma) əsərində mənbələrə əsaslanaraq qeyd edir ki, üsyana İranda vəfat edən Şəki xanı Hüseyn xanın oğlu Məmməd bəy başçılıq edirdi. 1837-ci ildə öz vətəninə qayıdan Məmməd bəy tərəfdarları ilə birlikdə müstəmləkə əsarətinə qarşı mübarizəyə başladı. Lakin tezliklə həbs olunaraq hərbi məhkəməyə verildi. 1838-ci ilin avqustun 8-də o, həbsxanadan qaçaraq Quba mahalının yuxarı hissəsində gizləndi.
1838-ci ilin avqustunda Quba mahalının yuxarı hissəsində 5 minədək atlı və piyada qoşun toplayan Məmməd bəy Rutuldan olan Ağa bəylə birlikdə Şəki üzərində hücuma hazırlaşmağa başladı. Avqustun 30-da çoxsaylı dağlı qoşunu Xaçmaz mahalı yaxınlığında dağı aşaraq Şəki əyalətinə girdi. 400 evdən ibarət sakinləri dağılara qoşuldu. Mahal naibinin kənd əhalisindən yaxınlaşan dağlı qoşununa qarşı müqavimət göstərmək üçün dəstə toplamaq cəhdi baş tutmadı.
1838-ci ildə Şəkidə baş vermiş üsyanın xarakterik xüsusiyyəti müstəmləkə əsarətinə qarşı çevrilmiş bu azadlıq mübarizəsində Şəki əhalisi ilə yanaşı dağlı tayfalarının da iştirak etməsi idi.
Məmməd bəy Şəki əhalisinə göndərdiyi müraciətdə bildirirdi ki, o şəkililəri öz dindaşları və dostları hesab edir. Onlara qarşı heç bir pis niyyəti yoxdur. Yürüşdə əsas məqsəd onları xristianların zülmündən azad etmək, bütün işğalçıları məhv etməkdir. Məmməd bəyin bu müraciəti Şəkidə üsyanın başlaması üçün bir işarə oldu.
Şəki komendantı podpolkovnik Minçenko yaxınlaşan təhlükəni dəf etmək üçün silahlı əhali toplamağa başladı. Lakin tələb olunan 1000 nəfər yerinə cəmi 200 atlı yığıldı. Çətinliklə yığılan bu silahlı dəstə Vartaşın kəndinə gəldi. Onlar isə nəinki müqavimət göstərdilər, hətta mahal naibini hədələyərək onun bu ərazidən çıxmasını tələb etdilər. Qısa müddətdə üsyan bütün Şəki əyalətini bürüdü.
Avqustun 31-də köməyə gələn dağlı qoşunu sürətlə hərəkət edərək demək olar ki, heç bir müqavimətə rast gəlmədən Şəkiyə yaxınlaşdılar. Şəki komendantı kömək üçün Nijeqorodsk draqun polkunun komandiri polkovnik S.D.Bezobrazova müraciət etdi. Çar quyuları istehkamından Şəkiyə top artilleriyası ilə birlikdə 2 diviziya və Zaqatala qalasından 2 rota göndərildi. Bu hərbi qüvvəyə İlisu sultanının yüzədək atlısı da qoşuldu.
Polkovnik S. D. Bezobrazov Şəkiyə gələn zaman üsyançılarla birləşməyə cəhd göstərən dağlı qoşunu artıq şəhərə yaxınlaşmışdı. Qışlaq adlanan ərazidə köməyə gələn dağlı qoşunu ilə, Şəkidə yerləşdirilmiş rus qoşunu arasında şiddətli döyüş başladı. Şəhər yarğanlar və sıx bağlarla əhatə olunduğu üçün az saylı qoşunla üsyançılara qarşı vuruşmaq və şəhəri əldə saxlamaq çətinlik yaradırdı. Ona görə də polk Bezobrazov öhdəsində olan az saylı qoşunla şəhərdən 4 verst aralı olan Qışlaq ərazisində həlledici döyüşə girməyi qərara aldı. Nijeqorodsk draqun polkunun kapitanı knyaz Çavçavadze milis dəstələri ilə birlikdə Qışlaq və Zəyzid yolu ilə hərəkətə başladı. Bu dəstəni Gürcüstan xətt batalyonunun 2 rotasından təşkil edilmiş dəstə müşayət edirdi.
