Qanuni-Qüdsi — Abbasqulu ağa Bakıxanov tərəfindən qələmə alınan fars dilinin qrammatikası haqqında əsər. "Qanuni-Qüdsi" müəllifin ilk elmi əsəri hesab edilir.
Qanuni-Qüdsi |
---|
Müəllifin "Gülistan-ı İrəm"də qeyd etdiyi əsərin yazılma tarixi ilə bağlı müxtəlif fikirlər olsa da, o, əsəri 1828/29 (1244 hicri.)-da yazdığını bildirmişdir. Bakıxanov "Hərf", "Söz" və "Cümlə" bölmələrindən ibarət bu əsəri ilə "əcnəbilərə qısa müddətdə kifayət qədər fars dilini oxuyub yazmağı öyrətməyi" hədəfləyib. Bundan əlavə, müəllif əsərin uşaqlar tərəfindən daha yaxşı başa düşülməsi və əzbərlənməsi üçün bəzi qaydaları nəzm şəklində daxil etdiyini də bildirib.
Tarixi və nəşri
Qanuni-Qüdsi alimin ilk elmi əsəri olduğu həmçinin, Rusiyada Fars dilinə aid yazılmış ilk qrammatika kitabı olduğu üçün böyük səs gətirmişdi. Bakıxanov bu əsər barədə 1829-cu ildə Çar I Nikolaya göndərdiyi təqdim yazısında müəllif, əsər üzərində 4 ildən çoxdur işlədiyini bildirmiş, həmçinin kitabın Rusiyada ilk olduğuna diqqət çəkmiş, fars dilinin digər Asiya dillərindən daha böyük əhəmiyyətə malik olduğu fikrini önə sürərək çardan bu əziyyətinin dəyərləndirilməsini xahiş etmişdir. Dövrün Qafqaz məsulu Qafqaz məsulu İ. Paskeviç Xarici işlər naziri K. Nesselrodeyə yazdığı 1829-cu il tarixli məktubunda Rusiya, İran və Türkiyə arasında bağlanan müqavilələrdə Bakıxanovun xidmətlərindən yüksək danışır. İ. Paskeviç yazır ki, çara sədaqətlə xidmət edən müəllifin yeniliklər açdığını nəzərə alsaq, bunu çara çatdırmaq və onun əsərinin çap olunması məqsədəuyğun olardı.
Əsərin müqəddiməsində farsca verilən bir beytdən əbcəd hesabı ilə onun hicri 1244-cü ildə (1828) yazdığı məlum olur. "Qanuni-Qüdsi" əsəri çar hökuməti tərəfindən 1500 rubl dəyərində brilliant mükafatına layiq görülmüşdür. Bu əsərdən Qafqazdakı rus gimnaziyalarında uzun müddət bir dərslik kimi istifadə edilmişdir.
Fars dilinin müxtəsər qrammatikası (Kratkaya Grammatika Persidskago Yazıka). Bu əsər "Qanuni-Qüdsi" əsərinin rus dilinə tərcüməsidir. Beləliklə, Çar Rusiyası "Qanuni-Qüdsi "əsərinin nəşrinə icazə verməklə yanaşı, həm də əsərin rus dilinə tərcüməsi və nəşr cəhdlərini də dəyərləndirmişdir. K. Nesselrode, Qafqazın general-qubernatoru Q. Rozenə yazdığı 1832-ci ilə tarixli məktubunda əsərin fars dilində nəşrinin yaxşı nəticələr verəcəyini vurğulamış, həmçinin bu əsərin rus gənclərinin fars dilini öyrənməsini asanlaşdırmaq üçün müəllifinin töhfələri ilə rus dilinə tərcümə olunmasını tövsiyə etmişdir. Nəticədə Bakıxanov K. Nesselrodenin tövsiyəsi ilə "Qanuni-Qüdsi" əsərini rus dilinə tərcümə edərək 1831-ci ildə Peterburqa göndərir. Nesselrodenin tövsiyəsi bu qədər qısa müddətdə həyata keçirilsə də, müəllifin V. Kuzminlə birgə etdiyi tərcümə 1841-ci ildə "Kratkaya Grammatika Persidskago Yazık" adı ilə nəşr edilmişdir.
