Nərgizavada aparılmış arxeoloji tədqiqatlar
Akif Arif oğlu Quliyev
Azərbaycanın zəngin antik və ilk orta əsr abidələrindən biri də, Ağsu rayonunun Bico və Gəgəli kəndləri ərazisində, Gəgəli kəndindən təxminən 2 km cənubi-şərqdə, Bico və Gəgəli kəndlərinin sakinləri tərəfindən "Nərgizava" adlandırılan, Bicodərəsi ilə Yasamal adlı qobuluq ərazidə qədim yaşayış məskəni yerləşir. 10 hektardan geniş bir sahəni əhatə edən bu ərazinin böyük bir hissəsi Bico və Gəgəli kəndlərinin yerləşən Nərgizava abidəsidir. Hələ ötən əsrin 80–90-cı illərində yerli əhali öz həyətyanı sahələrində apardığı təsərrüfat işləri zamanı müxtəlif ölçülü saxsı qablara, tunc, gümüş və qızıl əşyalara, silahlara, insan və heyvan sümüklərinə rast gəlirdilər. Buradan tapılmış 100-dən artıq unikal əşya yerli sakinlər tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə və Ağsu rayon Tarix və Diyarşünasliq Muzeyinə təhvil verilmişdir.
Nərgizava abidəsi 1998-ci ildən elmə məlum olsa da dövlət qeydiyyatına alınmamış və burada arxeoloji tədqiqatlar aparılmamışdır. 2008-ci ildə Oğuz-Qəbələ-Bakı su kəməri çəkilərkən Nərgizava abidəsinə məxsus 25-dən artıq küp qəbir təsadüfən aşkar edilmişdir. Nərgizava yaşayış yeri və ona məxsus nekropolun böyük bir hissəsi Gəgəli kənd sakinlərinin həyətyanı sahələrində aşkarlandığından abidə dağılmaq təhlükəsi ilə üzləşmişdir. Ərazinin böyük bir hissəsi Bico və Gəgəli kəndlərinin sakinləri tərəfindən uzun müddət əkin məqsədləri üçün şumlandığına görə, abidənin tarixi-mədəni təbəqəsi güclü dağıntıya məruz qalmışdır.
2009-cu il iyun ayında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Xınıslı ekspedisiyası Nərgizava abidəsində kəşfiyyat işlərinə başladı. Qazıntıda Milli Azərbaycan Tarixi Muzeyinin elmi əməkdaşları da yaxından iştirak edirdi. Ərazi kol və tikanlardan təmizləndikdən sonra yerüstü materiallar toplandı. Onlar antik dövrə və ilk orta əsrlərə aid boz, qırmızı və qara rəngli müxtəlif saxsı qırıqlarından, heyvan və insan sümüklərindən, kül və kömür qalıqlarından ibarət idi.
Gəgəli kənd sakini Məhəmməd Mirzəyevə məxsus həyətyanı sahədə (5x10 m) aparılan qazıntı işləri zamanı 0,2 m dərinlikdən çox təbəqəli 22 torpaq qəbir aşkar edildi. Üst təbəqədəki qəbirlər vaxtı ilə, təsərrüfat işləri görülərkən dağılmış və qəbir materialları qarışmışdı. Ağır texnikanın təsiri aşağı təbəqələrdə də hiss olunurdu.
