Çalxanqala — Naxçıvan şəhərindən 22 km şimal-qərbdə, təbii cəhətdən əlverişli mövqedə yerləşən Tunc dövrünə aid qala.
Çalxanqala | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Çalxanqala |
Tikilmə tarixi | Tunc dövrü |
İstinad nöm. | 50 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
|
Ümumi məlumat
Qala Payız kəndi yaxınlığında, Cəhriçayın sağ sahilində, hündür təpə üstündə yerləşir. İri qaya daşlarından bərkidici məhlul işlədilmədən hörülmüşdür. Qalaya təkcə cənub tərəfdən giriş yolu vardır. Tunc dövrü siklop tikililərinin ən yaxşı qorunmuş nümunələrindən olan Çalxanqalanın dövrümüzədək gəlib çatmış divarlarının uzunluğu 450 m, hündürlüyü 2,5 – 3 m, eni 2,7 – 3 m-dir.
Çalxanqalanın Naxçıvan ərazisində e.ə. II minillikdə təşəkkül tapmış iri tayfa ittifaqının əsas müdafiə qalası olduğu güman edilir.
Tədqiqi
Çalxanqala ərazisində arxeoloji tədqiqatlar 1978-ci ildə Naxçıvan arxeoloji ekspedisiyası tərəfindən aparılmışdır. Tədqiqatlar zamanı qalınlığı iki metr olan mədəni təbəqə müəyyənləşdirilmişdir.
Aşınma nəticəsində mədəni təbəqə dağılmış, zəngin arxeoloji materiallar üzə çıxmışdır. Müəyyən edilmişdir ki, mədəni təbəqə kül qarışığı gil laylarından ibarət olub, maddi mədəniyyət qalıqları ilə zəngindir. Buradan keramika məmulatı qalıqları, xırda buynuzlu heyvan sümükləri, çaxmaqdaşı qırıntıları tapılmışdır.
Gil qablar əsasən üzəri qara və qırmızı rənglərlə naxışlanmış monoxrom boyalı qablardan ibarətdir. Dalğalı və düz xəttlərlə, cızma ornamentlərlə bəzədilmiş boz və qırmızı rəngli sadə gil qablara da təsadüf olunmuşdur. Tapıntılar arasında tufdan düzəldilmiş dən daşları, həvəngdəstələr, sürtkəclər və sair əşyalar da vardır.
İstinadlar
- V. H. Əliyev. Azərbaycanda Tunc dövrünün boyalı qablar mədəniyyəti. Bakı: 1977.
- Алиев В.Г. Новые материалы о культуре росписной керамики в Азербайджане. "Советская археология", 1967, № 1.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Calxanqala deqiqlesdirme Calxanqala Naxcivan seherinden 22 km simal qerbde tebii cehetden elverisli movqede yerlesen Tunc dovrune aid qala CalxanqalaOlke AzerbaycanYerlesir CalxanqalaTikilme tarixi Tunc dovruAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 50KateqoriyaQalaEhemiyyetiDunya ehemiyyetliCalxanqalaUmumi melumatQala Payiz kendi yaxinliginda Cehricayin sag sahilinde hundur tepe ustunde yerlesir Iri qaya daslarindan berkidici mehlul isledilmeden horulmusdur Qalaya tekce cenub terefden giris yolu vardir Tunc dovru siklop tikililerinin en yaxsi qorunmus numunelerinden olan Calxanqalanin dovrumuzedek gelib catmis divarlarinin uzunlugu 450 m hundurluyu 2 5 3 m eni 2 7 3 m dir Calxanqalanin Naxcivan erazisinde e e II minillikde tesekkul tapmis iri tayfa ittifaqinin esas mudafie qalasi oldugu guman edilir TedqiqiCalxanqala erazisinde arxeoloji tedqiqatlar 1978 ci ilde Naxcivan arxeoloji ekspedisiyasi terefinden aparilmisdir Tedqiqatlar zamani qalinligi iki metr olan medeni tebeqe mueyyenlesdirilmisdir Asinma neticesinde medeni tebeqe dagilmis zengin arxeoloji materiallar uze cixmisdir Mueyyen edilmisdir ki medeni tebeqe kul qarisigi gil laylarindan ibaret olub maddi medeniyyet qaliqlari ile zengindir Buradan keramika memulati qaliqlari xirda buynuzlu heyvan sumukleri caxmaqdasi qirintilari tapilmisdir Gil qablar esasen uzeri qara ve qirmizi renglerle naxislanmis monoxrom boyali qablardan ibaretdir Dalgali ve duz xettlerle cizma ornamentlerle bezedilmis boz ve qirmizi rengli sade gil qablara da tesaduf olunmusdur Tapintilar arasinda tufdan duzeldilmis den daslari hevengdesteler surtkecler ve sair esyalar da vardir IstinadlarV H Eliyev Azerbaycanda Tunc dovrunun boyali qablar medeniyyeti Baki 1977 Aliev V G Novye materialy o kulture rospisnoj keramiki v Azerbajdzhane Sovetskaya arheologiya 1967 1 Hemcinin baxCalxanqala kurqanlari Calxanqala kendi