Azərbaycan-UNESCO münasibətləri
UNESCO haqqında qısa məlumat
BMT-nin ixtisaslaşmış təşkilatı olan UNESCO dünyanın təhsil, elm, mədəniyyət, informasiya və kommunikasiya sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. Təşkilatın nizamnaməsi 16 noyabr 1945-ci ildə Londonda imzalanmış, 4 noyabr 1946-cı ildə 20 üzv dövlətdən ibarət UNESCO öz rəsmi fəaliyyətinə başlamışdır. Hazırda UNESCO 195 ölkə və 10 Assosiativ Üzvdən ibarətdir. O, BMT və onun ixtisaslaşmış qurumları ilə sıx əlaqədədir. Həmçinin aparıcı dövlətlərarası təşkilatlarla (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, ATƏT, Afrika Birliyi Təşkilatı, Ərəb Dövlətləri Liqası, İSESKO, TÜRKSOY və s.) da geniş əlaqələrə malikdir. Eyni zamanda, UNESCO yüzlərlə qabaqcıl beynəlxalq və qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıq edir. UNESCO üç əsas işçi orqandan ibarətdir: Baş Konfrans, İcraiyyə Şurası və Katiblik.
Kuelyarın Komissiyası
1980-ci illərin sonlarından başlayaraq UNESCO BMT-nin beynəlxalq mədəni əməkdaşlıq sahəsində xüsusi mandatına uyğun olaraq mədəniyyət sahəsində qlobal proseslər və onların yaratdığı risklərin proqnozlaşdırılması ilə bağlı informasiyanın toplanması, ümumiləşdirilməsi və müqayisəli təhlili üzrə çoxtərəfli iş həyata keçirir. Təşkilatın o zamankı sədri Fredriko Moyorun rəhbərliyi ilə həyata keçirilən təşəbbüslərdən biri də Mədəniyyət və inkişaf üzrə Ümumdünya Komissiyasının yaradılması oldu (Komissiyaya BMT-nin keçmiş Baş katibi Peres de Kuelyar başçılıq etdiyindən, o, “Kuelyarın komissiyası” adını almışdır - S.Ə.). 1998-ci ildə Komissiya tərəfindən mədəniyyətə dair UNESCO-nun ilk ümumdünya məruzəsi nəşr edildi. Bu unikal nəşrdə dünya mədəniyyətində baş verən əsas meyillər səciyyələndirilmiş, mədəniyyətlə inkişaf, mə dəniyyətlə müasir dünya prosesləri arasında sıx əlaqənin olması təsdiq edilmişdir. Sənəddə həmçinin milli hökumətlərə öz daxili strategiyalarında ənənəvi mədəniyyətləri və mədəni plüralizm məsələlərini nəzərə almaq tövsiyə edilmişdir.Həmin ilin aprelində UNESCO-nun himayəsi altında Stokholm şəhərində inkişaf naminə mədəni siyasətə dair ilk hökumətlərarası Konfrans keçirildi.
Azərbaycan-UNESCO əlaqələrin qısa tarixi
UNESCO - Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı - Ulu Öndər Heydər Əliyev mühüm addım ataraq 1993-cü ilin dekabr ayında Fransa Respublikasında rəsmi səfərdə olarkən UNESCO-nun baş direktoru Federiko Mayorla görüşmüşdür. Tərəflər öz aralarında əməkdaşlığın genişlənməsi məsələsini və onun sonrakı inkişafının perspektiv planlarını müzakirə etmişdilər. UNESCO-nun nizamnaməsinə görə, üzv-dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini UNESCO-nun işi ilə əlaqələndirmək üçün ilk növbədə, Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Ona görə də, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması üçün lazımi addımlar atılmış və Ulu Öndər Heydər Əliyev bununla bağlı 21 fevral 1994-cü il tarixində Sərəncam imzalamışdır. Sərəncama əsasən, Milli Komissiya Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış, xarici işlər naziri onun sədri təyin edilmiş və eyni zamanda, sədrə Milli Komissiyanın tərkibini müəyyən etmək səlahiyyəti verilmişdir. Bundan sonra respublikanın müvafiq nazirlik və idarələrin rəhbərlərindən, ziyalılardan və ictimaiyyətin digər nümayəndələrindən ibarət Milli Komissiyanın 25 nəfərlik tərkibi və daimi katibliyi formalaşdırılmışdır. Azərbaycan Respublikasının Prezidentinin 29 sentyabr 2004-cü il Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi təsis edilmiş və Eleonora Hüseynova Daimi Nümayəndə təyin olunmuşdur (2004-2014). Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin «Dədə Qorqud kitabı»nın 1300 illik yubileyinin keçirilməsi ilə bağlı 20 aprel 1997-ci il fərmanına əsasən, «Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyası yaradılmış, 21 fevral 1999-cu il tarixində Kitabi Dədə Qorqud dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında sərəncam imzalanmışdır. 9 aprel 2000-ci il tarixində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçılarının və UNESCO baş direktoru K.Matsuuranın iştirakı ilə “Kitabi Dәdә Qorqud" dastanının 1300 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.15 sentyabr 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UNESCO ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yeni tərkibi müəyyənləşdirilmişdir. Milli Komissiya Azərbaycanın UNESCO-dakı siyasətinin əsas istiqamətlərini müəyyən edir. Bu gün Azərbaycanla UNESCO arasında əlaqələr davamlı şəkildə həyata keçirilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun apardığı məqsədyönlü fəaliyyəti xüsusi qeyd etməliyik. Azərbaycan maddi və mənəvi irsinin UNESCO-nun nadir əsərləri sırasına daxil edilməsi beynəlxalq əməkdaşlığın əsas göstəriciləridir. Belə ki, muğam sənətinin, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin UNESCO-nun nadir, şah əsərləri sırasına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında olan əməkdaşlığın davamlılığını diqqətə çatdırır. Sözsüz ki, sadaladığımız nadir irsin bu siyahıya daxil edilməsində fondun prezidenti Mehriban Əliyevanın rolu xüsusidir. Belə layihələri həyata keçirən fondun prezidentinin humanizm ideyalarının beynəlxalq aləmdə əks-səda doğurmasının nəticəsidir ki, Mehriban Əliyevaya bu təşkilatın xoşməramlı səfiri adı verilmişdir.