Skeletlər əsasən üzü cənub-şərqə, sağ böyrü üstə dəfn edilmişdilər. Demək olar ki, bütün skeletlərin yanında (uşaq qəbirlərindən başqa) bizim nərgizava tipli qablar adlandırdığımız dördqulplu küplər var idi. Bəzi qəbirlərdə avadanlıq yalnız bu dördqulplulardan ibarət idi. Kişi skeletlərinin yanından dəmir nizə ucluqları, bıçaqlar, qadın skeletlərinin yanından müxtəlif muncuqlar, dəmir sancaqlar aşkar edildi. Uşaq qəbirlərində daha çox miniatür qablar var idi. Bir sıra skeletin baş tərəfinə iri daşlar qoyulmuşdu. 1–4 saylı dağılmış torpaq qəbirlər. 0,4 m-dən çoxlu sayda antik dövrə aid saxsı parçaları, bir-birinə qarişmış dörd skelet fraqmentləri aşkar olundu. Bu sümük qalıqlari 1–4 saylı dağılmış torpaq qəbirlərin hissələri kimi qeydiyyata alındı. Qəbirlər tamamilə dağılmış və qarışmışdı. Aşkar olunmuş saxsı məmulatı ayrı-ayrı qabların oturacaq, yan, qulp və ağız hissələrindən ibarət idi. 5 saylı dağılmış torpaq qəbir. A2 kvadratında, 0,6 m dərinlikdən, üzü cənub-şərqə doğru bükülü halda, sağ böyrü üstə dəfn edilmiş qadın skeletinə rast gəlindi. Qadının boynundakı düzümdə təxminən 20-yə qədər muncuq var idi. Onların bir hissəsi çox aşındiğından dağıldı. Skeletin üzü qarşısında isə ağzı əyməli iki ədəd saxsı qab vardı.
V3 kvadratında 0,6 m dərinlikdən aşkar edilən 6 saylı torpaq qəbir uşağa məxsus idi. Sol böyrü üstə üzü cənub-şərqə dəfn edilmiş qız uşağının baş hissəsindən bir ədəd iri tunc asma-muncuq, dizi qarşısından isə bir ədəd əldə hazırlanmış tək qulplu, ağzı əyməli, qara rəngli miniatür saxsı parç və bir ədəd qırmızı rəngli saxsı kasa aşkar olundu.
7 saylı torpaq qəbir Q3 kvadratında 0,6 m dərinlikdən üzə çıxdı. Sağ böyrü üstə, üzü cənub-şərqə olmaqla bükülü vəziyyətdə qoyulmuş kişi skeletinin baş tərəfinə bir ədəd ucu şimal-qərbə istiqamətlənmiş dəmir nizə ucluğu qoyulmuşdu. Kəllənin arxasında, başdaşını xatırladan bir ədəd iri daş, üzünün qarşısında bir ədəd iri kasa, dizinin qarşısında isə bir ədəd nərgizava tipli qab var idi. 8 saylı torpaq qəbir. V1-Q1 kvadratında 0,6 m dərinlikdən aşkar edilən skelet sağ böyrü üstə, üzü cənub-şərqə dəfn edilmişdir. Başının ətrafında dolça, şar formalı, qırmızı rəngli, ağzı əyməli, iki qulplu süddan və nərgizava tipli dörd qulplu küp qoyulmuşdu. Küp yüksək təzyiq nəticəsində parçalanmışdı. 8 saylı torpaq qəbirin altından 11 saylı torpaq qəbir aşkar olundu. 9 saylı torpaq qəbir. B2 kvadratında, 0,6 m dərinlikdən sağ böyrü üstə, üzü cənub-şərqə dəfn edilmiş kişi skeleti aşkar edildi. Skeletin üzünün qarşısında və başının arxasında saxsı qablar qoyulmuşdu. Skeletin başının arxasındakı saxsı qabın sınıqları, kəllənin üzərinə düşmüşdü. Bu qəbirin avadanlığı yalnız saxsı qablardan ibarət olsa da, digərlərindən zənginliyi ilə seçilirdi. Bu qəbirdə iki ədəd nərgizava tipli dörd qulplu küp var idi. Bu küplərin üzərinə kiçik ölçülü qablar qoyulmuşdu. Qablar iç-içə qoyularaq qapaqla örtülmüş və şirvan tipli saxsı qabın içinə qoymuşdır.
