Vayanq - Malayziya və İndoneziyada kölgələr teatrı.
Haqqında
Vayanq ― həm kukladır, həm teatrdır, həm tamaşadır, bundan əlavə, o, həm də əcdadların kölgəsidir. Bir vaxtlar bu tamaşalar əyləncə yox, müdafiə, kömək məqsədi ilə müraciət olunan ruhlarla ünsiyyət ayini idi. Vayanq kəlməsi həm də “pyes” sözünü əvəzləyir. Yavada elə bir tamaşa yoxdur ki, “vayanq” onun adının tərkib hissəsinə çevrilməsin. Vayanq tipli tamaşaları növlərini aşağıdakı kimi təsnif etmək olar:
- Vayanq-kulit ― kölgə teatrı;
- Vayanq-qolek (Vayanq-Menak) ― həcmli taxta kuklalar teatrı;
- Vayanq-topenq ― maska teatrı;
- Vayanq-oranq (Vayanq-Vonq) ― dramatik teatr;
- Vayanq-lemah;
- Vayanq-keruçil ― kiçik fiqurlar teatrı;
- Vayanq-klitik ― nazik taxtadan kəsilmiş yastı kuklalar teatrı: “klitik ” kuklalar işlədilərkən eşidilən səsdir;
- Vayanq-beber ― şəcərə rəsmləri kimi düşünülmüş şəkillər teatrı;
- Vayanq-şadet ― İslam dinini və estetikasını təbliğ edən tamaşalar;
- Vayanq-vahyu ― 1960-cı illərdə Yava yezuitlərinin İncilin kuklalar vasitəsilə təbliği məqsədilə yaradılan Vayanq forması.
Vayanq sözü Yava mənşəli olub “kölgə” mənasını verir. Ancaq müasir İndoneziyanın gündəlik lüğətində bu söz kukla və ya birbaşa kukla teatrı mənalarında işlənməkdədir. Vayanq-kulit (“kulit” ifadəsi kuklaların dəridən hazırlandığını bildirir) haqqında məlumatlar artıq eramızın X-XI əsrlərindən başlayaraq Yava mətnlərində müntəzəm şəkildə yad edilir (hərçənd İndoneziyada bu teatrın yaşını 3000 illik bir tarixlə ölçürlər). Belə hesab olunur ki, müasir teatrın cizgiləri (kuklaların şərti forması, yeni Yava dilində mətnlər və s.) XVI əsrdə Yavanın şimal sahillərində, islamlaşdırılmış ticari və siyasi mərkəzlərdə formalaşır və müsəlmanlığın yayılması ilə bütün Yava tərəfindən mənimsənilirdi (İslam XIII əsrdən Yavaya sirayət etməyə başlayır; XVI əsrdə o, Yava hökmdarlarının rəsmi dininə çevrilir və Yava əhalisinin böyük hissəsi islamlaşdırılır). Müasir dövrdə Yavada Vayanq purvo tamaşalarının üç əsas üslubunu fərqləndirirlər:
- Surakarta üslubu ― Mərkəzi Yava;
- Cokyakarta üslubu ― Mərkəzi Yavanın cənubu;
- Pasisir üslubu ― Yavanın şimal sahili.
