Danielyus Muşinskas (lit. Danielius Mušinskas; 4 noyabr 1951-ci il, Telşyay, Litva) — Müasir Litva ədəbiyyatının istedadlı nümayəndələrindən biri olaraq tanınmış nasir.
Danielyus Muşinskas | |
---|---|
Doğum tarixi | 4 noyabr 1951 (72 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı |
Həyatı
Danielyus Muşinskas 1951-ci ilin noyabrın 4-də Litvanın Telşyay şəhərində anadan olub.
1969-cu ildə 1 saylı Telşyay şəhər orta məktəbini, 1974-cü ildə isə Vilnüs Universitetinin Litva dili və ədəbiyyatı fakültəsini bitirib. 1974-1975-ci illərdə Telşyay rayonunun Trişkyay məktəbində müəllimlik edib. 1976-1988-ci illərdə "Jaunimo gretos" (azərb. "Gənclər sırası") jurnalının mədəniyyət şöbəsinin müdiri olub. 1989-1994-cü illərdə "Pergale" (azərb. "Qələbə") ədəbi-bədii jurnalının məsul katibi vəzifəsində çalışıb (həmin jurnal 1990-cı ildən "Metai" adı altında buraxılır). 1994-cü ildən indiyədək Litva Yazıçılar İttifaqının "Metai" (azərb. "İlin fəsilləri") aylıq ədəbi dərgisinin baş redaktorudur. O, 1996-2001-ci illərdə həmçinin Litva Jurnalistləri Etika İnspeksiyasında müfəttiş olaraq çalışıb.
Yaradıcılığı
Danielyus Muşinskas çağdaş Litva ədəbiyyatında əsasən novella janrında yaradan istedadlı sənətkar kimi oxucuların sevimli müəllifinə çevrilib. Litvalı ədib yaratdığı əsərlərdə fabulaya yox, daxildə cərəyan edən humanist fikirlərə və epik təhkiyələrə, lirik refleksiyalara və incə məzmunlu cümlələrin gözəlliyinə söykənən orijinal və bənzəri olmayan lakonik Litva novella modeli yaradıbdır. Onun kiçik həcmli nəsr əsərləri bəzən mənsur şerlər kimi səslənir. Tanınmış Litva ədəbiyyatşünası və tənqidçisi, humanitar elmlər doktoru Yurate Sprinditenin (1952) təbirincə desək, “…D. Muşinskasın novellaları musiqi ritmi və daxili döyünmələri, azad improvizasiya dalğaları və lirik ricətlərilə çox vaxt caz musiqisini xatırladır…”
Litva nasirinin novellalarında həmişə narahat və qərarsız insanın mənəvi aləminin alt qatları özünəməxsus şəkildə əks olunur. Onun əsərlərində böyük hadisələr və onların inkişafı verilmir, geniş obrazlar və xarakterlər yaradılmır, adi qəlblərin asta-asta döyündüyü hərgünkü sakit həyat mənzərələri qələmə alınır və müxtəlif obrazlar vasitəsi ilə daxili düşünmələr imitasiya olunur.
Yazıçı hər gün üzləşdiyimiz varlıqları bəzən poetikləşdirsə də, həyatın hərgünkü reallıqları ilə bağlı müdhiş səhnələri çox vaxt illüziyalardan uzaq təqdim edir. O, hamıya və hər şeyə, o cümlədən tarixin indiki dövründə firavan yaşayış “qura bilməyən” və hətta yaxşı həyat xülyalarını təsəvvüründə belə canlandıra bilməyən aciz və ilk baxışdan əhəmiyyətsiz görünən insana da yaradıcılığında böyük diqqət göstərir.
