Əbu ət-Tayyib əl-Mütənəbbi Əhməd ibn əl-Hüseyn ibn əl-Həsən ibn Əbd əs-Səməd əl-Cufi əl-Kindi əl-Kufi (ərəbcə: أبو الطيب المتنبي أحمد بن الحسين بن الحسن بن عبد الصمد الجعفي الكندي الكوفي ; 920[…] və ya 915, Kufə – 23 sentyabr 965) — X əsrin dahi ərəb şairi
Əl-Mütənəbbi | |
---|---|
ərəb. أبو الطيِّب المُتنبِّي | |
Doğum adı | أبو الطيِّب أحمد بن الحُسين بن الحسن بن عبد الصَّمد الجعفي الكندي الكُوفي |
Doğum tarixi | 920[…] və ya 915 |
Doğum yeri | |
Vəfat tarixi | 23 sentyabr 965 |
Vəfat səbəbi | hərbi toqquşma |
Fəaliyyəti | şair |
Əl-Mütənəbbi Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Əslən Cufə qəbiləsindən olan şair Kufə şəhərinin əl-Kində məhəlləsində kasıb bir ailədə anadan olmuşdur və nəsəbini də elə bu yerin adından götürmüşdür. Əl-Mütənəbbinin Kufə kimi elm və mədəniyyət ocağında böyüməsi onun hərtərəfli bir şəxsiyyət, müdrik bir insan kimi formalaşmasında böyük rol oynamışdır. Ədib ilk təhsilini də məhz burada — Kufədə, şiə yönlü məktəbdə almışdır. Əksər orta əsr tədqiqatçıları əl-Mütənəbbinin hələ uşaqlıqdan şeir yazdığını və gözəl nitq qabiliyyətinə malik olduğunu bildirirlər. Gənc Əhməd öz həmyaşıdlarından gözəl şeir duyumu və hazırcavablığı ilə fərqlənirdi.
924-cü ildə doğma şəhəri qərmətilər tərəfindən işğal olunduğuna görə, ailəsi ilə birlikdə buranı tərk edib, 2 ilə yaxın Suriya bədəviləri arasında yaşayıb. Köçərilərin əhatəsində keçirdiyi illər onun həyat prinsiplərinin, ictimai-siyasi görüşlərinin, bədii zövq və meyllərinin formalaşması və müəyyənləşməsinə əhəmiyyətli təsir göstərib. Burada – şəhərdəkindən fərqli bir dil mühitinin hökm sürdüyü səhrada o, yaxşı qorunmuş, korlanmamış, canlı klassik ərəb dilini mənimsəyir. Yeri gəlmişkən, təmiz ərəbcəni bədəvilərdən öyrənmək o dövrün şair və dilçiləri arasında yayılmış hal idi.
Gənc Mütənəbbi Kufəyə qayıtdıqdan və ilk şeirlərini yazdıqdan sonra, istedadı üçün daha geniş meydan tapmaq ümidi ilə Bağdad, Şam və başqa mərkəzlərə səfərə çıxır, müxtəlif saraylara yol axtarır. Bütün cəhdləri boşa çıxan narahat təbiətli cavan təzədən səhraya dönür, bədəviləri Abbasilər xilafətinə qarşı üsyana çağıran moizələr söyləyir, bu işi Kufədə və Suriya səhralarında da davam etdirir. Əleyhdarlarının, o vaxtlar təqib olunan şiə məzhəbi əsasında yeni bir din icad etməkdə ittiham etdiyi şairə, ərəbcə "yalançı peyğəmbər" mənası verən "Mütənəbbi" ləqəbi də məhz bu illərdə qoyulub. Üsyankar çıxışlarına görə onu tutub 2 illiyə zindana da salıblar.
