Kəlbəli xan Naxçıvanski (1824, Naxçıvan – 1883, Naxçıvan) — Rusiya İmperiya Ordusunda azərbaycanlı süvari generalı (14 sentyabr 1874). O, sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin oğlu, süvari generalı və general-adyutant Hüseyn xan Naxçıvanskinin atası, süvari generalı İsmayıl xan Naxçıvanskinin qardaşıdır. Onun adı bəzi rus mənbələrində Kalbalay xan Naxçıvanski deyə keçir.
Kəlbəli xan Naxçıvanski | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1824 |
Doğum yeri | |
Vəfat tarixi | 1883 |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Uşağı | |
Atası | Ehsan xan Kəngərli |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Qoşun növü | süvari |
Rütbəsi | general-mayor |
Döyüşlər | |
Təltifləri |
Naxçıvanskilər nəslinə mənsubdur.
Hərbi xidmətə başlaması
Kəlbəli Xan Naxçıvanski 14 yaşında ikən Peterburqdakı zadəgan uşaqlarına məxsus Paj korpusu məktəbinə verilmiş, lakin qəfildən xəstələndiyinə görə Naxçıvana qayıtmalı olmuşdur.. Sağlamlığını bərpa etdikdən sonra Kəngərli Süvari Alayında xidmətə başlamış və 1848-ci ildə artıq Kəngərli Süvari Alayınnı komandiri kimi Dağıstan yürüşündə iştirak etmidir. Kəlbəli xan ilk rütbəsini 1849-cu ildə almışdı. Rusiya imperiyasının Hərbiyyə Nazirliyi əmrində deyilirdi:
Sankt Peterburq. 1849-cu ilin 31 martı. No. 8. Qeyri-nizami bölmələr barədə: Ali komandanlıqdan. Təltif edilir: Fərqlənməyə görə: Dağlılara qarşı yürüşdə fərqləndiyinə görə Kəngərli Süvari Alayından Naxçıvan sakini, bölmə rəhbəri Kəlbəli xan.
14 aprel 1851-ci ildə o, İrəvanın qubernatorunun yanında hərbi vəzifəyə təyin edildi və 13 dekabrdan etibarən quernatorun yanında xüsusi tapşırıqlar üzrə zabit kimi çalışmağa başladı. 30 yanvar 1853-cü ildə podporuçik rütbəsinə yüksəldildi. Həmin ilin payızında Kəngərli Süvari Alayı yenidən təşkil edildi və 25 oktyabr tarixində Kəlbəli xan həmin alayın komandanı təyin edildi.
Krım müharibəsi
1853–1856-cı illər Krım müharibəsində Qafqaz korpusunun bir hissəsi kimi Kəlbəli xan da müharibənin Qafqaz-Kiçik Asiya cəbhəsi boyunca hərbi əməliyyatlarda iştirak etdi. 1854-cü ilin may ayında podporuçik Naxçıvanski İrəvan Bəy Drukinasının komandanı təyin edildi. O, bu vəzifədə öz böyük qardaşı kapitan İsmayıl xan Naxçıvanskini əvəz etmişdi. İrəvan Bəy Drujinası rus qoşunlarının İrəvan alayının bölməsi oldu. 1854-cü ilin 17 iyulunda 5 min nəfərlik İrəvan alayı general-leytenant Baron. Vrangelin komandanlığı altında 16 min nəfərlik Səlim paşa tabeliyindəki türk qoşununu Çınqıl Təpədə məğlub edərək, Bəyazidi ələ keçirdi. Türklərlə toqquşmada fərqləndiyinə görə Kəlbəl xan leytenant rütbəsinə yüksəldildi. Növbəti ilin 15 aprelində 17 iyul tarixindəki Çınqıl Təpə döyüşündə süvari hücumundakı cəsarətinə görə IV dərəcəli Müqəddəs Georgi ordeni ilə mükafatlandırıldı. Cəsarəti bu cür təsvir edilirdi:
Podporuçik, İrəvan Bəy Drujinasının rəhbəri. Düşmən batareyasına hücum edərkən bu zabit bölmənin komandanı olmasına, tüfəng və toplardan atışlar edilməsinə baxmayaraq, batareyanın üzərinə atlamış, bir çox artilleriyaçını öz əli ilə öldürmüş və bir silah ələ keçirmişdir. |
Müharibələr arası dövr
1856-cı ildə leytenant Kəlbəli xan İrəvan quberniyasını təmsil edərək. Şimali və Cənubi Qafqazdan olan digər nümayəndələrlə birlikdə, II Aleksandrın Moskvada taxta çıxma mərasiminində iştirak etdi. Həmin ilin 26 avqustunda əmrlə poruçik rütbəsinə yüksəldilmiş və Qusar Mühafizəçiləri Alayına təyin edilmişdir. Bu zaman o, İrəvan hərbi qubernatoru yanındakı vəzifəsindən ayrılmışdır. 1857-ci ildə, o, Qacar şahının əmri ilə II dərəcəli Şir-i Xurşud mükafatı ilə mükafatlandırılmışdır. 12 aprel 1859-cu ildə xidmət fərqlənməyə görə, ştabs-rotmistr rütbəsinə yüksəlmişdir. 3 aprel 1860-cı ildə Kəlbəli xan rotmistr rütbəsinə yüksəlmişdir. 1867-ci ilin 22 iyunundan 9 iyuluna qədər o, İrəvan quberniyasının zemstvo mühafizəsində müfəttiş olmuşdur. 19 aprel 1864-cü ildə Kəlbəli xan polkovnik rütbəsinə yüksəldilmişdir. 3 iyunda o, yenidən Qafqaz ordusunda xidmətə geri qayıtmışdır.
