Səlbir — Qəbələ şəhəri ərazisində qədim yaşayış yeri.
Qəbələnin Səlbir hissəsi, şəhərin e.ə. III-eramzın XII əsrinədək olan dövrünü əhatə etməklə, onun ən mühüm və qədim hissəsini təşkil etmişdir. Səlbirin ümumi sahəsi 12 hektardan bir az artıqdır. Topoqrafik quruluşuna görə Qərb-Şərq tərəfi hündür, mərkəz və Şimal-Qərb hissələri isə çökəkdir. Səlbirdə şəhərin qala divarları yaxşı qalmamışdır. Lakin torpaq altında qalan bürc və divar qalıqları açıq-aşkar bilinir. Arxeoloji tədqiqatlara və yerüstü müşahidələrə əsasən Səlbirdə qala divarının ümumi uzunluğu Şimal tərəfdə təxminən 410 m, Qərbdə 448 m, Şərqdə 357 m, perimetri isə 1425 m-dir. Burada 10 bürc yeri müəyyənləşdirilmişdir. Səlbirdə iki böyük və bir kiçik darvaza yeri vardır. Böyük darvaza yerlərindən biri qalanın şimal tərəfində, digəri cənub-qərb küncündə, kiçik darvaza yeri isə qərb tərəfindədir.
Ərazinin şimal ətəyi təxminən 30 m dərinlikdə geniş sahəli dərədir. Dərənin şərq tərəfi , qərb tərəfi isə Qaraçayın yataqları ilə əlaqələnir. Onun dibi isə təbii qaynama bulaqlarla zəngindir. Bu bulaqlar bir-biri ilə əlaqələnən təbii xırda göllər əmələ gətirir. Bu da şəhərin şimal tərəfinin hərbi mövqeyini daha da möhkəmlətmişdir. Bundan əlavə, şimal tərəfdə qala divarı ilə dərə arasında 5 m-dən artıq endə torpaq sahəsi vardır. Həmin sahə qala divarı tikilən zaman qazılaraq hamarlanmışdır. Onun çox hissəsi sırf müdafiə xəndəyi xarakteri daşıyır. Həmin sahə əslində, həm qala divarının erroziyaya uğramasının qarşısını almış, həm də əlavə maneə məqsədi daşımışdır. Belə bir hal Səlbirin qərb qala divarı ilə Qaraçay dərəsinin arasında, ancaq kiçik darvaza yerinin sağ-sol tərəflərində də mövcuddur. Burada dərə ilə qala divarları arasında təxminən 30 m uzunluğunda süni müdafiə xəndəyi vardır. Əgər Qaraçay ümumiyyətlə, qərb qala divarlarının strateji mövqeyini möhkəmlətmişdirsə, həmin xəndək, əlavə olaraq, kiçik darvazaya qalxan yolun müdafiəsi üçün xüsusi hərbi əhəmiyyət daşımışdır.
Səlbirin şərq tərəfinin çox hissəsini Covurluçay yuyub dağıtmışdır. Ona görə də tədqiqatçılar onun şərq tərəfinin əvvəlki vəziyyəti haqqında bəhs etmirlər.
Səlbirlə Qala arasındakı xəndək barədə hələ XV əsrə aid türk mənbəsi olan "Şücaətnamə"də də məlumat verilir. Həmin xəndək Səlbirin cənub qala divarını Qalanın şimal qala divarı ilə sərhədləndirir. Onun uzunluğu 273 m olub, Səlbir ilə Qalanın qərb və şərq qurtaracaqlarında tamamlanır. Şərq tərəfdə xəndəyin indiki dərinliyi 16–20 m, eni 30 m-dək, qərbdə dərinlik 20–24 m, eni isə təxminən 30 m-dir. Xəndəyin qurtaracaqları Qaraçay və Covurluçayın dağıntılarına məruz qalmışdır. S.M.Qazıyev qeyd edir ki, şəhərin Səlbir hissəsi Qala hissəsinə nisbətən daha qədimdir. O, Səlbirin alt yaşayış qatından əldə edilən arxeoloji materialların — sərnic, dolça (tay qulp), sütdan, vaz və s. kimi cəhrayı və qara rəngli qabların Yaloylutəpə mədəniyyətinin səciyyəvi materialları ilə müqayisəsinə, həmçinin Səlbirdən I əsrdə Qotarsın adına kəsilmiş gümüş pulun tapılmasına əsasən, burada nəinki eramızın əvvəllərində hətta e.ə. I əsrdə də yaşayış olduğunu söyləmişdir.
