Mixail Dmitriyeviç Tuşinski — SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü.
Mixail Tuşinski | |
---|---|
Mixail Dmitriyeviç Tuşinski | |
Digər adı | Mixail bəy Kərim bəy oğlu Mehmandarov |
Doğum tarixi | |
Doğum yeri | Sankt-Peterburq, Rusiya imperiyası |
Vəfat tarixi | (79 yaşında) |
Dəfn yeri |
|
Atası | Kərim bəy Mehmandarov |
Təhsili |
|
Fəaliyyəti | yoluxucu xəstəlik həkimi, terapevt, tibbi tədqiqatçı |
Üzvlüyü |
Həyatı
Mixail Kərim bəy oğlu 24 yanvar 1882-ci ildə Sankt-Peterburq şəhərində doğulmuşdu. Aleksandra Dolqanova yeddi ildən sonra Vergi və İçkilərin Dövlət Satışı Baş İdarəsində məmur işləyən Dmitri Aleksandroviç Tuşinski ilə ailə həyatı qurmuşdu. Ziyalı və xeyirxah bir adam kimi tanınan Dmitri Aleksandroviç Mixaili doğma oğlu kimi qəbul eləmiş və ona öz familiyasını vermişdi. Uşağın qayğısı və tərbiyəsi ilə əsasən anası məşğul olmuşdu. Onun hələ kiçik yaşlarında xarakterinin formalaşmasında, gələcək həyat və sənət yolu seçməsində Aleksandra Dolqanovanın mühüm rolu olmuşdu. On yaşına çatanda Mixaili Birinci Peterburq Gimnaziyasına qoydular. Hələ aşağı siniflərdə oxuyarkən onun adı daim əlaçılar sırasında çəkilirdi. Mixail burda klassik latın, yunan alman və fransız dillərini öyrəndi. O, yuxarı siniflərdə oxuyarkən şəhərdə gizli bir təşkilat yaradılmışdı. Bu qurum sosial-demokratların ideyalarına çox yaxın idi. "Öz biliyini inkişaf etdirmək" məqsədilə fəaliyyətə başlayan bu təşkilata həm kişi, həm də qadın gimnaziyalarının şagirdləri daxil olurdular. 1898-ci ildə Mixail də bura üzv yazıldı. Təşkilat üzvləri az bir müddətdə zəngin bir kitabxana da yaratdılar. Gimnaziya tələbələri marksist ədəbiyyatla ilk dəfə burda tanış olurdular. 1900-cü ildə Mixail Tuşinski gimnaziyada səkkizillik tam kursu bitirib, kamal attestatı aldı və universitetə, başqa ali təhsil müəssisələrinə imtahansız girmək hüququ qazandı. O, həkim olmaq arzusunun dalınca getdi, elə həmin il də Peterburq Hərbi Tibb Akademiyasına daxil oldu. Mixailin bu peşəni seçməsi təsadüfi deyildi. Hələ kiçik olanda anasının xəstələri evdə necə qəbul etməsini, həkim – xəstə münasibətlərini maraqla izləyir, tez-tez bu barədə anasına suallar verirdi. Elə anasının canlı nümunəsi, ailədə hökm sürən tibbi mühit, tərbiyə sistemi də onun bu peşəni seçməsinə ciddi təsir göstərmişdi. Bəlkə də, həkimliyə bu maraq qandan gəlirdi. Axı onun damarlarında həkimliyi özünə əbədi peşə seçmiş Əbdülkərim bəy Mehmandarovun qanı axırdı. Akademiyada Mixail sonralar Rusiya fiziologiya məktəbinin banisi olmuş İvan Petroviç Pavlov, məşhur nevropatoloq Vladimir Mixayloviç Bexterev və başqa görkəmli alimlərin və pedaqoqların mühazirələrini dinlədi, onlardan çox şeylər öyrəndi, görüb-götürdü. Dərslərini əla oxuması, yoldaşları ilə mehriban münasibəti, şən, şux zarafatları ona müəlllimlərinin də, tələbələrin də dərin hörmətini qazandırmışdı. Dünyagörüşü sürətlə formalaşan Mixailin ictimai həyatı yalnız auditoriyalarla məhdudlaşmırdı. O, akademiyanın əsas binasında yerləşən kitabxananın idarə heyətinin üzvü idi. Gənclər tez-tez tələbələrin inqilabi hərəkatının formalaşmasında əsas özəklərdən sayılan bu bilik ocağına toplaşır, müxtəlif siyasi məsələləri müzakirə edirdilər. Onlar sosial-demokrat və başqa mütərəqqi inqilabi təşkilatlarla əlaqə saxlayır, müntəzəm olaraq tələbə çıxışları təşkil edirdilər. Bu çıxışların önündə gedənlərdən biri də Mixail idi.