Quruluşu
Fars dilinin qanunlarını öyrədən bu əsər müəllifin kiçik və dərin məzmunlu girişdən, "Hərflər", "Kəlmələr" və "Cümlə" adları altında 3 ayrı fəsildən ibarətdir. Girişdə müəllif dilin yığcam elmi tərifini verdikdən sonra, bu əsəri nə münasibətlə, nə kimi şəraitdə və hansı prinsiplər əsasında yazdığı haqqında qısa və aydın elmi izahat verir. Həmin girişdən aydın olur ki, alim fars dilinin qanunlarını kitablardan deyil, canlı danışıq dilindən öyrənmişdir.
1826–1828-ci il Rusiya-İran müharibələri zamanı o tez-tez İrana gedərək bu dil üzərində müşahidə aparmış və zəngin material toplamışdır. "Qanuni-Qüdsi"də fars dilinin qanunları haqqında çıxardığı hökm və nəticələrini həmin materialdan istifadə edərək, bu dilin təbiətinə uyğun şəkildə vermişdir. Əsərin ikinci fəslində nitq hissələrinin bölgüsü, üçüncü fəsildə isə cümlənin şərhi əsasən ərəb sərfi üzərində qurulmuş və fars dilində işlənən ərəb sözlərinin izahı da verilmişdir. Müəllif əsəri məktəb şagirdləri üçün bir dərslik olmasını nəzərdə tutduğu üçün, əsərdə əyanilik prinsipinə riayət etmişdir. Qrammatika qaydalarının yadda möhkəm saxlanması üçün misalların əksəriyyəti şeir parçaları ilə verilmişdir.
İstinadlar
- Qasımzadə, 2017. səh. 142
- Qasımzadə, 2017. səh. 143
- Ələsgərova, 1971. səh. 43
- Əliyev, 2007. səh. 42
- Ələsgərova, 1971. səh. 47
Mənbə
- Qasımzadə, Feyzulla. XIX əsr Azərbaycan ədəbiyyatı (az.). Bakı: Elm və Təhsil. 2017. ISBN .
- Əliyev, Elmin. ABBASKULU BAKÜHANLI VE AHLÂK DÜŞÜNCESİ (türk). İstanbul: T.C. MARMARA ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ İLAHİYAT ANABİLİM DALI İSLAM FELSEFESİ BİLİM DALI. 2007.
- Ələsgərova, Tayyibə. Abbasqulu ağa Bakıxanovun Qanuni-Qüdsi əsəri (az.) (2). Bakı: Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri. 1971.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qanuni Qudsi Abbasqulu aga Bakixanov terefinden qeleme alinan fars dilinin qrammatikasi haqqinda eser Qanuni Qudsi muellifin ilk elmi eseri hesab edilir Qanuni Qudsi Muellifin Gulistan i Irem de qeyd etdiyi eserin yazilma tarixi ile bagli muxtelif fikirler olsa da o eseri 1828 29 1244 hicri da yazdigini bildirmisdir Bakixanov Herf Soz ve Cumle bolmelerinden ibaret bu eseri ile ecnebilere qisa muddetde kifayet qeder fars dilini oxuyub yazmagi oyretmeyi hedefleyib Bundan elave muellif eserin usaqlar terefinden daha yaxsi basa dusulmesi ve ezberlenmesi ucun bezi qaydalari nezm seklinde daxil etdiyini de bildirib Tarixi ve nesriQanuni Qudsi alimin ilk elmi eseri oldugu hemcinin Rusiyada Fars diline aid yazilmis ilk qrammatika kitabi oldugu ucun boyuk ses getirmisdi Bakixanov bu eser barede 1829 cu ilde Car I Nikolaya gonderdiyi teqdim yazisinda muellif eser uzerinde 4 ilden coxdur islediyini bildirmis hemcinin kitabin Rusiyada ilk olduguna diqqet cekmis fars dilinin diger Asiya dillerinden daha boyuk ehemiyyete malik oldugu fikrini one surerek cardan bu eziyyetinin deyerlendirilmesini xahis etmisdir Dovrun Qafqaz mesulu Qafqaz mesulu I Paskevic Xarici isler naziri K Nesselrodeye yazdigi 1829 cu il tarixli mektubunda Rusiya Iran ve Turkiye arasinda baglanan muqavilelerde