Çingizqala — Azərbaycanın Zaqatala rayonunun Car kəndi ərazisində qala, tarix-memarlıq abidəsi. Xarici görünüşü ilə unudulmaz sərtlik təəssüratı yaradan bu cür qüllələr onları yaratmış cəmiyyətin sərt yaşayış tərzini əks etdirir. Abidə düz yol kənarında inşa edilmişdir. Qala ətrafındakı ərazi müdafiə divarları ilə əhatə olunsa da, həmin divarların çox az hissəsi dövrümüzə çatmışdır. Lakin, müdafiə divarlarınən qalıqları Çingizqalanın tək dayanan qüllə yox, yaxşı möhkəmləndirilmiş geniş ərazili qala olduğunu göstərir.
Çingizqala | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Zaqatala |
Yerləşir | Car kəndi |
Tikilmə tarixi | XVI əsr |
Material | daş |
İstinad nöm. | 5221 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Qala divarlarının qərb küncü yol ayrıcına baxır. Divarların qismən dövrümüzə çatmış şimal-qərb hissəsi yol boyunca uzanır. Ehtimal ki, divarın yuxarı hissəsində dövrümüzə çatmamış mazqallar mövcud olmuşdur.
Qüllə qalanın dövrümüzə ən yaxşı çatmış hissəsidir. Təəssüf ki, XX əsr boyunca qüllə və yanındakı evin məskunlaşmış olması onun memarlıq xüsusiyyətlərinin təhrik edilməsi və bəzi hissələrinin dağıdılmasına gətirib çıxarmışdır.
Tarixi-siyasi mühit
Car-Balakən camaatlığına xas olan sosial-siyasi mühit və ərazidə baş verən çoxsaylı hərbi fəaliyyət sözsüz ki, özünü bölgənin həm mülki, həm də ictimai memarlığında əks etdirməli idi. Bu ərazidə Qafqazın qonşu əraziləri kimi yaşayış binaları və müdafiə qüllələrinin qəsrvari tikili formasında birləşdirilməsi tez-tez müşahidə olunur. Bu cür tikililər adətən bir ailə və ya nəsilin müdafiəsi üçün nəzərdə tutulur. Lakin, belə tikililərin dövrümüzə çatmış ən qədim nümunələri bir yox, bir neçə nəsil üçün tikilmişdir ki, bu da özünü həmin tikililərin ölçüsündə büruzə verir.
Camaat sisteminin tənəzzülü və cəmiyyətin üst təbəqələrinin feodallaşması ilə yeni növlü müdafiə tikililəri də meydana çıxır; başlanğıcda bu tək dayanan müdafiə qüllələri olsa da, sonradan onlar həm də möhkəm qala divraları ilə əhatə edilirlər. Bu cür tikililərin sonrakı inkişaf mərhələsi qla divarları ilə əhatə edilmiş mülklərin yaranmasına gətirib çıxarır.
Təəssüf ki, bu cür tikililərin bir çoxu xüsusilə camaatlığın mövcudluğunun son illərində aparılmış hərbi əməliyyatlar zamanı dağıdıldığına görə dövrümüzə çatmamışdır. Anonim müəllif tərəfindən yazılmış “XVIII əsrdə Car müharibələrinin salnaməsi” əsərində çoxlu sayda dağıdılmış yaşayış yerləri və qalaların adları sadalanır.
Funksiyası
Xarici görünüşü ilə möhkəmlik və davamlılıq təəssüratı yaradan bu cür qüllələr onları yaratmış cəmiyyətin sərt yaşayış tərzini əks etdirir. İndi də yarıdağılmış vəziyyəti ilə meşənin dərinliklərində qəfil yüksələn bu cür qüllələr əhalinin səksəkəli günlərinin xatirəsi kimi dağıdıcı müharibələrin gündəlik həyat tərzinə çevrildiyi Car-Balakən camaatlığının tarixini əks etdirir. Sahədə işləyən, bağda olan və ya sürü otaran insanlar daima hücuma hazır vəziyyətdə olur və təhlükə hiss etdikləri an bu cür qüllələrə sığınırdılar.