Onun açıqladığı həyat həqiqətlərində dramatik məqamlar da sezilir. Amma, əsərlərində təsvir olunan müasirimiz hər şeyə qalib gələ bilən azman insan və xarüqələr yaradan bahadır deyildir. Əksinə, - həmin varlıq bəzən yuxusuzluqdan əziyyət çəkən və yaxud qorxulu yuxular görə-görə iztirablar yaşayan, həmçinin çox vaxt varlığın əsas dilemmasına– olum və ya ölüm sualına cavab axtarmağa çalışan adi bir insandır. Odur ki, onun bir sıra əsərlərində müqəddarat və ölüm barədə fəlsəfi öyüdləri də eşitmək mümkündür.
D. Muşinskas müasir insanın daxili fikirlər dünyasını və onun həssas qəlbinin sirli guşələrini öz novellalarında yeni bədii üsullarla və zəngin, nəfis ədəbi dildə ustalıqla "çılpaqlaşdırıb" təsvir edir. Onun bəzək-düzəksiz təqdim etdiyi ruhi mənzərələr və mənəvi görüntülər sanki dilə gələrək bizim hər birimizə bu sualları verir: - Biz necə varıq? Necə varıqsa, doğrudanmı, elə olmalıyıq? Hara gedirik?
D. Muşinskasın ilk kitabı – "Səhər açılınca" adlı hekayələr toplusu 1979-cu ildə Vilnüsdə işıq üzü görübdür. İndiyədək litvaca 10-a yaxın kitabı çapdan çıxıbdır. O, ədəbiyyat üzrə çeşidli ödüllərin sahibidir. Onun kitabları 1988, 1999, 2006 və 2007-ci illərdə Litvanın nüfuzlu ədəbi mükafatlarına layiq görülüb.
D. Muşinskasın əsərləri bir sıra xarici dillərdə dərc edilib. Onun bir neçə əsəri - "Litvada qürub", "Axıra qalanlara heç nə düşmür", "Aclar tox yatacaqlar", "Çılpaqlar yaraşıqlı görünəcəklər", "Qurbağa udmuş" adlı novellaları Mahir Həmzəyev və Arifə Arifqızı tərəfindən litvacadan tərcümə olunaraq Azərbaycan Yazıçılar Birliyinin "Ulduz" ədəbi-bədii jurnalında dərc edilibdir (2013-cü il, № 12).
İstinadlar
- "Ulduz" jurnalı, №12, 2013-cü il (az.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Danielyus Musinskas lit Danielius Musinskas 4 noyabr 1951 ci il Telsyay Litva Muasir Litva edebiyyatinin istedadli numayendelerinden biri olaraq taninmis nasir Danielyus MusinskasDogum tarixi 4 noyabr 1951 1951 11 04 72 yas Dogum yeri Litva Sovet Sosialist Respublikasi SSRITehsili Vilnus UniversitetiFealiyyeti yaziciHeyatiDanielyus Musinskas 1951 ci ilin noyabrin 4 de Litvanin Telsyay seherinde anadan olub 1969 cu ilde 1 sayli Telsyay seher orta mektebini 1974 cu ilde ise Vilnus Universitetinin Litva dili ve edebiyyati fakultesini bitirib 1974 1975 ci illerde Telsyay rayonunun Triskyay mektebinde muellimlik edib 1976 1988 ci illerde Jaunimo gretos azerb Gencler sirasi jurnalinin medeniyyet sobesinin mudiri olub 1989 1994 cu illerde Pergale azerb Qelebe edebi bedii jurnalinin mesul katibi vezifesinde calisib hemin jurnal 1990 ci ilden Metai adi altinda buraxilir 1994 cu ilden indiyedek Litva Yazicilar Ittifaqinin Metai azerb Ilin fesilleri ayliq edebi dergisinin bas redaktorudur O 1996 2001 ci illerde hemcinin Litva Jurnalistleri Etika Inspeksiyasinda mufettis olaraq calisib YaradiciligiDanielyus Musinskas cagdas Litva edebiyyatinda esasen novella janrinda yaradan istedadli senetkar kimi oxucularin sevimli muellifine