Algirdas Potsyus (lit. Algirdas Pocius; 28 avqust 1930 – 14 avqust 2021, Vilnüs) — Müasir Litva ədəbiyyatının yaşlı nəslinə mənsub olan və geniş oxucu auditoriyasının rəğbətini qazanmış ədiblərdən biridir.
Algirdas Potsyus | |
---|---|
Doğum tarixi | 28 avqust 1930 |
Vəfat tarixi | 14 avqust 2021 (90 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | jurnalist, siyasətçi, yazıçı |
Partiyası |
Həyatı
A. Potsyus 1930-cu ilin avqustun 28-də Litvanın Majeykyay rayonunun Ketunay kəndində dünyaya gəlib.
Seda qəsəbə orta məktəbini bitirdikdən sonra 1950–1952-ci illərdə Klaypeda müəllimlər institunun Litva dili və ədəbiyyatı şöbəsində təhsil alıb. 1952–1954-cü illərdə Klaypeda və Şyaulyay şəhər radiostansiyalarında redaktor və radio müxbiri olaraq fəaliyyət göstərib. 1955-ci ildə Vilnüsə başqa vəzifəyə keçirilmiş və Litva SSR Radioinformasiya İdarəsində ədəbi verilişlər bölməsinin redaktoru təyin olunmuşdur. 1956-cı ildən etibarən "Şvituris" ("Mayak") gənclər jurnalının bədii ədəbiyyat şöbəsində işləyib.
1958-ci ildən Litva Yazıçılar İttifaqında müxtəlif vəzifələrdə çalışıbdır: — 1958–1963-cü illərdə nəsr üzrə məsləhətçi, 1963–1981-ci illərdə İdarə Heyətinin katibi, 1981–1986-cı illərdə isə Litva Yazıçılar İttifaqı Sədrinin müavini olmuşdur.
A. Potsyus bir müddət həmçinin ictimai-siyasi xadim kimi də fəaliyyət göstərib. 1960–1989-cu illərdə Sov. İKP-nin sıralarında olub. Litva Demokratik Əmək Partiyasının (hazırda bu partiya Litva Sosial Demokratlar Partiyası adlanır) üzvü olaraq 1992-ci ildə bu partiyanın xəttilə Litvanın Parlament seçkilərində iştirak edib. A. Potsyus həmin ilin okyabr ayında millət vəkili seçilib və 1992–1996-cı illərdə Litva Respublikası Seyminin Maarif, Elm və Mədəniyyət Komitəsinin üzvü olaraq Parlamentdə çalışıb.
Yaradıcılığı
A. Potsyusun əsərləri 1953-cü ildən çap olunur. Onun ilk kitabı – "Ujgiryay kəndində səhər" adlı hekayələr toplusu 1955-ci ildə Vilnüsdə işıq üzü görübdür. İndiyədək litvaca 20-yə yaxın kitabı çapdan çıxıbdır. Müəllifin "İflas" əsəri əsasında 1967-ci ildə Litva kino studiyasında "Böyüklərin oyunları" adlı iki hissədən ibarət kinonovella (tragikomediya) yaradılıbdır.
A. Potsyus altmış ildən çoxdur ki, Litva ədəbiyyatında əsasən novella janrında yaradan gözəl sənətkar kimi tanınıbdır. Əsərlərinin bədii üslubu klassik Litva nəsrinin ən yaxşı ənənələri əsasında formalaşıbdır. Litva ədəbiyyatında böyük mövzuları, müxtəlif yönəmli vacib olayları kiçik misallarla, minimal nümunələrlə məhdudlaşdırıb ümumiləşdirən və böyük ustalıqla təqdim edən ədəbi üslubun yaradıcılarından biridir. Hekayə və povestləri rasional quruluşu, qısa təhkiyyə üsulu və təmkinli nəql manerası, aydın və sərrast cümlələrin düzümü ilə seçilir. Əsərlərinin fabulasını təşkil edən hadisə və əhvalatlar mübtəlalıqla və yaxud açıq-aydın ehtiraslarla şərh olunub təqdim edilmir, həyəcanlı hisslər və coşqun emosiyalar zahiri təfərrüatların arxasında gizlədilir.