1902-ci ilin əvvəllərində Kiçik Teatrda fitnəkar, antisemit ruhlu "Qaçaqmalçı" pyesi tamaşaya qoyuldu. Universitet tələbələri buna öz qəti etirazlarını bildirdilər və bu barədə akademiyada yığıncaq keçirildi. Yığıncağın təşkil olunmasında fəallıq göstərdiyinə görə 1904-cü il dekabrın 3-də Mixail Tuşinski nazirin əmri ilə akademiyadan xaric edildi. Lakin o, inqilabi fəaliyyətdən bir an da olsun, ayrılmadı, azadlıq ideyalarını təbliğ eləməyə başladı. Onu da qeyd etmək yerinə düşər ki, Mixailin arxivində indiyə qədər həmin dövrə aid maraqlı bir fotoşəkil qorunub saxlanılır. Onunla birlikdə akademiyadan qovulmuş bir qrup tələbə böyük rus inqilabçı-demokratı və mütəfəkkiri Nikolay Qavriloviç Çernışevskinin portreti ətrafına toplaşıb, şəkil çəkdirmişdilər. Bu isə o dövr üçün çarizmin irticaçı siyasətinə, mütləqiyyətə qarşı açıq-aşkar nümayiş demək idi.
Coşğun inqilabi və ictimai fəaliyyəti, akademiyadan qovulması bu vətənpərvər və fədakar tələbənin həkimlik peşəsinə olan həvəsini heç də azaltmadı. O, akademiyada mənimsədiyi nəzəriyyəni praktiki işlə birləşdirmək üçün bir müddət Novqorod və Samara yaxınlığındakı Pekovşinada feldşer məntəqələrində işlədi. Rus – yapon müharibəsinin qızğın çağında isə Mixail könüllü olaraq Uzaq Şərqə yollandı. Mancuriyanın döyüş meydanlarında Peterburq Qırmızı Xaç Cəmiyyətinin altıncı səyyar dəstəsinin tərkibində yaralılara ilk tibbi xidmət göstərdi, burda xeyli tibbi-praktik təcrübə topladı.
Rus – yapon müharibəsindən alnıaçıq, üzüağ qayıdan gənc Mixail 1905-ci ildə öz səyi və çalışqanlığı sayəsində akademiyaya bərpa edildi. Bundan sonra da o, inqilabi və ictimai fəaliyyətlə daha ciddi və müntəzəm məşğul olmağa başladı. Yenə də tələbələri səfərbərliyə aldı, yığıncaqlar keçirdi, toplantılara da özü rəhbərlik elədi. 1906-cı ilin əvvəllərində Mixail Dmitriyeviç Tuşinski Dövlət Dumasına seçkilər zamanı bolşeviklərlə menşeviklər arasında müzakirə aparılanda ilk dəfə olaraq burda Vladimir İliç Lenini gördü, onunla yaxından tanış oldu.
Hərbi nazir 1905-ci il ərzində akademiyanın tələbələrinin fəaliyyətini yoxlamaq üçün istintaq komissiyası yaratdı. Tələbələr, inqilabi çıxışların iştirakçıları istintaqa ifadə verməkdən imtina etdilər. Lakin çanaq yenə də Mixailin başında çatladı. O da, başqa bir tələbə yoldaşı da bərpa olunmamaq şərti ilə beşinci kursdan akademiyadan çıxarıldı. "Başına gələn başmaqçı olar" – deyə fikirləşən Mixail bundan da sarsılmadı, əksinə, inqilabi fəaliyyətini yeni həvəslə, yeni şövqlə davam etdirdi. Əvvlcə müxtəlif fəhlə dərnəklərində təşviqat işləri aparmaqla məşğul oldu. Sonra partiyanın rayon təşkilatı ona Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının Peterburq Komitəsi yanında hərbi işə keçməyi təklif elədi. Və beləliklə, Mixail Novoçerkassk polkunda fəaliyyətə başladı. Çox keçmədən onu tutdular, üç ay yarım həbsxanada yatdı. Lakin heç bir ciddi sübut tapa bilmədiklərindən onu buraxmağa məcbur oldular.
