İşıqlar yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndinin şimal-şərqində orta əsrlərə aid yaşayış yeri.
İşıqlar yaşayış yeri | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Yerləşir | Babək rayonunun Cəhri kəndi |
Üslubu | Naxçıvan memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Təbii cəhətdən əlverişli mövqedə yerləşmişdir. Sahəsi 46 min m²-dir.
Yaşayış yerinin mərkəzində "Xərtənli bulaq" adlanan çeşmə vardır. Vaxtilə Cəhriçayın sol qolu, Canıçaydan çəkilən arxın qalıqları indi də qalmaqdadır. Bu arxın suyundan son vaxtlara qədər əkinçilikdə istifadə edilmişdir. Təbii aşınma nəticəsində yaşayış yerində əmələ gəlmiş yar ğan larda mədəni təbəqənin qalınlığı aydın izlənilir. Təbəqə müxtəlif qalınlıqda qalmış dır. Abidənin bəzi yerlərində onun qalınlığı 3-5 metrdir. Burada olan yaşayış binaları tamamilə dağılmışdır. Lakin bəzi yerlərdə dörd künc formalı çalalara və divar qalıqlarına təsadüf olunur. Yaşayış yerinin böyük bir hissəsi (təqribən sahəsi 16 min m²-dir.) kül yığınları ilə örtülmüşdür. Kül yığınları içərisində gil qab qırıqlarına tez-tez təsadüf olunur. Belə kül yığınları Nəhəcir orta əsr yaşayış yerində də qeydə alınmışdır. Müşahidələrə əsasən demək olar ki, bu kül yığınları dulus kürələrinin fəaliyyəti ilə bağlı olmuşdur. Şübhəsiz ki, İşıqlar yaşayış yerində dulusçuluq sənətkarlığın əsas sahələrindən biri olmuşdur. Yaşayış yerindən aşkar edilmiş materialları iki dövrə bölmək olar. Birinci dövrə aid olan tapıntılar boz, qara, çəhrayı rəngdə bişirilmiş qab qırıqlarından ibarətdir. Onlar ilk orta əsrlərə aiddir. İkinci dövrə orta əsrlərin inkişaf etmiş mərhələsi üçün xarakterik olan maddi-mədəniyyət qalıqları aiddir. Onlar əsasən çəhrayı rəngdə bişirilmiş, həndəsi və nəbati ornamentlərlə naxışlanmışdır. Qablar naxışlandıqdan sonra şəffaf və qeyri-şəffaf şirlə örtülmüşdür. Yaşayış yerinin nekropolu ondan cənubda yerləşən kiçik təpənin üzərində olmuşdur. Təbii aşınma nəticəsində qəbirlərin əksəriyyəti dağılmışdır. Onlar torpaqda qazılmış müsəlman qəbirlərdən ibarətdir.
Yaşayış yerinin adı qədim türk tayfası ilə bağlıdır. Mənbələrdə bununla bağlı geniş məlumatlar vardır. Aşkar edilmiş arxeoloji materiallara əsasən yaşayış yerini III-XVII əsrlərə aid etmək olar.
Ədəbiyyat
- Qədirzadə H.Q. Cəhriçay vadisi: m.ö. IV minillikdən günümüzədək. N., 2007.
Mənbə
- Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: 2008, səh. 212-213 (az.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Isiqlar yasayis yeri Naxcivan Muxtar Respublikasinin Babek rayonunun Cehri kendinin simal serqinde orta esrlere aid yasayis yeri Isiqlar yasayis yeriOlke AzerbaycanSeher NaxcivanYerlesir Babek rayonunun Cehri kendiUslubu Naxcivan memarliq mektebiVeziyyeti fealiyyet gosterirEhemiyyetiYerli ehemiyyetliIsiqlar yasayis yeri Tebii cehetden elverisli movqede yerlesmisdir Sahesi 46 min m dir Yasayis yerinin merkezinde Xertenli bulaq adlanan cesme vardir Vaxtile Cehricayin sol qolu Canicaydan cekilen arxin qaliqlari indi de qalmaqdadir Bu arxin suyundan son vaxtlara qeder ekincilikde istifade edilmisdir Tebii asinma neticesinde yasayis yerinde emele gelmis yar gan larda medeni tebeqenin qalinligi aydin izlenilir Tebeqe muxtelif qalinliqda qalmis dir Abidenin bezi yerlerinde onun qalinligi 3 5 metrdir Burada olan yasayis binalari tamamile dagilmisdir Lakin bezi yerlerde dord kunc formali calalara ve divar qaliqlarina tesaduf olunur Yasayis yerinin boyuk bir hissesi teqriben sahesi 16 min m dir kul yiginlari ile ortulmusdur Kul yiginlari icerisinde gil qab qiriqlarina tez tez tesaduf olunur Bele kul yiginlari Nehecir orta esr yasayis yerinde de qeyde alinmisdir Musahidelere esasen demek olar ki bu kul yiginlari dulus kurelerinin fealiyyeti ile bagli olmusdur Subhesiz ki Isiqlar yasayis yerinde dulusculuq senetkarligin esas sahelerinden biri olmusdur Yasayis yerinden askar edilmis materiallari iki dovre bolmek olar Birinci dovre aid olan tapintilar boz qara cehrayi rengde bisirilmis qab qiriqlarindan ibaretdir Onlar ilk orta esrlere aiddir Ikinci dovre orta esrlerin inkisaf etmis merhelesi ucun xarakterik olan maddi medeniyyet qaliqlari aiddir Onlar esasen cehrayi rengde bisirilmis hendesi ve nebati ornamentlerle naxislanmisdir Qablar naxislandiqdan sonra seffaf ve qeyri seffaf sirle ortulmusdur Yasayis yerinin nekropolu ondan cenubda yerlesen kicik tepenin uzerinde olmusdur Tebii asinma neticesinde qebirlerin ekseriyyeti dagilmisdir Onlar torpaqda qazilmis muselman qebirlerden ibaretdir Yasayis yerinin adi qedim turk tayfasi ile baglidir Menbelerde bununla bagli genis melumatlar vardir Askar edilmis arxeoloji materiallara esasen yasayis yerini III XVII esrlere aid etmek olar EdebiyyatQedirzade H Q Cehricay vadisi m o IV minillikden gunumuzedek N 2007 MenbeNaxcivan abideleri ensiklopediyasi Naxcivan 2008 seh 212 213 az