Şirvan tipli saxsı qablara Şirvan bölgəsi abidələrində tez-tez rast gəlinir. 9 saylı torpaq qəbirdən içərisində qapaqlı, dördqulplu küpə olan belə bir qab aşkar edilmişdir. Tək quplu qırmızı rəngli qab əldə hazırlanıb. Geniş ağzı içəri qatlanıb. Oturacağı dar, agız hissəsi genişdir. Ondan qazan kimi istifadə ediliyi ehtimal etmək olar. Buradan aşkar edilmiş saxsı küpənin dörd qulpu var. Qulplardan ikisi kiçik, ikisi isə onlardan nisbətən böyükdür. Kiçik qulplar şaquli, böyük qulplar isə üfüqi vəziyyətdədir. Tərkibində müxtəlif qatışıqlar olan gildən hazırlanmış qırmızı rəngli küpə ağzı qapaqla bağlı, digər bir qabın içinə qoyulduğu üçün nisbətən aşınmışdır. Onun agzındakı qırmızı rəngli saxsı qapaq əldə hazırlanıb. Ortasında qulp əvəzi çıxıntısı var. Üzərinə qırmızı boyaq çəkilmiş qapaq qabın ağzına kip otursun deyə, qapağın tinləri içəriyə qatlanıb.
10 saylı qəbir. D1-D2 kvadratında 0,8 m dərinlikdən aşkar olunmuş skelet dağılmış halda idi. Skelet sağ böyrü üstə, başı cənub-şərqə dəfn edilmişdir. Skeletin üzü qarşısında müxtəlif ölçülü saxsı qablara rast gəlindi.
11 saylı qəbir. B2 kvadratında 0,8 m dərinlikdən aşkar olunmuş skeletin üzü cənub-şərqə qoyulmuşdu. Başının arxasında 3 ədəd dəmir nizə ucu basdırılmışdı. Skeletin arxa tərəfində bir heyvan (it) basdırılmış, heyvanla nizələr arasında bir ədəd nərgizava tipli qab qoyulmuşdu. Qab yüksək təzyiq nəticəsində parçalanmışdı. Skeletin boyunundan bir ədəd iri muncuq aşkar olundu. 12 saylı qəbir. Q4 kvadratında 0,8 m dərinlikdən aşkar olunmuş skelet sağ böyrü üstə, üzü cənub-şərqə olmaqla dəfn edilmişdi. Üzünün qarşısında iki ədəd nərgizava tipli saxsı qab vardı. Qablardan birinin ağzı kiçik saxsı qabla örtülmüşdü. 13 saylı qəbir. D5 kvadratında 0,8 m dərinlikdən aşkar olunmuş skelet sağ böyrü üstə, üzü cənub-şərqə dəfn edilmişdi. Ayaq tərəfində bir ədəd nərgizava tipli qab qoyulmuşdu. Qab yüksək təzyiq nəticəsində parçalanmışdı. 16 saylı qəbir. A3-A4 kvadratında 1,0 m dərinlikdən aşkar olunmuş skelet sağ böyrü üstə, başı cənub-şərqə dəfn edilmişdi. Baş tərəfində bir ədəd nərgizava tipli qab var idi. Qab yüksək təzyiq nəticəsində parçalanmışdı. Skeletin çanaq sümüyünün arxasından dəmir bıçaq aşkar olundu. 17 saylı qəbir. Q9 kvadratında 0,4 m dərinlikdən aşkar olunmuş skelet sağ böyrü üstə, üzü cənub-şərqə dəfn edilmişdi. Qəbirin arxa tərəfində iki ədəd iri daş basdırılmışdı. Üzünün qarşısında bir ədəd nərgizava tipli qab var idi. Qab yüksək təzyiq nəticəsində parçalanmışdı.
18 saylı qəbir. Q8 kvadratında 0,4 m dərinlikdən aşkar olunmuş skelet sağ böyrü üstə, üzü cənub-şərqə dəfn edilmişdi. Ayaq tərəfində bir ədəd nərgizava tipli qab var idi. Qarşısında bir ədəd dəmir nizə ucluğu sancılmışdı. 19 saylı qəbir. V5 kvadratında 0,8 m dərinlikdən aşkar olunmuş uşaq skeleti sağ böyrü üstə, başı cənub-şərqə dəfn edilmişdi. Skeletin başının arxasında bir iri, 2 ədəd kiçik saxsı qab aşkar olundu. 20 saylı qəbir. B8 kvadratında 0,4 m dərinlikdən aşkar olunmuş skelet sağ böyrü üstə, üzü cənub-şərqə dəfn edilmişdi. Skeletin üz tərəfində müxtəlif ölçülü saxsı qablar qoyulmuşdu.
