Ballada — italyan dilində "ballare" sözündən olub, "rəqs etmək" deməkdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə hekayəti-mənzumə (حکایهی-منزومه) adlandırılmışdır.
Tarixi
Ballada bir janr kimi çox uzun və mürəkkəb inkişaf yolu keçmişdir. Əvvəllər ballada rəqsvari mahnılara deyilirdi. Orta əsrlərdə bir sıra Qərbi Avropa xalqlarında ballada hekayət xasiyyətli mahnılara çevrilir. Bu mahnılar, adətən, hər hansı bir musiqi alətinin müşayiəti ilə ifa edilərək lirik, dramatik məzmunda olurdu. Balladalar xalq şair-müğənniləri olan trubadur və truvyorlar tərəfindən yaradılır, jonqlyor, menestrel və bardlar tərəfindən ifa edilirdi.
XVIII əsrin ortalarında Şotland xalq balladalarından ibarət şer məcmuələri meydana çıxır. XIX əsrdə ballada ədəbi-poetik janr kimi genişlənir. Müxtəlif ölkələrin romantik — şairləri — N. V. Höte, V. Hüqo, H. Heyne, A. Mitskeviç; eləcə də rus şairləri — V. Jukovski, A. S. Puşkin, M. Lermontov və b. bu janra çox müraciət etmişlər. Sadə, sakit nəqledici xasiyyət daşıyan balladalarda mütləq fontastika elementlərindən istifadə olunur və daxili dramatizm hiss olunurdu.
Romantizm dövrünün bəstəkarları bu ədəbi balladaların mətnlərinə musiqi bəstələmiş, beləliklə, vokal-ballada janrı yaranmışdır. F. Şubertin "Meşə padşahı" (Hötenin sözlərinə), M. Qlinkanın "Gecə rəsmi keçidi" (A. S. Puşkinin sözlərinə) və b. balladalar bu qəbildəndir.
Daha sonralar instrumental (sözsüz) balladalar meydana çıxmışdır. İlk dəfə instrumental balladaları romantizm dövrünün ən parlaq nümayəndəsi F. Şopen yazmışdır. Onun 4 fortepiano balladasında epik nəqletmə xüsusiyyəti dramatik, lirik həyəcanlarla birləşərək, sanki təsviri sənət "lövhələri" yaradır. Müasirləri belə hesab edirlər ki, F. Şopen öz balladalarını Adam Mitskeviçin "Konrad allenrod" poeması və "Svitezyanka" şer-balladasının təsiri altında yazmışdır.
Görkəmli bəstəkarlar E. Qriq və F. Listin fortepiano balladaları da çox məşhurdur.
Ballada yalnız müstəqil bir əsər kimi deyil, hər hansı bir iri formalı musiqili səhnə əsərlərinə (operaya) daxil edilən musiqi nömrəsi kimi də yazıla bilər. Məsələn, M. Qlinkanın, A. S. Puşkinin poeması əsasında yazdığı "Ruslan və Lüdmila" operasından Finnanın sehrkar Naina haqqındakı hekayətindən bəhs edən səhnəni bəstəkar özü "Finnanın balladası" adlandırmışdır.
XVIII əsrin əvvəllərində İngiltərədə və digər Avropa ölkələrində ballada-operalar da geniş yayılmışdı. Bu operalar əsasən xalq mahnılarından ibarət olub, satirik-komediya janrında yazılırdı.
Müasir dövrdə bəstəkarların yaradıcılığında həm vokal, həm xor, həm də instrumental balladalar geniş yer tutur. Çox zaman bu balladalar qəhrəmani-tarixi məzmuna malik olurlar. Məsələn: Y. A. Şaporinin "Kulikovo çölündə" simfoniya-kantatasından "Vityazın balladası"nı, V. P. Solovyov-Sedoyun "Əsgər haqqında balladaUnı misal göstərmək olar.
Ballada termini bəzən başqa janrlarla qarşılıqlı əlaqədə işlənərək əsərin məzmununun müəyyən səciyyəvi cəhətlərini göstərir. Məsələn, Myaskovskinin "Simfoniya-ballada"sı, A. Qlazunovun violonçel və orkestr üçün "Konsert-ballada," Cövdət Hacıyevin fortepiano balladası və b. əsərləri misal göstərmək olar.