Yaradıcılığı
Əl-Mütənəbbi yaradıcılığının erkən dövründə dövrün təsiri çox güclü duyulur. O, şeirlərində moizəçi və cəsarətli ideyaların yayıcısı kimi çıxış edir, poeziyası qəhrəmanlıq xarakteri daşıyır, şair özünü qəhrəman obrazında təqdim və təbliğ edir. Bu mərhələnin sonuna doğru, fəaliyyətində uğursuzluğa düçar olan Mütənəbbininin yaradıcılığında onun məyusluğunun təsiri ilə ilk kədər motivləri meydana gəlir.
Ömrünün sonrakı dövründə şair müxtəlif saraylarda yazıb-yaradıb. 9 il Hələb əmiri Seyf əd-Dövlənin sarayında yaşayan Mütənəbbinin məğrur təbiəti əmirin təkəbbürlü xasiyyəti ilə uyuşmasa da, onların qarşılıqlı güzəştlər hesabına başa gələn anlaşması dünya poeziyasına gözəl nümünələr – mədhiyyələr bəxş edib. Bu münasibətlərə də son qoyulduqduqdan sonra Mütənəbbi bir müddət, Misirdə hakimiyyəti zəbt etmiş zənci Kafurun sarayına sığınır. Əsl-nəsəbsiz bu xacə hökmdarın məşhurlaşmaq və mədh olunmaq üçün Mütənəbbi kimi güclü qələm sahibinə ehtiyacı vardı. Ərəb təəssübkeşi olan şair başı üzərində bir qeyri-ərəbin durmasına öz şöhrətpərəstliyini və hakimiyyət ehtirasını təmin etmək məqsədi ilə, hansısa əyalətə vali təyin olunmaq ümidi ilə dözürdü. Zənci hökmdarın bununla bağlı öz vədinə əməl etmədiyini görən Mütənəbbi məddahlıqdan əl götürüb ona bir neçə kəskin həcv yazaraq Misirdən qaçır. Şair həyatının son illərini İraq və İranda yaşayır, Buveyhi şahı Ədud əd-Dövlənin Şirazdakı sarayında fəaliyyət göstərir. Amma vətəni üçün bərk darıxdığından bir gün İraqa dönmək qərarına gəlir. Onu Bağdad yolunda, həcvlərindən birinin qəhrəmanı qətlə yetirir.
Daim özünə həyatda yer axtaran, lakin heç yerdə qəlbi aram tapmayan, şəxsiyyəti və istedadı barədə — haqlı olaraq – yüksək fikirdə olan, daim həqiqi arzu və iddiaları gözündə qalan Mütənəbbinin yaradıcılığı üçün, ümumiyyətlə, tənhalıqdan, cəmiyyətə qovuşa-uyuşa bilməməkdən, başa düşülməz qalmaqdan doğan bədbin əfval-ruhiyyə xarakterikdir. Onun ləqəbinin bir izahı da belədir ki, "Mütənəbbi" kəlməsi şairi mühitləri tərəfindən anlaşılmayan, tənqid, təhqir və təcrid olunan peyğəmbərlə tale oxşarı saymaqdan yaranıb. Ən müxtəlif janrlarda yazdığı əsərlərində şairin kədəri, həyata keçməyən arzuları və puç olan xəyalları öz ifadəsini tapıb. Öz zəmanəsindən şikayət motivləri Mütənəbbi yaradıclığında mühüm yer tutur. Harda, kimlərin arasında olursa-olsun, həmişə özünü tənha hiss edən şair bunun səbəbini dünyaya vaxtsız – ya tez, ya gec gəlməyində görürdü. Şairin şikayəti nəinki ancaq dövründən və cəmiyyətdən, bütün dünyadan idi, o bütün dünyadan küsmüşdü. Dünyanı vəfasız adlandırıb ona aldanmamağı məsləhət bilirdi: "Kim ki, dünyayla uzun müddət dostluq edir, ona inamının yalan olduğunu görən kimi dünya onun gözündə dəyişir".
