İranda, Qərbi Azərbaycan ostanında, Urmiya gölünün cənub sahilində, Sulduz vadisinin mərkəzində, yaxınlığındakı Həsənli kəndi ərazisində yerləşir. Vadiyə giriş çətindir. Sanki hər tərəfdən əhatələnmişdir; o Qərbdən , Cənubdan , Urmiya gölündən isə xırda təpələrlə ayrılır. Oraya giriş ancaq Qərbdən, və aşırımı, Şərqdən isə boyunca mümkündür. Ziviyə tapıntıları skif heyvan üslubunun Azərbaycanda yarandığını söyləməyə imkan vermişdir.
Həsənlitəpə | |
---|---|
fa/تپه حسنلو | |
Ölkə | İran |
Yerləşir | Qərbi Azərbaycan ostanı |
İran | |
Region | Asiya |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
| |
Vikianbarda əlaqəli mediafayllar |
1956-cı ildən etibarən burada R.Daysonun rəhbərliyi altında İran arxeoloji idarəsi ilə birlikdə qazıntılar aparmışdır. Həsənli rayonu e.ə. IX əsrin ortalarından III Salmanasarın (e.ə. 859–824) kitabələrində adı çəkilən Manna dövləti yerləşən əraziyə daxil idi. Həsənlidə aşkar edilmiş qədim yaşayış məskəni mixi yazılı mənbələrdə adı çəkilən heç bir şəhərlə dəqiq şəkildə eyniləşdirilməmişdir. E.A.Qrantsovski güman edir ki, e.ə. IX əsrə aid assur mənbələrində də təsadüf edilən İdi adı Həsənlinin qədim adıdır. O, göstərir ki, Həsənliyə aid onomastik material e.ə.IX əsrin sonlarınadək Həsənli əhalisinin İrandilli olmadığını sübut edir.
M.Salvini Urartu hökmdarları İşpuini və onun oğlu Menuanın Meişta şəhəri və Manna ölkəsi əleyhinə yürüşlərindən bəhs edən (Həsənlidən 40 km Şərqdə) qayaüstü kitabələrini şərh edərkən belə nəticəyə gəlir ki, Meişta Həsənli təpəsindəki qədim qalanım Urartu dilində adıdır və Həsənli IV təbəqə Urartu yürüşləri zamanı dağıdılmışdır.
Tikinti qurğularının qalıqları göstərir ki, Həsənli xeyli böyük və yaxşı möhkəmləndirilmiş yaşayış məntəqəsi olmuşdur. E.ə. VI minilliyə qədər mədəniyyətin ardıcıl startirafiyasını verən Həsənli təpəsi 27,5 metr dərinliyə qazılmışdır. Bu startiqrafiya tarixi məlum olan abidələrlə keramika qalıqlarının, həmçinin nəticələrindən istifadə vasitəsilə müəyyənləşdirilmişdir.
R.Dayson Həsənlidə qazılmış materialları on dövrə ayırır.X-VI dövr materialları Həsənli təpəsi yaxınlığında yerləşən təpələrdə də təmsil edilmişdir.
Daha çox zənginliyi və müxtəlifliyi ilə seçilən V–IV təbəqələrdir.
Keramika məmulatı dibinin formasına görə "Button Base Phase" adlanan V dövr e.ə. 1200–1000-ci illərə aid edilir. Bu dövrdən başlayaraq Həsənli təpəsi kiçik binalarla abadlaşdırılır. E.ə.1100–800-cü illərə aid IV dövr "Grey Ware Phase" əvvəlki dövrlərdə təsadüf edilməyən xarakterik cizgili-əsasən şüyrələnmiş boz-qara keramika ilə səciyyələnir. Təpənin mərkəzindəki iri tikintilər və kvadrat qülləli qala divarları həmin dövrə aid edilir. Bu dövr öz növbəsində tikinti qalıqları ilə izlənilən üç mərhələyə bölünür. Dağıntıdan və ya yanğından sonra binaların qalmış daş və ağac hissələrindən istifadə edərək yeni memarlıq detalları və əsas plana əlavə tikililər artırmaq yolu ilə bərpa olunmuşdur.
