Şah Sultan külliyəsi — İstanbulda XIX əsrə aid külliyə. Osmanlı sultanı III Mustafanın qızı və III Səlimin böyük bacısı Şah Sultan tərəfindən inşa etdirilən külliyə türbə, səbil, çeşmə və yetim uşaqlar üçün məktəbdən ibarətdir. Saray memarlarından İbrahim Kamil ağa tərəfindən inşa olunan külliyənin yerləşdiyi ərazidə keçmişdə İsgəndər bəy məktəbi yerləşmiş, yeni külliyə bu məktəb və ətrafındakı bəzi binaların satın alınaraq yerində inşa olunmuşdur. İnşası 1800-cü ildə tamamlanmışdır.
Haqqında
Külliyənin şərq cəbhəsi yerləşdiyi Fəshanə küçəsi üzərindədir. Cəbhənin solunda hər iki yanında kiçik çeşməsi olan türbə, türbənin sağında giriş qapısı və ən sağda üzərində sübyan məktəbi olan səbil yerləşir. Solundakı 3 pəncərəni saxlayan kiçik bölüm istisna olmaqla, bütün cəbhə mərmərlə örtülüdür. Türbənin hər iki tərəfində cəbhə üzərində yerləşən 2 kiçik çeşmə bir-birilə eyni formadadır. Hər ikisinin üstündə 2 sətirlik kitabə, altında isə oval formalı kiçik çeşmə yatağı yerləşir. Çeşmələrdəki ayna daşları yarpaq formalı dekorla bəzədilib. Ana giriş qapısı yuvarlaq kəmərlidir və bu kəmər 2 yanda incə sütunlar üzərinə yerləşdirilib. Hər iki tərəfində dalğa kəmərli, şəbəkə ilə örtülü 2 ədəd pəncərə yerləşir. Qapının üstündəki 6 sətirdən ibarət 12 beytlik kitabə tərəfindən yazılmışdır. Kitabənin üstü isə dalğalı saçaqla örtülüdür. Qapı üstü dekorativ kəmər vasitəsilə külliyənin içərisinə açılır. Kəmərin üzərində "Cənnət anaların ayaqları altındadır" hədisi yazılıdır.
Türbənin girişi şimal istiqamətindəndir. Öndəki 4 sütun üzərində yüksələn giriş hissəsi sarı və yaşıl bəzəmələrlə örtülü gümbəzdən ibarətdir. Türbə qapısının hər iki tərəfində dalğalı və dəmir barmaqlıqla örtülü pəncərələr mövcuddur. Həm qapının, həm də pəncərələrin üstündə qızılı rəngli kitabələr yerləşir. Türbənin içərisi isə qurğuşunlanmış və divarlara birbaşa birləşən günbəzlə örtülüdür. Altda 11, üstdə isə 12 pəncərə yerləşir. Bu pəncərələrin hər biri dalğalı kəmərli olub, altdakılar naxışlı qapılı, üstdəki oval formalılar isə çöldən pətək formalıdır. Daxili interyer rəngli çiçək motivləri və qızılı yazılarla bəzədilmişdir. Türbədə Şah Sultan, anası Mihrişah Qadınəfəndi və əri olan Nişançı Seyid Mustafa Paşanın məzarları yerləşir.
Barokko üslubundakı səbil oval planlı olub, küçəyə baxan şərq cəbhəsi 3 bölümdən ibarətdir. Ən üstdə divan şairi Sümbülzadə Vəhbi Əfəndiyə aid 4 sətirlik kitabə, onun üzəri isə yarımdairə şəkilli bir saçaq yerləşir. Səbilin üstündə yerləşən sübyan məktəbi isə açıq və qapalı olmaq üzrə 2 hissədən ibarətdir. Kvadrat planlı qapalı bölümün türbəyə baxan cəbhəsində 4 basıq tipli pəncərə yerləşir. Məktəbin alt mərtəbəsində türbədara və vəzifəlilərə aid otaq mövcuddur. Otaqların önü isə kəmərli bölümlə örtülüdür.
