Çay axımı — çayın canlı kəsiyindən müəyyən vaxt ərzində axıb keçən suyun miqdarı. Çay axımı müəyyən vaxt (gün, ay, il) ərzində suyun məsrəfi ilə (m³ və ya km³) müəyyən edir.
Su balansı tənliyi
Çay axımı yerüstü axımla müəyyən olunur və onun suyığım hövzəsinin su balansı tənliyi ilə xarakterizə olunur. Bu tənlik aşağıdakı kimidir: x+c+d=y0+E+Z
Burada: x+c+d – su balansı tənliyinin mədaxil; y0+E+Z isə onun məxaric hissələridir. x— atmosfer yağıntısı; c—torpağın nəmliyi; d—qonşu hövzələrdən gələn yeraltı su axımı; y0—çay axımı; E—buxarlanma; Z—qonşu hövzələrə axıb gedən yeraltı su axımıdır.
Axım modulu
Axım layının qiymətlərinə görə axım modulu tərtib edilir. Axım modulu çay hövzəsinin 1km2sahəsindən gələn su sərfinə görə xarakterizə olunur: q=1000Q/F
Burada q—axım modulu, l/san km2; Q—orta sərf, m3/san; F—çay hövzəsinin sahəsidir, km2. Axım layının müşahidə illərindəki orta qiyməti axım norması adlanır. Avropanın şimalında axım normasının qiyməti 300–500 mm, cənubda, Xəzər dənizi sahillərində onun qiyməti 5–10 mm-ə qədər azalır və Qafqaz dağları ərazisində axım normasının qiyməti 1500–2000 mm-ə çatır. Azərbaycan ərazisində axımın paylanmasında iki qanunauyğunluq müşahidə olunur. Birincisi, yüksəklik artdıqca axım layı da artır, ikincisi isə onun qiyməti şimal–qərbdən cənub-şərq istiqamətində azalır.
Axının nizamlanmasının növləri
- sutkalıq
- həftəlik
- illik
- çoxillik
Sutkalıq nizamlanma
Sutkalıq nizamlamada məqsəd nisbətən sabit axın vasitəsilə SES-in suya olan qeyri müntəzəm təlbatını təmin etmkdir. Əgər ancaq sutkalıq tələbat həyata keçirilərsə, onda su anbarında sutkanın sonunda öz əvvəlki səviyyəsinə qayıdacaqdır.
Həftəlik nizamlanma
İki həftəlik nizamlamada məqsəd həftə ərzində hidrostansiyanın energetik sistemdə həftəlik yükün dəyişməsinə uyğun qeyri–müntəzəm tələbatını ödəməkdən ibarətdir. Həftənin işçi olmayan günləri enerjiyə tələbat azalmaqla uyğun olaraq SES-in yükü azalır və su anbarında su yığılır. Həftənin işçi günlərində bu ehtiyat su çayın təbii axınına əlavə edilməklə sərf olunur. Əgər su anbarı ancaq sutkalıq və həftəlik nizamlarınsa, onda səviyyənin dəyiəməsinin tam dövr müddəti bir həftəyə bərabər olacaqdır.
İllik nizamlama
İllik nizamlamada məqsəd çayın axını vasitəsilə il ərzində çoxsulu mövsümlərdə yaranan artıq suları yığaraq, onu ilin az sulu mövsümündə istifadə etməkdən ibarətdir. Su anbarında suyun səviyyəsinin dəyişmə dövrü illik nizamlamada bir il təşkil edir.
Çoxillik nizamlama
Çoxillik nizamlamada əsas məqsəd çoxsulu illər hesabına az sulu illərdə suyun sərfini və hidrostansiyanın enerji istehsalını artırmaqdan ibarətdir.
Çay axımının ərazi üzrə paylanması
Çay axımının ərazi üzrə paylanması bir çayın axımının bir hissəsinin digər çay hövzəsinə ötürülməsidir.
Baş Qafqazın şimal-şərqində axımın paylanması
Bu əsasən cənub yamaca görə Burada cənub yamaca nisbətən yağıntı və illik axım layının qiyməti 600mm ətrafındadır. Bunun əsas səbəbi ondadır ki, şimal-şərq yamacı əsasən quru və soyuq şimal-şərq küləklərinin təsirinə uğrayır. Bundan əlavə, səbəbi həm də şimal-şərq yamacı çaylarının hövzələrinin az meyilli və daha çox sukeçirən qruntlarından ibarət olmasıdır. Baş Qafqaz çaylarının axımı yüksəklik artdıqca artır və burada illik axım layının qiyməti 300–600mm arasında dəyişir. Bu zonaya Qusarçay, Qudyalçay, Qaraçay və Vəlvələçayın yuxarı sahələri daxildir.