Həmçinin bax
Istinadlar
- Azərbaycan Respublikası - YUNESKO əməkdaşlığı. Xarici İşlər Nazirliyi. (rəsmi səhifə)
- S.A.Əhədova. Mədəniyyətlərin qarşılıqlı əlaqələrində YUNESKO-nun rolu. Bakı: "Beynəlxalqkitab", 2014 S.37
- VAHİD ÖMƏROV, fəlsəfə üzrə fəlsəfə doktoru Səs.- 2013.- 3 oktyabr.- S.23.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycan UNESCO munasibetleriUNESCO haqqinda qisa melumatBMT nin ixtisaslasmis teskilati olan UNESCO dunyanin tehsil elm medeniyyet informasiya ve kommunikasiya sahesindeki emekdasligin en boyuk hokumetlerarasi forumudur Teskilatin nizamnamesi 16 noyabr 1945 ci ilde Londonda imzalanmis 4 noyabr 1946 ci ilde 20 uzv dovletden ibaret UNESCO oz resmi fealiyyetine baslamisdir Hazirda UNESCO 195 olke ve 10 Assosiativ Uzvden ibaretdir O BMT ve onun ixtisaslasmis qurumlari ile six elaqededir Hemcinin aparici dovletlerarasi teskilatlarla Iqtisadi Emekdasliq ve Inkisaf Teskilati ATET Afrika Birliyi Teskilati Ereb Dovletleri Liqasi ISESKO TURKSOY ve s da genis elaqelere malikdir Eyni zamanda UNESCO yuzlerle qabaqcil beynelxalq ve qeyri hokumet teskilatlari ile feal emekdasliq edir UNESCO uc esas isci orqandan ibaretdir Bas Konfrans Icraiyye Surasi ve Katiblik Kuelyarin Komissiyasi1980 ci illerin sonlarindan baslayaraq UNESCO BMT nin beynelxalq medeni emekdasliq sahesinde xususi mandatina uygun olaraq medeniyyet sahesinde qlobal prosesler ve onlarin yaratdigi risklerin proqnozlasdirilmasi ile bagli informasiyanin toplanmasi umumilesdirilmesi ve muqayiseli tehlili uzre coxterefli is heyata kecirir Teskilatin o zamanki sedri Fredriko Moyorun rehberliyi ile he yata kecirilen tesebbuslerden biri de Medeniyyet ve inkisaf uzre Umumdunya Komissiyasinin yaradilmasi oldu Komissiyaya BMT nin kecmis Bas katibi Peres de Kuelyar basciliq etdiyinden o Kuelyarin komissiyasi adini almisdir S E 1998 ci ilde Komissiya terefinden medeniyyete dair UNESCO nun ilk umumdunya meruzesi nesr edildi Bu unikal nesrde dunya medeniyyetinde bas veren esas meyiller seciyyelendirilmis medeniyyetle inkisaf me deniyyetle muasir dunya prosesleri arasinda six elaqenin olmasi tesdiq edilmisdir Senedde hemcinin milli hokumetlere oz daxili strategiyalarinda enenevi medeniyyetleri ve medeni pluralizm meselelerini nezere almaq tovsiye edilmisdir Hemin ilin aprelinde UNESCO nun himayesi altinda Stokholm seherinde inkisaf namine medeni siyasete dair ilk hokumetlerarasi Konfrans kecirildi Azerbaycan UNESCO elaqelerin qisa tarixiUNESCO Azerbaycan elaqelerinin inkisafi ile bagli Ulu Onder Heyder Eliyev muhum addim ataraq 1993 cu ilin dekabr ayinda Fransa Respublikasinda resmi seferde olarken UNESCO nun bas direktoru Federiko Mayorla gorusmusdur Terefler oz aralarinda emekdasligin genislenmesi meselesini ve onun sonraki inkisafinin perspektiv planlarini muzakire etmisdiler UNESCO nun nizamnamesine gore uzv dovlet tehsil elm ve medeniyyetle mesgul olan qurumlarin fealiyyetini UNESCO nun isi ile elaqelendirmek ucun ilk novbede Milli Komissiya yaratmaq yolu ile muvafiq tedbirler heyata kecirmelidir Ona gore de UNESCO uzre Azerbaycan Respublikasinin Milli Komissiyasinin