Praktiki tərcübəsi, bacarığı və qabiliyyəti 1907-ci ildə akademiyada dövlət imtahanlarını uğurla verib, fərqlənmə diplomu almağa ona imkan yaratdı. Lakin təhsil illərində təqaüd almadığına görə hərbi sahədə xidmət etməyə Mixailə icazə verilmədi. Ona görə də diplom alan günün səhəri o, bir tələbə dostu ilə Peterburqun məşhur Obuxov xəstəxanasına yollandı. Baş həkim Aleksandr Afanasyeviç Neçayevin yanında oldu, burda işləmək arzusunda olduğunu bildirdi. Aleksandr Afanasyeviç onları gülərüzlə qarşılayıb: "Xoş gəlmisiniz! Amma ştat vahidimiz olmadığına görə sizə maaş verə bilməyəcəyik" – dedi. Dostlar "təki iş olsun" – deyə fikirləşib, ciyər xəstəliyinə tutulanlar üçün şöbədə fəaliyyətə başladılar. Mixail burda əvvəlcə ekstern həkim, sonra ştatdankənar ordinator və bakterioloq, terapevt şöbəsinin assistenti və ordinatoru, çox-çox sonralar isə bu şöbənin müdiri vəzifəsində çalışdı.
Həmin vaxtlar Peterburqda vəba epidemiyası tüğyan edirdi. Vətənpərvər həkim, necə deyərlər, əl-qolunu çırmalayıb, bu amansız xəstəliyə qarşı mübarizə aparmağa başladı. O, həm xəstələri müalicə edir, həm də bu xəstəliklər barədə elmi əsərlər yazaraq müxtəlif mətbuat orqanlarında dərc etdirirli.
Mixail Dmitriyeviç Tuşinski daim öyrənməyə, təkmilləşməyə çalışırdı. Ona görə də o, 1909-cu ilin yayında Berlin şəhərinə getdi, görkəmli tibb mütəxəssisi, professor Albanın yanında təcrübə keçdi. Məşhur alim Vassermanın müalicə üsullarını mənimsədi. Salvarsanla bəzi yoluxucu xəstəliklərin müalicəsi, sonralar isə yeni salvarsanla ağ ciyər qanqrenalarının müalicəsi üzrə ilk tədqiqatlar apardı. Bu tədqiqatlar tibb elmini bir çox kəşfləri ilə zənginləşdirmiş görkəmli alman alimi, həkim, bioloq, patoloq Paul Erlixin rəhbərliyi ilə həyata keçirildi. Mixail Tuşinski preparatın tətbiqi metodikasını da işləyib-hazırladı, onun dozalara bölünməsini müəyyənləşdirərək çox gözəl nəticələr əldə elədi. Bütün bunlar isə yeni-yeni elmi əsərlərin mövzusuna çevrildi və gənc həkim məqalələrini müntəzəm olaraq "Russki vraç" jurnalında dərc etdirməyə başladı. Bu jurnalın 1909–1913-cü illər arasında çıxan, demək olar ki, hər bir nömrəsində onun adına ya məqalə müəllifi kimi, ya da xronika şöbəsində rast gəlmək olar. Birinci Dünya müharibəsi başlananda Mixail Tuşinski də səfərbərliyə alındı və həkimlər ordusunun tərkibində cəbhəyə göndərildi. O, əvvəlcə II Kaufmansk hospitalının böyük ordinatoru oldu, 1916-cı ilin mayından isə Cənub-Qərb cəbhəsində Qırmızı Xaç Cəmiyyətinin birinci yoluxucu xəstəliklər hospitalında baş həkim vəzifəsini apardı. Müharibə başa çatandan sonra o, Peterburqa qayıtdı, Obuxov xəstəxanası bazasında yeni yaradılmış Tibbi Biliklər Dövlət İnstitutunun nəzdində daxili xəstəliklər diaqnostikası klinikasına ordinator vəzifəsinə dəvət olundu. 1921-ci ilin noyabrında təcrübəli həkim Marinsk Xəstəxanasında yerləşən Həkimləri Təkmilləşdirmə Klinik İnstitutunun nəzdindəki ikinci daxili xəstəliklər klinikasına böyük assistent vəzifəsinə keçirildi. Burda işlədiyi dövr ərzində gənc tibb mütəxəssisi səpgili yatalaq üzrə bir sıra mühüm tədqiqatlar apardı və onlarla elmi əsər yazdı. Bütün bunlar da onun "Səpgili yatalağa tutulmuş xəstələrin onurğa beyni mayesinin və qanının xassələri üzərində müşahidələr" adlı doktorluq dissertasiyasının mövzusu oldu.