Rus-Osmanlı (1877–1878) müharibəsi
Rus-Osmanlı (1877–1878) müharibəsi başladıqdan sonra Qafqaz Hərbi Dairəsinin 10 may 1877-ci il tarixli əmri ilə general-mayor Kəlbəli xan Naxçıvanski Qeyri-Nizami Süvari Briqadasının komandanı təyin edildi. Bu briqada İrəvan və Kurtinski qeyri-nizami dəstələrindən təşkil edilmişdi. Bu bölmə İrəvandakı rus qoşunlarının bir hissəsi idi və bu bölmənin tapşırığı sərhədi mümkün olan hücumlardan qorumaq idi. Bəyazidin Osmanlı qüvvələri tərəfindən 1877-ci ilin iyununda mühasirəyə alınmasından sonra əslində Kəlbəli xan Naxçıvanskinin dəstəsi Bəyazidlə rus komandanlığı qərərgahı arasında yerləşən yeganə xətt oldu. 5 iyunda Kəlbəli xan bir neçə yüz nəfərlik İrəvan süvarisini Bəyazid qalasındakı rus qüvvələrini gücləndirmək üçün göndərdi. Dəstəyə onun qardaşı polkovnik İsmayıl xan Naxçıvanski komandanlıq edirdi. 10 iyun 1877-ci ildə İrəvanın hərbi qubernatoru general-mayor Roslavlevə göndərdiyi teleqramda general-mayor Kəlbəli xan Naxçıvanski yazırdı:
İndi Bəyazid şəhəri komendantının gizlicə saat 9-da göndərdiyi məktubu aldım. Bizim bütün qoşunlarımız ayın 6-ı, saat 10:00-dan Bəyazid qalasında mühasirədədir. Türklər bombardman edirlər, vəziyyət təhlükəlidir, əsasən orada suyun olmamasına görə. İtkilərimiz çoxdur, Patseviç yaralanıb, Kovalevski öldürülüb, bütün süvari atlarımız düşmən tərəfindən ələ keçirilib, alay tərəfindən göndərilən dəstəyimiz yoxdur, mümkün olan kimi bizə kömək edin, digər halda, biz məğlub olacağıq. Çox az gilizimiz var, düşmənin hücumları hələ də dəf edilir... Mən 4 rotadan və 150 Kazakda ibarət birləşmə ilə, silahlar olmadan, xüsuslə ilk növbədə düşmən tərəfindən ələ keçirilən şəhəri bizim geri alacağımız lazım olduğuna görə, tühlükəli hesab edirəm. Nə Aleksandropoldan, nə də İrəvandan qoşun göndərilməsi gözlənilmir. |
Dəstəyə qüvvələri göndərilməsini gözləməyən Kəlbəli xan özü Bəyazidə doğru irəliləmək qərarına gəldi. Kəlbəli xanən 14 iyun 1877-ci ildə İrəvan hərbi qubernatoru general-mayor Roslavlevə göndərdiyi 54 nömrəli məruzədən:
Bəyazid qarnizonunun ortaq qurtarılması üçün general-mayor İvan Yeqoroviç Loris-Məlikovun gəlməsini gözləyərkən, mən Gəncə qeyri-nizami süvari alayından 100 nəfər Çinqıl Təpə mövqelərinə yerləşdirdim. Ayın 12-i, saat 6:00-da mənə əmanət olunan Krım, Stavropol və İrəvan yerli taborundan 657 nəfər də daxil olmaqla 4 rota, polkovnik Preobrajenskinin komandanlığında İrəvan əyalətindən 71 yaraqlı, müxtəlif bölmələrdən 170 Kazak, İrəvan Qeyri-Nizami Alayından 100 nəfər, 57 nəfər İrəvan əyalətindən mehtərlər, İrəvan-Kurtinski alayından 35 nəfər və Yelizavetpol əyalətindən 2 yüz süvari və süvari komandanı polkovnik