22 saylı qəbir. V2-Q2 kvadratında 0,8 sm dərinlikdən aşkar olunmuş skelet qismən dagılmış vəziyyətdə idi. Skelet sağ böyrü üstə, başı cənub-şərqə dəfn edilmişdi. Qarşısında iri nərgizava tipli qab aşkar olundu.
28 saylı qəbir. D4 kvadratında 1,40 m dərinlikdən aşkar olunmuş skeletin yalnız qabırğa sümüklərini və kəlləsindən bir neçə fraqmentini (dişlər və s.) qalın kül təbəqəsi arasında izləmək mümkün oldu. Meyid kremasiya edildiyindən, skeletin çox hissəsi yanaraq külə çevrilmişdir. Skeletin salamat qalmış hissələrinə və saxsı qabların düzülüş formasına görə, onun sağ böyrü üstə bükülü vəziyyətdə üzü cənub-şərqə dəfn edildiyi aydın olur. Skeletin aşağı ətrafları qazıntı sahəsindən şərqə doğru uzanaraq, D4 kvadratından kənara cıxırdı. Kəllə istiqamətində bir ədəd iri saxsı kasa, bir ədəd qapaqlı şirvan tipli gil qab, bir ədəd nərgizava tipli gil qab, iki ədəd kiçik ölçülü küp aşkar olundu. Skeletin yanından bir ədəd dəmir qarmaq, sinəsindən isə 4 ədəd müxtəlif formalı muncuq aşkar olundu.
29 saylı qəbir. V5-Q5 kvadratlarında 1,0–1,2 m dərinlikdən aşkar olunmuş skelet sağ böyrü üstə, üzü cənub-şərqə olmaqla bükülü vəziyyətdə dəfn edilmişdi. Skeletdə qismən yanğın izləri var idi. Sümüklər bir hissəsi qaralmış və çürüyərək torpağa qarışmışdır. Skeletin altında at sümükləri aşkar edildi. At sümükləri parçalanmış vəziyyətdə, qəbirin yerinə düzülmüşdilər. Buradan göründüyü kimi insan meyidi, hissələrə bölünmüş at cəmdəyi üzərində dəfn edilmişdir. Skeletin baş tərəfinə iki ədəd nərgizava tipli saxsı qab qoyulmuşdur. Saxsı qabların arasında skeletə əks tərəfdə bir ədəd dəmir nizə ucluğu basdırılmışdır. Həmin qablarla skelet arasına bir ədəd qara cilalı saxsı qab qoyulmuşdur. Dəfn zamanı meyidin üzərinə bir qədər torpaq toküldükdən sonra üzərində tonqal qalandığı burada aşkar olunmuş nisbətən qalın kül təbəqəsindən aydın olur.
30 saylı qəbir. Q10-D10 kvadratında 1,0 m dərinlikdən aşkar olunmuş skelet sol böyrü üstə, üzü şimal-qərbə olmaqla yarı bükülü vəziyyətdə dəfn edilmişdir. Dəfndən qabaq qəbirin yeri ağ gil məhlulu ilə suvanmış, sonra mərhum dəfn edilmişdir. Skeletin əllərinin qarşısından dəmir bıçaq aşkar olundu. Dizinin qarşısında qoyulmuş nərgizava tipli qabın yaxınlığından dəmir nizə ucluğu tapıldı. Nizə ucluğu əyilmiş vəziyyətdə qəbrə qoyulmuşdur. Skeletin çanaq sümüyünün üzərindən dəmir toqqa başlığı aşkar olundu. Skeletin baş tərəfinə bir ədəd saxsı kasa, bir ədəd kiçik ağzı əyməli qab, bir ədəd lüləli qab qoyulmuşdu. Bu qəbirdə nərgizava tipli qab skeletin dizinin qarşısında qoyulmuşdu. Qabın ağzını qapamaq üçün bir ədəd kiçik ölçülü ağzı əyməli qabdan istifadə olunmuşdu. Nərgizava tipli qabın qulpunun üzərində möhür izi var idi. Onun ağzını qapayan ağzı əyməli qabın qulpunun aşağısında Q formalı işarə var idi.