1922-ci ildə Peterburq Hərbi Tibb Akademiyasında uğurla müdafiə etdiyi bu fundamental əsər səpgili yatalaq barədə ən yaxşı və orijinal elmi kəşflərdən biri kimi qiymətləndirildi. Bu dissertasiyasında istedadlı alim Rusiyada ilk dəfə olaraq beyin təzahürləri ilə səpgili yatalağa tutulmuş xəstələrdə onurğa beyninin funksiyasını tətbiq etdi və onun həyata keçirilməsi üçün dəqiq göstərişlər işləyib-hazırladı. Həmin vaxt ölkədə görkəmli bir tibb mütəxəssisi kimi tanınan Mixail Tuşinski 1921-ci ildə A.A.Neçayevin təşəbbüsü və iştirakı ilə P.Botkin adına Terapiya Cəmiyyətinin təsis edilməsi üçün yaradılmış təşkilat komitəsinin tərkibinə daxil edildi. 1922-ci ildə Mixail Tuşinski I Leninqrad Tibb İnstitutuna işə dəvət olundu. Bir müddət burda privat-dosent və fakültə daxili xəstəliklər klinikasında şöbə müdiri, 1928-ci ildən ömrünün sonunadək isə daxili xəstəliklər propedevtikası kafedrasının müdiri vəzifəsində çalışdı.
Oğlunun kafedra müdiri seçilməsinə çox sevinən Əbdülkərim bəy Mehmandarov 1929-cu il noyabrın 17-də uzaq Şuşadan ona göndərdiyi məktubda yazırdı: "Səni və xüsusilə, möhtərəm Aleksandra Mixaylovnanı ürəkdən təbrik edirəm… Sənin şöhrətin, ilk sovet alimləri sırasındakı gələcəyin onu mükafatlandıracaq, sakitləşdirəcək, qoca vaxtında ona sevinc və rahatlıq gətirəcək. Onunla fəxr edərək qarşısında baş əyirəm".
Mixail Tuşinski özünü həmişə S.A.Botkin və İ.P.Pavlov məktəbinin yetirməsi hesab edir, müəllimlərinin ənənələrini layiqincə davam etdirərək bu məktəbdə qazandıqlarını elmi və praktiki fəaliyyətində həyata keçirirdi. Elmi, pedaqoji və ictimai fəaliyyəti bir-biri ilə sıx bağlı olan professor institutun tələbə elmi cəmiyyəti şurasının sədri kimi sonralar ənənəvi hala çevrilmiş tələbə konfranslarının keçirilməsinin təşkilatçısı idi. Sovet hakimiyyətinin ilk günlərində o, səhiyyənin təşkili işində fəal iştirak etmiş, həkimlərin bir sıra ümumittifaq və ümumrusiya qurultaylarının nümayəndəsi seçilmişdi. 1926-cı ildən Həmkarlar İttifaqları Leninqrad Quberniya Şurasının üzvü, 1930-cu ildən isə on üçüncü çağırış Leninqrad Sovetinin deputatı olmuşdu. Leninqrad Terapiya Cəmiyyətinin yaradılması da bu fəal ictimaiyyətçinin adı ilə bağlıdır. Mixail əvvəlcə orda katib olmuş, sonra sədr müavini seçilmişdi. 1932-ci ildə cəmiyyətdə hematoloji bölmənin əsasını da o qoymuşdu. Ümumittifaq Terapiya Cəmiyyəti bu görkəmli alimi özünün fəxri üzvü seçmişdi. Görkəmli tibb mütəxəssisi uzun illər Leninqrad Şəhər Səhiyyə Şöbəsinin nəzdində qriplə mübarizə üzrə komitənin, həmçinin Böyük Tibb Ensiklopediyasının redaksiya heyətinin üzvü olmuşdur.