Perepelovski, alihəzrətlərin adyutantı polkovnik Tolstoy ilə birlikdə Bəyazid yüksəkliklərinə doğru yola çıxdım. Günorta saat 3-də Bəyazidin 3 verstliyinə çatmamış düşmən mənim yürüşüm barədə xəbərdar oldu və mənimlə vuruşmaq üçün üzərimə yeriməyə başladılar. Saat 20:00-da toqquşma oldu, oradan irəliləməyin və ya orada durmağın mümkünsüz olduğunu gördükdən sonra 5 verst geri çəkildim. Daşlıçay çayı yaxınlığındakı dağıdılmış Qaraca kəndində açıq ordugah qurdum. Ayın 13-cü günü, saat 7:00-da mən Bəyazid və Təpəriz cinahlarından düşmənin süvari və alaylardan ibarət böyük qüvvə ilə üzərimizə yeriməyə başladığını gördüm. Müdafiə üçün uyğun mövqe olmadığı və qarşı qüvvələrin üstünlüyünü görüb daha əlverişli yerə geri çəkilmək qərarına gəldim, lakin düşmən şiddətlə cinahlarımıza doğru hücuma keçməyə başladı...Düşmənin hədəfinə çatmasına icazə verməyərək, 14:00-a qədər ağır atəş altında mən Qarabulağ kəndini keçdim və ondan 2 verst məsafədə müdafiə üçün güclü və əlverişli mövqe tapdım...Mənə çatan məlumata görə, düşmənin itkisi ağır olmuşdur - 11 ölü və 40 yaralı, bizim tərəfdən isə 13 aşağı rütbəli, 3 Kazak və 2 yaraqlı, 7 at ölmüş, aşağı rütbəlilərdən 3 nəfər itkin düşmüşdür. |
1877-ci ilin oktyabrında İrəvan alayının bir üzvü kimi Kəlbəli xan Muxtar paşa komandanlığındakı Osmanlı qüvvələri ilə döyüşdə iştirak etdi. Bu döyüşdə Osmanlı ordusu məğlub edildi. Buna qədər həmin ordu Ərzuruma irəliləyən rus ordusunun qarşısını Dəvəboynu keçidində almaq istəyirdi. Həmin ilin 11 dekabrında, general-mayor Kəlbəli xan Müqəddəs III dərəcəli Vladimir ordeni ilə mükafatlandırıldı. 2 iyun 1878-ci ildə Kəlbəli xan I dərəcəli Müqəddəs Stanisdlav ordeni ilə də mükafatlandırıldı. Bu mükafatlandırmalar 1877-ci ilin iyununda "İrəvan alayının üzvü kimi Osmanlılarla müharibədə göstərdiyi igidliyə və cəsarətə görə verilmişdi".
13 iyul 1878-ci ildə o, II Süvari Diviziyasının komandanı təyin edildi. 8 dekabr 1878-ci ildə isə "23 oktyabr 1877-ci ildə Dəvəboynu döyüşündə göstərdiyi cəsarətə və igidliyə görə" II Aleksandr tərəfindən üzərində brilliantla "İgidliyə görə" yazılmış süvari qılıncı ilə mükafatlandırıldı. 1879-cu ilin 24 yanvarında "1877-ci ildə osmanlılarla müxtəlif vaxtlarda göstərdiyi igidliyə görə" Müqəddəs Anna ordeni ilə mükafatlandırıldı.
Son illəri
25 iyuldan 1880-ci ilin martına qədər Kəlbəli xan I Qafqaz Süvari Diviziyasının II alayının komandanı oldu. Lakin sağlamlığına görə vəzifəsini davam etdirə bilmədi və öz istəyi ilə vəzifədən ayrıldı. Alay komandanlığı vəzifəsini təhsil verən Kəlbəli xan süvari ordusuna qeydə alınaraq, Qafqaz ordusunun baş komandanı Böyük Knyaz Mixail Nikolayeviçin əmr zabiti oldu.