Nərgizava abidəsindən başqa Ağsu rayonu ərazisində Oğuz-Qəbələ-Bakı su kəməri çəkilərkən Bico, Qəşəd, Cavanşir kəndləri ərazisində də antik və ilk orta əsrlərə aid qəbir abidələri aşkar olunmuşdur. Ağsu şəhərinin şimal-şərqində yerləşən Şeyx Dursun qəbiristanlığı ərazisində orta əsrlərə aid dulusçu kurələri, bu ərazidən şimalda isə təsərrüfat işləri zamanı şirli saxsı qabların fraqmentləri üzə çıxmışdır. Gələcəkdə bu abidələrin tədqiqi üçün bura arxeoloji ekspedisiyaların təşkil edilməsi zərurəti yaranmışdır.
Mənbə
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Numizmatika ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin Etdiyiniz redakteleri menbe ve istinadlarla esaslandirmagi unutmayin Nergizavada aparilmis arxeoloji tedqiqatlarAkif Arif oglu Quliyev Azerbaycanin zengin antik ve ilk orta esr abidelerinden biri de Agsu rayonunun Bico ve Gegeli kendleri erazisinde Gegeli kendinden texminen 2 km cenubi serqde Bico ve Gegeli kendlerinin sakinleri terefinden Nergizava adlandirilan Bicoderesi ile Yasamal adli qobuluq erazide qedim yasayis meskeni yerlesir 10 hektardan genis bir saheni ehate eden bu erazinin boyuk bir hissesi Bico ve Gegeli kendlerinin yerlesen Nergizava abidesidir Hele oten esrin 80 90 ci illerinde yerli ehali oz heyetyani sahelerinde apardigi teserrufat isleri zamani muxtelif olculu saxsi qablara tunc gumus ve qizil esyalara silahlara insan ve heyvan sumuklerine rast gelirdiler Buradan tapilmis 100 den artiq unikal esya yerli sakinler terefinden Milli Azerbaycan Tarixi Muzeyine ve Agsu rayon Tarix ve Diyarsunasliq Muzeyine tehvil verilmisdir Nergizava abidesi 1998 ci ilden elme melum olsa da dovlet qeydiyyatina alinmamis ve burada arxeoloji tedqiqatlar aparilmamisdir 2008 ci ilde Oguz Qebele Baki su kemeri cekilerken Nergizava abidesine mexsus 25 den artiq kup qebir tesadufen askar edilmisdir Nergizava yasayis yeri ve ona mexsus nekropolun boyuk bir hissesi Gegeli kend sakinlerinin heyetyani sahelerinde askarlandigindan abide dagilmaq tehlukesi ile uzlesmisdir Erazinin boyuk bir hissesi Bico ve Gegeli kendlerinin sakinleri terefinden uzun muddet ekin meqsedleri ucun sumlandigina gore abidenin tarixi medeni tebeqesi guclu dagintiya meruz qalmisdir 2009 cu il iyun ayinda AMEA Arxeologiya ve Etnoqrafiya Institutunun Samaxi Xinisli ekspedisiyasi Nergizava abidesinde kesfiyyat islerine basladi Qazintida Milli Azerbaycan Tarixi Muzeyinin elmi emekdaslari da yaxindan istirak edirdi Erazi kol ve tikanlardan temizlendikden sonra yerustu materiallar toplandi Onlar antik dovre ve ilk orta esrlere aid boz qirmizi ve qara rengli muxtelif saxsi qiriqlarindan heyvan ve insan sumuklerinden kul ve komur qaliqlarindan ibaret idi Gegeli kend sakini Mehemmed Mirzeyeve mexsus heyetyani sahede 5x10 m aparilan qazinti isleri zamani 0 2 m derinlikden cox tebeqeli 22 torpaq qebir askar edildi Ust tebeqedeki qebirler vaxti ile teserrufat isleri gorulerken dagilmis ve qebir materiallari qarismisdi Agir texnikanin tesiri asagi tebeqelerde de hiss olunurdu Skeletler esasen uzu cenub serqe sag boyru uste defn edilmisdiler