1974-cü ildə Səlbirdə şəhərin Qərb qala divarının 35 m uzunluqda (eni 2,4 m) bünövrəsi və bir möhtəşəm qala bürcü torpaq altından çıxarılmışdır. Kvadrat formada tikilən (10X10 m) və hazırda qalığının hündürlüyü 14 m olan bu bürc, Azərbaycan ərazisində aşkar olunmuş ilk tapıntı kimi olduqca qiymətlidir.
1975-ci ildə içərisi təmizlənən zaman şəhər tərəfdən bürcə daxil olmaq üçün giriş yeri və bürcün ən qədim divar qalığı aşkar olunmuşdur. Onun giriş yeri və içərisindən, şəhərin qədim dövrünə aid edilən cəhrayı və saxsı rəngli qab qırıqları tapılmışdır. Bu bürc plan və quruluşuna görə, Güney Azərbaycanda Həsənli təpəsində aşkar olunan və e.ə. IX əsrə aid edilən qala divarının bürclərilə müqayisə edilə bilər.
İ.Əliyev qeyd edir ki, Səlbirdə aşkar edilən bürcün,qədim dövr qala bürcləri formasında tikilməsinə,həmçinin giriş yeri və içərisində tapılan saxsı qab qırıqlarının qədim dövr saxsı qab qırıqlarına oxşamasına əsasən demək olar ki, şəhərin Səlbir hissəsində qala divarlarının bünövrəsi təxminən e.ə. I əsrdə qoyulmuşdur. Bu arxeoloji dəlil, I əsrdə Qafqaz Albaniyasının əsas şəhəri olan Qəbələnin, möhkəmləndirilmiş şəhər (Oppidum) olması haqqında məlumat verən Roma tarixçisi Qay Sekunda haqq qazandırır.
Səlbirdən tapılan kirəmitlər iki növdür: müstəvi və nov şəkilli. Müstəvi kirəmitlərin uzunluğu 67 sm, eni bir başda 45, digər başda isə 36 sm-dir. Nov şəkilli kirəmitlər yan-yana düzülən müstəvi kirəmitlərin birləşdirilməsində istifadə edilmişdir. Belə kirəmitlərin ağırlığı 12–15 kq-a qədərdir. Bu dəlil şəhərin qədim binalarının çox davamlı olmasına və Qafqaz albanlarının yüksək tikinti mədəniyyətinə yiyələnmələrinə sübutdur.
Səlbirdən şəhərin qədim dövrünə aid tapılan arxeoloji materialların əsas hissəsini saxsı qablar təşkil edir. Bunlar sərnic, dolça, qısaboğaz novçalı bardaq, köplər və s. tipli saxsı qabların hissələridir. Tapılan qabların bəzilərinin ağzının kənarında yunan və ya Roma yazılarının ayrı-ayrı hərflərinə oxşayan işarələr vardır. Qeyd edilən saxsı qabların tam oxşarları ilk dəfə Qəbələ ətrafında, yəni Yaloylutəpə abidəsindən tapılmışdır. Tədqiqatçılar onları Yaloylutəpə mədəniyyətinin ən səciyyəvi saxsı qabları hesab etməklə e.ə. III–I əsrlərə aid edilmişdir.
Son vaxtlar Səlbirdə aparılan arxeoloji qazıntılar zamanı da şəhərin xüsusilə qədim dövrünə aid xeyli material əldə edilmişdir.