Bakixanovun xidmetlerinden yuksek danisir I Paskevic yazir ki cara sedaqetle xidmet eden muellifin yenilikler acdigini nezere alsaq bunu cara catdirmaq ve onun eserinin cap olunmasi meqsedeuygun olardi Eserin muqeddimesinde farsca verilen bir beytden ebced hesabi ile onun hicri 1244 cu ilde 1828 yazdigi melum olur Qanuni Qudsi eseri car hokumeti terefinden 1500 rubl deyerinde brilliant mukafatina layiq gorulmusdur Bu eserden Qafqazdaki rus gimnaziyalarinda uzun muddet bir derslik kimi istifade edilmisdir Fars dilinin muxteser qrammatikasi Kratkaya Grammatika Persidskago Yazika Bu eser Qanuni Qudsi eserinin rus diline tercumesidir Belelikle Car Rusiyasi Qanuni Qudsi eserinin nesrine icaze vermekle yanasi hem de eserin rus diline tercumesi ve nesr cehdlerini de deyerlendirmisdir K Nesselrode Qafqazin general qubernatoru Q Rozene yazdigi 1832 ci ile tarixli mektubunda eserin fars dilinde nesrinin yaxsi neticeler vereceyini vurgulamis hemcinin bu eserin rus genclerinin fars dilini oyrenmesini asanlasdirmaq ucun muellifinin tohfeleri ile rus diline tercume olunmasini tovsiye etmisdir Neticede Bakixanov K Nesselrodenin tovsiyesi ile Qanuni Qudsi eserini rus diline tercume ederek 1831 ci ilde Peterburqa gonderir Nesselrodenin tovsiyesi bu qeder qisa muddetde heyata kecirilse de muellifin V Kuzminle birge etdiyi tercume 1841 ci ilde Kratkaya Grammatika Persidskago Yazik adi ile nesr edilmisdir QurulusuFars dilinin qanunlarini oyreden bu eser muellifin kicik ve derin mezmunlu girisden Herfler Kelmeler ve Cumle adlari altinda 3 ayri fesilden ibaretdir Girisde muellif dilin yigcam elmi terifini verdikden sonra bu eseri ne munasibetle ne kimi seraitde ve hansi prinsipler esasinda yazdigi haqqinda qisa ve aydin elmi izahat verir Hemin girisden aydin olur ki alim fars dilinin qanunlarini kitablardan deyil canli danisiq dilinden oyrenmisdir 1826 1828 ci il Rusiya Iran muharibeleri zamani o tez tez Irana gederek bu dil uzerinde musahide aparmis ve zengin material toplamisdir Qanuni Qudsi de fars dilinin qanunlari haqqinda cixardigi hokm ve neticelerini hemin materialdan istifade ederek bu dilin tebietine uygun sekilde vermisdir Eserin ikinci feslinde nitq hisselerinin bolgusu ucuncu fesilde ise cumlenin serhi esasen ereb serfi uzerinde qurulmus ve fars dilinde islenen ereb sozlerinin izahi da verilmisdir Muellif eseri mekteb sagirdleri ucun bir derslik olmasini nezerde tutdugu ucun eserde eyanilik prinsipine riayet etmisdir Qrammatika qaydalarinin yadda mohkem saxlanmasi ucun misallarin ekseriyyeti seir parcalari ile verilmisdir IstinadlarQasimzade 2017 seh 142 Qasimzade 2017 seh 143 Elesgerova 1971 seh 43 Eliyev 2007 seh 42 Elesgerova 1971 seh 47MenbeQasimzade Feyzulla XIX esr Azerbaycan edebiyyati az Baki Elm ve Tehsil 2017 ISBN 978 9952 8176 2 1 Eliyev Elmin ABBASKULU BAKUHANLI VE AHLAK DUSUNCESI turk Istanbul T C MARMARA UNIVERSITESI SOSYAL BILIMLER ENSTITUSU ILAHIYAT ANABILIM DALI ISLAM FELSEFESI BILIM DALI 2007 Elesgerova Tayyibe Abbasqulu aga Bakixanovun Qanuni Qudsi eseri az 2 Baki Azerbaycan SSR Elmler Akademiyasinin Xeberleri 1971 Xarici kecidler