cevrilib Litvali edib yaratdigi eserlerde fabulaya yox daxilde cereyan eden humanist fikirlere ve epik tehkiyelere lirik refleksiyalara ve ince mezmunlu cumlelerin gozelliyine soykenen orijinal ve benzeri olmayan lakonik Litva novella modeli yaradibdir Onun kicik hecmli nesr eserleri bezen mensur serler kimi seslenir Taninmis Litva edebiyyatsunasi ve tenqidcisi humanitar elmler doktoru Yurate Sprinditenin 1952 tebirince desek D Musinskasin novellalari musiqi ritmi ve daxili doyunmeleri azad improvizasiya dalgalari ve lirik ricetlerile cox vaxt caz musiqisini xatirladir Litva nasirinin novellalarinda hemise narahat ve qerarsiz insanin menevi aleminin alt qatlari ozunemexsus sekilde eks olunur Onun eserlerinde boyuk hadiseler ve onlarin inkisafi verilmir genis obrazlar ve xarakterler yaradilmir adi qelblerin asta asta doyunduyu hergunku sakit heyat menzereleri qeleme alinir ve muxtelif obrazlar vasitesi ile daxili dusunmeler imitasiya olunur Yazici her gun uzlesdiyimiz varliqlari bezen poetiklesdirse de heyatin hergunku realliqlari ile bagli mudhis sehneleri cox vaxt illuziyalardan uzaq teqdim edir O hamiya ve her seye o cumleden tarixin indiki dovrunde firavan yasayis qura bilmeyen ve hetta yaxsi heyat xulyalarini tesevvurunde bele canlandira bilmeyen aciz ve ilk baxisdan ehemiyyetsiz gorunen insana da yaradiciliginda boyuk diqqet gosterir Onun aciqladigi heyat heqiqetlerinde dramatik meqamlar da sezilir Amma eserlerinde tesvir olunan muasirimiz her seye qalib gele bilen azman insan ve xaruqeler yaradan bahadir deyildir Eksine hemin varliq bezen yuxusuzluqdan eziyyet ceken ve yaxud qorxulu yuxular gore gore iztirablar yasayan hemcinin cox vaxt varligin esas dilemmasina olum ve ya olum sualina cavab axtarmaga calisan adi bir insandir Odur ki onun bir sira eserlerinde muqeddarat ve olum barede felsefi oyudleri de esitmek mumkundur D Musinskas muasir insanin daxili fikirler dunyasini ve onun hessas qelbinin sirli guselerini oz novellalarinda yeni bedii usullarla ve zengin nefis edebi dilde ustaliqla cilpaqlasdirib tesvir edir Onun bezek duzeksiz teqdim etdiyi ruhi menzereler ve menevi goruntuler sanki dile gelerek bizim her birimize bu suallari verir Biz nece variq Nece variqsa dogrudanmi ele olmaliyiq Hara gedirik D Musinskasin ilk kitabi Seher acilinca adli hekayeler toplusu 1979 cu ilde Vilnusde isiq uzu gorubdur Indiyedek litvaca 10 a yaxin kitabi capdan cixibdir O edebiyyat uzre cesidli odullerin sahibidir Onun kitablari 1988 1999 2006 ve 2007 ci illerde Litvanin nufuzlu edebi mukafatlarina layiq gorulub D Musinskasin eserleri bir sira xarici dillerde derc edilib Onun bir nece eseri Litvada qurub Axira qalanlara hec ne dusmur Aclar tox yatacaqlar Cilpaqlar yarasiqli gorunecekler Qurbaga udmus adli novellalari Mahir Hemzeyev ve Arife Arifqizi terefinden litvacadan tercume olunaraq Azerbaycan Yazicilar Birliyinin Ulduz edebi bedii jurnalinda derc edilibdir 2013 cu il 12 Istinadlar Ulduz jurnali 12 2013 cu il az