Səlbirdə mədəni təbəqənin qalınlığı 2,3–3 metr kimi qiymətləndirilir və bu mədəni təbəqə üç tarixi dövrə bölünür. Birinci (alt) təbəqə e.ə. III–I əsr, ikinci (orta) təbəqə IV–VIII, nəhayət üçüncü (üst) təbəqə IX–XII əsrləri əhatə edir. Bu təbəqələrdən tapılan zəngin arxeoloji materiallar, Səlbirdə 1500 ildən artıq fasiləsiz şəhər həyatının olduğunu söyləməyə imkan verir.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Selbir Qebele seheri erazisinde qedim yasayis yeri Qebelenin Selbir hissesi seherin e e III eramzin XII esrinedek olan dovrunu ehate etmekle onun en muhum ve qedim hissesini teskil etmisdir Selbirin umumi sahesi 12 hektardan bir az artiqdir Topoqrafik qurulusuna gore Qerb Serq terefi hundur merkez ve Simal Qerb hisseleri ise cokekdir Selbirde seherin qala divarlari yaxsi qalmamisdir Lakin torpaq altinda qalan burc ve divar qaliqlari aciq askar bilinir Arxeoloji tedqiqatlara ve yerustu musahidelere esasen Selbirde qala divarinin umumi uzunlugu Simal terefde texminen 410 m Qerbde 448 m Serqde 357 m perimetri ise 1425 m dir Burada 10 burc yeri mueyyenlesdirilmisdir Selbirde iki boyuk ve bir kicik darvaza yeri vardir Boyuk darvaza yerlerinden biri qalanin simal terefinde digeri cenub qerb kuncunde kicik darvaza yeri ise qerb terefindedir Erazinin simal eteyi texminen 30 m derinlikde genis saheli deredir Derenin serq terefi qerb terefi ise Qaracayin yataqlari ile elaqelenir Onun dibi ise tebii qaynama bulaqlarla zengindir Bu bulaqlar bir biri ile elaqelenen tebii xirda goller emele getirir Bu da seherin simal terefinin herbi movqeyini daha da mohkemletmisdir Bundan elave simal terefde qala divari ile dere arasinda 5 m den artiq ende torpaq sahesi vardir Hemin sahe qala divari tikilen zaman qazilaraq hamarlanmisdir Onun cox hissesi sirf mudafie xendeyi xarakteri dasiyir Hemin sahe eslinde hem qala divarinin erroziyaya ugramasinin qarsisini almis hem de elave manee meqsedi dasimisdir Bele bir hal Selbirin qerb qala divari ile Qaracay deresinin arasinda ancaq kicik darvaza yerinin sag sol tereflerinde de movcuddur Burada dere ile qala divarlari arasinda texminen 30 m uzunlugunda suni mudafie xendeyi vardir Eger Qaracay umumiyyetle qerb qala divarlarinin strateji movqeyini mohkemletmisdirse hemin xendek elave olaraq kicik darvazaya qalxan yolun mudafiesi ucun xususi herbi ehemiyyet dasimisdir Selbirin serq terefinin cox hissesini Covurlucay yuyub dagitmisdir Ona gore de tedqiqatcilar onun serq terefinin evvelki veziyyeti haqqinda behs etmirler Selbirle Qala arasindaki xendek barede hele XV esre aid turk menbesi olan Sucaetname de de melumat verilir Hemin xendek Selbirin cenub qala divarini Qalanin simal qala divari ile serhedlendirir Onun uzunlugu 273 m olub Selbir ile Qalanin qerb ve serq qurtaracaqlarinda tamamlanir Serq terefde xendeyin indiki derinliyi 16 20 m eni 30 m dek qerbde derinlik 20 24 m eni ise texminen 30 m dir Xendeyin qurtaracaqlari Qaracay ve Covurlucayin dagintilarina meruz qalmisdir S M Qaziyev qeyd edir ki seherin Selbir hissesi Qala hissesine nisbeten daha