Çəkmə — Kişi və qadınlara aid ayaq geyim forması
Haqqında
Çəkmə — altlığı aşılı göndən, ayaqlığı kosaladan, "qunc" adlanan uzun boğazı xrom, tumac və ya müşküdən tikilən uzunboğaz çəkmə kişi və qadın geyim dəstinə daxildir. Çəkmənin ayaqlığı biçim etibarilə başmaqla tipoloji oxşarlıq təşkil edir. Çəkmənin boğazlığı arxa tərəfdən calandıqdan sonra topuğa və pəncəyə birləşdirilir. Çitməsi (uc hissəsi) geriyə doğru qatlanıb əyilmiş uzunboğaz çəkməni, əsasən, at belində gəzən kişilər geyərdilər. Uzaq yol gedən zaman atı mahmızlamaq üçün çox vaxt çəkmənin dabanına "mahmız" keçirərdilər. Varlı elat qadınları da çox vaxt səfərə atla çıxdıqlarından, ayaqlarına uzunboğaz çəkmə geyərdilər. XIX–XX əsrin əvvəllərində gəlin köçən qızların ayağında uzunboğaz çəkmənin olması vacib idi. Uzunboğaz çəkmə maldar elatların yuxarı təbəqələri arasında daha geniş yayılmışdır. Quncundan (boğazından) tutulub yuxarı "çəkmə" (dartma) üsulu ilə geyildiyi üçün ona "çəkmə" deyilirdi.
Azərbaycanda çəkmə istehsalının tarixi
Çəkmə tipli ayaq geyiminin Azərbaycanda qədim tarixi vardır. Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan və miladdan əvvəl IX–VIII əsrlərə aid edilən çəkmə tipli gil ayaqqabı – qablar XIX əsrdə xalqın istifadəsində olan eyniadlı ayaqqabılarla tipoloji oxşarlıq təşkil edir. Azərbaycanda qədimdən bəri istifadə olunan çəkmə tipli ayaq geyimi qadın və kişi çəkmələri kimi təsnif olunur. Bu isə bir daha sübut edir ki, bu ayaqqabı növləri uzun zaman əsaslı dəyişikliyə uğramadan öz mühafizəkarlığını qoruyub saxlamışdır. Mütəxəssislər qunclu çəkmənin "Kitabi-Dədə Qorqud" dastanlarında adı çəkilən "soqman"dan törəndiyini güman edirlər.
Dahi Nizami Gəncəvinin "Xəmsə"sində çəkmə ayaq geyiminin xatırlanması ("Ayağını bu dar çəkmədən çıxar, Dar başmaq geyinən tez çolaq olar"), Beyləqandan tapılmış mürəkkəb boyalı saxsı qab-nimçə üzərindəki təsvirin ayağında şabalıdı rəngli uzunboğaz çəkmə olması, rəssam Əbdül Mömin Məhəmməd əl-Xoyinin XIII yüzilliyin əvvəllərində çəkdiyi "Vərqa və Gülşa" miniatüründə atlı döyüşçülərin uzunboğaz və alçaqdabanlı çəkmədə təsvir olunmaları Azərbaycanda orta əsrlərdə çəkmə geyinildiyini təsdiqləyir.
Milli Azərbaycan Tarixi Muzeyində mühafizə olunan etnoqrafik materiallardan (İnv. 2623) aydın olur ki, əvvəllər olduğu kimi, XIX əsrdə də kübar qadınlar uzunboğaz çəkmə geyirmişlər. Gəncə qadınlarına məxsus çəkmələr məxmərdən tikilərək üstü təkəlduz və güləbətin tikmə ilə bəzədilmişdir. Qərb bölgəsində uzunboğaz və yarımboğaz, hündürdabanlı çəkmə növünə "quşkeçən" deyilirdi. Belə çəkmələrin üstü bəzən safyandan, bəzən də tumac və meşindən tikilir, müxtəlif tikmə naxışlarla bəzədilirdi.
Əhali arasında Şirvanın "qaytarmaburun", Gəncəbasarın isə yanları hörmə rezinli, xrom və ya adi aşılanmış göndən tikilmiş alçaqdabanlı, uzunboğaz çəkmələri geniş istifadədə olmuşdur. Bir qayda olaraq, boğazlığı qırmızı, ayaqlığı isə yaşıl, qara, göy rəngli dəridən hazırlanan belə ayaq geyimi formasına, materialına, tikilmə tərzinə görə Kazan tatarları arasında "içeki" adı ilə məşhur olan dabanlı, üstü tikmə naxışlarla bəzədilmiş qadın çəkmələri ilə tipoloji oxşarlıq təşkil edirdi.