Kiçik Qafqazda axımın paylanması
Burada Böyük Qafqaza nisbətən axımın paylanması daha mürəkkəbdir. Bu,birinci növbədə ərazinin mürəkkəb oroqrafik (relyef) xüsusiyyətilə izah olunur. Axım modulunun maksimal qiyməti 28 l/san km2 həddində Qamışlı və Qapıcıq dağları rayonlarında müşahidə olunmuşdur. Kiçik Qafqaz ərazisində Böyük Qafqazın cənub yamacına nisbətən axımın yüksəkliklə əlaqədar artması xeyli zəifdir. Kiçik Qafqazın cənub-şərq yamacında (Qarabağ silsiləsindən axan çaylar) axım 0,8–2,2 l/san km2, Naxçıvan MSSR-də isə axım 0,8–2,8 l/san km2 arasında artır.
Lənkəran ərazisində axımın paylanması
Lənkəran ərazisində oroqrafiq şəraitin və yağıntıların paylanma xüsusiyyətlərindən irəli gələn axımın paylanması daha da mürəkkəb xarakterlidir. Burada axım şimaldan cənuba və qərbdən şərqə doğru artır. Talış silsiləsindən axan çayların hövzələrində yüksəklik artdıqca axım azalır. Peştəsər və Burovar silsiləsindən axan çayların axımı isə artır. Maksimal axım Astaraçay hövzəsində, minimal axım isə Viləşçay hövzəsində müşahidə olunur. Bu çayların orta illik axımı müvafiq olaraq 800 mm və 15–25 mm arasındadır. Lənkəranın Peştəsər və Burovar silsilələrinin arasındakı mərkəzi ərazidə axımın paylanması daha zəngindir. Burada dənizyanı sahədən Peştəsər silsiləsinin zirvələrinə doğru (cənub-şərqdən şimal – qərbə) axım 800 mm – dən 100 mm-ə qədər azalır. Silsilələrin təsirindən az bir məsafədə Viləşçayın axımı aşağıdan yuxarı 400 mm-dən 100 mm-ə qədər azalır. Göründüyü kimi, respublika ərazisində orta illik axım təxminən sıfırla 1500 mm arasında dəyişir. Onun maksimal qiyməti Böyük Qafqazın cənub yamacında, minimal qiyməti isə yarımsəhra və düzənlik sahələrdə müşahidə olunur. Azərbaycanın öz ərazisində əmələ gələn orta illik yerli çay axımı modulu 3,78 l/san km2-ə bərabərdir.
İstinadlar
- Z.S.Musayev, K.M.Məmmədov, M.S.Zərbəliyev. Su ehtiyatlatlarının inteqrasiyalı olunması Dərslik. Bakı: Təhsil NPM. 2009. səh. 376.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Cay aximi cayin canli kesiyinden mueyyen vaxt erzinde axib kecen suyun miqdari Cay aximi mueyyen vaxt gun ay il erzinde suyun mesrefi ile m ve ya km mueyyen edir Su balansi tenliyiCay aximi yerustu aximla mueyyen olunur ve onun suyigim hovzesinin su balansi tenliyi ile xarakterize olunur Bu tenlik asagidaki kimidir x c d y0 E Z Burada x c d su balansi tenliyinin medaxil y0 E Z ise onun mexaric hisseleridir x atmosfer yagintisi c torpagin nemliyi d qonsu hovzelerden gelen yeralti su aximi y0 cay aximi E buxarlanma Z qonsu hovzelere axib geden yeralti su aximidir Axim moduluAxim layinin qiymetlerine gore axim modulu tertib edilir Axim modulu cay hovzesinin 1km2sahesinden gelen su serfine gore xarakterize olunur q 1000Q F Burada q axim modulu l san km2 Q orta serf m3 san F cay hovzesinin sahesidir km2 Axim layinin musahide illerindeki orta qiymeti axim normasi adlanir Avropanin simalinda axim normasinin qiymeti 300 500 mm cenubda Xezer denizi sahillerinde onun qiymeti 5 10 mm e qeder azalir ve Qafqaz daglari erazisinde axim normasinin qiymeti 1500 2000 mm e catir Azerbaycan erazisinde aximin paylanmasinda iki qanunauygunluq musahide olunur Birincisi yukseklik artdiqca axim layi da artir ikincisi ise onun qiymeti simal qerbden cenub serq istiqametinde azalir Axinin nizamlanmasinin novlerisutkaliq heftelik illik coxillikSutkaliq nizamlanma Sutkaliq nizamlamada meqsed nisbeten sabit axin vasitesile SES in suya olan qeyri muntezem telbatini temin etmkdir Eger ancaq sutkaliq telebat heyata kecirilerse onda su anbarinda sutkanin sonunda oz evvelki seviyyesine qayidacaqdir