qedimdir O Selbirin alt yasayis qatindan elde edilen arxeoloji materiallarin sernic dolca tay qulp sutdan vaz ve s kimi cehrayi ve qara rengli qablarin Yaloylutepe medeniyyetinin seciyyevi materiallari ile muqayisesine hemcinin Selbirden I esrde Qotarsin adina kesilmis gumus pulun tapilmasina esasen burada neinki eramizin evvellerinde hetta e e I esrde de yasayis oldugunu soylemisdir 1974 cu ilde Selbirde seherin Qerb qala divarinin 35 m uzunluqda eni 2 4 m bunovresi ve bir mohtesem qala burcu torpaq altindan cixarilmisdir Kvadrat formada tikilen 10X10 m ve hazirda qaliginin hundurluyu 14 m olan bu burc Azerbaycan erazisinde askar olunmus ilk tapinti kimi olduqca qiymetlidir 1975 ci ilde icerisi temizlenen zaman seher terefden burce daxil olmaq ucun giris yeri ve burcun en qedim divar qaligi askar olunmusdur Onun giris yeri ve icerisinden seherin qedim dovrune aid edilen cehrayi ve saxsi rengli qab qiriqlari tapilmisdir Bu burc plan ve qurulusuna gore Guney Azerbaycanda Hesenli tepesinde askar olunan ve e e IX esre aid edilen qala divarinin burclerile muqayise edile biler I Eliyev qeyd edir ki Selbirde askar edilen burcun qedim dovr qala burcleri formasinda tikilmesine hemcinin giris yeri ve icerisinde tapilan saxsi qab qiriqlarinin qedim dovr saxsi qab qiriqlarina oxsamasina esasen demek olar ki seherin Selbir hissesinde qala divarlarinin bunovresi texminen e e I esrde qoyulmusdur Bu arxeoloji delil I esrde Qafqaz Albaniyasinin esas seheri olan Qebelenin mohkemlendirilmis seher Oppidum olmasi haqqinda melumat veren Roma tarixcisi Qay Sekunda haqq qazandirir Selbirden tapilan kiremitler iki novdur mustevi ve nov sekilli Mustevi kiremitlerin uzunlugu 67 sm eni bir basda 45 diger basda ise 36 sm dir Nov sekilli kiremitler yan yana duzulen mustevi kiremitlerin birlesdirilmesinde istifade edilmisdir Bele kiremitlerin agirligi 12 15 kq a qederdir Bu delil seherin qedim binalarinin cox davamli olmasina ve Qafqaz albanlarinin yuksek tikinti medeniyyetine yiyelenmelerine subutdur Selbirden seherin qedim dovrune aid tapilan arxeoloji materiallarin esas hissesini saxsi qablar teskil edir Bunlar sernic dolca qisabogaz novcali bardaq kopler ve s tipli saxsi qablarin hisseleridir Tapilan qablarin bezilerinin agzinin kenarinda yunan ve ya Roma yazilarinin ayri ayri herflerine oxsayan isareler vardir Qeyd edilen saxsi qablarin tam oxsarlari ilk defe Qebele etrafinda yeni Yaloylutepe abidesinden tapilmisdir Tedqiqatcilar onlari Yaloylutepe medeniyyetinin en seciyyevi saxsi qablari hesab etmekle e e III I esrlere aid edilmisdir Son vaxtlar Selbirde aparilan arxeoloji qazintilar zamani da seherin xususile qedim dovrune aid xeyli material elde edilmisdir Selbirde medeni tebeqenin qalinligi 2 3 3 metr kimi qiymetlendirilir ve bu medeni tebeqe uc tarixi dovre bolunur Birinci alt tebeqe e e III I esr ikinci orta tebeqe IV VIII nehayet ucuncu ust tebeqe IX XII esrleri ehate edir Bu tebeqelerden tapilan zengin arxeoloji materiallar Selbirde 1500 ilden artiq fasilesiz seher heyatinin oldugunu soylemeye imkan verir