XIX əsrdə Azərbaycanın çəkmə istehsalı mərkəzləri arasında Gəncə şəhəri xüsusi yer tuturdu. 1849-cu ildə burada 75 nəfər çəkmə ustası çalışırdı. 1859-cu ildə, zəlzələdən az sonra quberniya mərkəzinin Bakı şəhərinə köçürülməsinə baxmayaraq, Şamaxıda hələ də 30 nəfər çəkməçi işləyirdi, lakin yerli "əyriburun" çəkmələr tədricən rus və Avropa modasında tikilmiş və nisbətən ucuz başa gələn çəkmələrlə əvəz olunmağa başlamışdı. Məhz bunun sayəsində XIX əsrin 80-ci illərində Şamaxı qəzasının malakanlar yaşayan Mərəzə kəndində 12 nəfər yeni moda ilə düz çitməli çəkmə tikən usta-çəkməçi fəaliyyət göstərirdi. 1854-cü ildə Ordubadda fəaliyyət göstərən çəkməçilərin sayı 24 nəfərə çatırdı.
Şəkillər
- Kovboy çəkmələri
- Hərbi çəkmələr
- Xizək çəkmələri
- Motoskletçi çəkmələri
- Bağban çəkmələri
- Balıqçı çəkmələri
- Rezin çəkmələr
- Platforma çəkmələr
Həmçinin bax
Mənbə
- Сапоги // Товарный словарь / И. А. Пугачёв (главный редактор). — М.: Государственное издательство торговой литературы, 1959. — Т. VII. — Стб. 1006–1016
- Водарский Я. Е., Истомина Э. Г. Сельские кустарные промыслы Европейской России на рубеже XIX–XX столетий / Институт российской истории РАН. — М.: ИРИ РАН, 2004.
- Ameersing Luximon, Yan Luximon. Shoe-Last Design and Development (англ.) // The Science of Footwear / Ravindra S. Goonetilleke. — CRC Press, 2012. — P. 193–212. — .
Xarici keçidlər
- Сапоги — немного истории, различие цветов и типов. 2020-01-17 at the Wayback Machine
- Интернет-журнал для любителей униформалогии.
İstinadlar
- . 2020-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-08-01.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Cekme Kisi ve qadinlara aid ayaq geyim formasiAg qadin cekmeleriBu adin diger istifade formalari ucun bax Cekme deqiqlesdirme HaqqindaCekme altligi asili gonden ayaqligi kosaladan qunc adlanan uzun bogazi xrom tumac ve ya muskuden tikilen uzunbogaz cekme kisi ve qadin geyim destine daxildir Cekmenin ayaqligi bicim etibarile basmaqla tipoloji oxsarliq teskil edir Cekmenin bogazligi arxa terefden calandiqdan sonra topuga ve penceye birlesdirilir Citmesi uc hissesi geriye dogru qatlanib eyilmis uzunbogaz cekmeni esasen at belinde gezen kisiler geyerdiler Uzaq yol geden zaman ati mahmizlamaq ucun cox vaxt cekmenin dabanina mahmiz kecirerdiler Varli elat qadinlari da cox vaxt sefere atla cixdiqlarindan ayaqlarina uzunbogaz cekme geyerdiler XIX XX esrin evvellerinde gelin kocen qizlarin ayaginda uzunbogaz cekmenin olmasi vacib idi Uzunbogaz cekme maldar elatlarin yuxari tebeqeleri arasinda daha genis yayilmisdir Quncundan bogazindan tutulub yuxari cekme dartma usulu ile geyildiyi ucun ona cekme deyilirdi Azerbaycanda cekme istehsalinin tarixiCekme tipli ayaq geyiminin Azerbaycanda qedim tarixi vardir Mingecevir erazisinde aparilan arxeoloji qazintilar zamani tapilan ve miladdan evvel IX VIII esrlere aid edilen cekme tipli gil ayaqqabi qablar XIX esrde xalqin istifadesinde olan eyniadli ayaqqabilarla tipoloji oxsarliq teskil edir Azerbaycanda qedimden beri istifade olunan cekme tipli ayaq geyimi qadin ve kisi cekmeleri kimi tesnif olunur Bu ise bir daha subut edir ki bu ayaqqabi novleri