yaxınlığında milis dəstələri ilə üsyançılar arasında atışma başladı. Piyada qoşunlarına başçılıq edən polkovnik Bezobrazov milis dəstələrinə kömək etmək üçün Zəyzid yoluna çıxdığı an üsyançılar onların üstünə atıldı. Lakin piyadalar süngü zərbələri ilə bu kütləni geri oturtdu və qaçmağa məcbur etdi.
Üsyançıların digər hissəsi isə Qışlaq yolunda dayanan rotaya hücum edərək burada olan bir topu ələ keçirməyə cəhd göstərdilər. Bu döyüşdən sonra Məmməd bəy Şəkiyə yaxın olan yüksəklikləri ələ keçirərək şəhərə daxil oldu. Qısa müddətdə üsyançılar şəhərin bütün şimal hissəsini ələ keçirdi. Ələ keçirilmiş yerlərdə öz mövqelərini möhkəmləndirmək istəyən üsyançılarla ruslar arasında şiddətli atışma başladı. Polkovnik Bezobrazovun həyata keçirdiyi tədbirlər nəticəsində köməyə gələn dağlıların hücumu dayandırılsa da, onlar hər dəfə böyük səylə öz hücumlarını yenidən bərpa edir və güclü müqavimət göstərirdilər. Döyüş zamanı hər iki tərəf ağır itki verdi.
Tezliklə üsyançılar qaladan 15 sajen aralıda yerləşən karvansaranı, ona yaxın olan bütün tikililəri və bağları ələ keçirdilər. Şəhərdə olan 320 nəfərlik rus qarnizonu qalada gizləndi. Qalanın bir hissəsini dağıdan üsyançılar komendant idarəsini, əyalət xəzinəsini ələ keçirdilər. Karvansaradakı tacirlər və şəhərdə yaşayan ermənilər qaçıb qalada gizləndi. Burada onlar silahlandırıldı və qalanı müdafiə edən rus əsgərlərinə qoşuldu.
Müstəmləkə əsarətinə qarşı ayağa qalxan xalqın apardığı azadlıq mübarizəsi işğalçıları qorxuya saldı. Bu mübarizə Qafqaz xalqlarının öz azadlığı uğrunda birgə apardıqları qəhrəmanlıq mübarizəsinin şanlı səhifəsi idi. Köməyə gələn dağlı qoşunu ilə birləşən üsyançıların birgə mübarizəsi istilaçılara amansız zərbə vurdu.
Üsyanın məğlub olması
Polkovnik Bezobrazov üsyanı yatırmaq, əhalini sakitləşdirmək və dağıları şəhərdən qovmaq üçün qətiyyətli hərbi əməliyyat keçirmək qərarına gəldi. Lakin Şəkinin tanınmış adamları öz evlərinin, tut və meyvə bağlarının məhv olacağından ehtiyat edərək bu hücumun dayandırılmasını xahiş edirdi. Podpolkovnik Minçenkonun təklifinə əsasən karvansaranı yandırmaq qərara alındı. Bu iş qalada qaçıb gizlənən gürcü taciri İsaak Kuzinova tapşırıldı. O kəndirlə qaladan aşağı enərək əlində tutduğu yanan məşəli tez-tələsik karvansaranın damına etdi. Üsyançılar yanan karvansaranı söndürməyə çalışdılar. Bu zaman ruslar onlara atəş açdı.
Sentyabrın 2-də üsyançılar bütün evlərdən nərdivanları yığaraq qalaya hücuma hazırlaşmağa başladı. Onlar qalanın lap yaxınlığına gələrək güclü atəş açdılar. Sentyabrın 2-də bütün gecə atışma davam etdi. Polkovnik Bezobrazovun göstərişi ilə üsyançıların qalaya atəş açdıqları evlər yandırıldı. Səhərə yaxın atışma səngidi. Köməyə gələn Tiflis yeger polkunun batalyonu ilə birləşən polkovnik Bezobrazovun hərbi qüvvələri xeyli artdı.