A. Potsyus ədəbiyyat üzrə çeşidli ödüllərin sahibidir. Onun kitabları 1967, 1980, 1982 və 1985-ci illərdə Litvanın nüfuzlu ədəbi mükafatlarına layiq görülüb. 1980-ci ildə A. Potsyusa Litva SSR-nin əməkdar mədəniyyət xadimi fəxri adı verilibdir. 1982-ci ildə isə "Yuvadan uçmuşlar" kitabına görə Litva SSR Dövlət mükafatına layiq görülübdür. Əsərləri bir sıra xarici dillərdə dərc edilib.
Litva "meşə qardaşları" mövzusunun ilk müəllifi
A. Potsyus Sovet dönəmində Litva ədəbiyyatında ən ziddiyyətli, mürəkkəb və olduqca həssas mövzuları qələmə almış sənətkardır. Belə ki, o, 1944–1953-cü illərdə Litvanın azadlığı və dövlət müstəqilliyi uğrunda Litvada SSRİ-yə qarşı aparılmış siyasi müqavimət hərəkatı və partizan müharibəsi ilə bağlı tarixi hadisələri — Litva "meşə qardaşları" mövzusunu ilk dəfə bədii yaradıcılıq müstəvisində işləmiş və Litva sovet ədəbiyyatına gətirmiş yazıçı olaraq məşhurdur.
İkinci dünya müharibəsindən sonra Litvanın SSRİ tərəfindən dübarə işğal edilməsinə qarşı bu Baltik ölkəsində getmiş mürəkkəb ictimai-siyasi proseslər, ideoloji qarşıdurmalar, müstəqillik uğrunda aparılmış silahlı mübarizə, xalq müqavimətini qırıb ölüm girdabında boğmaq məqsədilə NKVD-MQB-KQB strukturları tərəfindən həyata keçirilmiş siyasi və sosial təmizləmələr, həbslər, güllələnmələr və sürgün edilmələr, eləcə də həmin illərdə Litvada baş vermiş digər faciəli toqquşmalar və dramatik hadisələr litvalı yazıçının 1963-cü ildə Vilnüsdə çapdan çıxmış "Burulğan" adlı kitabına daxil olan hekayələrin ("On fransız sözü", "Yuodgirisin sonuncu rolu", "Burulğan", "Saçı ağarmış qardaş", "Ot daşımı" və s.), həmçinin sonralar işıq üzü görmüş digər əsərlərinin ("Xaçsız məzarlar", "Meşə adası", "Xanım Amnistiya" və b.) süjetini təşkil edir.
A. Potsyus bu əsərlərini XX əsrin 50-ci illərinin axırı — 60-cı illərinin əvvəllərində SSRİ-də siyasi və ictimai-mədəni həyat sahələrində "Xruşşov mülayimliyi" adı altında həyata keçirilmiş islahatlar dövründə yaranmış nadir fürsətlərdən istifadə edərək yaza bilmişdir. Bununla bərabər, müəllif sözügedən dramatik və faciəvi olayları sakit epik tonda və pərdəli şəkildə təqdim edir, onlar haqqında çox ehtiyatla və həssaslıqla danışır, ədəbi qəhrəmanların ən kiçik mükamilələrinə və hisslərinin rəngarəngliyinə diqqəti cəlb etmək yolu ilə onların daxili aləminin alt qatlarına nüfuz edir. Xüsusilə vurğulamaq lazımdır ki, yazıçı "meşə qardaşları" mövzusundakı hekayələrdə ideoloji aksentləri və əsil qayəni nəzərə çarpmayan şəkildə — "səs-səmir çıxarmadan" yerbəyer edir və həmişə müəllif təhkiyəsi ilə qəhrəmanların hərəkət və danışıqları arasında təhlükəsiz məsafə saxlayır.
