II İstanbul sülh müqaviləsi və ya Sərab sülh müqaviləsi 1612-ci ildə Səfəvi hökmdarı I Şah Abbas və Osmanlı sultanı I Əhməd arasında bağlanmış sülh müqaviləsi.
II İstanbul sülh müqaviləsi | |
---|---|
İmzalanma tarixi | 1612 |
İmzalanma yeri | İstanbul şəhəri |
Qüvvəyə minməsi | |
• şərtləri | Amasiya sülhünün şərtləri bərpa edildi. |
Tərəflər | Osmanlı İmperiyası Səfəvilər |
Arxa plan
XVI yüzilin sonu XVII yüzilin əvvəlləri Osmanlı imperiyası üçün ağır oldu. 1593-cü ildə Avstriya ilə başlanan müharibə 1606-cı il noyabrın 11-də Sitvatorokda (Macarıstan) sülhlə başa çatdı. Bu müqavilə Osmanlı imperiyasının qüdrətinin zəifləməsinin başlanğıcı hesab olunur. Qərbdə Avstriya ilə olduğu kimi şərqdə də Səfəvilərlə müharibələr XVII yüzilin başlanğıcında davam edir və Osmanlıların məğlubiyyəti ilə başa çatır. 1603- cü il sentyabrın 14-də Şah Abbasın qoşunları İsfahandan çıxaraq Təbrizə yönəldi. İki həftə sonra onlar Təbrizə çatdı. Şəhərdə üsyan başladı. Oktyabrın 21-də şəhər azad edildi. Qərbə doğru irəliləyən şah qoşunları Təbrizin Osmanlı qarnizonunun əsas qüvvəsini darmadağın etdi. Bu hadisələrdən sonra Cənubi Azərbaycan torpaqları əsasən azad oldu. Həmin torpaqların idarəetmə məsələləri həll edildikdən sonra Azərbaycanın qalan torpaqları uğrunda mübarizə başladı. Culfa və Naxçıvan ələ keçirildi. Ordubad tutuldu. Növbə İrəvana çatdı. 1603-cü ilin noyabrında başlanan mühasirə 1604-cü il iyulun 8-də qələbə ilə qurtardı. Şərqi Gürcüstan Səfəvilərdən vassal asılılığını qəbul etdi. Qarabağ və Şirvan uğrunda mübarizə başladı. Bu zaman Osmanlıların başlıca qüvvəsi olan Cığal oğlu Sinan paşanın qoşunları ilə toqquşmadan qaçmaq mümkün olmadı. 1605-ci ilin qışını Vanda keçirən Sinan paşa qızılbaşların hücumunu dəf edə bilmədi. İkinci dəfə qoşun toplayaraq hücuma keçdi. 1605-ci ilin payızındakı baş döyüşdə məğlub oldu. Bu qələbədən sonra Şah Abbas Gəncəni mühasirəyə aldı. 1606-cı ilin yayında qala təslim edildi. Şirvanın mərkəzi Şamaxını tutmaq planı həyata keçirilməyə başladı. Bu zaman Bakı və Dərbənddə baş verən üsyanlar qələbə ilə qurtardı. Onlar Səfəvilərin əlinə keçdi. 1607-ci ilin iyununda Şamaxının mühasirəsi də uğurla başa çatdı. Beləliklə, Şah Abbas 1590-cı il müqaviləsində itirdiyi torpaqları geri qaytara bildi. Əldə olunan qələbələrə baxmayaraq onu müqavilə ilə təsdiq etmək xeyli müddət çəkdi. Osmanlılar bu itki ilə razılaşmaq istəməyərək Murad paşanın rəhbərliyi ilə yeni qoşun göndərdilər. Bu yürüş (1610-1611-ci illər) özünü doğrultmadı. Belə olduqda sülh danışıqları başladı.
Şərtlər
Şah Abbas 1612-ci ilin yazında Ucanda sülh təklifi ilə gələn Osmanlı nümayəndəliyini qəbul etdi. Bundan sonra Səfəvi nümayəndə heyəti İstanbula yola düşdü. Sultan I Əhməd (1603-1617) Səfəvi nümayəndə heyətini yüksək səviyyədə qəbul etdi. 17 oktyabr 1612-ci ildə sülh müqaviləsi imzalandı. 1555-ci il Amasya sülhünün şərtlərinin bərpası qərara alındı. 1590-cı ildə imzalanmış müqavilə əsasında Osmanlılara verilmiş Kartli, Kaxetiya, Şirvan, Qarabağ, Çuxursəəd, Azərbaycan və Qərbi İran torpaqları Səfəvi dövlətinin tərkibinə qaytarılmışdır. Səfəvilər bu müqavilə ilə Şəhrizor vilayətini ələ keçirmiş Hiləv xana və Seyid Mübarık yardım etməməyi öhdələrinə götürürdülər.
Həmçinin Səfəvilər Osmanlı dövlətinin ruslara qarşı təşkil edəcəyi yürüşə maneə olmamağı öhdələrinə götürürdülər. Müqaviləyə görə Səfəvi imperiyasından Məkkə ziyarətinə gedən şəxslər Bağdad və Bsrə yolundan yox, Hələb-Şam yolundan istifadə etməli idilər.
Nəticə
Bu sülh mükavilesi 3 il devam etdi.3 il sonra Osmanlı tarafından bozuldu.
Həmçinin bax
İstinadlar
- Yaqub Mahmudov. AZƏRBAYCAN BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ DİPLOMATİYA TARİXİ (PDF). Bakı. 2009. səh. 25.
