Düylün piri — Ordubad rayonunun Düylün kəndində ziyarətgah. Naxçıvan bölgəsində əhalinin hörmət və ehtiramla ziyarət etdiyi ziyarətgahlardan biri də Düylün piridir. Bu pir Ordubad şəhərindən təxminən 20 km qərb tərəfdə yerləşən Düylün cənubunda yerləşir. Ətrafı geniş qəbiristanlıq olan pi¬si binası çiy kərpicdən inşa edilmişdir. Binanın içərisində ziyarət obyekti olan qəbir vardır. Qəbirin üstü təxminən 20 sm hündürlükdə hörülmüş və palçıqla suvanmışdır. Üstündə heç bir yazılı abidə yoxdur. Qəbirin üzərində kitabə olmadığı üçün onun mənsubiyyətini aydınlaşdırmaq mümkün olmamışdır. Ancaq el arasında olan fikirlərə görə bu pirdə şiələrin VII imamı Museyi Kazımın övladlarından Seyyid Şəffan (Səfi) dəfiı olun¬muşdur. Ehtimal etmək olar ki, ataları Museyi Kazımın zəhərlənib öldürülməsindən sonra canlarını qurtarmaq üçün müxtəlif yerlərə qaçan övladlarından biri olan Seyyid Şəffan (Səfi) bu qaziyə gəlmiş və orada yaşamışdır. Öldükdən sonra isə orada dəfn edilmiş və qəbiri ziyarətgaha çevrilmişdir. Müsəlman dünyasının əksər yerlərində, xüsusilə şiələrin yayıldığı ərazilərdə müqəddəs şəxsiyyətlərin qəbirləri yanında dəfn olunmaq təqdir olunduğundan və böyük şərəf sayıldığından onun da qəbirinin ətrafında sonralar dəfn mərasimləri keçirilmiş və böyük bir qəbiristanlıq əmələ gəlmişdir.Qəbiristanlıqda indiyədək qalan sənduqə, daş qoç və qoyun, başdaşı formalı qəbirüstü xatirə abidələrinin bir hissəsi zaman keçdikcə təbii qüvvələrin təsirindən aşınaraq məhv olmuş, bir hissəsi isə nisbətən salamat qalmışdır. Bu abidələr üzərindəki məzar kitabələrinin tarixlərindən aydın olur ki, pir ən geci XIV əsrin ortalarından məşhurlaşmağa başlamış və oraya ziyarətə gəlmişlər. Bütün orta əsrlər boyu davam edən bu ənənə indiyədək qalmışdır. Hazırda bu müqəddəs yerə nəinki ətraf kəndlərin, hətta muxtar respublikanın digər rayonlarının da əhalisi ziyarətə gəlir.Tədqiqatçılar pirin sufiliklə əlaqədar mərkəzlərdən biri və 14 əsrdən əvvəl mövcud olduğunu ehtimal edirlər.
Mənbə
- Düylün piri 2010-09-27 at the Wayback Machine
- Hacıfəxrəddin Səfərli.Naxçıvanın məscid və ziyarətgahları.Naxçıvan "Əcəmi",2018
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Duylun piri Ordubad rayonunun Duylun kendinde ziyaretgah Naxcivan bolgesinde ehalinin hormet ve ehtiramla ziyaret etdiyi ziyaretgahlardan biri de Duylun piridir Bu pir Ordubad seherinden texminen 20 km qerb terefde yerlesen Duylun cenubunda yerlesir Etrafi genis qebiristanliq olan pi si binasi ciy kerpicden insa edilmisdir Binanin icerisinde ziyaret obyekti olan qebir vardir Qebirin ustu texminen 20 sm hundurlukde horulmus ve palciqla suvanmisdir Ustunde hec bir yazili abide yoxdur Qebirin uzerinde kitabe olmadigi ucun onun mensubiyyetini aydinlasdirmaq mumkun olmamisdir Ancaq el arasinda olan fikirlere gore bu pirde sielerin VII imami Museyi Kazimin ovladlarindan Seyyid Seffan Sefi defii olun musdur Ehtimal etmek olar ki atalari Museyi Kazimin zeherlenib oldurulmesinden sonra canlarini qurtarmaq ucun muxtelif yerlere qacan ovladlarindan biri olan Seyyid Seffan Sefi bu qaziye gelmis ve orada yasamisdir Oldukden sonra ise orada defn edilmis ve qebiri ziyaretgaha cevrilmisdir Muselman dunyasinin ekser yerlerinde xususile sielerin yayildigi erazilerde muqeddes sexsiyyetlerin qebirleri yaninda defn olunmaq teqdir olundugundan ve boyuk seref sayildigindan onun da qebirinin etrafinda sonralar defn merasimleri kecirilmis ve boyuk bir qebiristanliq emele gelmisdir Qebiristanliqda indiyedek qalan senduqe das qoc ve qoyun basdasi formali qebirustu xatire abidelerinin bir hissesi zaman kecdikce tebii quvvelerin tesirinden asinaraq mehv olmus bir hissesi ise nisbeten salamat qalmisdir Bu abideler uzerindeki mezar kitabelerinin tarixlerinden aydin olur ki pir en geci XIV esrin ortalarindan meshurlasmaga baslamis ve oraya ziyarete gelmisler Butun orta esrler boyu davam eden bu enene indiyedek qalmisdir Hazirda bu muqeddes yere neinki etraf kendlerin hetta muxtar respublikanin diger rayonlarinin da ehalisi ziyarete gelir Tedqiqatcilar pirin sufilikle elaqedar merkezlerden biri ve 14 esrden evvel movcud oldugunu ehtimal edirler MenbeDuylun piri 2010 09 27 at the Wayback MachineHacifexreddin Seferli Naxcivanin mescid ve ziyaretgahlari Naxcivan Ecemi 2018