Nurəddin Həsən oğlu Babayev (23 mart 1921, Gəncə – 25 sentyabr 1991) — yazıçı-jurnalist, alim, professor (1981), publisist, pedaqoq, Əməkdar incəsənət xadimi (1982).
Nurəddin Babayev | |
---|---|
Nurəddin Həsən oğlu Babayev | |
Doğum tarixi | |
Doğum yeri | SSRİ, Azərbaycan SSR, Gəncə |
Vəfat tarixi | (70 yaşında) |
Uşağı |
Bioqrafiyası
Nurəddin Babayev 23 mart 1921-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Həsən Babayev və Zəhra Babayevanın ailəsində intellektual mühitdə böyüyən Nurəddin Babayevin böyük əmisi Çar ordusunun generalı olmuşdur. O, uşaq yaşlarında olarkən ailə Bakı şəhərinə köçmüş və Babayev orta məktəbi burada bitirmişdir. Ali təhsilini 1944-1949-cu illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində alan Nurəddin Babayevə o dövrün tanınmış ədib və mütəfəkkirlərindən dərs almışdır. Mir Cəlal Paşayev, Cəfər Xəndan, Həmid Araslı, Muxtar Hüseynzadə, Abbas Zamanov və başqaları Nurəddin Babayevin həyatında böyük rol oynayıblar.
Fəaliyyəti
Əmək fəaliyyəti
Nurəddin Babayev jurnalistlik fəaliyyətinə 1940-1941-ci illərdə "Azərbaycan pioneri" qəzetində ədəbi işçi kimi başlamışdır. 1941-1943-cü illərdə II Dünya müharibəsi dövründə ön cəbhədə döyüşlərdə iştirak etmiş, ağır yaralanaraq baş leytenant rütbəsi ilə Bakıya qayıtmışdır.
Nurəddin Babayev 1943-1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri, "Azərbaycan müəllimi" qəzetində redaktor müavini vəzifəsində çalışmışdır. 1953-cü ildən isə "Uşaqgəncnəşirdə" baş redaktor və eyni zamanda, olduqca geniş və məhsuldar müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur.
O dövrdə Azərbaycanda Jurnalistika fakültəsi mövcud deyildi, sadəcə 1928-ci ildə Filologiya fakültəsinin nəzdində Jurnalistika şöbəsi fəaliyyət göstərirdi. Lakin 1969-cu ildə bir sıra alim və yazıçıların, habelə Nurəddin Babayevin səyi nəticəsində Bakı Dövlət Universitetində Jurnalistika fakültəsi yaradıldı və Nurəddin Babayev həmin fakültənin dekanı oldu. Bundan əlavə, Jurnalistlər İttifaqının təşkilində Nurəddin Babayevin böyük rolu olmuşdur.
Nurəddin Babayev elmi əsərlərin "Jurnalistika" seriyasının və "Jurnalist" tədris qəzetinin təşkilatçısı olmuşdur. Eyni zamanda onun Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Zasurskiy Yasen Nikolayeviç ilə dostluq münasibərləri olmuş, orada dəfələrlə müxtəlif məzmunlu leksiyalarla çıxış etmişdir.
Ötən əsrin 60-70-ci illərində Nurəddin Babayevin əsas müəlliflərdən biri kimi iştirak etdiyi və elmi redaktorluğunu həyata keçirdiyi ikicildlik "Jurnalistika məsələləri" adlı dərs vəsaiti çap olunmuşdur. Jurnalistika fakültəsinin müəllimləri tərəfindən yazılan və mətbuatın, televiziya və radionun tarixi, nəzəri və təcrübi məsələlərinə həsr edilən kitab jurnalistikaya dair ilk dərs vəsaiti idi. Nurəddin Babayev həmin kitaba görə 1966-cı ildə "Qızıl qələm" mükafatına layiq görülmüşdür. Nurəddin Babayev Azərbaycan Yazıçilar İttifaqının üzvü, oçerk və publisistika şurasının sədri, 1954-cü ildən SSRİ yazıçılar ittifaqının üzvü, oçerk və publisistika şurasının üzvü, Jurnalistlər ittifaqının üzvü və idarə heyətinin katibi olmuşdur.