Bu dövrün binalarından bir neçə yazılı əşya da aşkar edilmişdir: daş farqment üzərində "Kadaşman-Enlil"in adı, zədələnmiş toppuz başı üzərində "Aşşurballitin sarayı" və daş qab üzərində "Uşişi Günəş tanrısına həsr edilmiş İdi ölkəsi hökmdarının Bauri sarayı" yazılmışdır.
R.Daysonun fikrincə IV dövrün mədəniyyətinə urartulular tərəfindən qalanın dağdılması və onun əhali tərəfindən tərk edilməsi ilə son qoyulmuşdur.
III dövr "Triangle Ware Phase" xarabalıqlarının toxunulmaz halda qaldığı vaxtdan bir müddət keçdikdən sonra meydana gəlmişdir. Bu dövr iki – erkən III B (e.ə. 750–600-cü illər) və son III A (e.ə.600–400-cü illər) kəsimə bölünür. Yeni məskunlar təpədəki tikililərdən qismən onları bərpa edərək istifadə etmişlər. Onlar asma üçbucaqlar formasında həndəsi şəkilli səciyyəvi keramika (III B dövrü) və açıq sarı rəngli keramika (III A dövrü) hazırlamışlar.
Sonra hələlik dəqiq müəyyənləşdirilməmiş II dövr "Post Triangle Ware Phase" və I İslam dövrü gəlir.
Həsənlidə qazılmış arxeoloji material Güney Azərbaycanın və ümumiyyətlə İran yaylasının qədim tarixinin öyrənilməsində böyük əhəmiyyətə malikdir. Həsənli qazıntıları özündən əvvəlkilərdən burada təkcə yaşayış məskəninə aid nekropolun aşkar edilməsi ilə yox, həm də yaşayış məskəninin özünün demək olar ki, tamamilə qazılması ilə fərqlənir. Bu yüksək elmi səviyyədə sistematik olaraq aparılmış qazıntılardır vəə onlar bu rayonun ardıcıl mədəni inkişafının dolğun lövhəsini yaşadır. Müasir tədqiqat metodları sayəsində buradan ədə edilmiş materialın dəqiq və etibarlı xronoloji şkalasını vermək mümkün olmuşdur.
Həsənli materialları qonşuluqdakı qədim yaşayış məskənləri və nekropollar yerləşən təpələrdən aşkar edilmiş materiallarla tamamlanır.
Həsənli təpəsi yaxınlığında bir neçə kiçik təpə də qazılmışdır. Onlar Həsənlidə qazılmış dövr etibarilə müvafiq erkən təbəqələrə nisbətən daha zəngin material vermişdir. Bu dövrlər qazıntı aparılmış təpələrin adları ilə adlandırılmışdır.
Həsənlidən 1,5 km Cənubda yerləşən qazıntılar Həsənli X dövrə uyğun gələn daha qədim dövr (e.ə.VI-V minilliklər) əşyaları vermişdir. Keramika hörmə məmulatının izlərini saxlamışdır. Məhz bu hörmə sayəsində gil lazımi formada bərkiyirdi. Sonra hörmə kənar edilirdi. Qablar bərkidikdən sonra onların üzəri yenidən nazik gil qatı ilə örtülərək bişirilirdi. Qablar bəzən həndəsi şəkillərlə bəzədilirdi.
IX və VIII dovrlər muvafiq olaraq və qazıntıları ilə təmsil edilmişdir.
Dəlmətəpə tapıntıları e.ə. V minilliyin sonlarına aid edilən və Yaxın Şərqdə həmin dövr mədəniyyətləri arasında nadir sayılan rəngli keramikanı nümayiş etdirir. Həndəsi rəsmli qablar çəhrayı və ya ətrəngi, habelə qəhvəyi və qara-qəhvəyi rəngdədir. Həndəsi rəsmlərdən olduqca effekli və çoxsaylı kombinasiyalarda yüksək sənətkarlıq zövqü ilə istifadə edilmişdir.