Müdafiə qüllələri adətən ətraf mühiti müşahidə eləməyə imkan verən və təbbi müdafiə imkanlarına malik olan yüksəkliklərdə inşa edilsə də, yaşayış yerlərinə aparan yolların kənarları, yaşayış yerlərinin girişləri və yaşayış yerinin müdafiəsi üçün inşa edilmiş qüllələrə də rast gəlinir. Çingizqala da məhz bu tip qüllələr qrupuna aid edilir.
Təsviri
Çingizqala abidəsi düz yol kənarında inşa edilmişdir. Qala ətrafındakı ərazi müdafiə divarları ilə əhatə olunsa da, həmin divarların çox az hissəsi dövrümüzə çatmışdır. Lakin, müdafiə divarlarınən qalıqları Çingizqalanın tək dayanan qüllə yox, yaxşı möhkəmləndirilmiş geniş ərazili qala olduğunu göstərir. Ərazidə qüllə və qala divarlarından başqa, ehtimal ki, sonrakı dövrdə inşa edilmiş yaşayış binası – ev də vardır. Ola bilsin ki, bu ev daha qədim bir evin yerində inşa edilmişdir. Qüllə yaxınlığında başqa hər hansı bir tikili qalığı aşkar edilməmişdir.
Memarlıq xüsusiyyətləri
Qala divarlarının qərb küncü yol ayrıcına baxır. Divarların qismən dövrümüzə çatmış şimal-qərb hissəsi yol boyunca uzanır. Ehtimal ki, divarın yuxarı hissəsində dövrümüzə çatmamış mazqallar mövcud olmuşdur.
Qüllə qalanın dövrümüzə ən yaxşı çatmış hissəsidir. Təəssüf ki, XX əsr boyunca qüllə və yanındakı evin məskunlaşmış olması onun memarlıq xüsusiyyətlərinin təhrik edilməsi və bəzi hissələrinin dağıdılmasına gətirib çıxarmışdır. Qüllənin tac hissəsi tamamilə sökülmüş, yalnız möhkəm daş kronşteynlər saxlanmışdır. Qüllədə yeni qapı yeri açılmış, üçüncü yarusda isə iki pəncərə yeri yaradılmışdır.
Abidənin dövrümüzə çatmış köhnə fotosuna əsasən müəyyən edilmişdir ki, ilkin variantda tikili beş mərtəbəli olmuş, xarici ölçüləri isə tərəfləri 5.70 x 5.60 metrə bərabər olan kvadrat formasındadır. Qüllənin birinci mərtəbəsi yer səviyyəsindən 2 metr yeksəklikdə yerləşir. Qüllənin şimal-qərb divarında qapı yeri (1.0 x 1.6 m) vardır. Qapı yer səviyyəsindən 2 metr yüksəklikdə yerləşir və gözlənilməz ziyarətçilər üçün əlçatmazdır. Qapının sağ yuxarı tərəfindən güclü şəkildə aşağı baxan mazqal vardır. Bu divarda olan və bir qədər yuxarıda yerləşən ikinci mazqal da birinci kimi, qapının müdafiəsinə istiqamətlənmişdir. Şimal-şərq və cənub-şərq divarlarının hər birində daha iki mazqal vardır. Qərb küncünü qoruyan iki mazqaldan biri demək olar ki, küncdə yerləşir. Mazqalların hər biri döşəmə səviyyəsindən 1 v. 1.80 m hündürlükdə yerləşir.
İkinci mərtəbədə mazqallar demək olar ki, fasadlara perpendikulyar istiqamətləndirilmiş və qalaya qalxan yamacların müşahidəsinə hesablanmışdır. Qüllənin cənub-şərq və şimal-qərb divarlarının hər birinci üç mazqal, digər iki divarda isə iki mazqal vardır. Mazqallar döşəmə səviyyəsindən 1.30 – 1.40 metr hündürlükdə yerləşdirilmişdir. Cənub-qərb divarında kiçik pəncərə yeri vardır.