Kəlbəli xan Ehsan xan oğlu Naxçıvanski 1883-cü ilin aprelində, 59 yaşında və general-mayor rütbəsində olarkən vəfat etdi.
Hərbi rütbələri
- Praporşik (31.03.1849)
- Podporuçik (30.01.1853)
- Poruçik (04.45.1854)
- Ştabs-rotmistr (12.04.1859)
- Rotmistr (03.04.1860)
- Polkovnik (19.04.1864)
- General-mayor (14.09.1874)
Mükafatları
- IV dərəcəli Müqəddəs Georgi ordeni (15 aprel 1855)
- II dərəcəli Müqəddəs Stanislav ordeni (imperial tac ilə, 1871)
- IV dərəcəli Müqəddəs Vladimir ordeni (22 sentyabr 1875)
- III dərəcəli Müqəddəs Vladimir ordeni (11 dekabr 1877)
- I dərəcəli (2 iyun 1878)
- "İgidliyə görə" brilliantla bəzədilmiş qızıl qılınc (8 dekabr 1878)
- I dərəcəli Müqəddəs Anna ordeni (24 yanvar 1879)
- II dərəcəli Şiri Xurşid ordeni
Ailəsi
O, mayor Əhməd xan İrəvanski Makinskinin qızı Xurşud xanımla ailə həyatı qurmuşdur. Onların 8 övladı olmuşdur:
Zeynəb bəyim (1851-?), Bədirnisə bəyim (1853-?), Ehsan xan (1855–1894), Cəfərqulu xan (1859–1929), Şah Cahan bəyim (1860-?), Rəhim xan (1860-?), Hüseyn xan (1863–1919) və Zərintac xanım (1866-?). Zərintac bəyim avar əsilli rus generalı və bir dövrlük İrəvan qubernatoru olmuş Maqsud Əlixanov Avarski ilə ailə həyatı qurmuşdur.
Naxçıvanskilər
Kəlbəli xan Kəngərli | |||||||||||||||||||||||||||||
Ehsan xan Kəngərli (1789—1846) | |||||||||||||||||||||||||||||
İsmayıl xan Naxçıvanski (1819—1909) | Kəlbəli xan Naxçıvanski (1824—1883) | Qönçəbəyim (1827—?) | |||||||||||||||||||||||||||
Ehsan xan Naxçıvanski (1855 — 1894) | Cəfərqulu xan Naxçıvanski (1859—1929) | Hüseyn xan Naxçıvanski (1858-1919) | |||||||||||||||||||||||||||
Kəlbəli xan Naxçıvanski (1891—1931) | Cəmşid Naxçıvanski (1895—1938) | (?—1934) | |||||||||||||||||||||||||||
Həmçinin bax
İstinadlar
- Список генералам по старшинству на 1881 год. Исправлено по 1-е декабря. — Sankt-Peterburg., 1881, p. 615.
- Краткий Путеводитель по Кавказскому военно-историческому музею. — Тифлис, 1911, с. 130–131.
- Приказы Военного Министра. 1849 год
- Azərbaycan Milli Elmlər Akademiyası. Tarix Muzeyi/Generallar siyahısı — Bakı, 2005, s. 30
- "КАВАЛЕРЫ СВ. ГЕОРГИЯ 4-го класса". george-orden.narod.ru. 17 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 June 2021.
- Gisetti, 1901. səh. 118
- Акты, собранные Кавказской археографической комиссией / Red. Д. А. Кобякова. — Tbilisi:Глав. управ. наместника кавказского, 1888. — Т. 11. — P. 715.
- Томкеев, 1908. səh. 48
- Томкеев, 1908. səh. 66-67
- Томкеев, 1908. səh. 74
- Исмаилов, Э. Э. Золотое оружие с надписью «За храбрость» (2). Moskow. 2007. səh. 305.
- "Гл. управ. намес. кавказского, 1879". Кавказский календарь. Tbilisi: Кавказский календарь: 135. 1880.
- Musa Quliyev. ""Ağ Qartal"ın sahibi - Hüseyn xan Naxçıvanski". kayzen.az. 2021-06-22 tarixində arxivləşdirilib.
Ədəbiyyat
- Военная энциклопедия / Под ред. В. Ф. Новицкого и др. — СПб.: Т-во И. Д. Сытина, 1911–1915.
- Anton Ludwigovich Gisetti, Сборник сведений о Георгиевских кавалерах и боевых знаков отличий Кавказских войск: в 2 частях.
