Xəstə Qasım (1684, Tikmədaş, Şərqi Azərbaycan ostanı – 1760, Şamaxı) — XVIII əsr Azərbaycan aşığı.
Xəstə Qasım | |
---|---|
Təxəllüsü | Хесте Касум, Деде Касум |
Doğum tarixi | 1684 |
Doğum yeri |
|
Vəfat tarixi | 1760 |
Vəfat yeri | |
Fəaliyyəti | şair, filosof, aşıq |
Əsərlərinin dili | Azərbaycan dili |
Xəstə Qasım Vikimənbədə |
Həyatı
Rəvayətlərə görə, Xəstə Qasım XVIII əsrdə Tehran-Təbriz yolunun kənarında Qarqalan dağının ətəyində yerləşən Tikmədaş kəndində dünyaya gəlib. Doğma kəndində molla məktəbini başa vurandan sonra dövrünün elm mərkəzlərindən olan Ərdəbildə təhsil alıb, Şeyx Səfi mədrəsəsində yaradıcılığa da elə o illərdə başlayıb.
"Xəstə Qasımın Ərdəbil səfəri" dastanına görə, müəllimi ona nə qədər dərs öyrətsə də, Qasım başa düşmür, axırda müəllimi onun məktəbdən çıxaracağı ilə hədələyir. Qasımın əli hər yerdən üzülür. O gecə yuxuda Həzrəti Əlini görüb ondan badə alır, bir gecənin içində təriqətin ən yüksək qatlarına çatır.
Xəstə Qasım sonralar 14 il müddətində Qum və Nəcəf şəhərlərində dini təhsil alır. Ömrünün 20 ildən çoxunu elmləri öyrənməyə sərf edir.
Şeirlərindən bəlli olduğu kimi, Xəstə Qasım Qurani-Kərimi əzbərdən bilməklə yanaşı, müqəddəs kitabı avazla oxuyar, eyni zamanda mahir xəttat olduğuna görə öz xətti ilə Quranın və başqa qiymətli kitabların üzünü köçürərmiş.
"Xəstə Qasım", "Biçarə Qasım", "Molla Qasım" təxəllüsləri ilə şeirlər yazan aşığın "Xəstə" təxəllüsünü götürməsi ilə bağlı da müxtəlif fikirlər söylənməkdədir. Bu fikirlər arasında haqq aşığının özünü eşq xəstəsi adlandırması gümanı da var. Çünki Xəstə Qasım gənc yaşlarından təsəvvüf dairəsinə daxil olmuş, ali həqiqət axtarışına çıxmışdır.
Xəstə Qasımın yaradıcılığı çoxşaxəliliyi ilə seçilir. O, klassik şeir janrlarında — qəzəl, qəsidə, məsnəvi yazmaqla yanaşı, ilk dəfə aşıq ədəbiyyatında "döşləmə" şeir növünün əsasını qoymuş, qoşma-müstəzad, aşıq yaradıcılığında bugünədək məlum olan ilk dodaqdəyməz nümunəsini də elə o yaratmışdır.
Bunlardan əlavə, Xəstə Qasım həm də "əvvəl-axır" deyilən şeir-sənət nümunəsini ilk dəfə bir gəraylısında işlətmişdir.
Ay ariflər, bir tərlanım uçubdur, Sağ əlimdən sol əlimə alınca. Onu tutan xeyrü-bəhrin görməsin, Mən yazığın naləsi var dalınca.
Ancaq aşıq ədəbiyyatında Xəstə Qasım daha çox öz ustadnamələri ilə məşhurdur.
Ömrünün çoxunu qürbətdə keçirdiyindən Xəstə Qasımın yaradıcılığında Vətən həsrətli şeirlərinin də xüsusi yeri var.
Xəstə Qasımın adı ilə bağlı "Xəstə Qasımın Dərbənd səfəri", "Xəstə Qasımın Urmiyə səfəri", "Xəstə Qasımın Dağıstan səfəri" dastanları günümüzə qədər gəlib çatmasa da, "Əliyar və Məsum", "Camal ilə Abdulla" (Azərbaycanda yayılmış "Cahan ilə Abdulla"), "Xəstə Qasım və Mələksima" dastanlarının onun tərəfindən yaradıldığı söylənilir.