Onun Litva "meşə qardaşları" mövzusunda yazdığı əsərlər sosialist realizmi nəsrinin kamil nümunələri sayılsa da, eyni zamanda 60–70-ci illər Litva sovet ədəbiyyatının bədii kəşfləri kimi dəyərləndirilir. Sovet senzurası şəraitində yaradılmış həmin əsərlər sözügedən dramatik olayları aktuallaşdırmaq, onları Litva tarixinin və ictimai-siyasi fikrinin vacib tərkib hissələri kimi təqdim etmək, yaranmış siyasi və ideoloji ziddiyyətlərin əsil səbəblərini örtülü şəkildə və çeşidli dil vasitələrilə qabartmaq, milli-mənəvi dəyərlərin həyatiliyini, işıqlı sabaha inamın və dövlətçilik ənənələrinin yaşarlığını, xalq azadlıq ideyalarının ölməzliyini və müstəqillik səylərinin davamlılığını cəmiyyətin geniş dairələrinə çatdırmaq, tarixi yaddaşı hifz etmək və hürriyyətə ümidi yaşatmaq baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir.
Odur ki, A. Potsyusun "meşə qardaşları" mövzusunda yaratdığı hekayələr Litva sovet ədəbiyyatının xrestomatik əsərləri, həmin dövrdə bu yönümdə inkişaf etmiş söz sənətinin orijinal xüsusiyyətlərini ehtiva edən səciyyəvi ədəbi mətnlər və klassik nəsr nümunələri kimi qəbul olunubdur.
A. Potsyusun Litva "meşə qardaşları" mövzusunda yaratdığı əsərlərdən bir neçəsi — "Saçı ağarmış qardaş", "On fransız sözü" və b. hekayələri litvaşünas tədqiqatçılar Vaqif Arzumanlı və Mahir Həmzəyev tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq 1982–2013-cü illərdə Bakıda nəşr edilibdir
Mənbələr
1. "Litva hekayələri". Bakı, "Yazıçı", 1982-ci il, 276 səh. Tərcümə edəni Vaqif Arzumanov.
2. Algirdas Potsyus. "On fransız sözü". Hekayə (qısaldılmış variantı). Bakı, "Azərbaycan gəncləri" qəzeti, 21 mart 1987-ci il, № 35 (10509), səh. 4. Litva dilindən tərcümə edəni Mahir Həmzəyev.
3. Mahir Həmzəyev. A. Potsyusun "Xruşşov mülayimliyi" dövründə yazdığı əsərlər barədə və onun yaradıcılığında "Litva meşə qardaşları" mövzusunun işlənməsinə aid ədəbi məqalə. Bakı, "525-ci qəzet", 17 dekabr 2013-cü il, № 231 (4007), səh. 7.
4. Algirdas Potsyus. "On fransız sözü". Hekayə (tam variantı). Bakı, "525-ci qəzet", 17 dekabr 2013-cü il, № 231 (4007), səh. 7–8. Litva dilindən Mahir Həmzəyev tərcümə edib.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Algirdas Potsyus lit Algirdas Pocius 28 avqust 1930 14 avqust 2021 Vilnus Muasir Litva edebiyyatinin yasli nesline mensub olan ve genis oxucu auditoriyasinin regbetini qazanmis ediblerden biridir Algirdas PotsyusDogum tarixi 28 avqust 1930 1930 08 28 Vefat tarixi 14 avqust 2021 2021 08 14 90 yasinda Vefat yeri Vilnus LitvaFealiyyeti jurnalist siyasetci yaziciPartiyasi Sovet Ittifaqi Kommunist PartiyasiHeyatiA Potsyus 1930 cu ilin avqustun 28 de Litvanin Majeykyay rayonunun Ketunay kendinde dunyaya gelib Seda qesebe orta mektebini bitirdikden sonra 1950 1952 ci illerde Klaypeda muellimler institunun Litva dili ve edebiyyati sobesinde tehsil alib 1952 1954 cu illerde Klaypeda ve Syaulyay seher radiostansiyalarinda redaktor ve radio muxbiri olaraq fealiyyet gosterib 1955 ci ilde Vilnuse basqa vezifeye kecirilmis ve Litva SSR Radioinformasiya Idaresinde edebi verilisler bolmesinin redaktoru teyin olunmusdur 1956 ci ilden etibaren Svituris Mayak gencler jurnalinin bedii edebiyyat sobesinde isleyib 1958 ci ilden Litva