- Томкеев В. И. Материалы для описания русско-турецкой войны 1877–1878 гг. на Кавказско-Малоазиатском театре: в 7 томах
- Старчевский А. А. Памятник Восточной войны 1877–1878 г
- Shamistan Nazirli. Azərbaycan generallar; — Baku, 1991.
- Ibrahim Baghirov. Ибрагим Багиров. Kəngərli tayfasının generalları — Baku, 1994.
Mənbə
- http://www.nakhchivan.az/portal-1/gork-sexsiyy.htm
- Şəmistan Nəzirli. Azərbaycan generalları. Bakı: 1991
- Ибрагим Багиров. Генералы племени Кянгерлы. Баку: 1994 (rus dilində).
Xarici keçidlər
- Azərbaycan generalları — Kəlbalı xan Kəngərli
- http://ordubad.turizm.az/index.php?option=com_content&task=view&id=30&Itemid=58&lang=azerbaijani[ölü keçid]
- Большой энциклопедический словарь (БЭС). БАЯЗЕТ
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kelbeli xan Naxcivanski 1824 Naxcivan 1883 Naxcivan Rusiya Imperiya Ordusunda azerbaycanli suvari generali 14 sentyabr 1874 O sonuncu Naxcivan xani Ehsan xan Kengerlinin oglu suvari generali ve general adyutant Huseyn xan Naxcivanskinin atasi suvari generali Ismayil xan Naxcivanskinin qardasidir Onun adi bezi rus menbelerinde Kalbalay xan Naxcivanski deye kecir Kelbeli xan NaxcivanskiSexsi melumatlarDogum tarixi 1824Dogum yeri NaxcivanVefat tarixi 1883Vefat yeri Naxcivan Naxcivan qezasi Irevan quberniyasi Rusiya imperiyasiVetendasligi Rusiya imperiyasiUsagi Ceferqulu xan Naxcivanski Huseyn xan NaxcivanskiAtasi Ehsan xan KengerliHerbi fealiyyetiMensubiyyeti Rusiya imperiyasiQosun novu suvariRutbesi general mayorDoyusler Krim muharibesi Rus turk muharibesiTeltifleri Naxcivanskiler nesline mensubdur Herbi xidmete baslamasiKelbeli Xan Naxcivanski 14 yasinda iken Peterburqdaki zadegan usaqlarina mexsus Paj korpusu mektebine verilmis lakin qefilden xestelendiyine gore Naxcivana qayitmali olmusdur Saglamligini berpa etdikden sonra Kengerli Suvari Alayinda xidmete baslamis ve 1848 ci ilde artiq Kengerli Suvari Alayinni komandiri kimi Dagistan yurusunde istirak etmidir Kelbeli xan ilk rutbesini 1849 cu ilde almisdi Rusiya imperiyasinin Herbiyye Nazirliyi emrinde deyilirdi Sankt Peterburq 1849 cu ilin 31 marti No 8 Qeyri nizami bolmeler barede Ali komandanliqdan Teltif edilir Ferqlenmeye gore Daglilara qarsi yurusde ferqlendiyine gore Kengerli Suvari Alayindan Naxcivan sakini bolme rehberi Kelbeli xan 14 aprel 1851 ci ilde o Irevanin qubernatorunun yaninda herbi vezifeye teyin edildi ve 13 dekabrdan etibaren quernatorun yaninda xususi tapsiriqlar uzre zabit kimi calismaga basladi 30 yanvar 1853 cu ilde podporucik rutbesine yukseldildi Hemin ilin payizinda Kengerli Suvari Alayi yeniden teskil edildi ve 25 oktyabr tarixinde Kelbeli xan hemin alayin komandani teyin edildi Krim muharibesi1853 1856 ci iller Krim muharibesinde Qafqaz korpusunun bir hissesi kimi Kelbeli xan da muharibenin Qafqaz Kicik Asiya cebhesi boyunca herbi emeliyyatlarda istirak etdi 1854 cu ilin may ayinda podporucik Naxcivanski Irevan Bey Drukinasinin komandani teyin edildi O bu vezifede oz boyuk qardasi kapitan Ismayil xan Naxcivanskini evez etmisdi Irevan Bey Drujinasi rus qosunlarinin Irevan alayinin bolmesi oldu 1854 cu ilin 17 iyulunda 5 min neferlik Irevan alayi general leytenant Baron Vrangelin komandanligi altinda 16 min neferlik Selim pasa tabeliyindeki turk qosununu Cinqil Tepede meglub ederek Beyazidi