Böyük Vətən müharibəsi Mixail Tuşinskinin həyat yolunda yeni və mühüm bir mərhələyə çevrildi. Bu dəhşətli bəla bütün leninqardlılar kimi onu da öz evində haqladı. Doğma şəhərinin ağır günlərində bu müdrik insana xas olan vətənpərvərlik, mərdlik, ruh yüksəkliyi, adamlarda ümid yaratmaq, onları qələbəyə ruhlandırmaq bacarığı kimi xarakterik xüsusiyyətlər daha qabarıq şəkildə üzə çıxdı. Mixailin qələbəyə inamı güclü idi və öz fəaliyyəti ilə bu qələbənin tam təmin olunmasına çalışırdı.
Bu çətin günlərdə istedadlı alim şəhərin müdafiə işləri ilə yanaşı, elmi işlərini də davam etdirir, ali məktəb tələbələri ilə məşğələ aparırdı. Aşağı kurslar başqa şəhərlərə köçürüldüyü üçün institutda qrupların sayı azalmışdı. Və bu qruplarda bütün mühazirələri professor özü təkbaşına oxuyurdu. 1942-ci ilin sonlarında alimə Leninqrad Şəhər Səhiyyə Şöbəsi sistemində Baş Mütəxəssislər İnstitutu yaratmaq tapşırıldı. O, bu vəzifəni də layiqincə yerinə yetirdi və institut qısa müddətdə fəaliyyətə başladı. Bundan sonra Mixail Tuşinski Leninqrad şəhərinin baş terapevti vəzifəsinə irəli çəkildi. Geniş və çoxcəhətli elmi fəaliyyətlə məşğul olan görkəmli alim tədqiqatlarını əsasən, üç istiqamətdə – hematologiya, pulmonologiya və yoluxucu xəstəliklər sahəsində aparırdı. O, hələ sağlığında ölkənin ən məşhur və aparıcı hematologiya mütəxəssislərindən biri hesab olunurdu. Məhz tibb sahəsində qazandığı elmi nailiyyətlərə görə Mixail Dmitriyeviç Tuşinski 1945-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdi. Bu istedadlı alimin qələminin məhsulu olan neçə-neçə elmi məqalə, monoqrafiya, dərslikdən bu gün də ali və orta ixtisas tibb məktəblərində geniş istifadə olunur. Tibbi biliklərin gözəl təbliğatçısı olan Mixail Dmitriyeviç Tuşinski 1929-cu ildən – onun üçün o unudulmaz gündən ömrünün sonuna kimi müntəzəm olaraq Azərbaycana gəlmiş, yaxın qohumları ilə daim məktublaşmış, respublikamızın tibb ictimaiyyəti qarşısında təbabətin, yoluxucu xəstəliklərin, hematologiyanın, terapiyanın ən aktual məsələləri haqqında mühazirələr oxumuşdur.
Qızı Mariya Mixaylovna Tuşinskaya atasının şəxsi arxivini qoruyub saxlamışdır. Onun şagirdi və Böyük Vətən müharibəsi illərində ən yaxın silahdaşlarından olmuş Valentina Stavskayanın ciddi səyləri nəticəsində müəlliminin həyat və fəaliyyəti barədə xeyli maraqlı materiallar toplanmışdır. Qədirbilən insanlar akademik İ.P.Pavlov adına I Leninrad Tibb İnstitutunun tibb şəhərciyində, Karpovka çayının sahilindəki binaların birində görkəmli alimin uzun illər burda işləməsini əks etdirən xatirə lövhəsi vurmuşlar.
