Hündür oplopanaks (lat. Oplopanax elatus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin oplopanaks cinsinə aid bitki növü.
Hündür oplopanaks | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Hündür oplopanaks | ||||||||
Beynəlxalq elmi adı | ||||||||
| ||||||||
|
Botaniki xarakteristikası
Yatıq kol bitkisi olub, az budaqlanan və ya tək gövdəli olur. Cavan gövdələrindən tez sınan kövrək iynəcikli çıxıntılar çıxır. Yarpaqları azsaylı, növbəli, uzun saplaqlı, yuxarı gövdəyə bərabər səviyyədə yerləşir. Yarpaqlarının diametri 15-35 sm, 5-7 iri, çoxlu dişcikli-pərli və saplaqlı olub, uzunluğu 6-18 sm, qısa və sıx tikancıqları vardır. Çiçəkləri kiçik, görkəmsiz, az budaqlanan, kiçik çətirli, və metal parlaqlığı olan tükcükləri vardır. Lətli meyvələri qırmızı-çəhrayı olub, çəyirdəklidir.
Xammal kimi bitkinin kök və kökümsovlarından istifadə edilir. Kökümsovları oduncaqlı olub, uzunluğu 35 sm, eni isə 2 sm, silindrik, əyilən, hətta budaqlanandır. Kökümsovu xarıcdən dairəvi, mərciməyəbənzər, həlqəvi qalınlaşan, əlavə köklərdən ibarətdir. Eyni zamanda xarıcdən uzunsov-qırışıq, qonur-bozumtul, bəzən isə narıncı ləkəli sekretor kanallara rast gəlinir. Oduncağın rəngi sarımtıl-qonur, geniş ürəkşəkilli, yumşaq ağ rəngdən ibarətdir. Kökü azsaylı, oduncaqlı olub, qalınlığı 1 sm, silindrik olmaqla, çox qatlanandır. Kökün yuxarı hissəsi uzunsov-qırışıq və qonur-qəhvəyidir. Özünəməxsus iyli, acı dadlı və yandırıcıdır.
Yüksəkdağlıq küknar, şam ağacı, tozağacı meşələrində, başlıca olaraq çürüntülü torpaqlarda və çox rütublətli yerlərdə rast gəlinir.
Bitkinin xammal kimi toplanılması payız fəslində meyvələr yetişdikdən sonra aparılır. Kökünü torpağın altından 35 sm-ə qədər dərinlikdən çıxarmaq lazımdır. Nazik doğrayaraq çardax və naves altında tor üzərində sərərək qurutmaq lazımdır.
Havası dəyişilən quru yerlərdə, stelaj və kisələrdə saxlanılmalıdır. Saxlanılma müddəti 3 ildir.
Tərkibi və təsiri
Kökümsov və köklərində saponinlər – exinoksozid (7%), liqnanlar (2,7-5%), efir yağı, kumarinlər (0,2%) və flananoidlər (0,9%) vardır.
Ümumitonuslandırıcı dərmandır. Keyfiyyətli dərman xammalı kimi cavan pöhrələrindən istifadə edilir. Oplopanaksın cövhəri 70%-li spirtdə (1:5) nisbətində işlədilir. Adaptogen və tonuslandırıcı dərmandır. Cövhəriarterial təzyiqi artırır, maddələr mübadiləsinin bütün komplekslərinə müsbət təsir edir.
Kök və kökümsovlarının tərkibində (bütöv, kəsilmiş) triterpen qlükozidlər, exinoksozid vardır. Bundan başqa tərkibində fenol birləşmələri, kumarinlər və efir yağları olur. Kök və kökümsovlarının tərkibində mərkəzi sinir sistemini sakitləşdirən, hipotoniya zamanı məhlul şəklində qarışıqların tərkibində işlədilir.
İstinadlar
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Hundur oplopanaks lat Oplopanax elatus bitkiler aleminin cetircicekliler destesinin araliyakimiler fesilesinin oplopanaks cinsine aid bitki novu Hundur oplopanaksElmi tesnifatDomen EukariotlarKlad DiaphoretickesRanqsiz ArxeplastidlerAlem BitkilerKlad StreptofitlerKlad EmbryophytesKlad Klad Klad Toxumlu bitkilerKlad Cicekli bitkilerKlad Klad Klad Klad AsteridsKlad Deste CetirciceklilerFesile AraliyakimilerYarimfesile AraliyalarCins OplopanaksNov Hundur oplopanaksBeynelxalq elmi adiOplopanax elatus Nakai 1927Sekil axtarisiNCBI 228659EOL 1153772Botaniki xarakteristikasiYatiq kol bitkisi olub az budaqlanan ve ya tek govdeli olur Cavan govdelerinden tez sinan kovrek iynecikli cixintilar cixir Yarpaqlari azsayli novbeli uzun saplaqli yuxari govdeye beraber seviyyede yerlesir Yarpaqlarinin diametri 15 35 sm 5 7 iri coxlu discikli perli ve saplaqli olub uzunlugu 6 18 sm qisa ve six tikanciqlari vardir Cicekleri kicik gorkemsiz az budaqlanan kicik cetirli ve metal parlaqligi olan tukcukleri vardir Letli meyveleri qirmizi cehrayi olub ceyirdeklidir Xammal kimi bitkinin kok ve kokumsovlarindan istifade edilir Kokumsovlari oduncaqli olub uzunlugu 35 sm eni ise 2 sm silindrik eyilen hetta budaqlanandir Kokumsovu xaricden dairevi mercimeyebenzer helqevi qalinlasan elave koklerden ibaretdir Eyni zamanda xaricden uzunsov qirisiq qonur bozumtul bezen ise narinci lekeli sekretor kanallara rast gelinir Oduncagin rengi sarimtil qonur genis ureksekilli yumsaq ag rengden ibaretdir Koku azsayli oduncaqli olub qalinligi 1 sm silindrik olmaqla cox qatlanandir Kokun yuxari hissesi uzunsov qirisiq ve qonur qehveyidir Ozunemexsus iyli aci dadli ve yandiricidir Yuksekdagliq kuknar sam agaci tozagaci meselerinde baslica olaraq curuntulu torpaqlarda ve cox rutubletli yerlerde rast gelinir Bitkinin xammal kimi toplanilmasi payiz feslinde meyveler yetisdikden sonra aparilir Kokunu torpagin altindan 35 sm e qeder derinlikden cixarmaq lazimdir Nazik dograyaraq cardax ve naves altinda tor uzerinde sererek qurutmaq lazimdir Havasi deyisilen quru yerlerde stelaj ve kiselerde saxlanilmalidir Saxlanilma muddeti 3 ildir Terkibi ve tesiriKokumsov ve koklerinde saponinler exinoksozid 7 liqnanlar 2 7 5 efir yagi kumarinler 0 2 ve flananoidler 0 9 vardir Umumitonuslandirici dermandir Keyfiyyetli derman xammali kimi cavan pohrelerinden istifade edilir Oplopanaksin covheri 70 li spirtde 1 5 nisbetinde isledilir Adaptogen ve tonuslandirici dermandir Covheriarterial tezyiqi artirir maddeler mubadilesinin butun komplekslerine musbet tesir edir Kok ve kokumsovlarinin terkibinde butov kesilmis triterpen qlukozidler exinoksozid vardir Bundan basqa terkibinde fenol birlesmeleri kumarinler ve efir yaglari olur Kok ve kokumsovlarinin terkibinde merkezi sinir sistemini sakitlesdiren hipotoniya zamani mehlul seklinde qarisiqlarin terkibinde isledilir IstinadlarHemcinin bax