ele kecirdi Turklerle toqqusmada ferqlendiyine gore Kelbel xan leytenant rutbesine yukseldildi Novbeti ilin 15 aprelinde 17 iyul tarixindeki Cinqil Tepe doyusunde suvari hucumundaki cesaretine gore IV dereceli Muqeddes Georgi ordeni ile mukafatlandirildi Cesareti bu cur tesvir edilirdi Podporucik Irevan Bey Drujinasinin rehberi Dusmen batareyasina hucum ederken bu zabit bolmenin komandani olmasina tufeng ve toplardan atislar edilmesine baxmayaraq batareyanin uzerine atlamis bir cox artilleriyacini oz eli ile oldurmus ve bir silah ele kecirmisdir Muharibeler arasi dovr1856 ci ilde leytenant Kelbeli xan Irevan quberniyasini temsil ederek Simali ve Cenubi Qafqazdan olan diger numayendelerle birlikde II Aleksandrin Moskvada taxta cixma merasimininde istirak etdi Hemin ilin 26 avqustunda emrle porucik rutbesine yukseldilmis ve Qusar Muhafizecileri Alayina teyin edilmisdir Bu zaman o Irevan herbi qubernatoru yanindaki vezifesinden ayrilmisdir 1857 ci ilde o Qacar sahinin emri ile II dereceli Sir i Xursud mukafati ile mukafatlandirilmisdir 12 aprel 1859 cu ilde xidmet ferqlenmeye gore stabs rotmistr rutbesine yukselmisdir 3 aprel 1860 ci ilde Kelbeli xan rotmistr rutbesine yukselmisdir 1867 ci ilin 22 iyunundan 9 iyuluna qeder o Irevan quberniyasinin zemstvo muhafizesinde mufettis olmusdur 19 aprel 1864 cu ilde Kelbeli xan polkovnik rutbesine yukseldilmisdir 3 iyunda o yeniden Qafqaz ordusunda xidmete geri qayitmisdir Rus Osmanli 1877 1878 muharibesiRus Osmanli 1877 1878 muharibesi basladiqdan sonra Qafqaz Herbi Dairesinin 10 may 1877 ci il tarixli emri ile general mayor Kelbeli xan Naxcivanski Qeyri Nizami Suvari Briqadasinin komandani teyin edildi Bu briqada Irevan ve Kurtinski qeyri nizami destelerinden teskil edilmisdi Bu bolme Irevandaki rus qosunlarinin bir hissesi idi ve bu bolmenin tapsirigi serhedi mumkun olan hucumlardan qorumaq idi Beyazidin Osmanli quvveleri terefinden 1877 ci ilin iyununda muhasireye alinmasindan sonra eslinde Kelbeli xan Naxcivanskinin destesi Beyazidle rus komandanligi qerergahi arasinda yerlesen yegane xett oldu 5 iyunda Kelbeli xan bir nece yuz neferlik Irevan suvarisini Beyazid qalasindaki rus quvvelerini guclendirmek ucun gonderdi Desteye onun qardasi polkovnik Ismayil xan Naxcivanski komandanliq edirdi 10 iyun 1877 ci ilde Irevanin herbi qubernatoru general mayor Roslavleve gonderdiyi teleqramda general mayor Kelbeli xan Naxcivanski yazirdi Indi Beyazid seheri komendantinin gizlice saat 9 da gonderdiyi mektubu aldim Bizim butun qosunlarimiz ayin 6 i saat 10 00 dan Beyazid qalasinda muhasirededir Turkler bombardman edirler veziyyet tehlukelidir esasen orada suyun olmamasina gore Itkilerimiz coxdur Patsevic yaralanib Kovalevski oldurulub butun suvari atlarimiz dusmen terefinden ele kecirilib alay terefinden gonderilen desteyimiz yoxdur mumkun olan kimi bize komek edin diger halda biz meglub olacagiq Cox az gilizimiz var dusmenin hucumlari hele de def edilir Men 4 rotadan ve 150 Kazakda ibaret birlesme ile silahlar olmadan xususle ilk novbede dusmen terefinden ele kecirilen seheri bizim geri alacagimiz lazim olduguna gore tuhlukeli hesab edirem Ne Aleksandropoldan ne de Irevandan qosun gonderilmesi gozlenilmir Desteye quvveleri gonderilmesini gozlemeyen Kelbeli xan ozu Beyazide dogru irelilemek qerarina geldi