Heftelik nizamlanma Iki heftelik nizamlamada meqsed hefte erzinde hidrostansiyanin energetik sistemde heftelik yukun deyismesine uygun qeyri muntezem telebatini odemekden ibaretdir Heftenin isci olmayan gunleri enerjiye telebat azalmaqla uygun olaraq SES in yuku azalir ve su anbarinda su yigilir Heftenin isci gunlerinde bu ehtiyat su cayin tebii axinina elave edilmekle serf olunur Eger su anbari ancaq sutkaliq ve heftelik nizamlarinsa onda seviyyenin deyiemesinin tam dovr muddeti bir hefteye beraber olacaqdir Illik nizamlama Illik nizamlamada meqsed cayin axini vasitesile il erzinde coxsulu movsumlerde yaranan artiq sulari yigaraq onu ilin az sulu movsumunde istifade etmekden ibaretdir Su anbarinda suyun seviyyesinin deyisme dovru illik nizamlamada bir il teskil edir Coxillik nizamlama Coxillik nizamlamada esas meqsed coxsulu iller hesabina az sulu illerde suyun serfini ve hidrostansiyanin enerji istehsalini artirmaqdan ibaretdir Cay aximinin erazi uzre paylanmasiCay aximinin erazi uzre paylanmasi bir cayin aximinin bir hissesinin diger cay hovzesine oturulmesidir Bas Qafqazin simal serqinde aximin paylanmasi Bu esasen cenub yamaca gore Burada cenub yamaca nisbeten yaginti ve illik axim layinin qiymeti 600mm etrafindadir Bunun esas sebebi ondadir ki simal serq yamaci esasen quru ve soyuq simal serq kuleklerinin tesirine ugrayir Bundan elave sebebi hem de simal serq yamaci caylarinin hovzelerinin az meyilli ve daha cox sukeciren qruntlarindan ibaret olmasidir Bas Qafqaz caylarinin aximi yukseklik artdiqca artir ve burada illik axim layinin qiymeti 300 600mm arasinda deyisir Bu zonaya Qusarcay Qudyalcay Qaracay ve Velvelecayin yuxari saheleri daxildir Kicik Qafqazda aximin paylanmasi Burada Boyuk Qafqaza nisbeten aximin paylanmasi daha murekkebdir Bu birinci novbede erazinin murekkeb oroqrafik relyef xususiyyetile izah olunur Axim modulunun maksimal qiymeti 28 l san km2 heddinde Qamisli ve Qapiciq daglari rayonlarinda musahide olunmusdur Kicik Qafqaz erazisinde Boyuk Qafqazin cenub yamacina nisbeten aximin yukseklikle elaqedar artmasi xeyli zeifdir Kicik Qafqazin cenub serq yamacinda Qarabag silsilesinden axan caylar axim 0 8 2 2 l san km2 Naxcivan MSSR de ise axim 0 8 2 8 l san km2 arasinda artir Lenkeran erazisinde aximin paylanmasi Lenkeran erazisinde oroqrafiq seraitin ve yagintilarin paylanma xususiyyetlerinden ireli gelen aximin paylanmasi daha da murekkeb xarakterlidir Burada axim simaldan cenuba ve qerbden serqe dogru artir Talis silsilesinden axan caylarin hovzelerinde yukseklik artdiqca axim azalir Pesteser ve Burovar silsilesinden axan caylarin aximi ise artir Maksimal axim Astaracay hovzesinde minimal axim ise Vilescay hovzesinde musahide olunur Bu caylarin orta illik aximi muvafiq olaraq 800 mm ve 15 25 mm arasindadir Lenkeranin Pesteser ve Burovar silsilelerinin arasindaki merkezi erazide aximin paylanmasi daha zengindir Burada denizyani saheden Pesteser silsilesinin zirvelerine dogru cenub serqden simal qerbe axim 800 mm den 100 mm e qeder azalir Silsilelerin tesirinden az bir mesafede Vilescayin aximi asagidan yuxari 400 mm den 100 mm e qeder azalir Gorunduyu kimi respublika erazisinde orta illik axim texminen sifirla 1500 mm arasinda deyisir Onun maksimal qiymeti Boyuk Qafqazin cenub yamacinda minimal qiymeti ise yarimsehra ve duzenlik sahelerde musahide olunur Azerbaycanin oz erazisinde emele gelen orta illik yerli cay aximi modulu 3 78 l san km2 e beraberdir IstinadlarZ S Musayev K M Memmedov M S Zerbeliyev Su ehtiyatlatlarinin inteqrasiyali olunmasi Derslik Baki Tehsil NPM 2009 seh 376