Pişdəlitəpə VIII dovr e.ə. IV minilliyin ortalarına aid edilir. Pişdəlitəpə mədəniyyəti ilə Urmiya gölünün Şərq sahilindəki mədəniyyəti arasında oxşarlıqlar aşkar edilmişdir. Buraya qəhvəyi-qara rəngli, həndəsi rəsmli sarımtıl keramika, dəvəgözü və çaxmaqdaşından silahlar, saxsı iy, heyvan heykəlcikləri və s. daxildir.
Bu materialların dövrü və əlaqələri radio-karbon analizinin məlumatlarına, həmçinin İraq, İran və Türkiyədə aşkar edilmiş materiallarla müqayisəyə əsaslanan R.Dayson tərəfindən müəyyənləşdirilmişdir.
Həsənlidə tapılmış sümük qalıqlarının analizi T.A.Ratbunun tədqiqatinda aparılmışdır. Müəllif Həsənlidə yeddi dövrdə (I–V, VII, IX) aşkar edilmiş 120 kişi, uşaq və qadın skletlərini nəzərdən keçirmişdir. Onların böyük əksəriyyəti (83-ü) IV dövrə, 21 V dövrə aiddir. Qalan dövrlər isə iki-üç nümunə ilə təmsil edilmişdir. Bütün ölülər sağ böyrü üstə, bükülü vəziyyətdə basdırılmışdır. Müəllif qeyd edir ki, ölülərin 32 faizinin başı Şimala, 31 faizinin başı isə Qərbə doğru qoyulmuşdur.
Həsənli təpəsinin Şimal ətəyindəki nekropol ərazisində 1947–1948-ci illərdə mustəqil qazıntılar aparmış və M.Rad və A.Hakimi oz tədqiqatlarında səliqəsiz istiqamətli dəfnləri şərh etmişlər. Onlara görə Həsənli sakinləri dəfn zamanı Günəşi əsas istiqamət götürürdülər. Ona görə də, ilin və günün vaxtından asılı olaraq dəfn zamanı istiqamətlər dəyişirdi.
İstinadlar
- "М.И. Артамонов – К вопросу о происхождении скифского искусства, Сообщения Государственного Эрмитажа. [ Вып.] XXII. Л.: 1962. С. 30-35". 2012-07-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-30.
- Крупнейший клад Ирана[ölü keçid]
- . 2011-10-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-22.
Mənbə
- S.Qaşqay. Manna dovləti. Bakı: 1993,
- R.H.Dayson. The Architeture of Hasanli. 1977,
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Hesenli Iranda Qerbi Azerbaycan ostaninda Urmiya golunun cenub sahilinde Sulduz vadisinin merkezinde yaxinligindaki Hesenli kendi erazisinde yerlesir Vadiye giris cetindir Sanki her terefden ehatelenmisdir o Qerbden Cenubdan Urmiya golunden ise xirda tepelerle ayrilir Oraya giris ancaq Qerbden ve asirimi Serqden ise boyunca mumkundur Ziviye tapintilari skif heyvan uslubunun Azerbaycanda yarandigini soylemeye imkan vermisdir Hesenlitepefa تپه حسنلو37 00 17 sm e 45 27 32 s u Olke IranYerlesir Qerbi Azerbaycan ostaniIranRegionAsiyaEhemiyyetiDunya ehemiyyetliHesenli Vikianbarda elaqeli mediafayllar 1956 ci ilden etibaren burada R Daysonun rehberliyi altinda Iran arxeoloji idaresi ile birlikde qazintilar aparmisdir Hesenli rayonu e e IX esrin ortalarindan III Salmanasarin e e 859 824 kitabelerinde adi cekilen Manna dovleti yerlesen eraziye daxil idi Hesenlide askar edilmis qedim yasayis meskeni mixi yazili menbelerde adi cekilen hec bir seherle deqiq sekilde eynilesdirilmemisdir E A Qrantsovski guman edir ki e e IX esre aid assur menbelerinde de tesaduf edilen Idi adi Hesenlinin qedim adidir O gosterir ki Hesenliye aid onomastik material e e IX esrin sonlarinadek Hesenli ehalisinin Irandilli