Herniyar (lat. Herniaria) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Herniyar | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Herniyar | ||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Ümumi məlumat
Yer kürəsi ərazisində fəsilənin 80-dən çox cinsi və 20000-ə qədər növü yayılmışdır.
Dünya florasının tərkibində Herniyar cinsinin 45-ə qədər növü yayılmışdır. Azərbaycanda 4 növünə təsadüf edilir. Əsasən 2 növündən təbabətdə və kosmetikada istifadə edilir. Hamar herniyar – Herniaria glabra L. və tüklü herniyar – H. hirsuta L.
Hamar herniyar - H.glabra L. 5-15 (20) sm uzunluğunda, gövdəsi çoxlu sayda yerə sərilmiş budaqlardan ibarət və saçaqlı oduncaqlı kökə malik olan sarımtıl-yaşıl rəngli çoxillik ot bitkisidir.
Təbii yayılması
Bitkini vegetasiya dövrü ərzində toplayırlar. Toxumu vasitəsilə çoxaldırlar.
Azərbaycanda yayılması
Hamar herniyar Azərbaycanın daşlı-çınqıllı yerlərində, çay kənarlarında, Kür ovalığında, Lənkəranın və Naxçıvan MR-in dağlıq sahələrində yayılmışdır. Buna düzənliklərdən yuxarı dağlıq zonalarına qədər bütün ərazilərdə rast gəlmək olar. Bitkiyə alaq otu kimi bağ və bağçalarda da rast gəlinir.
Botaniki təsviri
Yarpaqları qarşı-qarşıya düzülmüş ellipsvari, ovalvari, iti və yaxud küt aşaği hissədən daralan olub, çox qısa saplaqdan ibarətdir. Yarpaqaltlığı enli, yumurtavari, pərdəvaridir. Çiçək tacı bizə oxşar, çox qisa beş ləçəkdən ibarətdir. Çiçəkləri xırda, görkəmsiz, beş üzvlü, qoltuqda six, yumaq şəklində yerləşmişdir. 5 ədəd qısa erkəkcikdən ibarətdir. Meyvəsi birtoxumlu və açılmayandır. Toxumu parlaq və hamar olub tünd qəhvəyi rəngdədir. İyun ayından payıza kimi çiçəkləyib meyvə verir.
Növləri
- Herniyar (lat. Herniaria)
- Çılpaq herniyar (Herniaria glabra L.)
- Tüklü herniyar (Herniaria hirsuta L.)
Azərbaycanın dərman bitkiləri
- Çılpaq herniyar (Herniaria glabra L.)
- Tüklü herniyar (Herniaria hirsuta L.)
İstifadəsi
Bitkinin latınca adı “Herniar glabra”, “Hernia” “hamar”, “glabra” isə “çılpaq” sözlərindən götürülmüşdür ki, bu da zoğların hamar olmasını bildirir. Xalq arasında bu bitkiyə “it sabunu” da deyirlər. Qərbi Avropada yaşayan xalqlar paltar yumaq məqsədilə bitkinin köklərindən ətirli sabun köpüyü hazırlayırlar.
Rusiyanın bir çox şəhərlərində bu bitkinin kökündən hazırlanan maye sabunla bir çox ev heyvanlarının yununu yuyurlar. Bitkinin tərkibində kumarin və onun törəmələri olan 0,2%-ni təşkil edən herniarinin metil efiri – C 10H 8O 2, kversetin, rutin, triqlükozid, arabinozid, kversetin flavonoidləri, triterpen saponinləri hidroliz olunaraq kvilay C 30H 46O 5, turşusuna çevrilən ramnoza, qalaktoza və qlükozid maddələri, 0,6% qatı efır yağı, alkoloid izləri, aşı və qatran maddələri tapılmışdır.