Azərbaycanda Ədəbiyyat və İncəsənət Arxivinin təşkilində çox böyük rol oynamış Nurəddin Babayev öz növbəsində arxiv xəzinəsinə qiymətli materiallar vermişdir. Arxivdə Nurəddin Babayevin 31 saylı fondu ilk və ən zəngin fondlarından biri olaraq qorunur. Dəfələrlə müxtəlif elmi, mədəni, ictimai işlər və proyektlər ilə əlaqədar Fransa, Kuba, Bolqarıstan, Finladiya, SSRİ respublikalarında və s. ölkələrdə olmuşdur. Eyni zamanda bu ölkələrdə də məqalə və əsərləri çap olunmuşdur.
Elmi-pedaqoji fəaliyyəti
Nurəddin Babayev Bakı Dövlət Universitetini bitirdikdən sonra 1951-ci ildə Jurnalistika şöbəsində elmi-pedaqoji fəaliyyətə başlamışdır. O, 1953-cü ildən Jurnalistika kafedrasında baş müəllim kimi fəaliyyət göstərmişdir. 1958-ci ildə "Azərbaycanda bədii oçerkin inkişafı" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini, daha sonra filologiya elmləri doktoru alimlik dərəcəsini almışdır. 1962-ci ildə Jurnalistika kafedrasının dosenti olmuşdur. 1981-ci ildə isə professor elmi rütbəsini almışdır.
Nurəddin Babayev 50 illik elmi-pedaqoji və ədəbi-jurnalistik fəaliyyəti dövründə Bakı Dövlət Universitetində Jurnalistika kafedrasının müdiri, Jurnalistika şöbəsinin müdiri və Jurnalistika fakültəsinin dekanı kimi vəzifələrdə çalışmışdır. Bununla yanaşı, o, onlarla yüksəkixtisaslı jurnalist yetişdirmişdir.
Ədəbi yaradıcılığı
Ədəbi fəaliyyətə 1939-cu ildə başlayan Nurəddin Babayevin müxtəlif qəzetlərdə məqalə, oçerk və hekayələri nəşr olunmuşdur. Yazıçının yaradıcılıq fəaliyyətinə dəstək verən şəxslərdən biri də ailənin yaxın dostu Əhməd Cavad olmuşdur. Nurəddin Babayevin ilk kitabı 1945-ci ildə "Əbədi qəhrəmanlıq" adı altında işıq üzü görmüşdür. O, Azərbaycan ədəbiyyatında oçerk üslubunun nəzəri əsaslarını yaratmış və bu yolda novator kimi çıxış etmişdi. Azərbaycan qəhrəmanları, ictimai, siyasi, elmi və mədəni şəxsiyyətlərimiz haqda olan bu oçerklər məzmun və məna baxımından daima gözəl və əvəzolunmaz olub, öz aktuallığını itirmirlər. Onun qələmə aldığı "Mübariz janr" adlı monoqrafiyasında oçerk sənətkarlığının inkişafı elmi ardıcıllıqla araşdırılır.
Nurəddin Babayevin yaradıcılığı olduqca çoxşaxəli xarakter daşıyır. Onun bir sıra əsərləri rus, alman, ingilis, fransız, ispan, polyak, bolqar, macar və s. dillərə tərcümə olunmuşdur. Onun ədəbi yaradıcılığında gənclərin təlim-tərbiyəsinə həsr edilmiş əsərləri xüsusilə diqqətə layiq olub, çox qiymətlidir. Nurəddin Babayevin bu kitabları gənclər üçün stolüstü kitab olmaqla yanaşı, hər bir zaman, hər bir gənc üçün tərbiyəvi, əxlaqi nəsihətlərlə, vacib və əvəz olunmaz əsl həyat təcrübəsi ilə zəngin xəzinələrdir. 70-80-ci illərdə işıq üzü görən bu əsərlərdən "Oğluma məktublar", "Qızlar söz istəyir", "Qızlar,sözüm sizədir", "İşıq və məhəbbət", "Ürəklər bir olanda", "Valideynlər, bizi dinləyin", "Açıq söhbət", "Elə yaz ki..." xüsusi diqqətə layiq olub gənc nəsil üçün çox dəyərlidir.
