İsgəndər Həsən oğlu Cəfərov (30 dekabr 1940, İmişli - 7 yanvar 2015, Bakı ) ― fizika-riyaziyyat elmləri doktoru (1979), professor (1979), Əməkdar elm xadimi (2012), AMEA-nın müxbir üzvü (2014).
İsgəndər Cəfərov | |
---|---|
İsgəndər Həsən oğlu Cəfərov | |
Doğum tarixi | |
Doğum yeri | İmişli |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Həsən Cəfərov |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru (1979) |
Elmi adı | professor (1979) |
Üzvlüyü | AMEA |
Mükafatları | Əməkdar elm xadimi (2012) |
Həyatı
İskəndər Cəfərov 30 dekabr 1940-cı ildə İmişli rayonunun Əlipənahlı kəndində anadan olub. 1957-ci ildə rayonun Sarxanlı kənd orta məktəbini bitirib və Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə qəbul olunub. 1962-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Fizika fakültəsinin aspiranturasına daxil olub. O, məşhur sovet fiziki A.A.Sokolovun elmi rəhbərliyi altında nəzəri fizika sahəsində tədqiqatlar aparıb.
İsgəndər Cəfərov 1966-cı ilin mayında MDU-nun nəzəri və riyazi fizika üzrə ixtisaslaşmış Elmi Şurasında "Polyarizələnmiş zərrəciklərlə aparılan təcrübələrdə kompleks elektromaqnit formfaktorlarının təyini və birfotonlu yaxınlaşmanın tətbiq hüdudunun müəyyənləşdirilməsi imkanları" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi alıb.
İsgəndər Cəfərov 1979-cu ildə M.V.Lomonosov adına MDU-da "Kalibrlənən SU(2)xU(1)-modellər və elementar zərrəciklərin zəif qarşılıqlı təsiri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmlər doktoru elmi dərəcəsini alıb. 1979-cu ildə professor elmi adını alan İsgəndər Cəfərov 2014-cü ildə fizika ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilib.
Əmək fəaliyyəti
İsgəndər Cəfərov Moskvada namizədlik dissertasiyası müdafiə edib Bakıya qayıtdıqdan sonra Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) fizika kafedrasında baş müəllim kimi əmək fəaliyyətinə başlayıb. Belə ki, Cəfərov 1966-1969-cu illərdə həmin universitetdə baş müəllim vəzifəsində çalışıb. Daha sonra 1969-cu ildə müsabiqə yolu ilə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun nüvə fizikası laboratoriyasında baş elmi işçi vəzifəsinə və az sonra həmin laboratoriyanın müdiri (1969-1985) vəzifəsinə təyin olunub.
Alim 1985-1989-cu illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun rektoru vəzifəsini icra edib. Naxçıvanda elm və təhsilin inkişafındakı xidmətlərinə görə İsgəndər Cəfərov dəfələrlə Ali Sovetin fəxri fərmanı ilə təltif edilib. 1989-cu ilin sonunda öz xahişi ilə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun rektoru vəzifəsindən azad edilib və ADPİ-nin Fizika fakültəsinin dekanı vəzifəsinə seçilib. 1989-1995-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin dekanı kimi fəaliyyət göstərən Cəfərov 1995-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Nəzəri fizika kafedrasının müdiri vəzifələrində çalışıb.
Elmi fəaliyyəti
İsgəndər Cəfərovun elmi tədqiqatının əsasnı elektromaqnit və zəif qarşılıqlı təsirlərin vahid nəzəriyyəsi üzrə işlər təşkil edir. O, zərrəciklərin elektrozəif qarşılıqlı təsirlərinin SU(2)xU(1) və digər simmetriya qruplarına əsaslanan vahid nəzəriyyəsinin bir sıra variantını irəli sürüb. İsgəndər Cəfərov 173 elmi əsərin müəllifidir. Onun rəhbərliyi altında 6 fəlsəfə doktoru, 2 elmlər doktoru və onlarla magistr dissertasiyası hazırlanıb. Professor İsgəndər Cəfərov elementar zərrəciklər nəzəriyyəsi sahəsində elmi məktəb yaradıb.
Mükafatları
İsgəndər Cəfərov 2012-ci ildə Əməkdar elm xadimi adına layiq görülüb. Həmçinin gənc alimlərlə fəal işinə görə Təhsil Nazirliyinin fəxri fərmanları, təşəkkürləri və "Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif edilib. O, ADPU Elmi Şurasının 2010-cu il 9 yanvar tarixli qərarı ilə 2008-2009-cu tədris ilində təbiət elmləri üzrə "İlin müəllimi" müsabiqəsinin qalibi olub.
İstinadlar
- "Cəfərov İsgəndər Həsən oğlu" (Azərbaycan). science.gov.az. 2022-01-21 tarixində .
- "Görkəmli alim, istedadlı elm və təhsil təşkilatçısı" (Azərbaycan). www.anl.az. 2014-08-23 tarixində .