Demek olar ki butun skeletlerin yaninda usaq qebirlerinden basqa bizim nergizava tipli qablar adlandirdigimiz dordqulplu kupler var idi Bezi qebirlerde avadanliq yalniz bu dordqulplulardan ibaret idi Kisi skeletlerinin yanindan demir nize ucluqlari bicaqlar qadin skeletlerinin yanindan muxtelif muncuqlar demir sancaqlar askar edildi Usaq qebirlerinde daha cox miniatur qablar var idi Bir sira skeletin bas terefine iri daslar qoyulmusdu 1 4 sayli dagilmis torpaq qebirler 0 4 m den coxlu sayda antik dovre aid saxsi parcalari bir birine qarismis dord skelet fraqmentleri askar olundu Bu sumuk qaliqlari 1 4 sayli dagilmis torpaq qebirlerin hisseleri kimi qeydiyyata alindi Qebirler tamamile dagilmis ve qarismisdi Askar olunmus saxsi memulati ayri ayri qablarin oturacaq yan qulp ve agiz hisselerinden ibaret idi 5 sayli dagilmis torpaq qebir A2 kvadratinda 0 6 m derinlikden uzu cenub serqe dogru bukulu halda sag boyru uste defn edilmis qadin skeletine rast gelindi Qadinin boynundaki duzumde texminen 20 ye qeder muncuq var idi Onlarin bir hissesi cox asindigindan dagildi Skeletin uzu qarsisinda ise agzi eymeli iki eded saxsi qab vardi V3 kvadratinda 0 6 m derinlikden askar edilen 6 sayli torpaq qebir usaga mexsus idi Sol boyru uste uzu cenub serqe defn edilmis qiz usaginin bas hissesinden bir eded iri tunc asma muncuq dizi qarsisindan ise bir eded elde hazirlanmis tek qulplu agzi eymeli qara rengli miniatur saxsi parc ve bir eded qirmizi rengli saxsi kasa askar olundu 7 sayli torpaq qebir Q3 kvadratinda 0 6 m derinlikden uze cixdi Sag boyru uste uzu cenub serqe olmaqla bukulu veziyyetde qoyulmus kisi skeletinin bas terefine bir eded ucu simal qerbe istiqametlenmis demir nize uclugu qoyulmusdu Kellenin arxasinda basdasini xatirladan bir eded iri das uzunun qarsisinda bir eded iri kasa dizinin qarsisinda ise bir eded nergizava tipli qab var idi 8 sayli torpaq qebir V1 Q1 kvadratinda 0 6 m derinlikden askar edilen skelet sag boyru uste uzu cenub serqe defn edilmisdir Basinin etrafinda dolca sar formali qirmizi rengli agzi eymeli iki qulplu suddan ve nergizava tipli dord qulplu kup qoyulmusdu Kup yuksek tezyiq neticesinde parcalanmisdi 8 sayli torpaq qebirin altindan 11 sayli torpaq qebir askar olundu 9 sayli torpaq qebir B2 kvadratinda 0 6 m derinlikden sag boyru uste uzu cenub serqe defn edilmis kisi skeleti askar edildi Skeletin uzunun qarsisinda ve basinin arxasinda saxsi qablar qoyulmusdu Skeletin basinin arxasindaki saxsi qabin siniqlari kellenin uzerine dusmusdu Bu qebirin avadanligi yalniz saxsi qablardan ibaret olsa da digerlerinden zenginliyi ile secilirdi Bu qebirde iki eded nergizava tipli dord qulplu kup var idi Bu kuplerin uzerine kicik olculu qablar qoyulmusdu Qablar ic ice qoyularaq qapaqla ortulmus ve sirvan tipli saxsi qabin icine qoymusdir Sirvan tipli saxsi qablara Sirvan bolgesi abidelerinde tez tez rast gelinir 9 sayli torpaq qebirden icerisinde qapaqli dordqulplu kupe olan bele bir qab askar edilmisdir Tek quplu qirmizi rengli qab elde hazirlanib Genis agzi iceri qatlanib Oturacagi dar agiz hissesi genisdir