Kelbeli xanen 14 iyun 1877 ci ilde Irevan herbi qubernatoru general mayor Roslavleve gonderdiyi 54 nomreli meruzeden Beyazid qarnizonunun ortaq qurtarilmasi ucun general mayor Ivan Yeqorovic Loris Melikovun gelmesini gozleyerken men Gence qeyri nizami suvari alayindan 100 nefer Cinqil Tepe movqelerine yerlesdirdim Ayin 12 i saat 6 00 da mene emanet olunan Krim Stavropol ve Irevan yerli taborundan 657 nefer de daxil olmaqla 4 rota polkovnik Preobrajenskinin komandanliginda Irevan eyaletinden 71 yaraqli muxtelif bolmelerden 170 Kazak Irevan Qeyri Nizami Alayindan 100 nefer 57 nefer Irevan eyaletinden mehterler Irevan Kurtinski alayindan 35 nefer ve Yelizavetpol eyaletinden 2 yuz suvari ve suvari komandani polkovnik Perepelovski alihezretlerin adyutanti polkovnik Tolstoy ile birlikde Beyazid yuksekliklerine dogru yola cixdim Gunorta saat 3 de Beyazidin 3 verstliyine catmamis dusmen menim yurusum barede xeberdar oldu ve menimle vurusmaq ucun uzerime yerimeye basladilar Saat 20 00 da toqqusma oldu oradan irelilemeyin ve ya orada durmagin mumkunsuz oldugunu gordukden sonra 5 verst geri cekildim Daslicay cayi yaxinligindaki dagidilmis Qaraca kendinde aciq ordugah qurdum Ayin 13 cu gunu saat 7 00 da men Beyazid ve Teperiz cinahlarindan dusmenin suvari ve alaylardan ibaret boyuk quvve ile uzerimize yerimeye basladigini gordum Mudafie ucun uygun movqe olmadigi ve qarsi quvvelerin ustunluyunu gorub daha elverisli yere geri cekilmek qerarina geldim lakin dusmen siddetle cinahlarimiza dogru hucuma kecmeye basladi Dusmenin hedefine catmasina icaze vermeyerek 14 00 a qeder agir ates altinda men Qarabulag kendini kecdim ve ondan 2 verst mesafede mudafie ucun guclu ve elverisli movqe tapdim Mene catan melumata gore dusmenin itkisi agir olmusdur 11 olu ve 40 yarali bizim terefden ise 13 asagi rutbeli 3 Kazak ve 2 yaraqli 7 at olmus asagi rutbelilerden 3 nefer itkin dusmusdur 1877 ci ilin oktyabrinda Irevan alayinin bir uzvu kimi Kelbeli xan Muxtar pasa komandanligindaki Osmanli quvveleri ile doyusde istirak etdi Bu doyusde Osmanli ordusu meglub edildi Buna qeder hemin ordu Erzuruma irelileyen rus ordusunun qarsisini Deveboynu kecidinde almaq isteyirdi Hemin ilin 11 dekabrinda general mayor Kelbeli xan Muqeddes III dereceli Vladimir ordeni ile mukafatlandirildi 2 iyun 1878 ci ilde Kelbeli xan I dereceli Muqeddes Stanisdlav ordeni ile de mukafatlandirildi Bu mukafatlandirmalar 1877 ci ilin iyununda Irevan alayinin uzvu kimi Osmanlilarla muharibede gosterdiyi igidliye ve cesarete gore verilmisdi 13 iyul 1878 ci ilde o II Suvari Diviziyasinin komandani teyin edildi 8 dekabr 1878 ci ilde ise 23 oktyabr 1877 ci ilde Deveboynu doyusunde gosterdiyi cesarete ve igidliye gore II Aleksandr terefinden uzerinde brilliantla Igidliye gore yazilmis suvari qilinci ile mukafatlandirildi 1879 cu ilin 24 yanvarinda 1877 ci ilde osmanlilarla muxtelif vaxtlarda gosterdiyi igidliye gore Muqeddes Anna ordeni ile mukafatlandirildi Son illeri25 iyuldan 1880 ci ilin martina qeder Kelbeli xan I Qafqaz Suvari Diviziyasinin II alayinin komandani oldu Lakin saglamligina gore vezifesini davam etdire bilmedi ve oz isteyi ile vezifeden ayrildi Alay komandanligi vezifesini tehsil veren Kelbeli xan suvari ordusuna qeyde alinaraq Qafqaz ordusunun bas komandani Boyuk Knyaz Mixail Nikolayevicin