- "İsgəndər Həsən oğlu Cəfərov" (Azərbaycan). 2023-06-20 tarixində .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Isgender Hesen oglu Ceferov 30 dekabr 1940 Imisli 7 yanvar 2015 Baki fizika riyaziyyat elmleri doktoru 1979 professor 1979 Emekdar elm xadimi 2012 AMEA nin muxbir uzvu 2014 Isgender CeferovIsgender Hesen oglu CeferovDogum tarixi 30 dekabr 1940Dogum yeri ImisliVefat tarixi 7 yanvar 2015 74 yasinda Vefat yeri BakiVetendasligi SSRI AzerbaycanMilliyyeti azerbaycanliAtasi Hesen CeferovElmi derecesi fizika riyaziyyat elmleri doktoru 1979 Elmi adi professor 1979 Uzvluyu AMEAMukafatlari Emekdar elm xadimi 2012 HeyatiIskender Ceferov 30 dekabr 1940 ci ilde Imisli rayonunun Elipenahli kendinde anadan olub 1957 ci ilde rayonun Sarxanli kend orta mektebini bitirib ve Baki Dovlet Universitetinin Fizika riyaziyyat fakultesine qebul olunub 1962 ci ilde ali mektebi ferqlenme diplomu ile bitirdikden sonra M V Lomonosov adina Moskva Dovlet Universitetinin MDU Fizika fakultesinin aspiranturasina daxil olub O meshur sovet fiziki A A Sokolovun elmi rehberliyi altinda nezeri fizika sahesinde tedqiqatlar aparib Isgender Ceferov 1966 ci ilin mayinda MDU nun nezeri ve riyazi fizika uzre ixtisaslasmis Elmi Surasinda Polyarizelenmis zerreciklerle aparilan tecrubelerde kompleks elektromaqnit formfaktorlarinin teyini ve birfotonlu yaxinlasmanin tetbiq hududunun mueyyenlesdirilmesi imkanlari movzusunda namizedlik dissertasiyasi mudafie ederek felsefe doktoru elmi derecesi alib Isgender Ceferov 1979 cu ilde M V Lomonosov adina MDU da Kalibrlenen SU 2 xU 1 modeller ve elementar zerreciklerin zeif qarsiliqli tesiri movzusunda doktorluq dissertasiyasi mudafie ederek fizika riyaziyyat elmleri doktoru elm ler dok toru elmi derecesini alib 1979 cu ilde professor elmi adini alan Isgender Ceferov 2014 cu ilde fizika ixtisasi uzre AMEA nin muxbir uzvu secilib Emek fealiyyetiIsgender Ceferov Moskvada namizedlik dissertasiyasi mudafie edib Bakiya qayitdiqdan sonra Azerbaycan Politexnik Institutunun indiki Azerbaycan Texniki Universiteti fizika kafedrasinda bas muellim kimi emek fealiyyetine baslayib Bele ki Ceferov 1966 1969 cu illerde hemin universitetde bas muellim vezifesinde calisib Daha sonra 1969 cu ilde musabiqe yolu ile Azerbaycan Elmler Akademiyasinin Fizika Institutunun nuve fizikasi laboratoriyasinda bas elmi isci vezifesine ve az sonra hemin laboratoriyanin mudiri 1969 1985 vezifesine teyin olunub Alim 1985 1989 cu illerde Naxcivan Dovlet Pedaqoji Institutunun rektoru vezifesini icra edib Naxcivanda elm ve tehsilin inkisafindaki xidmetlerine gore Isgender Ceferov defelerle Ali Sovetin fexri fermani ile teltif edilib 1989 cu ilin sonunda oz xahisi ile Naxcivan Dovlet Pedaqoji Institutunun rektoru vezifesinden azad edilib ve ADPI nin Fizika fakultesinin dekani vezifesine secilib 1989 1995 ci illerde Azerbaycan Dovlet Pedaqoji Universitetinin Fizika fakultesinin dekani kimi fealiyyet gosteren Ceferov 1995 ci ilden omrunun sonunadek Azerbaycan Dovlet Pedaqoji Universitetinin Nezeri fizika kafedrasinin mudiri vezifelerinde calisib Elmi fealiyyetiIsgender Ceferovun elmi tedqiqatinin esasni elektromaqnit ve zeif qarsiliqli tesirlerin vahid nezeriyyesi uzre isler teskil edir O zerreciklerin elektrozeif qarsiliqli tesirlerinin SU 2 xU 1 ve diger simmetriya qruplarina esaslanan vahid nezeriyyesinin bir sira variantini ireli surub Isgender Ceferov 173 elmi eserin muellifidir Onun rehberliyi altinda 6 felsefe doktoru 2 elm ler doktoru ve onlarla magistr dissertasiyasi hazirlanib Professor Isgender Ceferov elementar zerrecikler nezeriyyesi sahesinde elmi mekteb yaradib MukafatlariIsgender Ceferov 2012 ci ilde Emekdar elm xadimi adina layiq gorulub Hemcinin genc alimlerle feal isine gore Tehsil Nazirliyinin fexri fermanlari tesekkurleri ve Qabaqcil Tehsil Iscisi dos nisani ile teltif edilib O ADPU Elmi Surasinin 2010 cu il 9 yanvar tarixli qerari ile 2008 2009 cu tedris ilinde tebiet elmleri uzre Ilin muellimi musabiqesinin qalibi olub Istinadlar Ceferov Isgender Hesen oglu Azerbaycan science gov az 2022 01 21 tarixinde Gorkemli alim istedadli elm ve tehsil teskilatcisi Azerbaycan www anl az 2014 08 23 tarixinde Isgender Hesen oglu Ceferov Azerbaycan 2023 06 20 tarixinde