Ondan qazan kimi istifade ediliyi ehtimal etmek olar Buradan askar edilmis saxsi kupenin dord qulpu var Qulplardan ikisi kicik ikisi ise onlardan nisbeten boyukdur Kicik qulplar saquli boyuk qulplar ise ufuqi veziyyetdedir Terkibinde muxtelif qatisiqlar olan gilden hazirlanmis qirmizi rengli kupe agzi qapaqla bagli diger bir qabin icine qoyuldugu ucun nisbeten asinmisdir Onun agzindaki qirmizi rengli saxsi qapaq elde hazirlanib Ortasinda qulp evezi cixintisi var Uzerine qirmizi boyaq cekilmis qapaq qabin agzina kip otursun deye qapagin tinleri iceriye qatlanib 10 sayli qebir D1 D2 kvadratinda 0 8 m derinlikden askar olunmus skelet dagilmis halda idi Skelet sag boyru uste basi cenub serqe defn edilmisdir Skeletin uzu qarsisinda muxtelif olculu saxsi qablara rast gelindi 11 sayli qebir B2 kvadratinda 0 8 m derinlikden askar olunmus skeletin uzu cenub serqe qoyulmusdu Basinin arxasinda 3 eded demir nize ucu basdirilmisdi Skeletin arxa terefinde bir heyvan it basdirilmis heyvanla nizeler arasinda bir eded nergizava tipli qab qoyulmusdu Qab yuksek tezyiq neticesinde parcalanmisdi Skeletin boyunundan bir eded iri muncuq askar olundu 12 sayli qebir Q4 kvadratinda 0 8 m derinlikden askar olunmus skelet sag boyru uste uzu cenub serqe olmaqla defn edilmisdi Uzunun qarsisinda iki eded nergizava tipli saxsi qab vardi Qablardan birinin agzi kicik saxsi qabla ortulmusdu 13 sayli qebir D5 kvadratinda 0 8 m derinlikden askar olunmus skelet sag boyru uste uzu cenub serqe defn edilmisdi Ayaq terefinde bir eded nergizava tipli qab qoyulmusdu Qab yuksek tezyiq neticesinde parcalanmisdi 16 sayli qebir A3 A4 kvadratinda 1 0 m derinlikden askar olunmus skelet sag boyru uste basi cenub serqe defn edilmisdi Bas terefinde bir eded nergizava tipli qab var idi Qab yuksek tezyiq neticesinde parcalanmisdi Skeletin canaq sumuyunun arxasindan demir bicaq askar olundu 17 sayli qebir Q9 kvadratinda 0 4 m derinlikden askar olunmus skelet sag boyru uste uzu cenub serqe defn edilmisdi Qebirin arxa terefinde iki eded iri das basdirilmisdi Uzunun qarsisinda bir eded nergizava tipli qab var idi Qab yuksek tezyiq neticesinde parcalanmisdi 18 sayli qebir Q8 kvadratinda 0 4 m derinlikden askar olunmus skelet sag boyru uste uzu cenub serqe defn edilmisdi Ayaq terefinde bir eded nergizava tipli qab var idi Qarsisinda bir eded demir nize uclugu sancilmisdi 19 sayli qebir V5 kvadratinda 0 8 m derinlikden askar olunmus usaq skeleti sag boyru uste basi cenub serqe defn edilmisdi Skeletin basinin arxasinda bir iri 2 eded kicik saxsi qab askar olundu 20 sayli qebir B8 kvadratinda 0 4 m derinlikden askar olunmus skelet sag boyru uste uzu cenub serqe defn edilmisdi Skeletin uz terefinde muxtelif olculu saxsi qablar qoyulmusdu 22 sayli qebir V2 Q2 kvadratinda 0 8 sm derinlikden askar olunmus skelet qismen dagilmis veziyyetde idi Skelet sag boyru uste basi cenub serqe defn edilmisdi Qarsisinda iri nergizava tipli qab askar olundu 28 sayli qebir D4 kvadratinda 1 40 m derinlikden askar olunmus skeletin yalniz qabirga sumuklerini ve kellesinden bir nece fraqmentini disler