Sentyabrın 3-də üsyançıların köməyinə gələn dağlı qoşunu şəhəri tərk etməyə başladı. Rus qoşunu şəhərə daxil oldu. Üsyan amansızlıqla yatırıldı. Geri çəkilən dağlı qoşununu təqib edən rus əsgərləri onların bir neçəsini əsir götürdü. Üsyan başçısı Məmməd bəy isə yenidən İrana qayıtdı. Rutullu Ağa bəy də Dağıstana geri döndü.
Üsyan yatırıldıqdan sonra Şəkidə kütləvi həbslər başladı. Varlıların bir çoxu öz əmlaklarını qoyaraq şəhərdən qaçdı. 100 nəfər həbs olundu. 1838-ci il hadisəsi həmin il Qafqazda baş verən hadisələr içərisində işğalçıları qorxuya salan ən dəhşətli hadisə idi. Sakitliyi bərpa etmək üçün Tiflis yeger polkunun bir batalyonu və 6 topla birlikdə 2 draqun diviziyası bir müddət Şəkidə saxlandı.
Həmçinin bax
Mənbə
- Z.Ə.Cavadova. Şimal-Qərbi Azərbaycan. (tarixi-demoqrafik araşdırma). Bakı,1999.
- Действия 1838 года за Кавказомь. АКАК, т. IX. Тифлис, 1883.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Seki usyani 1838 XIX esrde car Rusiyasinin Azerbaycanda yeritdiyi mustemlekecilik esaretine qarsi cevrilmis umumxalq usyani Usyanin sebebleriXIX esrin 30 cu illerinde Azerbaycanda carizmin mustemleke esaretine qarsi bas vermis usyanlari doguran umumi amiller 1838 ci ilde Sekide bas vermis usyan ucun de xarakterik idi Lakin xanliqlar dovrunde movcud olan vergi ve mukellefiyyetler hec bir eyaletde Sekideki qeder deyildi Cenubi Qafqazda ipekciliyi ve ticaret senayeciliyini yayan Cemiyyetin tut agaclari plantasiyalarinda ve muessiselerde calisan rencberlerin veziyyeti xususile dozulmez idi Kicik qusur ustunde rencbere beden cezasi verilirdi Eyaletin inzibati merkezi olan Seki seherinde senetkarlara tetbiq edilen agir vergiler rusumlar zorakiliqlar qanunla nezerde tutulmayan mukellefiyyetler onlari muflislesdirir ve cana doydururdu Seherde yasayan agalar beyler ve ruhaniler de komendantdan narazi idi Coxlari dogma yurdunu terk edib daglara mesellere cekilirdi Bu narazi quvveler her an usyana baslamaga hazir idiler Vaxtile zulmu uzunden Sekini terk etmeye mecbur olmus Selim xan da ailesi ile birlikde Iranin serhed kendi Zeyve meskunlasmisdi Usyanin baslanmasi ve gedisiBezi menbelere gore Seki usyaninin bascisi Mesedi Mehemmed adli sexs Selim xanin oglu Haci xanin tapsirigi ile hele 1837 ci ilde Sekiye gelmisdi Tedqiqatci alim Z E Cavadova ise Simal Qerbi Azerbaycan tarixi demoqrafik arasdirma eserinde menbelere esaslanaraq qeyd edir ki usyana Iranda vefat eden Seki xani Huseyn xanin oglu Memmed bey basciliq edirdi 1837 ci ilde oz vetenine qayidan Memmed bey terefdarlari ile birlikde mustemleke esaretine qarsi mubarizeye basladi Lakin tezlikle hebs olunaraq herbi mehkemeye verildi 1838 ci ilin avqustun 8 de o hebsxanadan qacaraq Quba mahalinin yuxari hissesinde gizlendi 1838 ci ilin avqustunda Quba mahalinin yuxari hissesinde 5 minedek atli ve piyada qosun toplayan Memmed bey Rutuldan olan Aga beyle birlikde Seki uzerinde hucuma hazirlasmaga basladi Avqustun 30 da coxsayli dagli