Külliyənin həyətində dəfn olunanlardan bəziləri bunlardır:
- Şah Sultanın dayəsi Cəmilə xanım (ö. 1801)
- Şah Sultanın mürəbbiyəsi Əl-hacə Aynülhəyat Ayşə Qadın (ö. 1802)
- Şah Sultanın anası Mihrişah Qadınəfəndinin xidmətçilərindən Xədicə kalfa (ö. 29 noyabr 1893)
- Şah Sultanın xidmətçilərindən Ziba Xatun (ö. 15 sentyabr 1812)
- Qazi Hüseyn Paşanın silahdar Mehmed Şakir ağanın xanımı saraylı Səbuvər Fatma xanım (ö. 1812)
- Seyid Mustafa Paşanın xidmətçilərindən saraylı Dilzar xanım (ö. 1813)
- Şah Sultanın xəzinədarı Zəliha kalfa (ö. 1814)
- Şah Sultanın baş ağası Müsahib Salih ağa (ö. 1814)
- Şah Sultanın xidmətçilərindən Əl-hacə Dilhəyat kalfa (ö. 1814)
- Sədrəzəm Yusif Paşanın xanımı Ayşə xanım (ö. 1816)
- Əsma Sultanın baş ağalarından Mehmed Sərvər ağa (ö. 1816)
- Əsma Sultanın kənizlərindən Şevkidil kalfa (ö. 1816)
- Əsma Sultanın kənizlərindən Gülənvər kalfa (ö. 1816)
- Mihrimah Sultanın kənizlərindən Yasəmən Xatun (ö. 1816)
- Əsma Sultanın kənizlərindən Əndəlib xanım (ö. 1826)
- Əsma Sultanın baş ağalarından Mehmed ağa (ö. 1827)
- Kaptan-ı dərya Hüseyn Paşanın silahdarı Mehmed Şakir ağa (ö. iyul 1827)
- Əsma Sultanın kənizlərindən Səidə kalfa (ö. 1835)
- Qars hakimi Mehmed Heydər Paşanın xanımı Xədicə Kübra xanım (ö. mart 1845)
- Şah Sultan məktəbinin müəllimlərindən Hafiz Mehmed Arif Əfəndi (ö. may 1844)
- Şah Sultan türbədarı Silistrəli Hacı Osman Nuri Əfəndi (ö. 1912)
Mənbə
- İzzet Kumbaracılar, İstanbul Sebilleri, İstanbul 1938, s. 47.
- Yıldız Demiriz, Eyüp’de Türbeler, Ankara 1989, s. 77–79.
- Hakkı Önkal, Osmanlı Hanedan Türbeleri, Ankara 1992, s. 246–251.
- Mehmet Nermi Haskan, Eyüp Tarihi, İstanbul 1993, I, 265–268; II, 27, 144, 157, 216–217, 220–221, 236.
- Affan Egemen, İstanbul’un Çeşme ve Sebilleri, İstanbul 1993, s. 777–779.
- Ömer Faruk Şerifoğlu, Su Güzeli: İstanbul Sebilleri, İstanbul 1995, s. 132–133.
- Süleyman Berk, "Eyüpsultan’da Celi Sülüs Kuşak Yazılar", Tarihi, Kültürü ve Sanatıyla Eyüpsultan Sempozyumu V: Tebliğler, İstanbul 2002, s. 109–110.
- H. Örcün Barışta, "Eyüpsultan’da Kuşevleri", a.e., s. 72–75.
- Doğan Kuban, Osmanlı Mimarisi, İstanbul 2007, s. 548–550.
- Behçet Ünsal, "İstanbul Türbeleri Üzerinde Stil Araştırması", VD, sy. 16 (1982), s. 88.
- Hale Tokay, "Şah Sultan Külliyesi", DBİst. A, VII, 127.