Yazicilar Ittifaqinda muxtelif vezifelerde calisibdir 1958 1963 cu illerde nesr uzre meslehetci 1963 1981 ci illerde Idare Heyetinin katibi 1981 1986 ci illerde ise Litva Yazicilar Ittifaqi Sedrinin muavini olmusdur A Potsyus bir muddet hemcinin ictimai siyasi xadim kimi de fealiyyet gosterib 1960 1989 cu illerde Sov IKP nin siralarinda olub Litva Demokratik Emek Partiyasinin hazirda bu partiya Litva Sosial Demokratlar Partiyasi adlanir uzvu olaraq 1992 ci ilde bu partiyanin xettile Litvanin Parlament seckilerinde istirak edib A Potsyus hemin ilin okyabr ayinda millet vekili secilib ve 1992 1996 ci illerde Litva Respublikasi Seyminin Maarif Elm ve Medeniyyet Komitesinin uzvu olaraq Parlamentde calisib YaradiciligiA Potsyusun eserleri 1953 cu ilden cap olunur Onun ilk kitabi Ujgiryay kendinde seher adli hekayeler toplusu 1955 ci ilde Vilnusde isiq uzu gorubdur Indiyedek litvaca 20 ye yaxin kitabi capdan cixibdir Muellifin Iflas eseri esasinda 1967 ci ilde Litva kino studiyasinda Boyuklerin oyunlari adli iki hisseden ibaret kinonovella tragikomediya yaradilibdir A Potsyus altmis ilden coxdur ki Litva edebiyyatinda esasen novella janrinda yaradan gozel senetkar kimi taninibdir Eserlerinin bedii uslubu klassik Litva nesrinin en yaxsi eneneleri esasinda formalasibdir Litva edebiyyatinda boyuk movzulari muxtelif yonemli vacib olaylari kicik misallarla minimal numunelerle mehdudlasdirib umumilesdiren ve boyuk ustaliqla teqdim eden edebi uslubun yaradicilarindan biridir Hekaye ve povestleri rasional qurulusu qisa tehkiyye usulu ve temkinli neql manerasi aydin ve serrast cumlelerin duzumu ile secilir Eserlerinin fabulasini teskil eden hadise ve ehvalatlar mubtelaliqla ve yaxud aciq aydin ehtiraslarla serh olunub teqdim edilmir heyecanli hissler ve cosqun emosiyalar zahiri teferruatlarin arxasinda gizledilir A Potsyus edebiyyat uzre cesidli odullerin sahibidir Onun kitablari 1967 1980 1982 ve 1985 ci illerde Litvanin nufuzlu edebi mukafatlarina layiq gorulub 1980 ci ilde A Potsyusa Litva SSR nin emekdar medeniyyet xadimi fexri adi verilibdir 1982 ci ilde ise Yuvadan ucmuslar kitabina gore Litva SSR Dovlet mukafatina layiq gorulubdur Eserleri bir sira xarici dillerde derc edilib Litva mese qardaslari movzusunun ilk muellifiA Potsyus Sovet doneminde Litva edebiyyatinda en ziddiyyetli murekkeb ve olduqca hessas movzulari qeleme almis senetkardir Bele ki o 1944 1953 cu illerde Litvanin azadligi ve dovlet musteqilliyi ugrunda Litvada SSRI ye qarsi aparilmis siyasi muqavimet herekati ve partizan muharibesi ile bagli tarixi hadiseleri Litva mese qardaslari movzusunu ilk defe bedii yaradiciliq mustevisinde islemis ve Litva sovet edebiyyatina getirmis yazici olaraq meshurdur Ikinci dunya muharibesinden sonra Litvanin SSRI terefinden dubare isgal edilmesine qarsi bu Baltik olkesinde getmis murekkeb ictimai siyasi prosesler ideoloji qarsidurmalar musteqillik ugrunda aparilmis silahli mubarize xalq muqavimetini qirib olum girdabinda bogmaq meqsedile NKVD MQB KQB strukturlari terefinden heyata kecirilmis siyasi ve sosial temizlemeler hebsler gullelenmeler ve surgun edilmeler elece de hemin illerde Litvada bas vermis diger facieli toqqusmalar ve dramatik hadiseler litvali yazicinin 