Çingizqalanın üçüncü mərtəbəsində digər mərtəbələrlə müqayisədə daha çox mazqal vardır. Üçüncü mərtəbənin şimal-şərq və cənub-qərb divarlarının hər birində üç, digər iki divarda isə iki mazqal vardır. Göstərilən silah yerlərindən başqa ikinci mərtəbənin hər küncündə dioqanal boyunca mazqallar yerləşdirilmişdir. Mazqalların tədqiqi onların hamısının odlu silah üçün nəzərdə tutulduğunu göstərmişdir. Onlar qüllənin içinə doöru genişlənir, fasada isə ensiz, kiçik yarıq şəklində açılırlar.
Qüllənin dördüncü və beşinci mərtəbələri dağılaraq dövrümüzə çatmamışdır. Lakin, abidənin saxlanmış köhnə fotosu və möhkəm daş kronşteynlər onun ilkin görünüşünü tamamilə bərpa etməyə imkan verir. Qüllənin hər divarında üç ədəd olan daş kronşteynlər üzərində əsas divardan bir qədər irəli çıxan müdafiə divarı yerləşirdi. Bu divarlar qüllə müdafiəçilərinə qüllənin əsas divarlarından irəli çıxmaqla əsas divarı müdafiə etməyə, buna baxmayaraq qorunmada qalmağa imkan verirdi. Dördüncü mərtəbə oxvari tağa malik pəncərə ilə işıqlandırılırdı. Pəncərənin hər iki tərəfində isə bir mazqal yerləşirdi. Qüllə bu tipli tikililər üçün xarakterik olan ikitərəfli damla tamamlanırdı.
İstinadlar
- Бретаницкий Л., 1950. səh. 111
- Лавров, Л. И. Башня Андиюх в Черкесии (Краткие сообшения ИИМК им. Н. Я. Марра Академии наук СССР). М.-Л.: вып. VII. 1940. 100.
- Аноним, 1931. səh. 21-23
- Бретаницкий Л., 1950. səh. 112
- Бретаницкий Л., 1950. səh. 113
- Бретаницкий Л., 1950. səh. 114
Ədəbiyyat
- Бретаницкий Л., Мамиконов Л. Оборонительные сооружения Закатальского и Белоканского районов (Памятники архитектуры Азербайджана). Баку. 1950. 111–119.
- Аноним. Хроника войн Джара в XVIII столетии. Баку. 1931. 21–23.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Cingizqala deqiqlesdirme Cingizqala Azerbaycanin Zaqatala rayonunun Car kendi erazisinde qala tarix memarliq abidesi Xarici gorunusu ile unudulmaz sertlik teessurati yaradan bu cur qulleler onlari yaratmis cemiyyetin sert yasayis terzini eks etdirir Abide duz yol kenarinda insa edilmisdir Qala etrafindaki erazi mudafie divarlari ile ehate olunsa da hemin divarlarin cox az hissesi dovrumuze catmisdir Lakin mudafie divarlarinen qaliqlari Cingizqalanin tek dayanan qulle yox yaxsi mohkemlendirilmis genis erazili qala oldugunu gosterir CingizqalaAbidenin umumi gorunusu41 40 21 sm e 46 41 02 s u Olke AzerbaycanSeher ZaqatalaYerlesir Car kendiTikilme tarixi XVI esrMaterial dasAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 5221KateqoriyaQalaEhemiyyetiYerli ehemiyyetliCingizqala Qala divarlarinin qerb kuncu yol ayricina baxir Divarlarin qismen dovrumuze catmis simal qerb hissesi yol boyunca uzanir Ehtimal ki divarin yuxari hissesinde dovrumuze catmamis mazqallar movcud olmusdur Qulle qalanin dovrumuze en yaxsi catmis hissesidir Teessuf ki XX esr boyunca qulle ve yanindaki evin meskunlasmis olmasi onun memarliq xususiyyetlerinin tehrik edilmesi ve bezi hisselerinin dagidilmasina getirib cixarmisdir Tarixi siyasi muhitCar Balaken camaatligina xas olan sosial siyasi muhit ve erazide bas veren coxsayli