Tibdə tətbiqi
Hamar herniyardan alınan preparatlardan suçiçəyi xəstəliyində, böyrəyin müalicəsi və sidikqovucu vasitə kimi istifadə edilir. Otunu suya salıb çalxaladıqdan sonra sabun köpüyü əmələ gətirir. Bu su ilə əli yuduqda dəri çox yumşalır. Hamar herniyarı Avropa ölkələrinə ixrac edir, burada sidikqovucu vasitə kimi istifadə edirlər. Belarus xalq təbabətində sulu məhlulu ilə sarılıq zamanı, mədə ağrılarında, qrıja (yırtıq), uşaqlıq sallanmalarında, sidiklik qanaxmalarında, quduzluqda işlədilir. Diatezi və ekzeması olan uşaqlari qaynadilmiş məhlulu ilə çimdirirlər.
Xalq təbabətində istifadəsi
Xalq təbabətində suçiçəyi xəstəliyi zamanı sidikqovucu vasitə kimi, kəskin sidik kisəsi soyuqdəymələrində, həmçinin sarılıqda istifadə edilir. Ağır fıziki iş zamanı əmələ gələn əzələ ağrılarında, 10%-li cövhərindən içməyi məsləhət görürlər. Ot və kök hissəsindən hazırlanan cövhərindən antiseptik vasitə, soyuqdəymədə, revmatizmdə, artritdə sakitləşdirici kimi, həmçinin mədə pozuntularında, podaqra, kolit, yogun bağırsaq iltihabında, qıcolmada, ürəkkeçmə, əsəb, bağırsaq və s. xəstəliklərin müalicəsində geniş istifadə edilir. Otundan və toxumundan hazırlanan cövhərindən isteria, ürəkkeçmə xəstəliklərində, müxtəlif şişlərin müalicəsində, kökündən hazırlanan məhlulundan qaşınmaya qarşi istifadə edilir. Pörtlədilmiş yarpaqlarından təpitmə formasında əzilmiş yerlərə qoyur, damar soyuqdəymələrində yaş sarğı kimi istifadə edilir. Toxumundan hazırlanan spirtdən isə trixnoz əleyhinə işlədilir.
Bitkinin sulu çıxarışı yaxşı köpük verdiyinə və ətirli iyə malik olduğuna görə, onu yuyucu maddələrin əvəzedicisi kimi də işlətmək olar. Ətirli iyə malik olduğundan bundan ətriyyat və kosmetika sahələrində geniş istifadə edilir. Dermatologiyada yarasağaldıcı və büzüşdürücü vasitə kimi işlədilir. Ətirli suyu əlin dərisini yumşaldır, elastikliyini artırır. Bu xüsusiyyətlərinə görə hamar herniyar kosmetikada geniş istifadə edilir. Bitkidən quru və adi halda cövhər hazırlanır. Tüklərin inkişaf etdirilməsi üçün əla vasitə hesab edilir.
Dünyanın bir sıra ölkələrinin xalq təbabəti ilə məşgul olan tibb mütəxəssisləri herniyar bitkisinin soyuqdəymə nəticəsində baş verən xəstəlikləri məharətlə aradan qaldırmasını yüksək qiymətləndirirlər.
Herniyardan hazırlanan preparatlar kəskin xroniki prostatı, eləcə də böyrək və sidik kisəsində baş verən pozuntuları gözəl müalicə edir. Bitkinin adının “qrıjnik” adlandırılması təsadüf olmayıb. Ağır yük qaldıran fəhlələr yırtıq əmələ gəlməsin deyə, herniyardan hazırlanmış dəmləmələr və cövhərlər içərmişlər.
Herniyardan hazırlanan preparatlardan bakterisid kimi, soyuqdəymə zamanı, yarasağaldıcı, büzüşdürücü, sidikqovucu, ödqovucu və spazma əleyhinə geniş istifadə edilir.
Herniyardan müalicə preparatlarının hazırlanması.
Prostat vəzinin soyuqlamasında. 1 xörək qaşığı doğranmış herniyarı 1 stəkan qaynar suda dəmləyib, 1 saat saxladıqdan sonra süzün. Alınmış ekstraktdan gündə 4-5 dəfə yeməkdən sonra daxilə qəbul edin.