Daha nəfis Surakarta üslubu etalon sayılır. Çox güman ki, sözügedən teatrın “kölgə” sözü ilə əlaqəsi yanlız ekrandakı obrazların canlandırılma texnikası ilə əlaqədar deyil. Vayanq tamaşalarının yaranma tarixini bir sıra tədqiqatçılar ölülər kultu ilə bağlayırlar və söyləyirlər ki, Yava teatrı ölmüş əcdadlara səcdə qılmaq məqsədilə təşkil olunan ayinlərdən yaranıb. Yavada belə hesab olunur ki, dünyasını dəyişmiş insanlar sehrli qüvvə əldə edib bu qüvvənin köməyi ilə sağ qalmış qohumlarına himayədarlıq göstərə bilirlər. Odur ki, ölmüş insanların ruhunu çağırmaq üçün xüsusi fiqurlar hazırlanırdı və güman edilirdi ki, o dünyadan gəlmiş ruhlar bu fiqurlarda özlərinə sığınacaq tapacaqlar. Bəlkə də ilk dönəmlərdə təsadüfi proyeksiyanın nəticəsi kimi peyda olan bu ideya əcdadların fiqurlarını ekranda əks etdirən kölgə teatrının əsasını qoyub. Bu məqam əyani şəkildə sübut eləyir ki, vayanq-kulit spiritik seansla əyləncə elementlərini özündə qapsayır. Əvvəllər, adətən, ailə başçısı müxtəlif dualar oxumaqla, düyü və digər məhsullardan ibarət sovqatlar hazırlamaqla (bəxşiş vasitəsilə ruhları ünsiyyət üçün “yola gətirməyə” çalışırdılar) ruhların çağrılmasını - kölgə kimi şəkilləndirilməsini - öz üzərinə götürürdü. Sonralar bu ənənəyə yerli şaman və kahinlər sahibləndilər. Vayanqın müqəddəs ayin anlayışından uzaqlaşaraq daha çox estetik məzmun daşıyan tamaşaya çevrilməsi dalanq peşəsinin meydana çıxması ilə sonuclandı. Yavalılar vayanqa şəriət kimi, dalanqa isə hər şeyi bilən kimi yanaşırlar.
Həmçinin bax
Xarici keçidlər
- The Wayang Golek Theater of Java
- Contemporary Wayang Archive, by the National University of Singapore
İstinadlar
- Wayang: Indonesian Theatre" 2020-10-31 at the Wayback Machine. Encyclopaedia Britannica. 2012.
- James R. Brandon (2009). Theatre in Southeast Asia 2017-04-10 at the Wayback Machine. Harvard University Press. pp. 46–54, 143–144, 150–152.
- Ganug Nugroho Adil, 'Joko Sri Yono: Preserving "wayang beber"' 2022-09-16 at the Wayback Machine, The Jakarta Post, 27 March 2012.
- Poplawska, Marzanna (2004). "Wayang Wahyu as an Example of Christian Forms of Shadow Theatre". Asian Theatre Journal. Johns Hopkins University Press. 21 (2): 194–202.
- Ganug Nugroho Adil, 'The metamorphosis of "Wayang Beber"' 2022-06-17 at the Wayback Machine, The Jakarta Post, 19 April 2013.
- Talıbzadə Aydın. Şərq teatrı tarixi. Bakı: ADMİU, 2016, s. 225-227
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vayanq Malayziya ve Indoneziyada kolgeler teatri Vayanq kolge kuklasiHaqqindaVayanq Kulit Vayanq hem kukladir hem teatrdir hem tamasadir bundan elave o hem de ecdadlarin kolgesidir Bir vaxtlar bu tamasalar eylence yox mudafie komek meqsedi ile muraciet olunan ruhlarla unsiyyet ayini idi Vayanq kelmesi hem de pyes sozunu evezleyir Yavada ele bir tamasa yoxdur ki vayanq onun adinin terkib hissesine cevrilmesin Vayanq tipli tamasalari novlerini asagidaki kimi tesnif etmek olar Vayanq kulit kolge teatri Vayanq qolek Vayanq Menak hecmli taxta kuklalar teatri Vayanq topenq maska teatri Vayanq oranq Vayanq Vonq dramatik teatr Vayanq lemah Vayanq kerucil kicik fiqurlar teatri Vayanq klitik nazik taxtadan kesilmis yasti kuklalar teatri klitik kuklalar isledilerken esidilen sesdir Vayanq beber secere resmleri kimi dusunulmus sekiller teatri Vayanq sadet Islam dinini ve estetikasini teblig eden tamasalar Vayanq vahyu 1960 ci illerde Yava yezuitlerinin Incilin kuklalar vasitesile