"Oğluma məktublar" əsərində olduqca səmimi və nümunəvi ata-oğul münasibətləri əks olunmuşdur. Bu əsər Bolqarıstanda "Ədəbiyyat" dərsliyinə daxil edilmiş və "Qızıl qələm" mükafatına layiq görülmüşdür. Nurəddin Babayev "Biz Azərbaycandanıq", "Ürəyimdə sözüm var", "İzləri itirmirik" kitablarında isə sadə və səmimi insan həyatlarından bəhs edib insan həyatının keşməkeşlərlə dolu olduğu haqda yazır və bu kitablarda məhz ağır həyat anlarında insanın layiqli qərarlar vermək, başını uca tutmaq, vətənə, ailəyə sadiq olmaq kimi məsələlərə toxunur.
Moskvada böyük tirajla çap olunan "Звезды не гаснут" ("Ulduzlar sönmür") və "На дорогах жизни" ("Ömür yollarında") əsərləri geniş oxucu kütləsi tərəfindən alqışla və müəllif şəxsiyyətinə böyük rəğbətlə qarşılandı. Nurəddin Babayevin əsərləri ictimaiyyətə olduqca güclü və müsbət təsir göstərib. Nurəddin Babayev C.Cabbarlı adına Bakı kinostudiyasında baş redaktor işləmiş, "Azərbaycan elmi"(1969), "Bacarıqlı əllər"(1963), "Nizami yurdu"(1968), "Həyatın mənası"(1979), "Axtaran tapar" və başqa elmi-sənədli filmlərin ssenari müəllifi olmuşdur.
Hekayələri (müxtəsər siyahı)
- "Təbrizdə son gecə"
- "Xoş təsadüf"
- "Azərin hekayəsi"
- "Ürək nə deyir"
- "İmtəhan"-1967
- "Unuda bilmirəm"-1967
- "Onun sevgisi","Məktub yarımçıq qaldı"
Povestlər
- "Yanar Ürək" 1964-1965
- "Bahar ürəkli insan"
- "Qardaşlar"
- "Səni unutmuruq"
- "Daşkəsən"
- "Hər şey hazırdır"-1943-1945
- "Qardaş dastanı", "Böyük arzular"-1943
- "Ölməz qəhrəman"-1945
- "Xəzərin sahilində"
- "Böyük kədər"
- "Bir gəncin romantikası"-1948-1949
- "Bir gecənin faciəsi"
- "Həyat yollarda"
- "Odlu günlərin qəhrəmanı"
- "Müəllimin xatirələri"
- "Məhəbbət körpüsü"
Kitabları
- "Əbədi qəhrəmanlıq"-Uşaqgəncnəşr,1945
- "Bacılar"-Uşaqgəncnəşr,1949
- "Bahar övladları"-Uşaqgəncnəşr,1959
- "Ürəklər bir olanda"-Uşaqgəncnəşr,1961
- "Zərif duyğular"-Azərnəşr,1963
- "Biz Azərbaycandanıq"-Azərnəşr,1965
- "Manolis Qlezos"-Maarif,1966
- "Oğluma məktublar"-Azərnəşr,1966
- "Qəhrəmanların izi ilə"-Gənclik,1968
- "Səni unutmuruq"-Azərnəşr,1970
- "Qızlar,sözüm sizədir"-Gənclik,1972
- "Ulduzlar sönmür"-Gənclik,1975
- "Qızlar söz istəyir"-Gənclik,1977
- "Ürəyimdə sözüm var"-Gənclik,1980
- "Açıq söhbət"-Gənclik,1982
- "Elə yaz ki"-Yazıçı,1985
- "Gəlin kişilikdən danışaq"-Gənclik,1986
- "Babam-nənəm,atam-anam və biz"-Azərnəşr,1988
- "Adamın özü və sözü"-Yazıçı,1992
- "Звезды не гаснут" – Москва, Советский Писатель,1969
- "На дорогах жизни" – Москва, Советский писатель,1984
Publisistikası
Ömrünün yalnız son 25 ili ərzində Nurəddin Babayevin Azərbaycanın ən qabaqcıl qəzet və jurnallarında 1500-ə qədər oçerk və publisistik məqalələri çap olunmuşdur.