İstinadlar
- a.mlf., "Osmanlı İmparatorluğu Geç Dönem Ağaç İşlerinin Eyüpsultan’dan Seçkin Örnekleri", a.e. VII: Tebliğler, İstanbul 2003, s. 84–89.
- a.mlf., "Eyüp Mihrişah ve Şah Sultan Türbelerinin Kitabeleri Işığında Mihrişah Kadın Meselesi", Tarihi, Kültürü ve Sanatıyla Eyüpsultan Sempozyumu V: Tebliğler, İstanbul 2002, s. 122–125.
- Fahrettin Bozdağ, "Sıbyan Mektebleri ve Eyüp’teki Sıbyan Mektebleri", a.e., VIII: Tebliğler, İstanbul 2004, s. 132–133.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sah Sultan kulliyesi Istanbulda XIX esre aid kulliye Osmanli sultani III Mustafanin qizi ve III Selimin boyuk bacisi Sah Sultan terefinden insa etdirilen kulliye turbe sebil cesme ve yetim usaqlar ucun mektebden ibaretdir Saray memarlarindan Ibrahim Kamil aga terefinden insa olunan kulliyenin yerlesdiyi erazide kecmisde Isgender bey mektebi yerlesmis yeni kulliye bu mekteb ve etrafindaki bezi binalarin satin alinaraq yerinde insa olunmusdur Insasi 1800 cu ilde tamamlanmisdir HaqqindaKulliyenin serq cebhesi yerlesdiyi Feshane kucesi uzerindedir Cebhenin solunda her iki yaninda kicik cesmesi olan turbe turbenin saginda giris qapisi ve en sagda uzerinde subyan mektebi olan sebil yerlesir Solundaki 3 pencereni saxlayan kicik bolum istisna olmaqla butun cebhe mermerle ortuludur Turbenin her iki terefinde cebhe uzerinde yerlesen 2 kicik cesme bir birile eyni formadadir Her ikisinin ustunde 2 setirlik kitabe altinda ise oval formali kicik cesme yatagi yerlesir Cesmelerdeki ayna daslari yarpaq formali dekorla bezedilib Ana giris qapisi yuvarlaq kemerlidir ve bu kemer 2 yanda ince sutunlar uzerine yerlesdirilib Her iki terefinde dalga kemerli sebeke ile ortulu 2 eded pencere yerlesir Qapinin ustundeki 6 setirden ibaret 12 beytlik kitabe terefinden yazilmisdir Kitabenin ustu ise dalgali sacaqla ortuludur Qapi ustu dekorativ kemer vasitesile kulliyenin icerisine acilir Kemerin uzerinde Cennet analarin ayaqlari altindadir hedisi yazilidir Turbenin girisi simal istiqametindendir Ondeki 4 sutun uzerinde yukselen giris hissesi sari ve yasil bezemelerle ortulu gumbezden ibaretdir Turbe qapisinin her iki terefinde dalgali ve demir barmaqliqla ortulu pencereler movcuddur Hem qapinin hem de pencerelerin ustunde qizili rengli kitabeler yerlesir Turbenin icerisi ise qurgusunlanmis ve divarlara birbasa birlesen gunbezle ortuludur Altda 11 ustde ise 12 pencere yerlesir Bu pencerelerin her biri dalgali kemerli olub altdakilar naxisli qapili ustdeki oval formalilar ise colden petek formalidir Daxili interyer rengli cicek motivleri ve qizili yazilarla bezedilmisdir Turbede Sah Sultan anasi Mihrisah Qadinefendi ve eri olan Nisanci Seyid Mustafa Pasanin mezarlari yerlesir Barokko uslubundaki sebil oval planli olub kuceye baxan serq cebhesi 3 bolumden ibaretdir En ustde divan sairi Sumbulzade Vehbi Efendiye aid 4 setirlik