Mütənəbbi elə hesab edirdi ki, tale ona hər cür istedad verib, odur ki, toplumu idarə etmək qabiliyyətinə və haqqına sahibdir. Lakin getdiyi yerlərdə onun iddiaları həyata keçmir, haçansa həyata keçəcəyi də qeyri-mümkün görünürdü. Həmişə sərt üzü ilə qarşılaşdığı zəmanəyə, məhz buna görə nifrinlər yağdırır, "zəmanə adamı" olan müasirlərini həqarətlə qamçılayırdı: "Mən bu adamları məzəmmət edirəm, çünki bunların ən biliklisi küt, ən qabiliyyətlisi isə nadandır. ən şərəflisi köpək, ən bəsirətlisi kordur. Ən ayığı bəbir, ən şücaətlisi isə meymundur. Dünyanın alçaqlığını gör ki, ləyaqətli adam öz aşkar düşməni ilə xoş rəftar etməyə məcburdur".
Şair hər şeyin – hörmət-izzətin, şan-şöhrətin maddiyyatla ölçüldüyü dünyaya acıyır: "Qayğısı çox olan kəs Allahın ən yorğun bəndəsidir. O onların nəfsini, arzularını ixtisara salır. Sənə aid olan hər şey şöhrətlə həll olunmur. Düşmənlər müharibə edərkən varları qığılcım olur. Bu dövrdə varı olanın şöhrəti yoxdur, şöhrəti olanın varı ".
Kafuru mədh elədiyi illərlə bağlı o, belə yazırdı: "Heç bilməzdim elə bir zəmanəyədək yaşayacağam ki, mənə pislik edən bir köləni tərifləyəcəyəm. Heç zənn etməzdim ki, insanlar beləcə yoxa çıxacaq və Əbu-l-Bayza kimi birisi taxt-tac yiyəsi olacaq".
Mütənəbbinin öz dövrünün insanları barədə bu dərəcədə sərt hökm verməsi bir tərəfdən şairin özü haqda çox yüksək fikirdə olmasından qaynaqlanırdısa, digər tərəfdən ancaq özünü layiq bildiyi mərtəbələri ədalətsiz olaraq zəbt eləmiş mənsəb adamlarına hiddət, nifrət və ikrahından irəli gəlirdi.
Hələ islamdan qabaqkı şairlərin yaradıcılığında, habelə 8–9-cu əsr poeziyasında (Əbu-l-Ətahiyə, Əbu Təmmam) mühüm yer tutan ənənəvi ərəb janrı "risə"də yazmaqda davam edərək, əl-Mütənəbbi ona fəlsəfi çalar verib və bununla, Kraçkovskinin bildirdiyi kimi, əl-Məərrinin lirikasını qabaqlayıb.
Seyf əd-Dövlənin oğlanlarından birinin ölümünə həsr etdiyi mərsiyyədə şair yazır: "Biz ölüləri ağlayırıq. Çünki onlar bu dünyanı öz istəkləri ilə və ya sərvət axtarmaq üçün tərk etmirlər.
"Əgər sən taleyin dəyişgənliyi haqqında fikirləşsən, başa düşərsən ki, bu elə qətldir. Bu dünya nə həyatdan məyus olmağa, nə ona nəsil saxlamağa heç dəyməz ".
Mütənəbbi söyləyir ki, hər kəs üçün, istər cəsur olsun, istər qorxaq, döyüşkən olsun, ya sülhsevər – həyatın sonunda ölüm var. Həyat qısadır, o adam məqsədinə çata bilmir ki, daim ölümün onu yaxalayacağı qorxusundan əsir.
Həmçinin bax
Esat Ayyıldız (2020), "el-Mutenebbî’nin Seyfüddevle’ye Methiyeleri (Seyfiyyât)", BEÜ İlahiyat Fakültesi Dergisi , 7 (2) , 497–518 . DOI: 10.33460/beuifd.810283
Əfsanə Məmmədova [1] "Əl-Mütənəbbi dünyası. Poeziya və hikmət" [ölü keçid]
İstinadlar
- https://adab.wiki/%D8%A7%D9%84%D9%85%D8%AA%D9%86%D8%A8%D9%8A.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- al-Mutanabbi // Encyclopædia Britannica (ing.).