Mükafatları
Xidmətlərinə görə 1944-cü ildə onun əməyi Lenin ordeni ilə qiymətləndirildi. Sonralar onun sinəsini ikinci Lenin ordeni, "Leninqradın müdafiəsinə görə" və "Böyük Vətən müharibəsində şərəfli əməyə görə" medalları da bəzədi.
Əsərləri
- О гистиоцитах крови при некоторых инфекционных заболеваниях, "Терапевтический архив", 1924, т. 2, вып. 5–6 (совм. с Е. В. Карташевой)
- Болезни системы крови, в кн.: Ланг Г. Ф., Учебник внутренних болезней, т. 1, ч. 2, Л., 1940 (стр. 259–368)
- Болезни органов дыхания, там же (стр. 7–158).
Mənbə
- Ənvər Çingizoğlu, Mehmandarovlar, ATŞC-nin xəbərləri, Bakı, 2002.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mixail Dmitriyevic Tusinski SSRI Tibb Elmleri Akademiyasinin heqiqi uzvu Mixail TusinskiMixail Dmitriyevic TusinskiDiger adi Mixail bey Kerim bey oglu MehmandarovDogum tarixi 23 yanvar 1882Dogum yeri Sankt Peterburq Rusiya imperiyasiVefat tarixi 6 yanvar 1962 79 yasinda Defn yeri Serafimovskoye qebiristanligi d Atasi Kerim bey MehmandarovTehsili Imperator Tibbi Cerrahiyye Akademiyasi d Fealiyyeti yoluxucu xestelik hekimi terapevt tibbi tedqiqatciUzvluyu SSRI Tibb Elmleri AkademiyasiHeyatiMixail Kerim bey oglu 24 yanvar 1882 ci ilde Sankt Peterburq seherinde dogulmusdu Aleksandra Dolqanova yeddi ilden sonra Vergi ve Ickilerin Dovlet Satisi Bas Idaresinde memur isleyen Dmitri Aleksandrovic Tusinski ile aile heyati qurmusdu Ziyali ve xeyirxah bir adam kimi taninan Dmitri Aleksandrovic Mixaili dogma oglu kimi qebul elemis ve ona oz familiyasini vermisdi Usagin qaygisi ve terbiyesi ile esasen anasi mesgul olmusdu Onun hele kicik yaslarinda xarakterinin formalasmasinda gelecek heyat ve senet yolu secmesinde Aleksandra Dolqanovanin muhum rolu olmusdu On yasina catanda Mixaili Birinci Peterburq Gimnaziyasina qoydular Hele asagi siniflerde oxuyarken onun adi daim elacilar sirasinda cekilirdi Mixail burda klassik latin yunan alman ve fransiz dillerini oyrendi O yuxari siniflerde oxuyarken seherde gizli bir teskilat yaradilmisdi Bu qurum sosial demokratlarin ideyalarina cox yaxin idi Oz biliyini inkisaf etdirmek meqsedile fealiyyete baslayan bu teskilata hem kisi hem de qadin gimnaziyalarinin sagirdleri daxil olurdular 1898 ci ilde Mixail de bura uzv yazildi Teskilat uzvleri az bir muddetde zengin bir kitabxana da yaratdilar Gimnaziya telebeleri marksist edebiyyatla ilk defe burda tanis olurdular 1900 cu ilde Mixail Tusinski gimnaziyada sekkizillik tam kursu bitirib kamal attestati aldi ve universitete basqa ali tehsil muessiselerine imtahansiz girmek huququ qazandi O hekim olmaq arzusunun dalinca getdi ele hemin il de Peterburq Herbi Tibb Akademiyasina daxil oldu Mixailin bu peseni secmesi tesadufi deyildi Hele kicik olanda anasinin xesteleri evde nece qebul etmesini hekim xeste munasibetlerini maraqla izleyir tez tez bu barede anasina suallar verirdi Ele anasinin canli numunesi ailede hokm suren tibbi muhit terbiye sistemi de onun bu peseni secmesine ciddi tesir gostermisdi Belke de hekimliye bu maraq qandan gelirdi Axi onun damarlarinda hekimliyi ozune ebedi pese secmis Ebdulkerim bey Mehmandarovun qani axirdi Akademiyada Mixail sonralar Rusiya fiziologiya mektebinin banisi olmus Ivan Petrovic Pavlov