yaradilmasi ucun lazimi addimlar atilmis ve Ulu Onder Heyder Eliyev bununla bagli 21 fevral 1994 cu il tarixinde Serencam imzalamisdir Serencama esasen Milli Komissiya Azerbaycan Respublikasinin Xarici Isler Nazirliyinin nezdinde yaradilmis xarici isler naziri onun sedri teyin edilmis ve eyni zamanda sedre Milli Komissiyanin terkibini mueyyen etmek selahiyyeti verilmisdir Bundan sonra respublikanin muvafiq nazirlik ve idarelerin rehberlerinden ziyalilardan ve ictimaiyyetin diger numayendelerinden ibaret Milli Komissiyanin 25 neferlik terkibi ve daimi katibliyi formalasdirilmisdir Azerbaycan Respublikasinin Prezidentinin 29 sentyabr 2004 cu il Serencamina uygun olaraq Azerbaycan Respublikasinin UNESCO yaninda Daimi Numayendeliyi tesis edilmis ve Eleonora Huseynova Daimi Numayende teyin olunmusdur 2004 2014 Azerbaycan Respublikasinin prezidenti Heyder Eliyevin Dede Qorqud kitabi nin 1300 illik yubileyinin kecirilmesi ile bagli 20 aprel 1997 ci il fermanina esasen Kitabi Dede Qorqud dastaninin 1300 illik yubileyi uzre Dovlet Komissiyasi yaradilmis 21 fevral 1999 cu il tarixinde Kitabi Dede Qorqud dastaninin 1300 illik yubileyi uzre Dovlet Komissiyasinin tedbirler plani haqqinda serencam imzalanmisdir 9 aprel 2000 ci il tarixinde Azerbaycan Qazaxistan Qirgizistan ve Turkiyenin dovlet bascilarinin ve UNESCO bas direktoru K Matsuuranin istiraki ile Kitabi Dәdә Qorqud dastaninin 1300 illik yubileyine hesr olunmus tenteneli tedbir kecirilmisdir 15 sentyabr 2005 ci il tarixinde Azerbaycan Respublikasinin Prezidenti Ilham Eliyev UNESCO ile Azerbaycan Respublikasi arasinda qarsiliqli elaqelerin inkisaf seviyyesini nezere alaraq UNESCO uzre Azerbaycan Respublikasinin Milli Komissiyasi ile bagli elave tedbirler haqqinda Serencam imzalamisdir Serencama esasen UNESCO uzre Azerbaycan Respublikasinin Milli Komissiyasinin yeni terkibi mueyyenlesdirilmisdir Milli Komissiya Azerbaycanin UNESCO daki siyasetinin esas istiqametlerini mueyyen edir Bu gun Azerbaycanla UNESCO arasinda elaqeler davamli sekilde heyata kecirilir Bu istiqametde Heyder Eliyev Fondunun apardigi meqsedyonlu fealiyyeti xususi qeyd etmeliyik Azerbaycan maddi ve menevi irsinin UNESCO nun nadir eserleri sirasina daxil edilmesi beynelxalq emekdasligin esas gostericileridir Bele ki mugam senetinin asiq senetinin Novruz bayraminin Iceriseherin tar ifaciligi senetinin UNESCO nun nadir sah eserleri sirasina daxil edilmesi Azerbaycanla bu teskilat arasinda olan emekdasligin davamliligini diqqete catdirir Sozsuz ki sadaladigimiz nadir irsin bu siyahiya daxil edilmesinde fondun prezidenti Mehriban Eliyevanin rolu xususidir Bele layiheleri heyata keciren fondun prezidentinin humanizm ideyalarinin beynelxalq alemde eks seda dogurmasinin neticesidir ki Mehriban Eliyevaya bu teskilatin xosmeramli sefiri adi verilmisdir Hemcinin baxUNESCO ISESKO BMTIstinadlarAzerbaycan Respublikasi YUNESKO emekdasligi Xarici Isler Nazirliyi resmi sehife S A Ehedova Medeniyyetlerin qarsiliqli elaqelerinde YUNESKO nun rolu Baki Beynelxalqkitab 2014 S 37 VAHID OMEROV felsefe uzre felsefe doktoru Ses 2013 3 oktyabr S 23