- "Uşaq və pul","Gərək ailə dağılmasın"
- "Gənclik və bahar","Əməllər,arzular,düşüncələr"-1959
- "Söz valideynlərindir"
- "Paxıl və paxıllıq haqqında"
- "Bəstəkar Fikrət Əmirova açıq məktub","sevinc məktubu"
- "Nankorluq nədən doğur"-1975
- "Bu da adətdir","Təəssüf"
- "Ac qalardı yaltaqlar"-1985
- "Gənc bəstəkar","Sənətkar ürəyi"-1953
- "Baş qəhrəman","Azərbaycan gəncləri","Ədəbiyyat və İncəsənət"-1960
- "Həqiqət yollarında"-1962
- "Tamaşaçıya lazım olan tamaşa"-1962
- "Səhnəyə komediya gəlir","Müasirlərimizdən yazarkən"-1962
- "Müasirlərimizin portreti"
- "Разведчик нашей литературы"
Elmi tədqiqatları
- "Azərbaycanda bədii oçerkin inkişafı"
- "1930-cu illərdə Azərbaycan bədii oçerki"
- "Böyük vətən müharibəsindən sonra Azərbaycan oçerk sənətinin inkişaf meylləri"
- "Maksim Qorkinin oçerk haqqında"
- "Azərbaycan bədii oçerkinin nəzəri məsələləri və sənətkarlıq problemləri"
Publisistika nəzəriyyəsinin tədqiqi üzrə kitablar
- "Mübariz janr"-Azərnəşr,1958
- "Oçerk sənətkarlığı"-BDU,1978
Ailəsi
Nurəddin Babayev dövrünün ən savadlı qadınlarından olan Azərtac Quliyeva ilə ailə həyatı qurmuşdur.
Vəfatı
Nurəddin Babayev 25 sentyabr 1991-ci ildə uzun sürən xəstəlikdən vəfat etmiş, II Fəxri xiyabanda dəfn olunmuşdur.
Mükafatları
- 1982-ci ildə "Əməkdar incəsənət xadimi" fəxri adı;
- "Qızıl qələm" mükafatı;
İstinadlar
- "Jurnalistikanın ilk dekanı..." (Azərbaycan). anl.az. 30-4-2017 tarixində .
- "Tarixin bu günü: Əməkdar incəsənət xadimi, Əmək və müharibə veteranı, onlarla mükafatlar laureatı Nurəddin Babayev anadan olmuşdur" (Azərbaycan). djb.az. 2021-12-28 tarixində arxivləşdirilib.
- "Tanınmış yazıçı, pedaqoq Nurəddin Babayevin 90 illiyinə həsr olunmuş tədbir keçirilmişdir" (Azərbaycan). azertag.az. 28-12-2021 tarixində .
- Savalan Fərəcov. "Yazmaq, yazmaq, əlim tutduqca yazmaq..." (Azərbaycan). 28-12-2021 tarixində . İstifadə tarixi: medeniyyet.az.