uzun zaman esasli deyisikliye ugramadan oz muhafizekarligini qoruyub saxlamisdir Mutexessisler qunclu cekmenin Kitabi Dede Qorqud dastanlarinda adi cekilen soqman dan torendiyini guman edirler Dahi Nizami Gencevinin Xemse sinde cekme ayaq geyiminin xatirlanmasi Ayagini bu dar cekmeden cixar Dar basmaq geyinen tez colaq olar Beyleqandan tapilmis murekkeb boyali saxsi qab nimce uzerindeki tesvirin ayaginda sabalidi rengli uzunbogaz cekme olmasi ressam Ebdul Momin Mehemmed el Xoyinin XIII yuzilliyin evvellerinde cekdiyi Verqa ve Gulsa miniaturunde atli doyusculerin uzunbogaz ve alcaqdabanli cekmede tesvir olunmalari Azerbaycanda orta esrlerde cekme geyinildiyini tesdiqleyir Milli Azerbaycan Tarixi Muzeyinde muhafize olunan etnoqrafik materiallardan Inv 2623 aydin olur ki evveller oldugu kimi XIX esrde de kubar qadinlar uzunbogaz cekme geyirmisler Gence qadinlarina mexsus cekmeler mexmerden tikilerek ustu tekelduz ve gulebetin tikme ile bezedilmisdir Qerb bolgesinde uzunbogaz ve yarimbogaz hundurdabanli cekme novune quskecen deyilirdi Bele cekmelerin ustu bezen safyandan bezen de tumac ve mesinden tikilir muxtelif tikme naxislarla bezedilirdi Ehali arasinda Sirvanin qaytarmaburun Gencebasarin ise yanlari horme rezinli xrom ve ya adi asilanmis gonden tikilmis alcaqdabanli uzunbogaz cekmeleri genis istifadede olmusdur Bir qayda olaraq bogazligi qirmizi ayaqligi ise yasil qara goy rengli deriden hazirlanan bele ayaq geyimi formasina materialina tikilme terzine gore Kazan tatarlari arasinda iceki adi ile meshur olan dabanli ustu tikme naxislarla bezedilmis qadin cekmeleri ile tipoloji oxsarliq teskil edirdi XIX esrde Azerbaycanin cekme istehsali merkezleri arasinda Gence seheri xususi yer tuturdu 1849 cu ilde burada 75 nefer cekme ustasi calisirdi 1859 cu ilde zelzeleden az sonra quberniya merkezinin Baki seherine kocurulmesine baxmayaraq Samaxida hele de 30 nefer cekmeci isleyirdi lakin yerli eyriburun cekmeler tedricen rus ve Avropa modasinda tikilmis ve nisbeten ucuz basa gelen cekmelerle evez olunmaga baslamisdi Mehz bunun sayesinde XIX esrin 80 ci illerinde Samaxi qezasinin malakanlar yasayan Mereze kendinde 12 nefer yeni moda ile duz citmeli cekme tiken usta cekmeci fealiyyet gosterirdi 1854 cu ilde Ordubadda fealiyyet gosteren cekmecilerin sayi 24 nefere catirdi SekillerKovboy cekmeleri Herbi cekmeler Xizek cekmeleri Motoskletci cekmeleri Bagban cekmeleri Baliqci cekmeleri Rezin cekmeler Platforma cekmelerHemcinin baxUqqMenbeSapogi Tovarnyj slovar I A Pugachyov glavnyj redaktor M Gosudarstvennoe izdatelstvo torgovoj literatury 1959 T VII Stb 1006 1016 Vodarskij Ya E Istomina E G Selskie kustarnye promysly Evropejskoj Rossii na rubezhe XIX XX stoletij Institut rossijskoj istorii RAN M IRI RAN 2004 Ameersing Luximon Yan Luximon Shoe Last Design and Development angl The Science of Footwear Ravindra S Goonetilleke CRC Press 2012 P 193 212 ISBN 978 1 4398 3569 2 Xarici kecidlerSapogi nemnogo istorii razlichie cvetov i tipov 2020 01 17 at the Wayback Machine Internet zhurnal dlya lyubitelej uniformalogii Istinadlar 2020 08 13 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2020 08 01