olmadigini subut edir M Salvini Urartu hokmdarlari Ispuini ve onun oglu Menuanin Meista seheri ve Manna olkesi eleyhine yuruslerinden behs eden Hesenliden 40 km Serqde qayaustu kitabelerini serh ederken bele neticeye gelir ki Meista Hesenli tepesindeki qedim qalanim Urartu dilinde adidir ve Hesenli IV tebeqe Urartu yurusleri zamani dagidilmisdir Tikinti qurgularinin qaliqlari gosterir ki Hesenli xeyli boyuk ve yaxsi mohkemlendirilmis yasayis menteqesi olmusdur E e VI minilliye qeder medeniyyetin ardicil startirafiyasini veren Hesenli tepesi 27 5 metr derinliye qazilmisdir Bu startiqrafiya tarixi melum olan abidelerle keramika qaliqlarinin hemcinin neticelerinden istifade vasitesile mueyyenlesdirilmisdir R Dayson Hesenlide qazilmis materiallari on dovre ayirir X VI dovr materiallari Hesenli tepesi yaxinliginda yerlesen tepelerde de temsil edilmisdir Daha cox zenginliyi ve muxtelifliyi ile secilen V IV tebeqelerdir Keramika memulati dibinin formasina gore Button Base Phase adlanan V dovr e e 1200 1000 ci illere aid edilir Bu dovrden baslayaraq Hesenli tepesi kicik binalarla abadlasdirilir E e 1100 800 cu illere aid IV dovr Grey Ware Phase evvelki dovrlerde tesaduf edilmeyen xarakterik cizgili esasen suyrelenmis boz qara keramika ile seciyyelenir Tepenin merkezindeki iri tikintiler ve kvadrat qulleli qala divarlari hemin dovre aid edilir Bu dovr oz novbesinde tikinti qaliqlari ile izlenilen uc merheleye bolunur Dagintidan ve ya yangindan sonra binalarin qalmis das ve agac hisselerinden istifade ederek yeni memarliq detallari ve esas plana elave tikililer artirmaq yolu ile berpa olunmusdur Bu dovrun binalarindan bir nece yazili esya da askar edilmisdir das farqment uzerinde Kadasman Enlil in adi zedelenmis toppuz basi uzerinde Assurballitin sarayi ve das qab uzerinde Usisi Gunes tanrisina hesr edilmis Idi olkesi hokmdarinin Bauri sarayi yazilmisdir R Daysonun fikrince IV dovrun medeniyyetine urartulular terefinden qalanin dagdilmasi ve onun ehali terefinden terk edilmesi ile son qoyulmusdur III dovr Triangle Ware Phase xarabaliqlarinin toxunulmaz halda qaldigi vaxtdan bir muddet kecdikden sonra meydana gelmisdir Bu dovr iki erken III B e e 750 600 cu iller ve son III A e e 600 400 cu iller kesime bolunur Yeni meskunlar tepedeki tikililerden qismen onlari berpa ederek istifade etmisler Onlar asma ucbucaqlar formasinda hendesi sekilli seciyyevi keramika III B dovru ve aciq sari rengli keramika III A dovru hazirlamislar Sonra helelik deqiq mueyyenlesdirilmemis II dovr Post Triangle Ware Phase ve I Islam dovru gelir Hesenlide qazilmis arxeoloji material Guney Azerbaycanin ve umumiyyetle Iran yaylasinin qedim tarixinin oyrenilmesinde boyuk ehemiyyete malikdir Hesenli qazintilari ozunden evvelkilerden burada tekce yasayis meskenine aid nekropolun askar edilmesi ile yox hem de yasayis meskeninin ozunun demek olar ki tamamile qazilmasi ile ferqlenir Bu yuksek elmi seviyyede sistematik olaraq aparilmis qazintilardir vee onlar bu rayonun ardicil medeni inkisafinin dolgun lovhesini yasadir Muasir