- (PDF). Bakı: "Zərdabi" nəşriyyat. 2020. səh. 93. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Nureddin Hesen oglu Babayev 23 mart 1921 Gence 25 sentyabr 1991 yazici jurnalist alim professor 1981 publisist pedaqoq Emekdar incesenet xadimi 1982 Nureddin BabayevNureddin Hesen oglu BabayevDogum tarixi 23 mart 1921Dogum yeri SSRI Azerbaycan SSR GenceVefat tarixi 25 sentyabr 1991 70 yasinda Usagi Gorus BabayevBioqrafiyasiNureddin Babayev 23 mart 1921 ci ilde Gence seherinde ziyali ailesinde anadan olmusdur Hesen Babayev ve Zehra Babayevanin ailesinde intellektual muhitde boyuyen Nureddin Babayevin boyuk emisi Car ordusunun generali olmusdur O usaq yaslarinda olarken aile Baki seherine kocmus ve Babayev orta mektebi burada bitirmisdir Ali tehsilini 1944 1949 cu illerde Baki Dovlet Universitetinin Filologiya fakultesinde alan Nureddin Babayeve o dovrun taninmis edib ve mutefekkirlerinden ders almisdir Mir Celal Pasayev Cefer Xendan Hemid Arasli Muxtar Huseynzade Abbas Zamanov ve basqalari Nureddin Babayevin heyatinda boyuk rol oynayiblar FealiyyetiEmek fealiyyeti Nureddin Babayev jurnalistlik fealiyyetine 1940 1941 ci illerde Azerbaycan pioneri qezetinde edebi isci kimi baslamisdir 1941 1943 cu illerde II Dunya muharibesi dovrunde on cebhede doyuslerde istirak etmis agir yaralanaraq bas leytenant rutbesi ile Bakiya qayitmisdir Nureddin Babayev 1943 1945 ci illerde Kommunist qezeti redaksiyasinda sobe mudiri Azerbaycan muellimi qezetinde redaktor muavini vezifesinde calismisdir 1953 cu ilden ise Usaqgencnesirde bas redaktor ve eyni zamanda olduqca genis ve mehsuldar muellimlik fealiyyeti ile mesgul olmusdur O dovrde Azerbaycanda Jurnalistika fakultesi movcud deyildi sadece 1928 ci ilde Filologiya fakultesinin nezdinde Jurnalistika sobesi fealiyyet gosterirdi Lakin 1969 cu ilde bir sira alim ve yazicilarin habele Nureddin Babayevin seyi neticesinde Baki Dovlet Universitetinde Jurnalistika fakultesi yaradildi ve Nureddin Babayev hemin fakultenin dekani oldu Bundan elave Jurnalistler Ittifaqinin teskilinde Nureddin Babayevin boyuk rolu olmusdur Nureddin Babayev elmi eserlerin Jurnalistika seriyasinin ve Jurnalist tedris qezetinin teskilatcisi olmusdur Eyni zamanda onun Moskva Dovlet Universitetinin Jurnalistika fakultesinin dekani Zasurskiy Yasen Nikolayevic ile dostluq munasiberleri olmus orada defelerle muxtelif mezmunlu leksiyalarla cixis etmisdir Oten esrin 60 70 ci illerinde Nureddin Babayevin esas muelliflerden biri kimi istirak etdiyi ve elmi redaktorlugunu heyata kecirdiyi ikicildlik Jurnalistika meseleleri adli ders vesaiti cap olunmusdur Jurnalistika fakultesinin muellimleri terefinden yazilan ve metbuatin televiziya ve radionun tarixi nezeri ve tecrubi meselelerine hesr edilen kitab jurnalistikaya dair ilk ders vesaiti idi Nureddin Babayev hemin kitaba gore 1966 ci ilde Qizil qelem mukafatina layiq gorulmusdur Nureddin Babayev Azerbaycan Yazicilar Ittifaqinin uzvu ocerk ve publisistika surasinin sedri 1954 cu ilden SSRI yazicilar ittifaqinin uzvu ocerk ve publisistika surasinin uzvu Jurnalistler ittifaqinin uzvu ve idare heyetinin katibi olmusdur Azerbaycanda Edebiyyat ve Incesenet Arxivinin teskilinde cox boyuk rol oynamis Nureddin Babayev oz novbesinde arxiv xezinesine qiymetli materiallar vermisdir Arxivde Nureddin Babayevin 31 sayli fondu ilk ve en zengin fondlarindan biri olaraq qorunur