- Azərbaycan Tarixi III cild Abdullayev, Mehman (2015). Bakı: Bakı universiteti nəşri. . Bakı: Elm. 2005.
- Süleyman Əliyarlı. Azərbaycan tarixi. Bakı: Şərq-Qərb. 1996. səh. 400.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Serab sulh muqavilesi bura istiqametlendirir Merend sulh muqavilesi ile sehv salmayin II Istanbul sulh muqavilesi ve ya Serab sulh muqavilesi 1612 ci ilde Sefevi hokmdari I Sah Abbas ve Osmanli sultani I Ehmed arasinda baglanmis sulh muqavilesi II Istanbul sulh muqavilesiImzalanma tarixi 1612Imzalanma yeri Istanbul seheriQuvveye minmesi sertleri Amasiya sulhunun sertleri berpa edildi Terefler Osmanli Imperiyasi SefevilerArxa planXVI yuzilin sonu XVII yuzilin evvelleri Osmanli imperiyasi ucun agir oldu 1593 cu ilde Avstriya ile baslanan muharibe 1606 ci il noyabrin 11 de Sitvatorokda Macaristan sulhle basa catdi Bu muqavile Osmanli imperiyasinin qudretinin zeiflemesinin baslangici hesab olunur Qerbde Avstriya ile oldugu kimi serqde de Sefevilerle muharibeler XVII yuzilin baslangicinda davam edir ve Osmanlilarin meglubiyyeti ile basa catir 1603 cu il sentyabrin 14 de Sah Abbasin qosunlari Isfahandan cixaraq Tebrize yoneldi Iki hefte sonra onlar Tebrize catdi Seherde usyan basladi Oktyabrin 21 de seher azad edildi Qerbe dogru irelileyen sah qosunlari Tebrizin Osmanli qarnizonunun esas quvvesini darmadagin etdi Bu hadiselerden sonra Cenubi Azerbaycan torpaqlari esasen azad oldu Hemin torpaqlarin idareetme meseleleri hell edildikden sonra Azerbaycanin qalan torpaqlari ugrunda mubarize basladi Culfa ve Naxcivan ele kecirildi Ordubad tutuldu Novbe Irevana catdi 1603 cu ilin noyabrinda baslanan muhasire 1604 cu il iyulun 8 de qelebe ile qurtardi Serqi Gurcustan Sefevilerden vassal asililigini qebul etdi Qarabag ve Sirvan ugrunda mubarize basladi Bu zaman Osmanlilarin baslica quvvesi olan Cigal oglu Sinan pasanin qosunlari ile toqqusmadan qacmaq mumkun olmadi 1605 ci ilin qisini Vanda keciren Sinan pasa qizilbaslarin hucumunu def ede bilmedi Ikinci defe qosun toplayaraq hucuma kecdi 1605 ci ilin payizindaki bas doyusde meglub oldu Bu qelebeden sonra Sah Abbas Genceni muhasireye aldi 1606 ci ilin yayinda qala teslim edildi Sirvanin merkezi Samaxini tutmaq plani heyata kecirilmeye basladi Bu zaman Baki ve Derbendde bas veren usyanlar qelebe ile qurtardi Onlar Sefevilerin eline kecdi 1607 ci ilin iyununda Samaxinin muhasiresi de ugurla basa catdi Belelikle Sah Abbas 1590 ci il muqavilesinde itirdiyi torpaqlari geri qaytara bildi Elde olunan qelebelere baxmayaraq onu muqavile ile tesdiq etmek xeyli muddet cekdi Osmanlilar bu itki ile razilasmaq istemeyerek Murad pasanin rehberliyi ile yeni qosun gonderdiler Bu yurus 1610 1611 ci iller ozunu dogrultmadi Bele olduqda sulh danisiqlari basladi SertlerSah Abbas 1612 ci ilin yazinda Ucanda sulh teklifi ile gelen Osmanli numayendeliyini qebul etdi Bundan sonra Sefevi numayende heyeti Istanbula yola dusdu Sultan I Ehmed 1603 1617 Sefevi numayende heyetini yuksek seviyyede qebul etdi 17 oktyabr 1612 ci ilde sulh muqavilesi imzalandi 1555 ci il Amasya sulhunun sertlerinin berpasi qerara alindi 1590 ci ilde imzalanmis muqavile esasinda Osmanlilara verilmis Kartli Kaxetiya Sirvan Qarabag Cuxurseed Azerbaycan ve Qerbi Iran torpaqlari Sefevi dovletinin terkibine qaytarilmisdir Sefeviler bu muqavile ile Sehrizor vilayetini ele kecirmis Hilev xana ve Seyid Mubarik yardim etmemeyi ohdelerine gotururduler Hemcinin Sefeviler Osmanli dovletinin ruslara qarsi teskil edeceyi yuruse manee olmamagi ohdelerine gotururduler Muqavileye gore Sefevi imperiyasindan Mekke ziyaretine geden sexsler Bagdad ve Bsre yolundan yox Heleb Sam yolundan istifade etmeli idiler NeticeBu sulh mukavilesi 3 il devam etdi 3 il sonra Osmanli tarafindan bozuldu Hemcinin baxIstanbul muqavilesi 1590 Merend sulh muqavilesiIstinadlarYaqub Mahmudov AZERBAYCAN BEYNELXALQ MUNASIBETLER VE DIPLOMATIYA TARIXI PDF Baki 2009 seh 25 Azerbaycan Tarixi III cild Abdullayev Mehman 2015 Baki Baki universiteti nesri Baki Elm 2005 Suleyman Eliyarli Azerbaycan tarixi Baki Serq Qerb 1996 seh 400