qosunu Xacmaz mahali yaxinliginda dagi asaraq Seki eyaletine girdi 400 evden ibaret sakinleri dagilara qosuldu Mahal naibinin kend ehalisinden yaxinlasan dagli qosununa qarsi muqavimet gostermek ucun deste toplamaq cehdi bas tutmadi 1838 ci ilde Sekide bas vermis usyanin xarakterik xususiyyeti mustemleke esaretine qarsi cevrilmis bu azadliq mubarizesinde Seki ehalisi ile yanasi dagli tayfalarinin da istirak etmesi idi Memmed bey Seki ehalisine gonderdiyi muracietde bildirirdi ki o sekilileri oz dindaslari ve dostlari hesab edir Onlara qarsi hec bir pis niyyeti yoxdur Yurusde esas meqsed onlari xristianlarin zulmunden azad etmek butun isgalcilari mehv etmekdir Memmed beyin bu muracieti Sekide usyanin baslamasi ucun bir isare oldu Seki komendanti podpolkovnik Mincenko yaxinlasan tehlukeni def etmek ucun silahli ehali toplamaga basladi Lakin teleb olunan 1000 nefer yerine cemi 200 atli yigildi Cetinlikle yigilan bu silahli deste Vartasin kendine geldi Onlar ise neinki muqavimet gosterdiler hetta mahal naibini hedeleyerek onun bu eraziden cixmasini teleb etdiler Qisa muddetde usyan butun Seki eyaletini burudu Avqustun 31 de komeye gelen dagli qosunu suretle hereket ederek demek olar ki hec bir muqavimete rast gelmeden Sekiye yaxinlasdilar Seki komendanti komek ucun Nijeqorodsk draqun polkunun komandiri polkovnik S D Bezobrazova muraciet etdi Car quyulari istehkamindan Sekiye top artilleriyasi ile birlikde 2 diviziya ve Zaqatala qalasindan 2 rota gonderildi Bu herbi quvveye Ilisu sultaninin yuzedek atlisi da qosuldu Polkovnik S D Bezobrazov Sekiye gelen zaman usyancilarla birlesmeye cehd gosteren dagli qosunu artiq sehere yaxinlasmisdi Qislaq adlanan erazide komeye gelen dagli qosunu ile Sekide yerlesdirilmis rus qosunu arasinda siddetli doyus basladi Seher yarganlar ve six baglarla ehate olundugu ucun az sayli qosunla usyancilara qarsi vurusmaq ve seheri elde saxlamaq cetinlik yaradirdi Ona gore de polk Bezobrazov ohdesinde olan az sayli qosunla seherden 4 verst arali olan Qislaq erazisinde helledici doyuse girmeyi qerara aldi Nijeqorodsk draqun polkunun kapitani knyaz Cavcavadze milis desteleri ile birlikde Qislaq ve Zeyzid yolu ile herekete basladi Bu desteni Gurcustan xett batalyonunun 2 rotasindan teskil edilmis deste musayet edirdi yaxinliginda milis desteleri ile usyancilar arasinda atisma basladi Piyada qosunlarina basciliq eden polkovnik Bezobrazov milis destelerine komek etmek ucun Zeyzid yoluna cixdigi an usyancilar onlarin ustune atildi Lakin piyadalar sungu zerbeleri ile bu kutleni geri oturtdu ve qacmaga mecbur etdi Usyancilarin diger hissesi ise Qislaq yolunda dayanan rotaya hucum ederek burada olan bir topu ele kecirmeye cehd gosterdiler Bu doyusden sonra Memmed bey Sekiye yaxin olan yukseklikleri ele kecirerek sehere daxil oldu Qisa muddetde usyancilar seherin butun simal hissesini ele kecirdi Ele kecirilmis yerlerde oz movqelerini mohkemlendirmek isteyen usyancilarla ruslar