Defelerle muxtelif elmi medeni ictimai isler ve proyektler ile elaqedar Fransa Kuba Bolqaristan Finladiya SSRI respublikalarinda ve s olkelerde olmusdur Eyni zamanda bu olkelerde de meqale ve eserleri cap olunmusdur Elmi pedaqoji fealiyyeti Nureddin Babayev Baki Dovlet Universitetini bitirdikden sonra 1951 ci ilde Jurnalistika sobesinde elmi pedaqoji fealiyyete baslamisdir O 1953 cu ilden Jurnalistika kafedrasinda bas muellim kimi fealiyyet gostermisdir 1958 ci ilde Azerbaycanda bedii ocerkin inkisafi movzusunda namizedlik dissertasiyasini mudafie ederek filologiya elmleri namizedi elmi derecesini daha sonra filologiya elmleri doktoru alimlik derecesini almisdir 1962 ci ilde Jurnalistika kafedrasinin dosenti olmusdur 1981 ci ilde ise professor elmi rutbesini almisdir Nureddin Babayev 50 illik elmi pedaqoji ve edebi jurnalistik fealiyyeti dovrunde Baki Dovlet Universitetinde Jurnalistika kafedrasinin mudiri Jurnalistika sobesinin mudiri ve Jurnalistika fakultesinin dekani kimi vezifelerde calismisdir Bununla yanasi o onlarla yuksekixtisasli jurnalist yetisdirmisdir Edebi yaradiciligiEdebi fealiyyete 1939 cu ilde baslayan Nureddin Babayevin muxtelif qezetlerde meqale ocerk ve hekayeleri nesr olunmusdur Yazicinin yaradiciliq fealiyyetine destek veren sexslerden biri de ailenin yaxin dostu Ehmed Cavad olmusdur Nureddin Babayevin ilk kitabi 1945 ci ilde Ebedi qehremanliq adi altinda isiq uzu gormusdur O Azerbaycan edebiyyatinda ocerk uslubunun nezeri esaslarini yaratmis ve bu yolda novator kimi cixis etmisdi Azerbaycan qehremanlari ictimai siyasi elmi ve medeni sexsiyyetlerimiz haqda olan bu ocerkler mezmun ve mena baximindan daima gozel ve evezolunmaz olub oz aktualligini itirmirler Onun qeleme aldigi Mubariz janr adli monoqrafiyasinda ocerk senetkarliginin inkisafi elmi ardicilliqla arasdirilir Nureddin Babayevin yaradiciligi olduqca coxsaxeli xarakter dasiyir Onun bir sira eserleri rus alman ingilis fransiz ispan polyak bolqar macar ve s dillere tercume olunmusdur Onun edebi yaradiciliginda genclerin telim terbiyesine hesr edilmis eserleri xususile diqqete layiq olub cox qiymetlidir Nureddin Babayevin bu kitablari gencler ucun stolustu kitab olmaqla yanasi her bir zaman her bir genc ucun terbiyevi exlaqi nesihetlerle vacib ve evez olunmaz esl heyat tecrubesi ile zengin xezinelerdir 70 80 ci illerde isiq uzu goren bu eserlerden Ogluma mektublar Qizlar soz isteyir Qizlar sozum sizedir Isiq ve mehebbet Urekler bir olanda Valideynler bizi dinleyin Aciq sohbet Ele yaz ki xususi diqqete layiq olub genc nesil ucun cox deyerlidir Ogluma mektublar eserinde olduqca semimi ve numunevi ata ogul munasibetleri eks olunmusdur Bu eser Bolqaristanda Edebiyyat dersliyine daxil edilmis ve Qizil qelem mukafatina layiq gorulmusdur Nureddin Babayev Biz Azerbaycandaniq Ureyimde sozum var Izleri itirmirik kitablarinda ise sade ve semimi insan heyatlarindan behs edib insan heyatinin kesmekeslerle dolu oldugu haqda yazir ve bu kitablarda mehz agir heyat anlarinda insanin layiqli qerarlar vermek basini uca tutmaq vetene aileye sadiq olmaq kimi meselelere toxunur Moskvada boyuk tirajla cap olunan Zvezdy ne gasnut Ulduzlar sonmur ve Na dorogah zhizni Omur yollarinda eserleri genis oxucu kutlesi terefinden alqisla ve muellif sexsiyyetine boyuk regbetle qarsilandi Nureddin Babayevin eserleri ictimaiyyete olduqca guclu ve musbet tesir