Şahzadə Fiona (ing. Princess Fiona) — "DreamWorks"un "Şrek" film silsiləsinin əsas qəhrəmanlarından biri. İlk dəfə 2001-ci ildə ekranlara çıxan filmdə gözəlliyi ilə seçilən şahzadə gecələr oqra çevrilməsi ilə bağlı tilsimə düçar olmuşdur. İlk olaraq şahzadənin busəsi ilə tilsmdən qurtulmağı arzulasa da, tale onu div Şreklə rastlaşdırmış, ona qəlbini təslim etmişdir. Seriyaların davamında şahzadənin keçmişi, münasibətləri daha dərindən açıqlanmışdır. "Şrek 2"də (2004) həyat yoldaşını valideynləri ilə tanış etmiş, "Üçüncü Şrek"də (2007) analıq sevincini yaşamış, "Əbədi Şrek"də (2010) isə döyüşkən cəngavərə çevrilmişdir. Sonuncu filmin böyük hissəsi Fiona ilə Şrekin heç vaxt rastlaşmadığı fərqli bir gerçəklikdə cərəyan etmişdir.
Şahzadə Fiona | |
---|---|
ing. Princess Fiona | |
![]() | |
Yaradan | Vilyam Steyq |
İlk görünmə | Şrek (film) (2001) |
Son görünmə | Əbədi Şrek (2010) |
Canlandıran | Kameron Diaz |
Məlumat | |
Ləqəbi | Şahzadə |
Növü | Oqr İnsan (əslində) |
Cinsi | Qadın |
Ailəsi | |
Həyat yoldaşı | Şrek |
Uşağı | 3 |
![]() |
Ssenari müəllifləri Ted Elliott və Terri Rossio tərəfindən yaradılmış Fiona obrazı Vilyam Steyqin "Şrek!" (1990) uşaq kitabındakı bədheybət şahzadə qızdan ilhamlanaraq, özünəməxsus şəkildə təsvir edilmişdir. Ssenari müəllifləri digər film yaradıcılarının kəskin etirazlarına baxmayaraq, obrazı cildini dəyişən tilsim altında olan şahzadə qız kimi uyğunlaşdırmışlar. Personajı aktrisa Kameron Diaz səsləndirib. İlkin mərhələdə bu rol komediya ustası və aktrisa Canin Qarofaloya həvalə olunsa da, o, heç bir izahat verilmədən layihədən kənarlaşdırılıb. Kompüter animasiyalı filmdə əsas insan obrazlarından biri olan Fionanı yaradarkən animatorlar onun həm gözəl, həm də real görünməsinə can atmışlar. Buna baxmayaraq, ilkin sınaq nümayişində uşaqların personajın qeyri-adi reallığına mənfi reaksiya verməsi animatorları Fionanı daha stilizə edilmiş, cizgi film qəhrəmanına xas görünüşdə yenidən tərtib etməyə sövq etmişdir. Personajın inandırıcı dəri, saç, geyim və işıqlandırma effektlərinin yaradılması üçün kompüter animasiyasının bir sıra inqilabi nailiyyətləri tətbiq edilmişdir.
Obraz həm nağıllardakı, həm də animasiya filmlərindəki ənənəvi şahzadə qızların səciyyəvi xüsusiyyətlərini zarafatyana şəkildə təcəssüm etdirməklə diqqət çəkmişdir. Tənqidçilər Fionanın xarakterinin çoxyönlü təsviri, döyüş sənətindəki məharəti və Diazın obrazı canlandırması baxımından müsbət rəy bildirmişlər. Obrazın insan qismindəki görünüşü barədə fikirlər haçalanmış, bəziləri texnoloji yenilikləri təqdir etmiş, digərləri isə həddən artıq realist təsviri narahatedici saymış, Diaza bənzərliyi tənqid hədəfinə çevirmişlər. Bir sıra mətbuat orqanları Fionanı feminist ideyanın daşıyıcısı kimi dəyərləndirmiş, onun öz qüsurlarını qəbul etməklə şahzadə stereotiplərini alt-üst etdiyini vurğulamışlar. Diaz "Şrek" filmlər silsiləsindəki rolu sayəsində Hollivudun ən yüksək qonorar alan aktrisalarından birinə çevrilmiş, ilk filmdə çəkilişə görə 3 milyon, hər növbəti filmdə isə 10 milyon dollardan artıq qazanc əldə etmişdir.