1963 cu ilde Vilnusde capdan cixmis Burulgan adli kitabina daxil olan hekayelerin On fransiz sozu Yuodgirisin sonuncu rolu Burulgan Saci agarmis qardas Ot dasimi ve s hemcinin sonralar isiq uzu gormus diger eserlerinin Xacsiz mezarlar Mese adasi Xanim Amnistiya ve b sujetini teskil edir A Potsyus bu eserlerini XX esrin 50 ci illerinin axiri 60 ci illerinin evvellerinde SSRI de siyasi ve ictimai medeni heyat sahelerinde Xrussov mulayimliyi adi altinda heyata kecirilmis islahatlar dovrunde yaranmis nadir fursetlerden istifade ederek yaza bilmisdir Bununla beraber muellif sozugeden dramatik ve facievi olaylari sakit epik tonda ve perdeli sekilde teqdim edir onlar haqqinda cox ehtiyatla ve hessasliqla danisir edebi qehremanlarin en kicik mukamilelerine ve hisslerinin rengarengliyine diqqeti celb etmek yolu ile onlarin daxili aleminin alt qatlarina nufuz edir Xususile vurgulamaq lazimdir ki yazici mese qardaslari movzusundaki hekayelerde ideoloji aksentleri ve esil qayeni nezere carpmayan sekilde ses semir cixarmadan yerbeyer edir ve hemise muellif tehkiyesi ile qehremanlarin hereket ve danisiqlari arasinda tehlukesiz mesafe saxlayir Onun Litva mese qardaslari movzusunda yazdigi eserler sosialist realizmi nesrinin kamil numuneleri sayilsa da eyni zamanda 60 70 ci iller Litva sovet edebiyyatinin bedii kesfleri kimi deyerlendirilir Sovet senzurasi seraitinde yaradilmis hemin eserler sozugeden dramatik olaylari aktuallasdirmaq onlari Litva tarixinin ve ictimai siyasi fikrinin vacib terkib hisseleri kimi teqdim etmek yaranmis siyasi ve ideoloji ziddiyyetlerin esil sebeblerini ortulu sekilde ve cesidli dil vasitelerile qabartmaq milli menevi deyerlerin heyatiliyini isiqli sabaha inamin ve dovletcilik enenelerinin yasarligini xalq azadliq ideyalarinin olmezliyini ve musteqillik seylerinin davamliligini cemiyyetin genis dairelerine catdirmaq tarixi yaddasi hifz etmek ve hurriyyete umidi yasatmaq baximindan son derece muhum ehemiyyet kesb edir Odur ki A Potsyusun mese qardaslari movzusunda yaratdigi hekayeler Litva sovet edebiyyatinin xrestomatik eserleri hemin dovrde bu yonumde inkisaf etmis soz senetinin orijinal xususiyyetlerini ehtiva eden seciyyevi edebi metnler ve klassik nesr numuneleri kimi qebul olunubdur A Potsyusun Litva mese qardaslari movzusunda yaratdigi eserlerden bir necesi Saci agarmis qardas On fransiz sozu ve b hekayeleri litvasunas tedqiqatcilar Vaqif Arzumanli ve Mahir Hemzeyev terefinden Azerbaycan diline tercume olunaraq 1982 2013 cu illerde Bakida nesr edilibdirMenbeler1 Litva hekayeleri Baki Yazici 1982 ci il 276 seh Tercume edeni Vaqif Arzumanov 2 Algirdas Potsyus On fransiz sozu Hekaye qisaldilmis varianti Baki Azerbaycan gencleri qezeti 21 mart 1987 ci il 35 10509 seh 4 Litva dilinden tercume edeni Mahir Hemzeyev 3 Mahir Hemzeyev A Potsyusun Xrussov mulayimliyi dovrunde yazdigi eserler barede ve onun yaradiciliginda Litva mese qardaslari movzusunun islenmesine aid edebi meqale Baki 525 ci qezet 17 dekabr 2013 cu il 231 4007 seh 7 4 Algirdas Potsyus On fransiz sozu Hekaye tam varianti Baki 525 ci qezet 17 dekabr 2013 cu il 231 4007 seh 7 8 Litva dilinden Mahir Hemzeyev tercume edib IstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011