gosterib Nureddin Babayev C Cabbarli adina Baki kinostudiyasinda bas redaktor islemis Azerbaycan elmi 1969 Bacariqli eller 1963 Nizami yurdu 1968 Heyatin menasi 1979 Axtaran tapar ve basqa elmi senedli filmlerin ssenari muellifi olmusdur Hekayeleri muxteser siyahi Tebrizde son gece Xos tesaduf Azerin hekayesi Urek ne deyir Imtehan 1967 Unuda bilmirem 1967 Onun sevgisi Mektub yarimciq qaldi Povestler Yanar Urek 1964 1965 Bahar urekli insan Qardaslar Seni unutmuruq Daskesen Her sey hazirdir 1943 1945 Qardas dastani Boyuk arzular 1943 Olmez qehreman 1945 Xezerin sahilinde Boyuk keder Bir gencin romantikasi 1948 1949 Bir gecenin faciesi Heyat yollarda Odlu gunlerin qehremani Muellimin xatireleri Mehebbet korpusu Kitablari Ebedi qehremanliq Usaqgencnesr 1945 Bacilar Usaqgencnesr 1949 Bahar ovladlari Usaqgencnesr 1959 Urekler bir olanda Usaqgencnesr 1961 Zerif duygular Azernesr 1963 Biz Azerbaycandaniq Azernesr 1965 Manolis Qlezos Maarif 1966 Ogluma mektublar Azernesr 1966 Qehremanlarin izi ile Genclik 1968 Seni unutmuruq Azernesr 1970 Qizlar sozum sizedir Genclik 1972 Ulduzlar sonmur Genclik 1975 Qizlar soz isteyir Genclik 1977 Ureyimde sozum var Genclik 1980 Aciq sohbet Genclik 1982 Ele yaz ki Yazici 1985 Gelin kisilikden danisaq Genclik 1986 Babam nenem atam anam ve biz Azernesr 1988 Adamin ozu ve sozu Yazici 1992 Zvezdy ne gasnut Moskva Sovetskij Pisatel 1969 Na dorogah zhizni Moskva Sovetskij pisatel 1984PublisistikasiOmrunun yalniz son 25 ili erzinde Nureddin Babayevin Azerbaycanin en qabaqcil qezet ve jurnallarinda 1500 e qeder ocerk ve publisistik meqaleleri cap olunmusdur Usaq ve pul Gerek aile dagilmasin Genclik ve bahar Emeller arzular dusunceler 1959 Soz valideynlerindir Paxil ve paxilliq haqqinda Bestekar Fikret Emirova aciq mektub sevinc mektubu Nankorluq neden dogur 1975 Bu da adetdir Teessuf Ac qalardi yaltaqlar 1985 Genc bestekar Senetkar ureyi 1953 Bas qehreman Azerbaycan gencleri Edebiyyat ve Incesenet 1960 Heqiqet yollarinda 1962 Tamasaciya lazim olan tamasa 1962 Sehneye komediya gelir Muasirlerimizden yazarken 1962 Muasirlerimizin portreti Razvedchik nashej literatury Elmi tedqiqatlari Azerbaycanda bedii ocerkin inkisafi 1930 cu illerde Azerbaycan bedii ocerki Boyuk veten muharibesinden sonra Azerbaycan ocerk senetinin inkisaf meylleri Maksim Qorkinin ocerk haqqinda Azerbaycan bedii ocerkinin nezeri meseleleri ve senetkarliq problemleri Publisistika nezeriyyesinin tedqiqi uzre kitablar Mubariz janr Azernesr 1958 Ocerk senetkarligi BDU 1978AilesiNureddin Babayev dovrunun en savadli qadinlarindan olan Azertac Quliyeva ile aile heyati qurmusdur VefatiNureddin Babayev 25 sentyabr 1991 ci ilde uzun suren xestelikden vefat etmis II Fexri xiyabanda defn olunmusdur Mukafatlari1982 ci ilde Emekdar incesenet xadimi fexri adi Qizil qelem mukafati Istinadlar Jurnalistikanin ilk dekani Azerbaycan anl az 30 4 2017 tarixinde Tarixin bu gunu Emekdar incesenet xadimi Emek ve muharibe veterani onlarla mukafatlar laureati Nureddin Babayev anadan olmusdur Azerbaycan djb az 2021 12 28 tarixinde arxivlesdirilib Taninmis yazici pedaqoq Nureddin Babayevin 90 illiyine hesr olunmus tedbir kecirilmisdir Azerbaycan azertag az 28 12 2021 tarixinde Savalan Ferecov Yazmaq yazmaq elim tutduqca yazmaq Azerbaycan 28 12 2021 tarixinde Istifade tarixi medeniyyet az PDF Baki Zerdabi nesriyyat 2020 seh 93 ISBN 978 9952 542 04 2