herbi fealiyyet sozsuz ki ozunu bolgenin hem mulki hem de ictimai memarliginda eks etdirmeli idi Bu erazide Qafqazin qonsu erazileri kimi yasayis binalari ve mudafie qullelerinin qesrvari tikili formasinda birlesdirilmesi tez tez musahide olunur Bu cur tikililer adeten bir aile ve ya nesilin mudafiesi ucun nezerde tutulur Lakin bele tikililerin dovrumuze catmis en qedim numuneleri bir yox bir nece nesil ucun tikilmisdir ki bu da ozunu hemin tikililerin olcusunde buruze verir Camaat sisteminin tenezzulu ve cemiyyetin ust tebeqelerinin feodallasmasi ile yeni novlu mudafie tikilileri de meydana cixir baslangicda bu tek dayanan mudafie qulleleri olsa da sonradan onlar hem de mohkem qala divralari ile ehate edilirler Bu cur tikililerin sonraki inkisaf merhelesi qla divarlari ile ehate edilmis mulklerin yaranmasina getirib cixarir Teessuf ki bu cur tikililerin bir coxu xususile camaatligin movcudlugunun son illerinde aparilmis herbi emeliyyatlar zamani dagidildigina gore dovrumuze catmamisdir Anonim muellif terefinden yazilmis XVIII esrde Car muharibelerinin salnamesi eserinde coxlu sayda dagidilmis yasayis yerleri ve qalalarin adlari sadalanir FunksiyasiXarici gorunusu ile mohkemlik ve davamliliq teessurati yaradan bu cur qulleler onlari yaratmis cemiyyetin sert yasayis terzini eks etdirir Indi de yaridagilmis veziyyeti ile mesenin derinliklerinde qefil yukselen bu cur qulleler ehalinin seksekeli gunlerinin xatiresi kimi dagidici muharibelerin gundelik heyat terzine cevrildiyi Car Balaken camaatliginin tarixini eks etdirir Sahede isleyen bagda olan ve ya suru otaran insanlar daima hucuma hazir veziyyetde olur ve tehluke hiss etdikleri an bu cur qullelere siginirdilar Mudafie qulleleri adeten etraf muhiti musahide elemeye imkan veren ve tebbi mudafie imkanlarina malik olan yuksekliklerde insa edilse de yasayis yerlerine aparan yollarin kenarlari yasayis yerlerinin girisleri ve yasayis yerinin mudafiesi ucun insa edilmis qullelere de rast gelinir Cingizqala da mehz bu tip qulleler qrupuna aid edilir TesviriCingizqala abidesi duz yol kenarinda insa edilmisdir Qala etrafindaki erazi mudafie divarlari ile ehate olunsa da hemin divarlarin cox az hissesi dovrumuze catmisdir Lakin mudafie divarlarinen qaliqlari Cingizqalanin tek dayanan qulle yox yaxsi mohkemlendirilmis genis erazili qala oldugunu gosterir Erazide qulle ve qala divarlarindan basqa ehtimal ki sonraki dovrde insa edilmis yasayis binasi ev de vardir Ola bilsin ki bu ev daha qedim bir evin yerinde insa edilmisdir Qulle yaxinliginda basqa her hansi bir tikili qaligi askar edilmemisdir Memarliq xususiyyetleriCingizqala XIX esrin sonu XX esrin evvellerinde Fotoda abidenin dovrumuze catmamis dord ve besinci mertebeleri gorunur Qala divarlarinin qerb kuncu yol ayricina baxir Divarlarin qismen dovrumuze catmis simal qerb hissesi yol boyunca uzanir Ehtimal ki divarin yuxari hissesinde dovrumuze catmamis mazqallar movcud olmusdur Qulle qalanin dovrumuze en yaxsi catmis hissesidir Teessuf ki XX esr boyunca qulle ve yanindaki evin meskunlasmis olmasi onun memarliq