- https://www.aldiwan.net/cat-poet-Mutanabi.
- Ayyıldız, E . (2020). el-Mutenebbî’nin Seyfüddevle’ye Methiyeleri (Seyfiyyât) . BEÜ İlahiyat Fakültesi Dergisi , 7 (2) , 497–518 . DOI: 10.33460/beuifd.810283 2021-04-28 at the Wayback Machine
- səh. 382, 1881, البغدادى عبد القادر بن عمر. خزانة الادب و لُبُّ لُبَابِ لسان العرب: ج.1، القاهرة: مطبعة بولاق
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ebu et Tayyib el Mutenebbi Ehmed ibn el Huseyn ibn el Hesen ibn Ebd es Semed el Cufi el Kindi el Kufi erebce أبو الطيب المتنبي أحمد بن الحسين بن الحسن بن عبد الصمد الجعفي الكندي الكوفي 920 ve ya 915 Kufe 23 sentyabr 965 X esrin dahi ereb sairiEl Mutenebbiereb أبو الطي ب الم تنب ي Dogum adi أبو الطي ب أحمد بن الح سين بن الحسن بن عبد الص مد الجعفي الكندي الك وفيDogum tarixi 920 ve ya 915Dogum yeri Kufe IraqVefat tarixi 23 sentyabr 965Vefat sebebi herbi toqqusmaFealiyyeti sairEl Mutenebbi Vikimenbede Vikianbarda elaqeli mediafayllarHeyatiEslen Cufe qebilesinden olan sair Kufe seherinin el Kinde mehellesinde kasib bir ailede anadan olmusdur ve nesebini de ele bu yerin adindan goturmusdur El Mutenebbinin Kufe kimi elm ve medeniyyet ocaginda boyumesi onun herterefli bir sexsiyyet mudrik bir insan kimi formalasmasinda boyuk rol oynamisdir Edib ilk tehsilini de mehz burada Kufede sie yonlu mektebde almisdir Ekser orta esr tedqiqatcilari el Mutenebbinin hele usaqliqdan seir yazdigini ve gozel nitq qabiliyyetine malik oldugunu bildirirler Genc Ehmed oz hemyasidlarindan gozel seir duyumu ve hazircavabligi ile ferqlenirdi 924 cu ilde dogma seheri qermetiler terefinden isgal olunduguna gore ailesi ile birlikde burani terk edib 2 ile yaxin Suriya bedevileri arasinda yasayib Kocerilerin ehatesinde kecirdiyi iller onun heyat prinsiplerinin ictimai siyasi goruslerinin bedii zovq ve meyllerinin formalasmasi ve mueyyenlesmesine ehemiyyetli tesir gosterib Burada seherdekinden ferqli bir dil muhitinin hokm surduyu sehrada o yaxsi qorunmus korlanmamis canli klassik ereb dilini menimseyir Yeri gelmisken temiz erebceni bedevilerden oyrenmek o dovrun sair ve dilcileri arasinda yayilmis hal idi Genc Mutenebbi Kufeye qayitdiqdan ve ilk seirlerini yazdiqdan sonra istedadi ucun daha genis meydan tapmaq umidi ile Bagdad Sam ve basqa merkezlere sefere cixir muxtelif saraylara yol axtarir Butun cehdleri bosa cixan narahat tebietli cavan tezeden sehraya donur bedevileri Abbasiler xilafetine qarsi usyana cagiran moizeler soyleyir bu isi Kufede ve Suriya sehralarinda da davam etdirir Eleyhdarlarinin o vaxtlar teqib olunan sie mezhebi esasinda yeni bir din icad etmekde ittiham etdiyi saire erebce yalanci peygember menasi veren Mutenebbi leqebi de mehz bu illerde qoyulub Usyankar cixislarina gore onu tutub 2 illiye zindana da saliblar YaradiciligiEl Mutenebbi yaradiciliginin erken dovrunde