İstinadlar
- Vahid, T. Tükənməz işıq və ilahi eşq fəlsəfəsi: Haqq aşığı: [Aşıq Xəstə Qasım haqqında] //Mədəniyyət.- 2012.- 14 dekabr.- S. 15.
Xarici keçidlər
- Tikmədaşlı Xəstə Qasımın ədəbi irsinin tədqiqi"
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xeste Qasim 1684 Tikmedas Serqi Azerbaycan ostani 1760 Samaxi XVIII esr Azerbaycan asigi Xeste QasimTexellusu Heste Kasum Dede KasumDogum tarixi 1684Dogum yeri Tikmedas Tikmedas bexsi d Bostanabad sehristani Serqi Azerbaycan ostani IranVefat tarixi 1760Vefat yeri SamaxiFealiyyeti sair filosof asiqEserlerinin dili Azerbaycan diliXeste Qasim VikimenbedeHeyatiRevayetlere gore Xeste Qasim XVIII esrde Tehran Tebriz yolunun kenarinda Qarqalan daginin eteyinde yerlesen Tikmedas kendinde dunyaya gelib Dogma kendinde molla mektebini basa vurandan sonra dovrunun elm merkezlerinden olan Erdebilde tehsil alib Seyx Sefi medresesinde yaradiciliga da ele o illerde baslayib Xeste Qasimin Erdebil seferi dastanina gore muellimi ona ne qeder ders oyretse de Qasim basa dusmur axirda muellimi onun mektebden cixaracagi ile hedeleyir Qasimin eli her yerden uzulur O gece yuxuda Hezreti Elini gorub ondan bade alir bir gecenin icinde teriqetin en yuksek qatlarina catir Xeste Qasim sonralar 14 il muddetinde Qum ve Necef seherlerinde dini tehsil alir Omrunun 20 ilden coxunu elmleri oyrenmeye serf edir Seirlerinden belli oldugu kimi Xeste Qasim Qurani Kerimi ezberden bilmekle yanasi muqeddes kitabi avazla oxuyar eyni zamanda mahir xettat olduguna gore oz xetti ile Quranin ve basqa qiymetli kitablarin uzunu kocurermis Xeste Qasim Bicare Qasim Molla Qasim texellusleri ile seirler yazan asigin Xeste texellusunu goturmesi ile bagli da muxtelif fikirler soylenmekdedir Bu fikirler arasinda haqq asiginin ozunu esq xestesi adlandirmasi gumani da var Cunki Xeste Qasim genc yaslarindan tesevvuf dairesine daxil olmus ali heqiqet axtarisina cixmisdir Xeste Qasimin yaradiciligi coxsaxeliliyi ile secilir O klassik seir janrlarinda qezel qeside mesnevi yazmaqla yanasi ilk defe asiq edebiyyatinda dosleme seir novunun esasini qoymus qosma mustezad asiq yaradiciliginda bugunedek melum olan ilk dodaqdeymez numunesini de ele o yaratmisdir Bunlardan elave Xeste Qasim hem de evvel axir deyilen seir senet numunesini ilk defe bir geraylisinda isletmisdir Ay arifler bir terlanim ucubdur Sag elimden sol elime alinca Onu tutan xeyru behrin gormesin Men yazigin nalesi var dalinca Ancaq asiq edebiyyatinda Xeste Qasim daha cox oz ustadnameleri ile meshurdur Omrunun coxunu qurbetde kecirdiyinden Xeste Qasimin yaradiciliginda Veten hesretli seirlerinin de xususi yeri var Xeste Qasimin adi ile bagli Xeste Qasimin Derbend seferi Xeste Qasimin Urmiye seferi Xeste Qasimin Dagistan seferi dastanlari gunumuze qeder gelib catmasa da Eliyar ve Mesum Camal ile Abdulla Azerbaycanda yayilmis Cahan ile Abdulla Xeste Qasim ve Meleksima dastanlarinin onun terefinden yaradildigi soylenilir IstinadlarVahid T Tukenmez isiq ve ilahi esq felsefesi Haqq asigi Asiq Xeste Qasim haqqinda Medeniyyet 2012 14 dekabr S 15 Xarici kecidlerVikimenbede elaqeli metnler Tikmedasli Xeste Qasimin edebi irsinin tedqiqi