Prostat vəzinin adenomasında əlavə köməkçi vasitə kimi. 1 xörək qaşığı herniyar, qarğıdalı saçağı, peyğəmbər çiçəyi, 2 çay qaşığı qatırquyruğu, 5 çay qaşığı ot kəndəlaşının kök hissəsindən və tozağacı tumurcuğu götürün. Alınmış qarışıqdan 2 xörək qaşığı götürüb 1 litr qaynar suya töküb 20-30 dəqiqə isti yerdə dəmləyin və süzün. Sonra stəkanın 1/2 hissəsi qədər gündə 4 dəfə yeməyə 30 dəqiqə qalmış qəbul edin.
Sistit, sidik kisəsinin soyuqlamasında, nefritdə, ürək və böyrək ağrılarında. 2 xörək qaşığı doğranmış otundan götürüb qaynanmış suyun üzərinə töküb qaynama dərəcəsinə gətirib süzün və gündə 4 dəfə, stəkanın 1/2 hissəsi qədər daxilə qəbul edin.
Sidik kisəsində olan dasların kənar edilməsində. Bunun üçün 1 çay qaşığı doğranmış otun üzərinə 1 xörək qaşığı qarğıdalı saçağı, lobya qabığı, qırxbuğum əlavə edib qarışdırın. Sonra qarışıqdan 3 xörək qaşığı götürüb 0,5 litr qaynar suyun üzərinə töküb 30 dəqiqə zəif od üzərində dəmlədikdən sonra süzün. Alınmış ekstraktdan gündə 3 dəfə yeməyə yarım saat qalmış daxilə qəbul edin.
Podaqra, revmatizm, artrit, artroz zamanı. 1 xörək qaşığı doğranmış otu 0,5 litr qaynar suya töküb 5-7 dəqiqə zəif od üzərində saxladıqdan sonra süzüb gündə 3 dəfə yeməyə 30 dəqiqə qalmış stəkanın 1/2 hissəsi qədər daxilə qəbul edin.
Dermatit, ekzema, endodermitdə. 2 xörək qaşğı doğranmış otu 0,5 litr qaynar suya töküb 2 saat dəmləyib süzün. Alınmış ekstraktla zədələnmiş dərini yuyun.
İstinadlar
- Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 103. doi:10.5962/BHL.TITLE.746
- Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 218.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Herniyar lat Herniaria bitkiler aleminin qerenfilcicekliler destesinin qerenfilkimiler fesilesine aid bitki cinsi HerniyarElmi tesnifatDomen EukariotlarKlad DiaphoretickesRanqsiz ArxeplastidlerAlem BitkilerKlad StreptofitlerKlad EmbryophytesKlad Klad Klad Toxumlu bitkilerKlad Cicekli bitkilerKlad Klad Klad Deste QerenfilciceklilerFesile QerenfilkimilerCins HerniyarBeynelxalq elmi adiHerniaria L 1753Sekil axtarisiITIS 20297NCBI 115623EOL 61020Umumi melumatYer kuresi erazisinde fesilenin 80 den cox cinsi ve 20000 e qeder novu yayilmisdir Dunya florasinin terkibinde Herniyar cinsinin 45 e qeder novu yayilmisdir Azerbaycanda 4 novune tesaduf edilir Esasen 2 novunden tebabetde ve kosmetikada istifade edilir Hamar herniyar Herniaria glabra L ve tuklu herniyar H hirsuta L Hamar herniyar H glabra L 5 15 20 sm uzunlugunda govdesi coxlu sayda yere serilmis budaqlardan ibaret ve sacaqli oduncaqli koke malik olan sarimtil yasil rengli coxillik ot bitkisidir Tebii yayilmasiBitkini vegetasiya dovru erzinde toplayirlar Toxumu vasitesile coxaldirlar Azerbaycanda yayilmasiHamar herniyar Azerbaycanin dasli cinqilli yerlerinde cay kenarlarinda Kur ovaliginda Lenkeranin ve Naxcivan MR in dagliq sahelerinde yayilmisdir Buna duzenliklerden yuxari dagliq zonalarina qeder butun erazilerde rast gelmek olar Bitkiye alaq otu kimi bag ve bagcalarda da rast gelinir Botaniki tesviriYarpaqlari