dovrun tesiri cox guclu duyulur O seirlerinde moizeci ve cesaretli ideyalarin yayicisi kimi cixis edir poeziyasi qehremanliq xarakteri dasiyir sair ozunu qehreman obrazinda teqdim ve teblig edir Bu merhelenin sonuna dogru fealiyyetinde ugursuzluga ducar olan Mutenebbininin yaradiciliginda onun meyuslugunun tesiri ile ilk keder motivleri meydana gelir Omrunun sonraki dovrunde sair muxtelif saraylarda yazib yaradib 9 il Heleb emiri Seyf ed Dovlenin sarayinda yasayan Mutenebbinin megrur tebieti emirin tekebburlu xasiyyeti ile uyusmasa da onlarin qarsiliqli guzestler hesabina basa gelen anlasmasi dunya poeziyasina gozel numuneler medhiyyeler bexs edib Bu munasibetlere de son qoyulduqduqdan sonra Mutenebbi bir muddet Misirde hakimiyyeti zebt etmis zenci Kafurun sarayina siginir Esl nesebsiz bu xace hokmdarin meshurlasmaq ve medh olunmaq ucun Mutenebbi kimi guclu qelem sahibine ehtiyaci vardi Ereb teessubkesi olan sair basi uzerinde bir qeyri erebin durmasina oz sohretperestliyini ve hakimiyyet ehtirasini temin etmek meqsedi ile hansisa eyalete vali teyin olunmaq umidi ile dozurdu Zenci hokmdarin bununla bagli oz vedine emel etmediyini goren Mutenebbi meddahliqdan el goturub ona bir nece keskin hecv yazaraq Misirden qacir Sair heyatinin son illerini Iraq ve Iranda yasayir Buveyhi sahi Edud ed Dovlenin Sirazdaki sarayinda fealiyyet gosterir Amma veteni ucun berk darixdigindan bir gun Iraqa donmek qerarina gelir Onu Bagdad yolunda hecvlerinden birinin qehremani qetle yetirir Daim ozune heyatda yer axtaran lakin hec yerde qelbi aram tapmayan sexsiyyeti ve istedadi barede haqli olaraq yuksek fikirde olan daim heqiqi arzu ve iddialari gozunde qalan Mutenebbinin yaradiciligi ucun umumiyyetle tenhaliqdan cemiyyete qovusa uyusa bilmemekden basa dusulmez qalmaqdan dogan bedbin efval ruhiyye xarakterikdir Onun leqebinin bir izahi da beledir ki Mutenebbi kelmesi sairi muhitleri terefinden anlasilmayan tenqid tehqir ve tecrid olunan peygemberle tale oxsari saymaqdan yaranib En muxtelif janrlarda yazdigi eserlerinde sairin kederi heyata kecmeyen arzulari ve puc olan xeyallari oz ifadesini tapib Oz zemanesinden sikayet motivleri Mutenebbi yaradicliginda muhum yer tutur Harda kimlerin arasinda olursa olsun hemise ozunu tenha hiss eden sair bunun sebebini dunyaya vaxtsiz ya tez ya gec gelmeyinde gorurdu Sairin sikayeti neinki ancaq dovrunden ve cemiyyetden butun dunyadan idi o butun dunyadan kusmusdu Dunyani vefasiz adlandirib ona aldanmamagi meslehet bilirdi Kim ki dunyayla uzun muddet dostluq edir ona inaminin yalan oldugunu goren kimi dunya onun gozunde deyisir Mutenebbi ele hesab edirdi ki tale ona her cur istedad verib odur ki toplumu idare etmek qabiliyyetine ve haqqina sahibdir Lakin getdiyi yerlerde onun iddialari heyata kecmir hacansa heyata kececeyi de qeyri