tedqiqat metodlari sayesinde buradan ede edilmis materialin deqiq ve etibarli xronoloji skalasini vermek mumkun olmusdur Hesenli materiallari qonsuluqdaki qedim yasayis meskenleri ve nekropollar yerlesen tepelerden askar edilmis materiallarla tamamlanir Hesenli tepesi yaxinliginda bir nece kicik tepe de qazilmisdir Onlar Hesenlide qazilmis dovr etibarile muvafiq erken tebeqelere nisbeten daha zengin material vermisdir Bu dovrler qazinti aparilmis tepelerin adlari ile adlandirilmisdir Hesenliden 1 5 km Cenubda yerlesen qazintilar Hesenli X dovre uygun gelen daha qedim dovr e e VI V minillikler esyalari vermisdir Keramika horme memulatinin izlerini saxlamisdir Mehz bu horme sayesinde gil lazimi formada berkiyirdi Sonra horme kenar edilirdi Qablar berkidikden sonra onlarin uzeri yeniden nazik gil qati ile ortulerek bisirilirdi Qablar bezen hendesi sekillerle bezedilirdi IX ve VIII dovrler muvafiq olaraq ve qazintilari ile temsil edilmisdir Delmetepe tapintilari e e V minilliyin sonlarina aid edilen ve Yaxin Serqde hemin dovr medeniyyetleri arasinda nadir sayilan rengli keramikani numayis etdirir Hendesi resmli qablar cehrayi ve ya etrengi habele qehveyi ve qara qehveyi rengdedir Hendesi resmlerden olduqca effekli ve coxsayli kombinasiyalarda yuksek senetkarliq zovqu ile istifade edilmisdir Pisdelitepe VIII dovr e e IV minilliyin ortalarina aid edilir Pisdelitepe medeniyyeti ile Urmiya golunun Serq sahilindeki medeniyyeti arasinda oxsarliqlar askar edilmisdir Buraya qehveyi qara rengli hendesi resmli sarimtil keramika devegozu ve caxmaqdasindan silahlar saxsi iy heyvan heykelcikleri ve s daxildir Bu materiallarin dovru ve elaqeleri radio karbon analizinin melumatlarina hemcinin Iraq Iran ve Turkiyede askar edilmis materiallarla muqayiseye esaslanan R Dayson terefinden mueyyenlesdirilmisdir Hesenlide tapilmis sumuk qaliqlarinin analizi T A Ratbunun tedqiqatinda aparilmisdir Muellif Hesenlide yeddi dovrde I V VII IX askar edilmis 120 kisi usaq ve qadin skletlerini nezerden kecirmisdir Onlarin boyuk ekseriyyeti 83 u IV dovre 21 V dovre aiddir Qalan dovrler ise iki uc numune ile temsil edilmisdir Butun oluler sag boyru uste bukulu veziyyetde basdirilmisdir Muellif qeyd edir ki olulerin 32 faizinin basi Simala 31 faizinin basi ise Qerbe dogru qoyulmusdur Hesenli tepesinin Simal eteyindeki nekropol erazisinde 1947 1948 ci illerde musteqil qazintilar aparmis ve M Rad ve A Hakimi oz tedqiqatlarinda seliqesiz istiqametli defnleri serh etmisler Onlara gore Hesenli sakinleri defn zamani Gunesi esas istiqamet gotururduler Ona gore de ilin ve gunun vaxtindan asili olaraq defn zamani istiqametler deyisirdi Istinadlar M I Artamonov K voprosu o proishozhdenii skifskogo iskusstva Soobsheniya Gosudarstvennogo Ermitazha Vyp XXII L 1962 S 30 35 2012 07 30 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2012 07 30 Krupnejshij klad Irana olu kecid 2011 10 16 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2011 04 22 MenbeS Qasqay Manna dovleti Baki 1993 R H Dayson The Architeture of Hasanli 1977