ve s qalin kul tebeqesi arasinda izlemek mumkun oldu Meyid kremasiya edildiyinden skeletin cox hissesi yanaraq kule cevrilmisdir Skeletin salamat qalmis hisselerine ve saxsi qablarin duzulus formasina gore onun sag boyru uste bukulu veziyyetde uzu cenub serqe defn edildiyi aydin olur Skeletin asagi etraflari qazinti sahesinden serqe dogru uzanaraq D4 kvadratindan kenara cixirdi Kelle istiqametinde bir eded iri saxsi kasa bir eded qapaqli sirvan tipli gil qab bir eded nergizava tipli gil qab iki eded kicik olculu kup askar olundu Skeletin yanindan bir eded demir qarmaq sinesinden ise 4 eded muxtelif formali muncuq askar olundu 29 sayli qebir V5 Q5 kvadratlarinda 1 0 1 2 m derinlikden askar olunmus skelet sag boyru uste uzu cenub serqe olmaqla bukulu veziyyetde defn edilmisdi Skeletde qismen yangin izleri var idi Sumukler bir hissesi qaralmis ve curuyerek torpaga qarismisdir Skeletin altinda at sumukleri askar edildi At sumukleri parcalanmis veziyyetde qebirin yerine duzulmusdiler Buradan gorunduyu kimi insan meyidi hisselere bolunmus at cemdeyi uzerinde defn edilmisdir Skeletin bas terefine iki eded nergizava tipli saxsi qab qoyulmusdur Saxsi qablarin arasinda skelete eks terefde bir eded demir nize uclugu basdirilmisdir Hemin qablarla skelet arasina bir eded qara cilali saxsi qab qoyulmusdur Defn zamani meyidin uzerine bir qeder torpaq tokuldukden sonra uzerinde tonqal qalandigi burada askar olunmus nisbeten qalin kul tebeqesinden aydin olur 30 sayli qebir Q10 D10 kvadratinda 1 0 m derinlikden askar olunmus skelet sol boyru uste uzu simal qerbe olmaqla yari bukulu veziyyetde defn edilmisdir Defnden qabaq qebirin yeri ag gil mehlulu ile suvanmis sonra merhum defn edilmisdir Skeletin ellerinin qarsisindan demir bicaq askar olundu Dizinin qarsisinda qoyulmus nergizava tipli qabin yaxinligindan demir nize uclugu tapildi Nize uclugu eyilmis veziyyetde qebre qoyulmusdur Skeletin canaq sumuyunun uzerinden demir toqqa basligi askar olundu Skeletin bas terefine bir eded saxsi kasa bir eded kicik agzi eymeli qab bir eded luleli qab qoyulmusdu Bu qebirde nergizava tipli qab skeletin dizinin qarsisinda qoyulmusdu Qabin agzini qapamaq ucun bir eded kicik olculu agzi eymeli qabdan istifade olunmusdu Nergizava tipli qabin qulpunun uzerinde mohur izi var idi Onun agzini qapayan agzi eymeli qabin qulpunun asagisinda Q formali isare var idi Nergizava abidesinden basqa Agsu rayonu erazisinde Oguz Qebele Baki su kemeri cekilerken Bico Qesed Cavansir kendleri erazisinde de antik ve ilk orta esrlere aid qebir abideleri askar olunmusdur Agsu seherinin simal serqinde yerlesen Seyx Dursun qebiristanligi erazisinde orta esrlere aid duluscu kureleri bu eraziden simalda ise teserrufat isleri zamani sirli saxsi qablarin fraqmentleri uze cixmisdir Gelecekde bu abidelerin tedqiqi ucun bura arxeoloji ekspedisiyalarin teskil edilmesi zerureti yaranmisdir Menbehttp shamakhi encyclopedia az quliyev akif arif oglu http www science gov az forms doktora filosofii instituta arheologii i etnografii 2129 http arxeoloq az ot redaktora html www arxeoloq az