arasinda siddetli atisma basladi Polkovnik Bezobrazovun heyata kecirdiyi tedbirler neticesinde komeye gelen daglilarin hucumu dayandirilsa da onlar her defe boyuk seyle oz hucumlarini yeniden berpa edir ve guclu muqavimet gosterirdiler Doyus zamani her iki teref agir itki verdi Tezlikle usyancilar qaladan 15 sajen aralida yerlesen karvansarani ona yaxin olan butun tikilileri ve baglari ele kecirdiler Seherde olan 320 neferlik rus qarnizonu qalada gizlendi Qalanin bir hissesini dagidan usyancilar komendant idaresini eyalet xezinesini ele kecirdiler Karvansaradaki tacirler ve seherde yasayan ermeniler qacib qalada gizlendi Burada onlar silahlandirildi ve qalani mudafie eden rus esgerlerine qosuldu Mustemleke esaretine qarsi ayaga qalxan xalqin apardigi azadliq mubarizesi isgalcilari qorxuya saldi Bu mubarize Qafqaz xalqlarinin oz azadligi ugrunda birge apardiqlari qehremanliq mubarizesinin sanli sehifesi idi Komeye gelen dagli qosunu ile birlesen usyancilarin birge mubarizesi istilacilara amansiz zerbe vurdu Usyanin meglub olmasiPolkovnik Bezobrazov usyani yatirmaq ehalini sakitlesdirmek ve dagilari seherden qovmaq ucun qetiyyetli herbi emeliyyat kecirmek qerarina geldi Lakin Sekinin taninmis adamlari oz evlerinin tut ve meyve baglarinin mehv olacagindan ehtiyat ederek bu hucumun dayandirilmasini xahis edirdi Podpolkovnik Mincenkonun teklifine esasen karvansarani yandirmaq qerara alindi Bu is qalada qacib gizlenen gurcu taciri Isaak Kuzinova tapsirildi O kendirle qaladan asagi enerek elinde tutdugu yanan meseli tez telesik karvansaranin damina etdi Usyancilar yanan karvansarani sondurmeye calisdilar Bu zaman ruslar onlara ates acdi Sentyabrin 2 de usyancilar butun evlerden nerdivanlari yigaraq qalaya hucuma hazirlasmaga basladi Onlar qalanin lap yaxinligina gelerek guclu ates acdilar Sentyabrin 2 de butun gece atisma davam etdi Polkovnik Bezobrazovun gosterisi ile usyancilarin qalaya ates acdiqlari evler yandirildi Sehere yaxin atisma sengidi Komeye gelen Tiflis yeger polkunun batalyonu ile birlesen polkovnik Bezobrazovun herbi quvveleri xeyli artdi Sentyabrin 3 de usyancilarin komeyine gelen dagli qosunu seheri terk etmeye basladi Rus qosunu sehere daxil oldu Usyan amansizliqla yatirildi Geri cekilen dagli qosununu teqib eden rus esgerleri onlarin bir necesini esir goturdu Usyan bascisi Memmed bey ise yeniden Irana qayitdi Rutullu Aga bey de Dagistana geri dondu Usyan yatirildiqdan sonra Sekide kutlevi hebsler basladi Varlilarin bir coxu oz emlaklarini qoyaraq seherden qacdi 100 nefer hebs olundu 1838 ci il hadisesi hemin il Qafqazda bas veren hadiseler icerisinde isgalcilari qorxuya salan en dehsetli hadise idi Sakitliyi berpa etmek ucun Tiflis yeger polkunun bir batalyonu ve 6 topla birlikde 2 draqun diviziyasi bir muddet Sekide saxlandi Hemcinin baxSeki usyaniMenbeZ E Cavadova Simal Qerbi Azerbaycan tarixi demoqrafik arasdirma Baki 1999 Dejstviya 1838 goda za Kavkazom AKAK t IX Tiflis 1883