kitabe onun uzeri ise yarimdaire sekilli bir sacaq yerlesir Sebilin ustunde yerlesen subyan mektebi ise aciq ve qapali olmaq uzre 2 hisseden ibaretdir Kvadrat planli qapali bolumun turbeye baxan cebhesinde 4 basiq tipli pencere yerlesir Mektebin alt mertebesinde turbedara ve vezifelilere aid otaq movcuddur Otaqlarin onu ise kemerli bolumle ortuludur Kulliyenin heyetinde defn olunanlardan bezileri bunlardir Sah Sultanin dayesi Cemile xanim o 1801 Sah Sultanin murebbiyesi El hace Aynulheyat Ayse Qadin o 1802 Sah Sultanin anasi Mihrisah Qadinefendinin xidmetcilerinden Xedice kalfa o 29 noyabr 1893 Sah Sultanin xidmetcilerinden Ziba Xatun o 15 sentyabr 1812 Qazi Huseyn Pasanin silahdar Mehmed Sakir aganin xanimi sarayli Sebuver Fatma xanim o 1812 Seyid Mustafa Pasanin xidmetcilerinden sarayli Dilzar xanim o 1813 Sah Sultanin xezinedari Zeliha kalfa o 1814 Sah Sultanin bas agasi Musahib Salih aga o 1814 Sah Sultanin xidmetcilerinden El hace Dilheyat kalfa o 1814 Sedrezem Yusif Pasanin xanimi Ayse xanim o 1816 Esma Sultanin bas agalarindan Mehmed Server aga o 1816 Esma Sultanin kenizlerinden Sevkidil kalfa o 1816 Esma Sultanin kenizlerinden Gulenver kalfa o 1816 Mihrimah Sultanin kenizlerinden Yasemen Xatun o 1816 Esma Sultanin kenizlerinden Endelib xanim o 1826 Esma Sultanin bas agalarindan Mehmed aga o 1827 Kaptan i derya Huseyn Pasanin silahdari Mehmed Sakir aga o iyul 1827 Esma Sultanin kenizlerinden Seide kalfa o 1835 Qars hakimi Mehmed Heyder Pasanin xanimi Xedice Kubra xanim o mart 1845 Sah Sultan mektebinin muellimlerinden Hafiz Mehmed Arif Efendi o may 1844 Sah Sultan turbedari Silistreli Haci Osman Nuri Efendi o 1912 MenbeIzzet Kumbaracilar Istanbul Sebilleri Istanbul 1938 s 47 Yildiz Demiriz Eyup de Turbeler Ankara 1989 s 77 79 Hakki Onkal Osmanli Hanedan Turbeleri Ankara 1992 s 246 251 Mehmet Nermi Haskan Eyup Tarihi Istanbul 1993 I 265 268 II 27 144 157 216 217 220 221 236 Affan Egemen Istanbul un Cesme ve Sebilleri Istanbul 1993 s 777 779 Omer Faruk Serifoglu Su Guzeli Istanbul Sebilleri Istanbul 1995 s 132 133 Suleyman Berk Eyupsultan da Celi Sulus Kusak Yazilar Tarihi Kulturu ve Sanatiyla Eyupsultan Sempozyumu V Tebligler Istanbul 2002 s 109 110 H Orcun Barista Eyupsultan da Kusevleri a e s 72 75 Dogan Kuban Osmanli Mimarisi Istanbul 2007 s 548 550 Behcet Unsal Istanbul Turbeleri Uzerinde Stil Arastirmasi VD sy 16 1982 s 88 Hale Tokay Sah Sultan Kulliyesi DBIst A VII 127 Istinadlara mlf Osmanli Imparatorlugu Gec Donem Agac Islerinin Eyupsultan dan Seckin Ornekleri a e VII Tebligler Istanbul 2003 s 84 89 a mlf Eyup Mihrisah ve Sah Sultan Turbelerinin Kitabeleri Isiginda Mihrisah Kadin Meselesi Tarihi Kulturu ve Sanatiyla Eyupsultan Sempozyumu V Tebligler Istanbul 2002 s 122 125 Fahrettin Bozdag Sibyan Mektebleri ve Eyup teki Sibyan Mektebleri a e VIII Tebligler Istanbul 2004 s 132 133