qarsi qarsiya duzulmus ellipsvari ovalvari iti ve yaxud kut asagi hisseden daralan olub cox qisa saplaqdan ibaretdir Yarpaqaltligi enli yumurtavari perdevaridir Cicek taci bize oxsar cox qisa bes lecekden ibaretdir Cicekleri xirda gorkemsiz bes uzvlu qoltuqda six yumaq seklinde yerlesmisdir 5 eded qisa erkekcikden ibaretdir Meyvesi birtoxumlu ve acilmayandir Toxumu parlaq ve hamar olub tund qehveyi rengdedir Iyun ayindan payiza kimi cicekleyib meyve verir NovleriHerniyar lat Herniaria Cilpaq herniyar Herniaria glabra L Tuklu herniyar Herniaria hirsuta L Azerbaycanin derman bitkileri Cilpaq herniyar Herniaria glabra L Tuklu herniyar Herniaria hirsuta L IstifadesiBitkinin latinca adi Herniar glabra Hernia hamar glabra ise cilpaq sozlerinden goturulmusdur ki bu da zoglarin hamar olmasini bildirir Xalq arasinda bu bitkiye it sabunu da deyirler Qerbi Avropada yasayan xalqlar paltar yumaq meqsedile bitkinin koklerinden etirli sabun kopuyu hazirlayirlar Rusiyanin bir cox seherlerinde bu bitkinin kokunden hazirlanan maye sabunla bir cox ev heyvanlarinin yununu yuyurlar Bitkinin terkibinde kumarin ve onun toremeleri olan 0 2 ni teskil eden herniarinin metil efiri C 10H 8O 2 kversetin rutin triqlukozid arabinozid kversetin flavonoidleri triterpen saponinleri hidroliz olunaraq kvilay C 30H 46O 5 tursusuna cevrilen ramnoza qalaktoza ve qlukozid maddeleri 0 6 qati efir yagi alkoloid izleri asi ve qatran maddeleri tapilmisdir Tibde tetbiqiHamar herniyardan alinan preparatlardan suciceyi xesteliyinde boyreyin mualicesi ve sidikqovucu vasite kimi istifade edilir Otunu suya salib calxaladiqdan sonra sabun kopuyu emele getirir Bu su ile eli yuduqda deri cox yumsalir Hamar herniyari Avropa olkelerine ixrac edir burada sidikqovucu vasite kimi istifade edirler Belarus xalq tebabetinde sulu mehlulu ile sariliq zamani mede agrilarinda qrija yirtiq usaqliq sallanmalarinda sidiklik qanaxmalarinda quduzluqda isledilir Diatezi ve ekzemasi olan usaqlari qaynadilmis mehlulu ile cimdirirler Xalq tebabetinde istifadesiXalq tebabetinde suciceyi xesteliyi zamani sidikqovucu vasite kimi keskin sidik kisesi soyuqdeymelerinde hemcinin sariliqda istifade edilir Agir fiziki is zamani emele gelen ezele agrilarinda 10 li covherinden icmeyi meslehet gorurler Ot ve kok hissesinden hazirlanan covherinden antiseptik vasite soyuqdeymede revmatizmde artritde sakitlesdirici kimi hemcinin mede pozuntularinda podaqra kolit yogun bagirsaq iltihabinda qicolmada urekkecme eseb bagirsaq ve s xesteliklerin mualicesinde genis istifade edilir Otundan ve toxumundan hazirlanan covherinden isteria urekkecme xesteliklerinde muxtelif sislerin mualicesinde kokunden hazirlanan mehlulundan qasinmaya qarsi istifade edilir Portledilmis yarpaqlarindan tepitme formasinda ezilmis yerlere qoyur damar soyuqdeymelerinde yas sargi kimi istifade edilir Toxumundan hazirlanan spirtden ise trixnoz eleyhine isledilir Bitkinin sulu cixarisi yaxsi kopuk verdiyine ve etirli iye malik olduguna gore onu yuyucu maddelerin evezedicisi kimi de