emr zabiti oldu Kelbeli xan Ehsan xan oglu Naxcivanski 1883 cu ilin aprelinde 59 yasinda ve general mayor rutbesinde olarken vefat etdi Herbi rutbeleriPraporsik 31 03 1849 Podporucik 30 01 1853 Porucik 04 45 1854 Stabs rotmistr 12 04 1859 Rotmistr 03 04 1860 Polkovnik 19 04 1864 General mayor 14 09 1874 MukafatlariIV dereceli Muqeddes Georgi ordeni 15 aprel 1855 II dereceli Muqeddes Stanislav ordeni imperial tac ile 1871 IV dereceli Muqeddes Vladimir ordeni 22 sentyabr 1875 III dereceli Muqeddes Vladimir ordeni 11 dekabr 1877 I dereceli Muqeddes Stanislav ordeni 2 iyun 1878 Igidliye gore brilliantla bezedilmis qizil qilinc 8 dekabr 1878 I dereceli Muqeddes Anna ordeni 24 yanvar 1879 II dereceli Siri Xursid ordeniAilesiO mayor Ehmed xan Irevanski Makinskinin qizi Xursud xanimla aile heyati qurmusdur Onlarin 8 ovladi olmusdur Zeyneb beyim 1851 Bedirnise beyim 1853 Ehsan xan 1855 1894 Ceferqulu xan 1859 1929 Sah Cahan beyim 1860 Rehim xan 1860 Huseyn xan 1863 1919 ve Zerintac xanim 1866 Zerintac beyim avar esilli rus generali ve bir dovrluk Irevan qubernatoru olmus Maqsud Elixanov Avarski ile aile heyati qurmusdur NaxcivanskilerKelbeli xan Kengerli Ehsan xan Kengerli 1789 1846 Ismayil xan Naxcivanski 1819 1909 Kelbeli xan Naxcivanski 1824 1883 Qoncebeyim 1827 Ehsan xan Naxcivanski 1855 1894 Ceferqulu xan Naxcivanski 1859 1929 Huseyn xan Naxcivanski 1858 1919 Kelbeli xan Naxcivanski 1891 1931 Cemsid Naxcivanski 1895 1938 1934 Hemcinin baxNaxcivanskilerIstinadlarSpisok generalam po starshinstvu na 1881 god Ispravleno po 1 e dekabrya Sankt Peterburg 1881 p 615 Kratkij Putevoditel po Kavkazskomu voenno istoricheskomu muzeyu Tiflis 1911 s 130 131 Prikazy Voennogo Ministra 1849 god Azerbaycan Milli Elmler Akademiyasi Tarix Muzeyi Generallar siyahisi Baki 2005 s 30 KAVALERY SV GEORGIYa 4 go klassa george orden narod ru 17 June 2021 tarixinde arxivlesdirilib Istifade tarixi 17 June 2021 Gisetti 1901 seh 118 Akty sobrannye Kavkazskoj arheograficheskoj komissiej Red D A Kobyakova Tbilisi Glav uprav namestnika kavkazskogo 1888 T 11 P 715 Tomkeev 1908 seh 48 Tomkeev 1908 seh 66 67 Tomkeev 1908 seh 74 Ismailov E E Zolotoe oruzhie s nadpisyu Za hrabrost 2 Moskow 2007 seh 305 Gl uprav names kavkazskogo 1879 Kavkazskij kalendar Tbilisi Kavkazskij kalendar 135 1880 Musa Quliyev Ag Qartal in sahibi Huseyn xan Naxcivanski kayzen az 2021 06 22 tarixinde arxivlesdirilib EdebiyyatVoennaya enciklopediya Pod red V F Novickogo i dr SPb T vo I D Sytina 1911 1915 Anton Ludwigovich Gisetti Sbornik svedenij o Georgievskih kavalerah i boevyh znakov otlichij Kavkazskih vojsk v 2 chastyah Tomkeev V I Materialy dlya opisaniya russko tureckoj vojny 1877 1878 gg na Kavkazsko Maloaziatskom teatre v 7 tomah Starchevskij A A Pamyatnik Vostochnoj vojny 1877 1878 g Shamistan Nazirli Azerbaycan generallar Baku 1991 Ibrahim Baghirov Ibragim Bagirov Kengerli tayfasinin generallari Baku 1994 Menbehttp www nakhchivan az portal 1 gork sexsiyy htm Semistan Nezirli Azerbaycan generallari Baki 1991 Ibragim Bagirov Generaly plemeni Kyangerly Baku 1994 rus dilinde Xarici kecidlerAzerbaycan generallari Kelbali xan Kengerli http ordubad turizm az index php option com content amp task view amp id 30 amp Itemid 58 amp lang azerbaijani olu kecid Bolshoj enciklopedicheskij slovar BES BAYaZET