xususiyyetlerinin tehrik edilmesi ve bezi hisselerinin dagidilmasina getirib cixarmisdir Qullenin tac hissesi tamamile sokulmus yalniz mohkem das kronsteynler saxlanmisdir Qullede yeni qapi yeri acilmis ucuncu yarusda ise iki pencere yeri yaradilmisdir Abidenin dovrumuze catmis kohne fotosuna esasen mueyyen edilmisdir ki ilkin variantda tikili bes mertebeli olmus xarici olculeri ise terefleri 5 70 x 5 60 metre beraber olan kvadrat formasindadir Qullenin birinci mertebesi yer seviyyesinden 2 metr yekseklikde yerlesir Qullenin simal qerb divarinda qapi yeri 1 0 x 1 6 m vardir Qapi yer seviyyesinden 2 metr yukseklikde yerlesir ve gozlenilmez ziyaretciler ucun elcatmazdir Qapinin sag yuxari terefinden guclu sekilde asagi baxan mazqal vardir Bu divarda olan ve bir qeder yuxarida yerlesen ikinci mazqal da birinci kimi qapinin mudafiesine istiqametlenmisdir Simal serq ve cenub serq divarlarinin her birinde daha iki mazqal vardir Qerb kuncunu qoruyan iki mazqaldan biri demek olar ki kuncde yerlesir Mazqallarin her biri doseme seviyyesinden 1 v 1 80 m hundurlukde yerlesir Ikinci mertebede mazqallar demek olar ki fasadlara perpendikulyar istiqametlendirilmis ve qalaya qalxan yamaclarin musahidesine hesablanmisdir Qullenin cenub serq ve simal qerb divarlarinin her birinci uc mazqal diger iki divarda ise iki mazqal vardir Mazqallar doseme seviyyesinden 1 30 1 40 metr hundurlukde yerlesdirilmisdir Cenub qerb divarinda kicik pencere yeri vardir Cingizqalanin ucuncu mertebesinde diger mertebelerle muqayisede daha cox mazqal vardir Ucuncu mertebenin simal serq ve cenub qerb divarlarinin her birinde uc diger iki divarda ise iki mazqal vardir Gosterilen silah yerlerinden basqa ikinci mertebenin her kuncunde dioqanal boyunca mazqallar yerlesdirilmisdir Mazqallarin tedqiqi onlarin hamisinin odlu silah ucun nezerde tutuldugunu gostermisdir Onlar qullenin icine dooru genislenir fasada ise ensiz kicik yariq seklinde acilirlar Qullenin dorduncu ve besinci mertebeleri dagilaraq dovrumuze catmamisdir Lakin abidenin saxlanmis kohne fotosu ve mohkem das kronsteynler onun ilkin gorunusunu tamamile berpa etmeye imkan verir Qullenin her divarinda uc eded olan das kronsteynler uzerinde esas divardan bir qeder ireli cixan mudafie divari yerlesirdi Bu divarlar qulle mudafiecilerine qullenin esas divarlarindan ireli cixmaqla esas divari mudafie etmeye buna baxmayaraq qorunmada qalmaga imkan verirdi Dorduncu mertebe oxvari taga malik pencere ile isiqlandirilirdi Pencerenin her iki terefinde ise bir mazqal yerlesirdi Qulle bu tipli tikililer ucun xarakterik olan ikiterefli damla tamamlanirdi IstinadlarBretanickij L 1950 seh 111 Lavrov L I Bashnya Andiyuh v Cherkesii Kratkie soobsheniya IIMK im N Ya Marra Akademii nauk SSSR M L vyp VII 1940 100 Anonim 1931 seh 21 23 Bretanickij L 1950 seh 112 Bretanickij L 1950 seh 113 Bretanickij L 1950 seh 114EdebiyyatBretanickij L Mamikonov L Oboronitelnye sooruzheniya Zakatalskogo i Belokanskogo rajonov Pamyatniki arhitektury Azerbajdzhana Baku 1950 111 119 Anonim Hronika vojn Dzhara v XVIII stoletii Baku 1931 21 23