isletmek olar Etirli iye malik oldugundan bundan etriyyat ve kosmetika sahelerinde genis istifade edilir Dermatologiyada yarasagaldici ve buzusdurucu vasite kimi isledilir Etirli suyu elin derisini yumsaldir elastikliyini artirir Bu xususiyyetlerine gore hamar herniyar kosmetikada genis istifade edilir Bitkiden quru ve adi halda covher hazirlanir Tuklerin inkisaf etdirilmesi ucun ela vasite hesab edilir Dunyanin bir sira olkelerinin xalq tebabeti ile mesgul olan tibb mutexessisleri herniyar bitkisinin soyuqdeyme neticesinde bas veren xestelikleri meharetle aradan qaldirmasini yuksek qiymetlendirirler Herniyardan hazirlanan preparatlar keskin xroniki prostati elece de boyrek ve sidik kisesinde bas veren pozuntulari gozel mualice edir Bitkinin adinin qrijnik adlandirilmasi tesaduf olmayib Agir yuk qaldiran fehleler yirtiq emele gelmesin deye herniyardan hazirlanmis demlemeler ve covherler icermisler Herniyardan hazirlanan preparatlardan bakterisid kimi soyuqdeyme zamani yarasagaldici buzusdurucu sidikqovucu odqovucu ve spazma eleyhine genis istifade edilir Herniyardan mualice preparatlarinin hazirlanmasi Prostat vezinin soyuqlamasinda 1 xorek qasigi dogranmis herniyari 1 stekan qaynar suda demleyib 1 saat saxladiqdan sonra suzun Alinmis ekstraktdan gunde 4 5 defe yemekden sonra daxile qebul edin Prostat vezinin adenomasinda elave komekci vasite kimi 1 xorek qasigi herniyar qargidali sacagi peygember ciceyi 2 cay qasigi qatirquyrugu 5 cay qasigi ot kendelasinin kok hissesinden ve tozagaci tumurcugu goturun Alinmis qarisiqdan 2 xorek qasigi goturub 1 litr qaynar suya tokub 20 30 deqiqe isti yerde demleyin ve suzun Sonra stekanin 1 2 hissesi qeder gunde 4 defe yemeye 30 deqiqe qalmis qebul edin Sistit sidik kisesinin soyuqlamasinda nefritde urek ve boyrek agrilarinda 2 xorek qasigi dogranmis otundan goturub qaynanmis suyun uzerine tokub qaynama derecesine getirib suzun ve gunde 4 defe stekanin 1 2 hissesi qeder daxile qebul edin Sidik kisesinde olan daslarin kenar edilmesinde Bunun ucun 1 cay qasigi dogranmis otun uzerine 1 xorek qasigi qargidali sacagi lobya qabigi qirxbugum elave edib qarisdirin Sonra qarisiqdan 3 xorek qasigi goturub 0 5 litr qaynar suyun uzerine tokub 30 deqiqe zeif od uzerinde demledikden sonra suzun Alinmis ekstraktdan gunde 3 defe yemeye yarim saat qalmis daxile qebul edin Podaqra revmatizm artrit artroz zamani 1 xorek qasigi dogranmis otu 0 5 litr qaynar suya tokub 5 7 deqiqe zeif od uzerinde saxladiqdan sonra suzub gunde 3 defe yemeye 30 deqiqe qalmis stekanin 1 2 hissesi qeder daxile qebul edin Dermatit ekzema endodermitde 2 xorek qasgi dogranmis otu 0 5 litr qaynar suya tokub 2 saat demleyib suzun Alinmis ekstraktla zedelenmis derini yuyun IstinadlarLinney K Genera plantarum eorumque characteres naturales secundum numerum figuram situm amp proportionem omnium fructificationis partium 5 Stokholm 1754 S 103 doi 10 5962 BHL TITLE 746 Linnaeus C Species Plantarum lat Exhibentes plantas rite cognitas ad genera relatas 1753 C 1 S 218 Hemcinin bax