İstinadlar
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sahzade Fiona ing Princess Fiona DreamWorks un Srek film silsilesinin esas qehremanlarindan biri Ilk defe 2001 ci ilde ekranlara cixan filmde gozelliyi ile secilen sahzade geceler oqra cevrilmesi ile bagli tilsime ducar olmusdur Ilk olaraq sahzadenin busesi ile tilsmden qurtulmagi arzulasa da tale onu div Srekle rastlasdirmis ona qelbini teslim etmisdir Seriyalarin davaminda sahzadenin kecmisi munasibetleri daha derinden aciqlanmisdir Srek 2 de 2004 heyat yoldasini valideynleri ile tanis etmis Ucuncu Srek de 2007 analiq sevincini yasamis Ebedi Srek de 2010 ise doyusken cengavere cevrilmisdir Sonuncu filmin boyuk hissesi Fiona ile Srekin hec vaxt rastlasmadigi ferqli bir gerceklikde cereyan etmisdir Sahzade Fionaing Princess FionaYaradan Vilyam SteyqIlk gorunme Srek film 2001 Son gorunme Ebedi Srek 2010 Canlandiran Kameron DiazMelumatLeqebi SahzadeNovu Oqr Insan eslinde Cinsi QadinAilesiHeyat yoldasi SrekUsagi 3 Vikianbarda elaqeli mediafayllar Ssenari muellifleri Ted Elliott ve Terri Rossio terefinden yaradilmis Fiona obrazi Vilyam Steyqin Srek 1990 usaq kitabindaki bedheybet sahzade qizdan ilhamlanaraq ozunemexsus sekilde tesvir edilmisdir Ssenari muellifleri diger film yaradicilarinin keskin etirazlarina baxmayaraq obrazi cildini deyisen tilsim altinda olan sahzade qiz kimi uygunlasdirmislar Personaji aktrisa Kameron Diaz seslendirib Ilkin merhelede bu rol komediya ustasi ve aktrisa Canin Qarofaloya hevale olunsa da o hec bir izahat verilmeden layiheden kenarlasdirilib Komputer animasiyali filmde esas insan obrazlarindan biri olan Fionani yaradarken animatorlar onun hem gozel hem de real gorunmesine can atmislar Buna baxmayaraq ilkin sinaq numayisinde usaqlarin personajin qeyri adi realligina menfi reaksiya vermesi animatorlari Fionani daha stilize edilmis cizgi film qehremanina xas gorunusde yeniden tertib etmeye sovq etmisdir Personajin inandirici deri sac geyim ve isiqlandirma effektlerinin yaradilmasi ucun komputer animasiyasinin bir sira inqilabi nailiyyetleri tetbiq edilmisdir Obraz hem nagillardaki hem de animasiya filmlerindeki enenevi sahzade qizlarin seciyyevi xususiyyetlerini zarafatyana sekilde tecessum etdirmekle diqqet cekmisdir Tenqidciler Fionanin xarakterinin coxyonlu tesviri doyus senetindeki mehareti ve Diazin obrazi canlandirmasi baximindan musbet rey bildirmisler Obrazin insan qismindeki gorunusu barede fikirler hacalanmis bezileri texnoloji yenilikleri teqdir etmis digerleri ise hedden artiq realist tesviri narahatedici saymis Diaza benzerliyi tenqid hedefine cevirmisler Bir sira metbuat orqanlari Fionani feminist ideyanin dasiyicisi kimi deyerlendirmis onun oz qusurlarini qebul etmekle sahzade stereotiplerini alt ust etdiyini vurgulamislar Diaz Srek filmler silsilesindeki rolu sayesinde Hollivudun en yuksek qonorar alan aktrisalarindan birine cevrilmis ilk filmde cekilise gore 3 milyon her novbeti filmde ise 10 milyon dollardan artiq qazanc elde etmisdir Istinadlar