tebligi meqsedile yaradilan Vayanq formasi Balide Vayanq tamasasi Vayanq sozu Yava menseli olub kolge menasini verir Ancaq muasir Indoneziyanin gundelik lugetinde bu soz kukla ve ya birbasa kukla teatri menalarinda islenmekdedir Vayanq kulit kulit ifadesi kuklalarin deriden hazirlandigini bildirir haqqinda melumatlar artiq eramizin X XI esrlerinden baslayaraq Yava metnlerinde muntezem sekilde yad edilir hercend Indoneziyada bu teatrin yasini 3000 illik bir tarixle olcurler Bele hesab olunur ki muasir teatrin cizgileri kuklalarin serti formasi yeni Yava dilinde metnler ve s XVI esrde Yavanin simal sahillerinde islamlasdirilmis ticari ve siyasi merkezlerde formalasir ve muselmanligin yayilmasi ile butun Yava terefinden menimsenilirdi Islam XIII esrden Yavaya sirayet etmeye baslayir XVI esrde o Yava hokmdarlarinin resmi dinine cevrilir ve Yava ehalisinin boyuk hissesi islamlasdirilir Muasir dovrde Yavada Vayanq purvo tamasalarinin uc esas uslubunu ferqlendirirler Surakarta uslubu Merkezi Yava Cokyakarta uslubu Merkezi Yavanin cenubu Pasisir uslubu Yavanin simal sahili Daha nefis Surakarta uslubu etalon sayilir Cox guman ki sozugeden teatrin kolge sozu ile elaqesi yanliz ekrandaki obrazlarin canlandirilma texnikasi ile elaqedar deyil Vayanq tamasalarinin yaranma tarixini bir sira tedqiqatcilar oluler kultu ile baglayirlar ve soyleyirler ki Yava teatri olmus ecdadlara secde qilmaq meqsedile teskil olunan ayinlerden yaranib Yavada bele hesab olunur ki dunyasini deyismis insanlar sehrli quvve elde edib bu quvvenin komeyi ile sag qalmis qohumlarina himayedarliq gostere bilirler Odur ki olmus insanlarin ruhunu cagirmaq ucun xususi fiqurlar hazirlanirdi ve guman edilirdi ki o dunyadan gelmis ruhlar bu fiqurlarda ozlerine siginacaq tapacaqlar Belke de ilk donemlerde tesadufi proyeksiyanin neticesi kimi peyda olan bu ideya ecdadlarin fiqurlarini ekranda eks etdiren kolge teatrinin esasini qoyub Bu meqam eyani sekilde subut eleyir ki vayanq kulit spiritik seansla eylence elementlerini ozunde qapsayir Evveller adeten aile bascisi muxtelif dualar oxumaqla duyu ve diger mehsullardan ibaret sovqatlar hazirlamaqla bexsis vasitesile ruhlari unsiyyet ucun yola getirmeye calisirdilar ruhlarin cagrilmasini kolge kimi sekillendirilmesini oz uzerine gotururdu Sonralar bu eneneye yerli saman ve kahinler sahiblendiler Vayanqin muqeddes ayin anlayisindan uzaqlasaraq daha cox estetik mezmun dasiyan tamasaya cevrilmesi dalanq pesesinin meydana cixmasi ile sonuclandi Yavalilar vayanqa seriet kimi dalanqa ise her seyi bilen kimi yanasirlar Hemcinin baxBeretuk reqs Qembuh Calon Aranq Yapon kolge teatri Pekin operasiXarici kecidlerThe Wayang Golek Theater of Java Contemporary Wayang Archive by the National University of SingaporeIstinadlarWayang Indonesian Theatre 2020 10 31 at the Wayback Machine Encyclopaedia Britannica 2012 James R Brandon 2009 Theatre in Southeast Asia 2017 04 10 at the Wayback Machine Harvard University Press pp 46 54 143 144 150 152 Ganug Nugroho Adil Joko Sri Yono Preserving wayang beber 2022 09 16 at the Wayback Machine The Jakarta Post 27 March 2012 Poplawska Marzanna 2004 Wayang Wahyu as an Example of Christian Forms of Shadow Theatre Asian Theatre Journal Johns Hopkins University Press 21 2 194 202 Ganug Nugroho Adil The metamorphosis of Wayang Beber 2022 06 17 at the Wayback Machine The Jakarta Post 19 April 2013 Talibzade Aydin Serq teatri tarixi Baki ADMIU 2016 s 225 227