İstinadlar
- Султан-Меджид Ганиев, Русско-татарский словарь, Баку, 1909
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ballada italyan dilinde ballare sozunden olub reqs etmek demekdir XX esrin evvellerine aid Azerbaycandilli menbelerde hekayeti menzume حکایهی منزومه adlandirilmisdir Maria Uik Ballada 1898 TarixiBallada bir janr kimi cox uzun ve murekkeb inkisaf yolu kecmisdir Evveller ballada reqsvari mahnilara deyilirdi Orta esrlerde bir sira Qerbi Avropa xalqlarinda ballada hekayet xasiyyetli mahnilara cevrilir Bu mahnilar adeten her hansi bir musiqi aletinin musayieti ile ifa edilerek lirik dramatik mezmunda olurdu Balladalar xalq sair mugennileri olan trubadur ve truvyorlar terefinden yaradilir jonqlyor menestrel ve bardlar terefinden ifa edilirdi XVIII esrin ortalarinda Sotland xalq balladalarindan ibaret ser mecmueleri meydana cixir XIX esrde ballada edebi poetik janr kimi genislenir Muxtelif olkelerin romantik sairleri N V Hote V Huqo H Heyne A Mitskevic elece de rus sairleri V Jukovski A S Puskin M Lermontov ve b bu janra cox muraciet etmisler Sade sakit neqledici xasiyyet dasiyan balladalarda mutleq fontastika elementlerinden istifade olunur ve daxili dramatizm hiss olunurdu Romantizm dovrunun bestekarlari bu edebi balladalarin metnlerine musiqi bestelemis belelikle vokal ballada janri yaranmisdir F Subertin Mese padsahi Hotenin sozlerine M Qlinkanin Gece resmi kecidi A S Puskinin sozlerine ve b balladalar bu qebildendir Daha sonralar instrumental sozsuz balladalar meydana cixmisdir Ilk defe instrumental balladalari romantizm dovrunun en parlaq numayendesi F Sopen yazmisdir Onun 4 fortepiano balladasinda epik neqletme xususiyyeti dramatik lirik heyecanlarla birleserek sanki tesviri senet lovheleri yaradir Muasirleri bele hesab edirler ki F Sopen oz balladalarini Adam Mitskevicin Konrad allenrod poemasi ve Svitezyanka ser balladasinin tesiri altinda yazmisdir Gorkemli bestekarlar E Qriq ve F Listin fortepiano balladalari da cox meshurdur Ballada yalniz musteqil bir eser kimi deyil her hansi bir iri formali musiqili sehne eserlerine operaya daxil edilen musiqi nomresi kimi de yazila biler Meselen M Qlinkanin A S Puskinin poemasi esasinda yazdigi Ruslan ve Ludmila operasindan Finnanin sehrkar Naina haqqindaki hekayetinden behs eden sehneni bestekar ozu Finnanin balladasi adlandirmisdir XVIII esrin evvellerinde Ingilterede ve diger Avropa olkelerinde ballada operalar da genis yayilmisdi Bu operalar esasen xalq mahnilarindan ibaret olub satirik komediya janrinda yazilirdi Muasir dovrde bestekarlarin yaradiciliginda hem vokal hem xor hem de instrumental balladalar genis yer tutur Cox zaman bu balladalar qehremani tarixi mezmuna malik olurlar Meselen Y A Saporinin Kulikovo colunde simfoniya kantatasindan Vityazin balladasi ni V P Solovyov Sedoyun Esger haqqinda balladaUni misal gostermek olar Ballada termini bezen basqa janrlarla qarsiliqli elaqede islenerek eserin mezmununun mueyyen seciyyevi cehetlerini gosterir Meselen Myaskovskinin Simfoniya ballada si A Qlazunovun violoncel ve orkestr ucun Konsert ballada Covdet Haciyevin fortepiano balladasi ve b eserleri misal gostermek olar IstinadlarSultan Medzhid Ganiev Russko tatarskij slovar Baku 1909Xarici kecidler