mumkun gorunurdu Hemise sert uzu ile qarsilasdigi zemaneye mehz buna gore nifrinler yagdirir zemane adami olan muasirlerini heqaretle qamcilayirdi Men bu adamlari mezemmet edirem cunki bunlarin en biliklisi kut en qabiliyyetlisi ise nadandir en sereflisi kopek en besiretlisi kordur En ayigi bebir en sucaetlisi ise meymundur Dunyanin alcaqligini gor ki leyaqetli adam oz askar dusmeni ile xos reftar etmeye mecburdur Sair her seyin hormet izzetin san sohretin maddiyyatla olculduyu dunyaya aciyir Qaygisi cox olan kes Allahin en yorgun bendesidir O onlarin nefsini arzularini ixtisara salir Sene aid olan her sey sohretle hell olunmur Dusmenler muharibe ederken varlari qigilcim olur Bu dovrde vari olanin sohreti yoxdur sohreti olanin vari Kafuru medh elediyi illerle bagli o bele yazirdi Hec bilmezdim ele bir zemaneyedek yasayacagam ki mene pislik eden bir koleni terifleyeceyem Hec zenn etmezdim ki insanlar belece yoxa cixacaq ve Ebu l Bayza kimi birisi taxt tac yiyesi olacaq Mutenebbinin oz dovrunun insanlari barede bu derecede sert hokm vermesi bir terefden sairin ozu haqda cox yuksek fikirde olmasindan qaynaqlanirdisa diger terefden ancaq ozunu layiq bildiyi mertebeleri edaletsiz olaraq zebt elemis menseb adamlarina hiddet nifret ve ikrahindan ireli gelirdi Hele islamdan qabaqki sairlerin yaradiciliginda habele 8 9 cu esr poeziyasinda Ebu l Etahiye Ebu Temmam muhum yer tutan enenevi ereb janri rise de yazmaqda davam ederek el Mutenebbi ona felsefi calar verib ve bununla Krackovskinin bildirdiyi kimi el Meerrinin lirikasini qabaqlayib Seyf ed Dovlenin oglanlarindan birinin olumune hesr etdiyi mersiyyede sair yazir Biz oluleri aglayiriq Cunki onlar bu dunyani oz istekleri ile ve ya servet axtarmaq ucun terk etmirler Eger sen taleyin deyisgenliyi haqqinda fikirlessen basa dusersen ki bu ele qetldir Bu dunya ne heyatdan meyus olmaga ne ona nesil saxlamaga hec deymez Mutenebbi soyleyir ki her kes ucun ister cesur olsun ister qorxaq doyusken olsun ya sulhsever heyatin sonunda olum var Heyat qisadir o adam meqsedine cata bilmir ki daim olumun onu yaxalayacagi qorxusundan esir Hemcinin baxEsat Ayyildiz 2020 el Mutenebbi nin Seyfuddevle ye Methiyeleri Seyfiyyat BEU Ilahiyat Fakultesi Dergisi 7 2 497 518 DOI 10 33460 beuifd 810283 Efsane Memmedova 1 El Mutenebbi dunyasi Poeziya ve hikmet olu kecid Istinadlarhttps adab wiki D8 A7 D9 84 D9 85 D8 AA D9 86 D8 A8 D9 8A Bibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 al Mutanabbi Encyclopaedia Britannica ing https www aldiwan net cat poet Mutanabi Ayyildiz E 2020 el Mutenebbi nin Seyfuddevle ye Methiyeleri Seyfiyyat BEU Ilahiyat Fakultesi Dergisi 7 2 497 518 DOI 10 33460 beuifd 810283 2021 04 28 at the Wayback Machine seh 382 1881 البغدادى عبد القادر بن عمر خزانة الادب و ل ب ل ب اب لسان العرب ج 1 القاهرة مطبعة بولاق