Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası — Azərbaycanda İdman Federasiyası. Federasiyanın prezidenti Vüqar Əhmədovdur.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası | |
---|---|
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası | |
Yaranma tarixi | 1939 |
Rəsmi dili | |
Mərkəzi | |
Yarandığı yer | Bakı |
Prezident | Vüqar Əhmədov |
Tarixi ənənələr
Azərbaycanda avarçəkmə növləri hələ 1936-cı ildən Bakı buxtası akvatoriyasında inkişaf etməyə başlayıb. Bundan üç il sonra üç yaxt-klub istifadəyə verilib. 1960-70-ci illərdə avarçəkmə ilə 11 idman təşkilatı məşğul olurdu. Azərbaycan avarçəkənləri 1980-ci ilin aprelində Mingəçevir şəhərində keçmiş Sovet İttifaqı miqyasında birləşmiş ərazi-inzibati eksperimental Olimpiya ehtiyatları mərkəzinin yaradılmasından sonra dünyada şöhrət qazanmağa başladılar.
Uğurlar və mükafatlar
1980-ci ildən başlayaraq avarçəkənlərimiz nəinki Avropa və dünya çempionatları, hətta Olimpiya Oyunlarında medallar qazanmağa başladılar.
Akademik avarçəkənimiz Vasili Yakuşa 1980-ci il Moskva Yay Olimpiya Oyunlarında gümüş, 1988-ci il Seul Olimpiadasında isə bürünc medal qazandı. Moskva Olimpiadasında baydarka və kanoeçilərimiz Gennadi Kryuçkin, Viktor Pereverzov və Aleksandr Lukyanov, Seul Olimpiadasında isə Aleksandr Lukyanov gümüş medala sahib çıxdı.
1982-ci ildə güləş, cüdo, boks üzrə cəmi 1 beynəlxalq dərəcəli idman ustamız var idisə, avarçəkmədə bu göstərici 7 nəfərə çatmışdı. Məhz möhkəm özülün nəticəsidir ki, hələ 1980-ci illərin sonlarında avarçəkmə növləri üzrə beynəlxalq dərəcəli idman ustalarının sayı ölkənin ümumi beynəlxalq dərəcəli ustalarının 26 faizini təşkil edirdi.
Baku 2015 Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan qitənin idman tarixinə yeni bir səhifə yazmağı bacardı. Bu yarışda avarçəkmədə hələ yeni olan azərbaycanlı idmançılar bu idman növü üzrə də medalsız qalmadılar. Belə ki, Azərbaycanın medallar sırasını avarçəkmədə əldə olunan 1 gümüş də bəzəyir. Valentin Demyanenko medaçılar sırasına qalxa bildi.
Həmçinin bax
İstinadlar
- "Vüqar Əhmədovun rəhbəri olduğu federasiyanın adı dəyişdirildi". 2022-03-29 tarixində . İstifadə tarixi: 2022-03-29.
Xarici keçidlər
- http://www.akaf.az 2016-04-11 at the Wayback Machine
- Azərbaycanda avarçəkmə: dünən, bu gün, sabah...
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer