İmaməddin Zəkiyev — filologiya üzrə elmlər doktoru, "Qızıl qələm" mükafatının laureatı.
İmaməddin Zəkiyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | SSRİ Azərbaycan SSR Quba, Cimi |
Həyatı
İmaməddin Zəkiyev 1939-cu ildə Qubanın Qonaqkənd bölgəsinin Cimi kəndində anadan olub, 7-ci sinifə qədər bu kənddə uşaq evində təhsil almışdır. Orta təhsilini Qonaqkənd qəsəbə məktəbi nəzdindəki internatda başa vurmuş, Bakı Dövlət Universitetində ali təhsil almışdır. O, Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Nizamı adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuş, namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır.
İmaməddin Zəkiyev uzun illər Azərbaycan kitab mədəniyyətini, ümumən milli mədəniyyətimizi məhəbbətlə tədris etmiş nüfuzlu bir pedaqoqdur. O, 1964-cü ildən bugünədək, taleyini Bakı Mədəni-Maarif Texnikumu ilə bağlayıb.
İmaməddin Zəkiyev istedadlı yazıçı və şairdir. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, laureatıdır. Hələ VII–X siniflərdə oxuduğu illərdə oçerk və feleytonlar yazan İ. Zəkiyev 60–70-ci illərdə o zamankı ALKGİ-nın sərəncamı ilə yaradılan və AYB-nin nəzdində fəaliyyət göstərən "Gənc qələmlər" ədəbi birliyinin sədr müavini kimi ədəbi aləmin fəal üzvlərindən olmuşdur. O, 80-ci illərdə isə Mədəniyyət Nazirliyinin yaratdığı Kitabsevərlər Cəmiyyətinin sədri vəzifəsində çalışmışdır.
İ. Zəkiyev maarifçilik sahəsində göstərdiyi xidmətə görə SSRİ maarif əlaçısı adına, "Tədrisdə əla müvəffəqiyyətə görə" döş nişanına (1981), "Əmək veteranı" medalına (1989), "Metodik müəllim" (1992) adlarına layiq görülmüşdür.
Onun iki oğlu, iki qızı, yeddi nəvəsi var. Hər iki oğlu Qarabağ müharibəsi veteranıdır.
Yaradıcılığı
"Yazıçı və kitab", "M. F. Axundov və kitab mədəniyyəti", "Əsrlərin əks-sədası", "Azərbaycan kitabının inkişaf yolu (Qədim dövrdən XIX əsrin sonuna qədər)", "Azərbaycanda nəşriyyat işi" və s. adlı, ümumilikdə, on kitabın, 300-ə qədər şeir, oçerk, feleyton, ədəbi-tənqidi, fəlsəfi-publisistik məqalənin müəllifidir.
Onun ən böyük əsəri isə hələ 2000-ci ilin yanvar ayında görkəmli ədəbiyyatşünas və mətnşünas alim, AMEA-nın müxbir üzvü, professor Əziz Mirəhmədovun rəhbərliyi və bəndeyi-həqirin iştirakı ilə doktorluq dissertasiyası kimi müzakirə edilib müsbət qərarla müdafiəyə buraxılmış "Azərbaycan kitabının inkişaf yolu (qədim dövrdən XIX əsrin sonuna qədər)" adlı monoqrafik tədqiqatdır.
Azərbaycan kitabının tarixini, kitab mədəniyyətimiz və çap işinin geniş mənzərəsini əks etdirən bu əsər XIX əsrə qədər yalnız bir yazı alətindən-qamış qələmdən istifadə edildiyi haqqında yanlış fikirləri aradan qaldıraraq, sübuta yetirir ki, ulu əcdadlarımız bu dövrə qədər daş qələm, metal qələm, sümük qələm, qrifel, üçkünc taxta qələm, çubuq qələm, lələk qələm, qamış qələm, fırça kimi yazı alətlərindən istifadə etmişlər.
