Liliya Qumerova (başq. Ғүмәрова Лилиә Салауат ҡыҙы 16 dekabr 1972, Uçalı, Başqırd MSSR) — Rusiya dövlət və ictimai xadimi. Pedaqoji elmlər namizədi. Başqırdıstan Respublikası dövlət hakimiyyətinin icra orqanından Federasiya Şurasının üzvü (2014-cü ildən), Federasiya Şurasının Elm, Təhsil və Mədəniyyət komitəsinin sədri (2019-cu ildən). Başqırdların Federal Milli Mədəni Muxtariyyəti Şurasının sədri (2015-ci ildən).
Liliya Qumerova | |
---|---|
başq. Лилиә Салауат ҡыҙы Ғүмәрова | |
![]() | |
Doğum tarixi | 16 dekabr 1972 (51 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, dövlət xadimi |
Partiyası | |
Üzvlüyü | |
![]() |
Bioqrafiyası
Liliya Qumerova 16 dekabr 1972-ci ildə Başqırd Muxtar Sovet Sosialist Respublikasının Uçalı rayonunun Uçalı şəhərində anadan olmuşdur.
1994-cü ildə Başqırd Dövlət Pedaqoji Universitetini pedaqogika və psixologiya ixtisası üzrə bitirir.
1994-cü ildən Başqırdıstan Respublikası Uçalı şəhərindəki 10 nömrəli orta məktəbdə müəllim-psixoloq, psixologiya müəllimi işləmişdir.
2001-ci ildən Uçalı Rayon İdarəsində I Kateqoriyalı mütəxəssis vəzifəsini tutur və daha sonra Sosial İşlər Rəhbərinin müavini təyin edilir.
2005-ci ildə Başqırdıstan Respublikasının Prezidenti yanında Başqırdıstan Dövlət İdarəetmə Akademiyasını hüquq ixtisasını üzrə bitirir.
2007–2010-cu illərdə Başqırdıstan Respublikası Hökumətinin sosial inkişaf, səhiyyə, əmək və məşğulluq şöbəsinin müdiri olmuşdur.
28 yanvar 2010-cu ildə Başqırdıstan Respublikasında Uşaq Hüquqları üzrə Müvəkkil vəzifəsinə seçilir.
14 mart 2011-ci ildə "Vahid Rusiya" partiyasından 28 nömrəli Otradovsk seçki dairəsindən Kurultay deputatı seçilir. 15 mart 2011-ci ildə Başqırdıstan Respublikasının Kurultay sədrinin müavini seçilir.
24 oktyabr 2012-ci ildə Başqırdıstan Respublikası Baş nazirinin müavini təyin edilir.
25 sentyabr 2014-cü il tarixində Başqırdıstan Prezidenti Rüstəm Həmidov Liliya Qumerovanı Başqırdıstan Respublikası dövlət hakimiyyətinin icra orqanından Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasında senator səlahiyyətləri verir. 19 sentyabr 2019-cu ildə Başqırdıstanın yeni başçısı Radiy Xabirov onun səlahiyyətlərini uzadır.
1 oktyabr 2014-cü ildən Federasiya Şurası Elm, Təhsil və Mədəniyyət Komitəsi sədrinin birinci müavini, 18 dekabr 2015-ci ildə Başqırdların Federal Milli Mədəni Muxtariyyəti Şurasının sədri seçilir.
25 sentyabr 2019-cu ildə Rusiya Federasiyası Elm, təhsil və mədəniyyət komitəsinin sədri təyin edilmişdir.
Mənbə
İstinadlar
- Лилия Салаватовна Гумерова. Конструирование среды дошкольного образовательного учреждения как условие формирования экономической культуры детей старшего дошкольного возраста (рус.). — Екатеринбург, 2012.
- "Лилия Гумерова избрана на должность Уполномоченного по правам ребенка в Республике Башкортостан". ИА Башинформ. 2010-01-28. 2020-06-07 tarixində . İstifadə tarixi: 2017-09-12.
- . ИА . 2011-03-14. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-12.
- "Лилия Гумерова избрана заместителем Председателя Госсобрания Башкирии". ИА Башинформ. 2011-03-15. 2017-12-29 tarixində . İstifadə tarixi: 2017-09-12.
- "Рустэм Хамитов назначил заместителей Премьер-министра Правительства Башкортостана". Официальный сайт Главы Башкортостана. 2012-10-24. İstifadə tarixi: 2017-09-12.[ölü keçid]
- Рахимкулова Арина. . ИА Башинформ. 2014-09-25. 2017-12-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-12.
- "Указ Президента Республики Башкоторстан . Правовой акт .25.09.2014". npa.bashkortostan.ru. 2019-10-02 tarixində . İstifadə tarixi: 2019-10-02.
- "Указ Главы Республики Башкоторстан .Правовой акт. 19.09.2019". npa.bashkortostan.ru. 2019-10-02 tarixində . İstifadə tarixi: 2019-10-02.
- "Об избрании Гумеровой Лилии Салаватовны первым заместителем председателя Комитета Совета Федерации по науке, образованию и культуре" (rus). Совет Федерации Федерального Собрания Российской Федерации. 2019-10-01 tarixində . İstifadə tarixi: 2019-10-01.
- Басыров Артур. "Лилия Гумерова избрана председателем Совета Федеральной национально-культурной автономии башкир". ИА Башинформ. 2015-12-18. 2017-12-29 tarixində . İstifadə tarixi: 2017-09-12.
- "Об избрании Гумеровой Лилии Салаватовны председателем Комитета Совета Федерации по науке, образованию и культуре" (rus). Совет Федерации Федерального Собрания Российской Федерации. 2019-10-01 tarixində . İstifadə tarixi: 2019-10-01.
- "Два выпускника школы губернаторов возглавили комитеты в Совете Федерации". ТАСС. 2019-09-25 tarixində . İstifadə tarixi: 2019-09-25.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer