Cek Vord, Quşcuğaz və ya Yusif Rəis (1 yanvar 1553 – 1622, Tunis) — əfsanəvi dəniz qulduru tarixdə Yusuf Rəis kimi də tanınır. Cek Sərçə personajı ondan ilhamlanaraq yaradılmışdır. Tarixdı həm də Yusuf Rəis və ya "Türkə dönmüş xristian" kimi tanınır.
Cek Vord | |
---|---|
ing. Jack Ward/Jaohn Ward/Yusuf Reis | |
Doğum tarixi | 1 yanvar 1553 |
Vəfat tarixi | 1622 |
Vəfat yeri | |
Vəfat səbəbi | taun |
Tərcümeyi-halı
İngilisdilli millətlər üçün Cek Quşcuğaz () əfsanəvi dəniz qulduru idi və onun barəsində müxtəlif kitablar, pyeslər yazılmışdı. XX əsrdə bu dəniz qulduru barədə bir neçə macəra filmi çəkilmişdi. Nəhayət, 2000-ci illərdə Hollivudun çəkdiyi "Qəraib dənizi quldurları" film epopeyası, əsasən də məşhur Hollivud ulduzu Conni Depp`in mahir ifasında Cek Sərçə () adı ilə yaratdığı obraz bu tarixi qulduru kinodakı rolun adı ilə bütün dünyaya tanıtdı.
Erkən həyatı
Cek Vord () və ya bəzi sənədlərdə Con Vord ( kimi tanınan bu adamın erkən dövrü barədə az məlumat var. Ehtimala görə, o, 1552 və ya 1553-cü ildə İngiltərənin cənub-şərqindəki Kent bölgəsinin kiçik Faverşem liman şəhərində doğulub. Liman şəhəri keçmiş dənizçi və dəniz quldurlarının sonuncu sığınacağı hesab edilirdi. Şəhər əhalisinin əsas qazanc yeri balıqçılıq və qısa məsafələrdə işləyən dəniz ticarəti idi. Çox güman ki, yeniyetmə yaşlarından bu gənc oğlanbalıqçılıq, köhnə gəmilərin ehtiyat hissələrinin toplanıb satılması ilə özünü dolandırır və beləliklə də dənizçiliyin sirrlərinə yiyələnirdi.
Pirat həyatı
1588-ci ildə ispan hərbi donanması () İngiltərəyə uğursuz hücum edir. İspanların dənizlərdə hegemonluğundan xoflanaraq və növbəti hücumlardan ehtiyat edərək İngiltərə kraliçası I Yelizaveta ölkəsinin donanmasını möhkəmləndirməyə çalışır. Dövlətin resurslarının yetərli olmadığını görən kraliça axtarışda olan və ölümə məhkum edilmiş bütün ingilis dəniz quldurlarını, ispanlara qarşı birlikdə döyüşmək şərtilə əfv edir. Həmçinin, millətindən asılı olmayaraq öz şəxsi hesabına ispanlara qarşı vuruşacaq hərbi gəmiləri və gəmi heyətlərini təşkil edən hər bir kəsə (korsarlara) və onların gəmisində xidmət edəcək muzdlu döyüşçülərə (kaperlərə) kraliça xüsusi icazə — patent-lisenziya təqdim etməyə başlayır. Görünən budur ki, Cek Vord da kaper qismində ispan hərbi və ticarət gəmilərinə qarşı hücumlarda iştirak edir. Bu hücumların birində ingilis korsar gəmisinin kapitanı öldürülür və təcrübəli dənizçi kimi Cek həlak olmuş kapitanı əvəz edərək gəmini ispanların güclü əks-hucumundan xılas edir. Sonralar onun bu qəhrəmanlığı dillər əzbəri olur.
1603-cü ildə İngiltərədə I Ceyms kral taxtına oturur və İspaniya ilə sülh bağlayır. Beləliklə, bir çox korsar və kaper işsiz qalırlar. Bəziləri öz peşələrini davam etdirməyə qərar verirlər. Amma hətta ispan gəmilərinə hücumlar artıq İngiltərədə quldurluq kimi qiymətləndirilirdi.
Varisliyi
Məlum olduğu kimi Vord bu dövrdə hələ quldur deyildi. O, Devon bölgəsinin Plimut liman şəhərində balıqçı peşəsinə qayıdır. Elə həmin ildə o, Kanal Donanmasındakı "Uolf Lion" adlı gəmidə işlməyə başlayır. Gəmidə çalışdığı ikinci həftədə o və gəminin 30 nəfərdən ibarət dənizçiləri tarixçilərə məlum olmayan ədalətsizliklə üzləşib üsyan qaldırırlar, gəmini tərk edərək Plimut limanındakı 25 ton su tutumu olan barkı (böyük yelkənli gəmini) qaçırırlar. Dənizçilər Vordı öz kapitanları seçirlər. Dəniz quldurları tarixində bu, ilk fakt idi ki, dəniz quldurları demokratik əsasda öz liderlərini seçirdilər.
Qaçaqlar yaxınlıqdakı Vayt adasına sığınırlar. Onlara belə məlumat çatır ki, "Violet" adlı gəmidə İngiltərədəki təqiblərdən qaçan katoliklər öz sərvətlərini daşıyırlar. Quldurlar "Violet" gəmisini ələ keçirirlər. Amma gəmidə heç bir tutarlı sərvət olmur. Vord isə, vaxtı itirmədən "Balaca Con" adı verdiyi "Violet" gəmisindən istifadə edərək sərvətlə dolu iri fransız ticarət gəmisinə yaxınlaşmaq şansını əldən buraxmır. Fransız gəmisini ələ keçirdikdən sonra quldurlar İngiltərə sularını tərk edirlər.
Aralıq dənizinə daxil olan Vord ixtiyarındakı puldan istifadə edərək, fransız ticarət gəmisini 30 topa malik, dövrü üçün müasir hesab edilən hərbi gəmiyə dəyişir. Gəmiyə "Hədiyyə" (The Gift) adı verən Vord Aralıq dənizi boyunca ticarət gəmilərinə hücum etməyə başlayır.
Əfsanəvi dəniz qulduru ilə şəxsən görüşmüş səyyah Vilyam Littou (WilliamLithgow) yazır ki, "Quşcuğaz" ləqəbi Cek Vordın öz sözlərinə görə, onun daim qəfəsdə müxtəlif quşları saxlaması, quşlara olan sevgisi və qayğısı ilə izah oluna bilər. Çünki zarafatcıl olmasına baxmayaraq o, bic və rəhmsiz idi. Bu cür sərt və bəzi hallarda qəddar olan adamın balaca quşlara sevgisi onun silahdaşlarına da qəribə gəlirdi.
1605-ci ildə Mərakeşin şimal-qərbindəki Salə şəhər limanında Riçard Bişop və kimi gələcəkdə tanınacaq məşhur dəniz quldurlarının da daxil olduğu ingilis və holland dənizçilərindən ibarət dəstə Vorda qoşulur. O, 1606-cı ilin avqustunda Tunisin osmanlı hakimi Qara Osman bəylə müqavilə bağlayır. Beləliklə, Tunisi özünə qərargah edən Vord quldur axınlarına başlayır və 60 ton su tutumu olan ispan "Reniera e Soderina" gəmisi olmaqla bir sıra iri ticarət gəmilərinizəbt edir.
1607-ci ilin iyununda Tunisə dönən Vord burada qışı keçirir. Amma növbəti axınında yunan sahillərində Venesiya respublikasının donanması ilə döyüşdə çürüməyə başlamış "Reniera e Soderina" gəmisi batır. Baş vermiş bu gözlənilməz itki nəticəsində Vord döyüşü uduzur və 400 nəfərlik heyətini itirir. Həlak olmuş heyətin 250 nəfəri müsəlman, 150-si ingilis dənizçisi idi.
Təklənmiş Vord Tunisə sığınır və buradan ingilis kralı I Ceymsə əfv barədə müraciət edir. Kral isə, onun xahişini rədd edir və beləliklə, Vord Qara Osman bəyin tam himayəsi altına keçir.
1608-ci ildə Cek Vord və onunla birlikdə olan ingilis və holland dəniz quldurları islamı qəbul edirlər. O, Yusuf Rəis adını götürür. Artıq onlar quldur və ya muzdlu dəniz döyüşçüsü deyil, "kafir xaçpərəstlərə hücum edən döyüşkən müsəlman türk dənizçiləri" hesab olunurdular. Vord elə həmin ildə islamı qəbul etmiş Yasəmən adlı siciliyalı bir qadınla evlənir. Buna baxmayaraq o, İngiltərədə yaşayan xristian arvadına pul göndərməkdə də davam edirdi.
Vəfatı
Onun islamı qəbul etməsi İngiltərədə hiddətlə qarşılanır. Səyyah Vilyam Littou yazır ki, 1610-cu il dekabrın 23-də ilk dəfə olaraq Venesiyanın İngiltərədəki səfiri Makantiono Korrer dəniz quldurları Cek Quşcuğaz və Frensis Verni haqda məlumatları Venesiya hakiminə (Doja) və senatına yollayır. "Əsli-nəcabətli yüksək zadəgan olmayan, lakin ingilis olan bu iki dəniz qulduru islamı qəbul edərək türkə çevriliblər. Bu isə ingilislərin hiddətinə səbəb olub. Kapitan Cek türkə dönüb ki, I Kral Ceymsə acıq versin". 1612-ci ildə ingilis dramaturqu Robert Daborn hətta "Türkə dönmüş xristian" adlı pyes də yazır. O dövrdə Avropada müsəlmanlara millətindən asılı olmayaraq "türk" də deyirdilər.
Artıq Yusuf Rəis kimi tanınan Cek Vord hələ uzun müddət Tunisdən dəniz axınları təşkil edərək ingilis, fransız və ispan gəmilərini qarət edirdi. 65 yaşında o, dəniz əməliyyatlarına son verir. Həyatının qalan hissəsini zənginlik içində yaşayır və ehtimala görə,1622-ci ildə Tunisdə yayılmış vəba xəstəliyindən 70 yaşında vəfat edir.
Cek Vordın ölümündən 5 il əvvəl Tunisə ikinci dəfə gələn şotlandiyalı səyyah Vilyam Littou onunla görüşünü "Nadir macəraların ümumi diskursu" və "Şotlandiyadan 19 illik ağrılı səyahətlər" əsərlərində təsvir edib.
V.Littounun əsərində Cekin daha içki içmədiyinə, öyrəşmədiyi geyim gəzdirməyə məcbur olduğuna görə həyat şəraitindən gileyləndiyi məqamı var və müəllif bir xristian təəssübkeşliyi etməyə çalışır. Bununla bərabər V.Littou bu sözləri də əsərində yazmağa məcbur idi: "…Qoca gülümsədi, onu "Kapitan Çek" adlanrıdmalarına əhəmiyyət vermədi. Digəl ki, bütün həyatını bu ada layiq olmasına xərcləmişdi. İndiki halda isə o, yalnız Yusif Rəisdir, Tunisin varlı zadəganıdır, ingilislərin yuxuda da görə bilmədikləri var-dövlətə sahib və siciliyalı gözəlçə Yasəmənin əri idi və o qadın da xristianlıqdan islama keçmişdi.
… Hazırda qarşımda müsəlman türklər kimi geyinmiş və müsəlmanlığı qəbul edən, vaxtilə xristian olmuş Cek Quşcuğaz dayanıb… Hazırda o, zəngin sarayda zadəganlara xas müsəlman həyatı yaşayır… Bizim qarşımıza parıldayan meyvələr, quzu budundan bişirilmiş yeməklər gətiriləndə, Cek Quşcuğaz mənə macəralarından danışacağını vəd etdi.
… Görüşümüzün sonunda Cek Quşcuğaz məni şəxsi qalasına gedən körpüdən ötürərək böyük təntənə ilə yola saldı. Bu görüş mənim xatirəmdə əbədi qalacaq. Çünki dünyanın ən böyük, ən güclü və ən əfsanəvi dəniz qulduru ilə görüşmüşdüm…".
Həmçinin bax
Xarici keçidlər
- Ward the Pirate 2017-07-02 at the Wayback Machine by Abdal-Hakim Murad həmçinin bax (same article)
İstinadlar
- John Ward // MAK (pol.).
- . Pirate Utopias: Moorish Corsairs and European Renegadoes. . səh. 55. ISBN .
- "Pirate History and Reference Famous Pirates and Privateers". Privateer Dragons' Island. 2019-04-05 tarixində . İstifadə tarixi: 2018-01-31.
- Earle, Peter. The Pirate Wars. New York: . 2005. səh. 28. ISBN .
- Lamborn Wilson, 58
- "Ward the Pirate". Songs of the Sea. 2022-01-22 tarixində . İstifadə tarixi: 2018-01-31.
- Lamborn Wilson, 54
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Cek Vord Quscugaz ve ya Yusif Reis 1 yanvar 1553 1622 Tunis efsanevi deniz qulduru tarixde Yusuf Reis kimi de taninir Cek Serce personaji ondan ilhamlanaraq yaradilmisdir Tarixdi hem de Yusuf Reis ve ya Turke donmus xristian kimi taninir Cek Vording Jack Ward Jaohn Ward Yusuf ReisDogum tarixi 1 yanvar 1553Vefat tarixi 1622Vefat yeri Tunis Osmanli Tunisi Osmanli imperiyasiVefat sebebi taunTercumeyi haliIngilisdilli milletler ucun Cek Quscugaz efsanevi deniz qulduru idi ve onun baresinde muxtelif kitablar pyesler yazilmisdi XX esrde bu deniz qulduru barede bir nece macera filmi cekilmisdi Nehayet 2000 ci illerde Hollivudun cekdiyi Qeraib denizi quldurlari film epopeyasi esasen de meshur Hollivud ulduzu Conni Depp in mahir ifasinda Cek Serce adi ile yaratdigi obraz bu tarixi qulduru kinodaki rolun adi ile butun dunyaya tanitdi Erken heyati Cek Vord ve ya bezi senedlerde Con Vord kimi taninan bu adamin erken dovru barede az melumat var Ehtimala gore o 1552 ve ya 1553 cu ilde Ingilterenin cenub serqindeki Kent bolgesinin kicik Faversem liman seherinde dogulub Liman seheri kecmis denizci ve deniz quldurlarinin sonuncu siginacagi hesab edilirdi Seher ehalisinin esas qazanc yeri baliqciliq ve qisa mesafelerde isleyen deniz ticareti idi Cox guman ki yeniyetme yaslarindan bu genc oglanbaliqciliq kohne gemilerin ehtiyat hisselerinin toplanib satilmasi ile ozunu dolandirir ve belelikle de denizciliyin sirrlerine yiyelenirdi Pirat heyati 1588 ci ilde ispan herbi donanmasi Ingiltereye ugursuz hucum edir Ispanlarin denizlerde hegemonlugundan xoflanaraq ve novbeti hucumlardan ehtiyat ederek Ingiltere kralicasi I Yelizaveta olkesinin donanmasini mohkemlendirmeye calisir Dovletin resurslarinin yeterli olmadigini goren kralica axtarisda olan ve olume mehkum edilmis butun ingilis deniz quldurlarini ispanlara qarsi birlikde doyusmek sertile efv edir Hemcinin milletinden asili olmayaraq oz sexsi hesabina ispanlara qarsi vurusacaq herbi gemileri ve gemi heyetlerini teskil eden her bir kese korsarlara ve onlarin gemisinde xidmet edecek muzdlu doyusculere kaperlere kralica xususi icaze patent lisenziya teqdim etmeye baslayir Gorunen budur ki Cek Vord da kaper qisminde ispan herbi ve ticaret gemilerine qarsi hucumlarda istirak edir Bu hucumlarin birinde ingilis korsar gemisinin kapitani oldurulur ve tecrubeli denizci kimi Cek helak olmus kapitani evez ederek gemini ispanlarin guclu eks hucumundan xilas edir Sonralar onun bu qehremanligi diller ezberi olur 1603 cu ilde Ingilterede I Ceyms kral taxtina oturur ve Ispaniya ile sulh baglayir Belelikle bir cox korsar ve kaper issiz qalirlar Bezileri oz peselerini davam etdirmeye qerar verirler Amma hetta ispan gemilerine hucumlar artiq Ingilterede quldurluq kimi qiymetlendirilirdi VarisliyiMelum oldugu kimi Vord bu dovrde hele quldur deyildi O Devon bolgesinin Plimut liman seherinde baliqci pesesine qayidir Ele hemin ilde o Kanal Donanmasindaki Uolf Lion adli gemide islmeye baslayir Gemide calisdigi ikinci heftede o ve geminin 30 neferden ibaret denizcileri tarixcilere melum olmayan edaletsizlikle uzlesib usyan qaldirirlar gemini terk ederek Plimut limanindaki 25 ton su tutumu olan barki boyuk yelkenli gemini qacirirlar Denizciler Vordi oz kapitanlari secirler Deniz quldurlari tarixinde bu ilk fakt idi ki deniz quldurlari demokratik esasda oz liderlerini secirdiler Qacaqlar yaxinliqdaki Vayt adasina siginirlar Onlara bele melumat catir ki Violet adli gemide Ingilteredeki teqiblerden qacan katolikler oz servetlerini dasiyirlar Quldurlar Violet gemisini ele kecirirler Amma gemide hec bir tutarli servet olmur Vord ise vaxti itirmeden Balaca Con adi verdiyi Violet gemisinden istifade ederek servetle dolu iri fransiz ticaret gemisine yaxinlasmaq sansini elden buraxmir Fransiz gemisini ele kecirdikden sonra quldurlar Ingiltere sularini terk edirler Araliq denizine daxil olan Vord ixtiyarindaki puldan istifade ederek fransiz ticaret gemisini 30 topa malik dovru ucun muasir hesab edilen herbi gemiye deyisir Gemiye Hediyye The Gift adi veren Vord Araliq denizi boyunca ticaret gemilerine hucum etmeye baslayir Efsanevi deniz qulduru ile sexsen gorusmus seyyah Vilyam Littou WilliamLithgow yazir ki Quscugaz leqebi Cek Vordin oz sozlerine gore onun daim qefesde muxtelif quslari saxlamasi quslara olan sevgisi ve qaygisi ile izah oluna biler Cunki zarafatcil olmasina baxmayaraq o bic ve rehmsiz idi Bu cur sert ve bezi hallarda qeddar olan adamin balaca quslara sevgisi onun silahdaslarina da qeribe gelirdi 1605 ci ilde Merakesin simal qerbindeki Sale seher limaninda Ricard Bisop ve kimi gelecekde taninacaq meshur deniz quldurlarinin da daxil oldugu ingilis ve holland denizcilerinden ibaret deste Vorda qosulur O 1606 ci ilin avqustunda Tunisin osmanli hakimi Qara Osman beyle muqavile baglayir Belelikle Tunisi ozune qerargah eden Vord quldur axinlarina baslayir ve 60 ton su tutumu olan ispan Reniera e Soderina gemisi olmaqla bir sira iri ticaret gemilerinizebt edir 1607 ci ilin iyununda Tunise donen Vord burada qisi kecirir Amma novbeti axininda yunan sahillerinde Venesiya respublikasinin donanmasi ile doyusde curumeye baslamis Reniera e Soderina gemisi batir Bas vermis bu gozlenilmez itki neticesinde Vord doyusu uduzur ve 400 neferlik heyetini itirir Helak olmus heyetin 250 neferi muselman 150 si ingilis denizcisi idi Teklenmis Vord Tunise siginir ve buradan ingilis krali I Ceymse efv barede muraciet edir Kral ise onun xahisini redd edir ve belelikle Vord Qara Osman beyin tam himayesi altina kecir 1608 ci ilde Cek Vord ve onunla birlikde olan ingilis ve holland deniz quldurlari islami qebul edirler O Yusuf Reis adini goturur Artiq onlar quldur ve ya muzdlu deniz doyuscusu deyil kafir xacperestlere hucum eden doyusken muselman turk denizcileri hesab olunurdular Vord ele hemin ilde islami qebul etmis Yasemen adli siciliyali bir qadinla evlenir Buna baxmayaraq o Ingilterede yasayan xristian arvadina pul gondermekde de davam edirdi VefatiOnun islami qebul etmesi Ingilterede hiddetle qarsilanir Seyyah Vilyam Littou yazir ki 1610 cu il dekabrin 23 de ilk defe olaraq Venesiyanin Ingilteredeki sefiri Makantiono Korrer deniz quldurlari Cek Quscugaz ve Frensis Verni haqda melumatlari Venesiya hakimine Doja ve senatina yollayir Esli necabetli yuksek zadegan olmayan lakin ingilis olan bu iki deniz qulduru islami qebul ederek turke cevrilibler Bu ise ingilislerin hiddetine sebeb olub Kapitan Cek turke donub ki I Kral Ceymse aciq versin 1612 ci ilde ingilis dramaturqu Robert Daborn hetta Turke donmus xristian adli pyes de yazir O dovrde Avropada muselmanlara milletinden asili olmayaraq turk de deyirdiler Artiq Yusuf Reis kimi taninan Cek Vord hele uzun muddet Tunisden deniz axinlari teskil ederek ingilis fransiz ve ispan gemilerini qaret edirdi 65 yasinda o deniz emeliyyatlarina son verir Heyatinin qalan hissesini zenginlik icinde yasayir ve ehtimala gore 1622 ci ilde Tunisde yayilmis veba xesteliyinden 70 yasinda vefat edir Cek Vordin olumunden 5 il evvel Tunise ikinci defe gelen sotlandiyali seyyah Vilyam Littou onunla gorusunu Nadir maceralarin umumi diskursu ve Sotlandiyadan 19 illik agrili seyahetler eserlerinde tesvir edib V Littounun eserinde Cekin daha icki icmediyine oyresmediyi geyim gezdirmeye mecbur olduguna gore heyat seraitinden gileylendiyi meqami var ve muellif bir xristian teessubkesliyi etmeye calisir Bununla beraber V Littou bu sozleri de eserinde yazmaga mecbur idi Qoca gulumsedi onu Kapitan Cek adlanridmalarina ehemiyyet vermedi Digel ki butun heyatini bu ada layiq olmasina xerclemisdi Indiki halda ise o yalniz Yusif Reisdir Tunisin varli zadeganidir ingilislerin yuxuda da gore bilmedikleri var dovlete sahib ve siciliyali gozelce Yasemenin eri idi ve o qadin da xristianliqdan islama kecmisdi Hazirda qarsimda muselman turkler kimi geyinmis ve muselmanligi qebul eden vaxtile xristian olmus Cek Quscugaz dayanib Hazirda o zengin sarayda zadeganlara xas muselman heyati yasayir Bizim qarsimiza parildayan meyveler quzu budundan bisirilmis yemekler getirilende Cek Quscugaz mene maceralarindan danisacagini ved etdi Gorusumuzun sonunda Cek Quscugaz meni sexsi qalasina geden korpuden oturerek boyuk tentene ile yola saldi Bu gorus menim xatiremde ebedi qalacaq Cunki dunyanin en boyuk en guclu ve en efsanevi deniz qulduru ile gorusmusdum Hemcinin baxXarici kecidlerWard the Pirate 2017 07 02 at the Wayback Machine by Abdal Hakim Murad hemcinin bax same article IstinadlarJohn Ward MAK pol Pirate Utopias Moorish Corsairs and European Renegadoes seh 55 ISBN 1 57027 158 5 Pirate History and Reference Famous Pirates and Privateers Privateer Dragons Island 2019 04 05 tarixinde Istifade tarixi 2018 01 31 Earle Peter The Pirate Wars New York 2005 seh 28 ISBN 0 312 33579 2 Lamborn Wilson 58 Ward the Pirate Songs of the Sea 2022 01 22 tarixinde Istifade tarixi 2018 01 31 Lamborn Wilson 54