İ. Zəkiyev bu qiymətli əsərində qədim vaxtlarda və eramızın I–II minilliklərində Azərbaycanda hansı yazı materiallarından istifadə olunması məsələsinə də aydınlıq gətirir. Gil lövhələr, daş lövhələr, tunc löv-hələr, qrifel taxtaları (üstünə mum çəkilmiş lövhələr) saxsı, sümük, metal lövhələr, papirus, ipək parça, perqament (inək, keçi, ceyran, bəbir dərisi) kimi materiallarda kitablar yazması əcdadlarımızın kitab və yazı mədəniyyətinin zənginliyindən soraq verir. Alim qeyd edir ki, məşhur alman səyyahı Adam Oleari Səfəvilər dövründə Azərbaycan kitabxanalarını gəzərkən fırça ilə qızıl suyu və mürəkkəblə yazılmış xeyli kitab görüb heyrətə gəlib və nümunə üçün bir neçə səhifəni qoparıb Almaniya hökmdarına göstərmək üçün özü ilə aparıb. İ. Zəkiyev fırçanın kağızdan sonra yaranmasına dair fikrə etiraz edib göstərir ki, fırça eramızdan əvvəl, kağız isə eramızın 105-ci ilində kəşf edilib. Fırça ilə ipək parça üzərində yazılmış əlyazma kitabların hərfləri barmaq boyda olub. İ. Zəkiyev guya Azərbaycanın XX əsrin əvvəllərinə qədər kağızı, qələmi, və rəngi, kartonu əcnəbi ölkələrdən alması haqqındakı fikirləri də təkzib edir. Azərbaycanda ilk kağız fabrikinin XIII, XIV və XVI əsrlərdə yaranması haqqında üç müxtəlif fikri "şəxsi mülahizə" adlandıran müəllif göstərir ki, azərbaycanlı Əlfəz Bərməki 794-cü ildə Bağdadda ilk kağız fabrikini açıb…
İ. Zəkiyevin "Əsrlərin əks-sədası" kitabı və "Azərbaycan kitabının inkişaf yolu" fundamental monoqrafiyası ali məktəblərdə dərs vəsaiti kimi istifadə olunur. Burada kitab mədəniyyəti, kitabxana tarixi, kitab çapı və vasitələri kimi istiqamətlər ümumi kulturoloji tariximiz kontekstində ciddi araşdırma predmetinə çevrilir.
Onun bir yazıçı-publisist kimi qələmə aldığı "Qonaqkənddən başlanan yol" (2001) və "Ömürdən səhifələr" (2004) sənədli povestləri zəngin həyatı müşahidələr əsasında insan və zaman münasibətlərini əks etdirən əsərlərdir.
Görkəmli sənayeçi və ictimai-siyasi xadim, millət vəkili Vahid Əhmədova həsr olunmuş "Qonaqkənddən başlanan yol" sənədli povesti böyük bir səmimiyyətlə yazılıb. Bu əsəri povest yox, həm həyat həqiqətini təcəssüm miqyasına, həm də bədii-tarixi dəyərinə görə sənədli roman adlandırmaq olar.
İ. Zəkiyevin "Heyrət doğuran qeyrət" (Bakı, "Nurlan" nəşr. 2008) poeması mərhum ictimai-siyasi xadim Ramiz Əhmədovun ömrünün son üç illik, əzablarla dolu xəstə həyatına, onun simasında ağrı ilə mübarizə edən insanın fiziki və mənəvi dözümünə, qürurlu şəxsiyyətin faciəvi taleyinə həsr olunub.
Mənbə
- Nizaməddin Şəmsizadə. Kitab mədəniyyətimizin fədakar tədqiqatçısı. "525-ci qəzet", 8 aprel 2010. 525.az [ölü keçid] (az.)
- Nizaməddin Şəmsizadə. Kitab mədəniyyətimizin fədakar tədqiqatçısı. "525-ci qəzet", 8 aprel 2010. anl.az (az.)
- İlham Pənahov. Cəfakeş alim, yorulmaz tədqiqatçı. "Respublika" qəzeti, 4 may 2010, səh. 6. (az.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Imameddin Zekiyev filologiya uzre elmler doktoru Qizil qelem mukafatinin laureati Imameddin ZekiyevDogum tarixi 1939Dogum yeri SSRI Azerbaycan SSR Quba CimiHeyatiImameddin Zekiyev 1939 cu ilde Qubanin Qonaqkend bolgesinin Cimi kendinde anadan olub 7 ci sinife qeder bu kendde usaq evinde tehsil almisdir Orta tehsilini Qonaqkend qesebe mektebi nezdindeki internatda basa vurmus Baki Dovlet Universitetinde ali tehsil almisdir O Azerbaycan Elmler Akademiyasinin indiki Azerbaycan Milli Elmler Akademiyasi Nizami adina Edebiyyat Institutunun aspiranturasinda oxumus namizedlik dissertasiyasi mudafie ederek filologiya elmleri namizedi alimlik derecesini almisdir Imameddin Zekiyev uzun iller Azerbaycan kitab medeniyyetini umumen milli medeniyyetimizi mehebbetle tedris etmis nufuzlu bir pedaqoqdur O 1964 cu ilden bugunedek taleyini Baki Medeni Maarif Texnikumu ile baglayib Imameddin Zekiyev istedadli yazici ve sairdir O Azerbaycan Yazicilar Birliyinin uzvu Qizil qelem mukafatinin laureatidir Hele VII X siniflerde oxudugu illerde ocerk ve feleytonlar yazan I Zekiyev 60 70 ci illerde o zamanki ALKGI nin serencami ile yaradilan ve AYB nin nezdinde fealiyyet gosteren Genc qelemler edebi birliyinin sedr muavini kimi edebi alemin feal uzvlerinden olmusdur O 80 ci illerde ise Medeniyyet Nazirliyinin yaratdigi Kitabseverler Cemiyyetinin sedri vezifesinde calismisdir I Zekiyev maarifcilik sahesinde gosterdiyi xidmete gore SSRI maarif elacisi adina Tedrisde ela muveffeqiyyete gore dos nisanina 1981 Emek veterani medalina 1989 Metodik muellim 1992 adlarina layiq gorulmusdur Onun iki oglu iki qizi yeddi nevesi var Her iki oglu Qarabag muharibesi veteranidir Yaradiciligi Yazici ve kitab M F Axundov ve kitab medeniyyeti Esrlerin eks sedasi Azerbaycan kitabinin inkisaf yolu Qedim dovrden XIX esrin sonuna qeder Azerbaycanda nesriyyat isi ve s adli umumilikde on kitabin 300 e qeder seir ocerk feleyton edebi tenqidi felsefi publisistik meqalenin muellifidir Onun en boyuk eseri ise hele 2000 ci ilin yanvar ayinda gorkemli edebiyyatsunas ve metnsunas alim AMEA nin muxbir uzvu professor Eziz Mirehmedovun rehberliyi ve bendeyi heqirin istiraki ile doktorluq dissertasiyasi kimi muzakire edilib musbet qerarla mudafieye buraxilmis Azerbaycan kitabinin inkisaf yolu qedim dovrden XIX esrin sonuna qeder adli monoqrafik tedqiqatdir Azerbaycan kitabinin tarixini kitab medeniyyetimiz ve cap isinin genis menzeresini eks etdiren bu eser XIX esre qeder yalniz bir yazi aletinden qamis qelemden istifade edildiyi haqqinda yanlis fikirleri aradan qaldiraraq subuta yetirir ki ulu ecdadlarimiz bu dovre qeder das qelem metal qelem sumuk qelem qrifel uckunc taxta qelem cubuq qelem lelek qelem qamis qelem firca kimi yazi aletlerinden istifade etmisler I Zekiyev bu qiymetli eserinde qedim vaxtlarda ve eramizin I II minilliklerinde Azerbaycanda hansi yazi materiallarindan istifade olunmasi meselesine de aydinliq getirir Gil lovheler das lovheler tunc lov heler qrifel taxtalari ustune mum cekilmis lovheler saxsi sumuk metal lovheler papirus ipek parca perqament inek keci ceyran bebir derisi kimi materiallarda kitablar yazmasi ecdadlarimizin kitab ve yazi medeniyyetinin zenginliyinden soraq verir Alim qeyd edir ki meshur alman seyyahi Adam Oleari Sefeviler dovrunde Azerbaycan kitabxanalarini gezerken firca ile qizil suyu ve murekkeble yazilmis xeyli kitab gorub heyrete gelib ve numune ucun bir nece sehifeni qoparib Almaniya hokmdarina gostermek ucun ozu ile aparib I Zekiyev fircanin kagizdan sonra yaranmasina dair fikre etiraz edib gosterir ki firca eramizdan evvel kagiz ise eramizin 105 ci ilinde kesf edilib Firca ile ipek parca uzerinde yazilmis elyazma kitablarin herfleri barmaq boyda olub I Zekiyev guya Azerbaycanin XX esrin evvellerine qeder kagizi qelemi ve rengi kartonu ecnebi olkelerden almasi haqqindaki fikirleri de tekzib edir Azerbaycanda ilk kagiz fabrikinin XIII XIV ve XVI esrlerde yaranmasi haqqinda uc muxtelif fikri sexsi mulahize adlandiran muellif gosterir ki azerbaycanli Elfez Bermeki 794 cu ilde Bagdadda ilk kagiz fabrikini acib I Zekiyevin Esrlerin eks sedasi kitabi ve Azerbaycan kitabinin inkisaf yolu fundamental monoqrafiyasi ali mekteblerde ders vesaiti kimi istifade olunur Burada kitab medeniyyeti kitabxana tarixi kitab capi ve vasiteleri kimi istiqametler umumi kulturoloji tariximiz kontekstinde ciddi arasdirma predmetine cevrilir Onun bir yazici publisist kimi qeleme aldigi Qonaqkendden baslanan yol 2001 ve Omurden sehifeler 2004 senedli povestleri zengin heyati musahideler esasinda insan ve zaman munasibetlerini eks etdiren eserlerdir Gorkemli senayeci ve ictimai siyasi xadim millet vekili Vahid Ehmedova hesr olunmus Qonaqkendden baslanan yol senedli povesti boyuk bir semimiyyetle yazilib Bu eseri povest yox hem heyat heqiqetini tecessum miqyasina hem de bedii tarixi deyerine gore senedli roman adlandirmaq olar I Zekiyevin Heyret doguran qeyret Baki Nurlan nesr 2008 poemasi merhum ictimai siyasi xadim Ramiz Ehmedovun omrunun son uc illik ezablarla dolu xeste heyatina onun simasinda agri ile mubarize eden insanin fiziki ve menevi dozumune qururlu sexsiyyetin facievi taleyine hesr olunub MenbeNizameddin Semsizade Kitab medeniyyetimizin fedakar tedqiqatcisi 525 ci qezet 8 aprel 2010 525 az olu kecid az Nizameddin Semsizade Kitab medeniyyetimizin fedakar tedqiqatcisi 525 ci qezet 8 aprel 2010 anl az az Ilham Penahov Cefakes alim yorulmaz tedqiqatci Respublika qezeti 4 may 2010 seh 6 az