meshur nevropatoloq Vladimir Mixaylovic Bexterev ve basqa gorkemli alimlerin ve pedaqoqlarin muhazirelerini dinledi onlardan cox seyler oyrendi gorub goturdu Derslerini ela oxumasi yoldaslari ile mehriban munasibeti sen sux zarafatlari ona muelllimlerinin de telebelerin de derin hormetini qazandirmisdi Dunyagorusu suretle formalasan Mixailin ictimai heyati yalniz auditoriyalarla mehdudlasmirdi O akademiyanin esas binasinda yerlesen kitabxananin idare heyetinin uzvu idi Gencler tez tez telebelerin inqilabi herekatinin formalasmasinda esas ozeklerden sayilan bu bilik ocagina toplasir muxtelif siyasi meseleleri muzakire edirdiler Onlar sosial demokrat ve basqa mutereqqi inqilabi teskilatlarla elaqe saxlayir muntezem olaraq telebe cixislari teskil edirdiler Bu cixislarin onunde gedenlerden biri de Mixail idi Tusinski Mehmandarov Bakida bacilari ile 1902 ci ilin evvellerinde Kicik Teatrda fitnekar antisemit ruhlu Qacaqmalci pyesi tamasaya qoyuldu Universitet telebeleri buna oz qeti etirazlarini bildirdiler ve bu barede akademiyada yigincaq kecirildi Yigincagin teskil olunmasinda fealliq gosterdiyine gore 1904 cu il dekabrin 3 de Mixail Tusinski nazirin emri ile akademiyadan xaric edildi Lakin o inqilabi fealiyyetden bir an da olsun ayrilmadi azadliq ideyalarini teblig elemeye basladi Onu da qeyd etmek yerine duser ki Mixailin arxivinde indiye qeder hemin dovre aid maraqli bir fotosekil qorunub saxlanilir Onunla birlikde akademiyadan qovulmus bir qrup telebe boyuk rus inqilabci demokrati ve mutefekkiri Nikolay Qavrilovic Cernisevskinin portreti etrafina toplasib sekil cekdirmisdiler Bu ise o dovr ucun carizmin irticaci siyasetine mutleqiyyete qarsi aciq askar numayis demek idi Cosgun inqilabi ve ictimai fealiyyeti akademiyadan qovulmasi bu vetenperver ve fedakar telebenin hekimlik pesesine olan hevesini hec de azaltmadi O akademiyada menimsediyi nezeriyyeni praktiki isle birlesdirmek ucun bir muddet Novqorod ve Samara yaxinligindaki Pekovsinada feldser menteqelerinde isledi Rus yapon muharibesinin qizgin caginda ise Mixail konullu olaraq Uzaq Serqe yollandi Mancuriyanin doyus meydanlarinda Peterburq Qirmizi Xac Cemiyyetinin altinci seyyar destesinin terkibinde yaralilara ilk tibbi xidmet gosterdi burda xeyli tibbi praktik tecrube topladi Rus yapon muharibesinden alniaciq uzuag qayidan genc Mixail 1905 ci ilde oz seyi ve calisqanligi sayesinde akademiyaya berpa edildi Bundan sonra da o inqilabi ve ictimai fealiyyetle daha ciddi ve muntezem mesgul olmaga basladi Yene de telebeleri seferberliye aldi yigincaqlar kecirdi toplantilara da ozu rehberlik eledi 1906 ci ilin evvellerinde Mixail Dmitriyevic Tusinski Dovlet Dumasina seckiler zamani bolseviklerle mensevikler arasinda muzakire aparilanda ilk defe olaraq burda Vladimir Ilic Lenini gordu onunla yaxindan tanis oldu Herbi nazir 1905 ci il erzinde akademiyanin telebelerinin fealiyyetini yoxlamaq ucun istintaq komissiyasi yaratdi Telebeler inqilabi cixislarin istirakcilari istintaqa ifade vermekden imtina etdiler Lakin canaq yene de Mixailin basinda catladi O da basqa bir telebe yoldasi da berpa olunmamaq serti ile besinci kursdan akademiyadan cixarildi Basina gelen basmaqci olar deye fikirlesen Mixail bundan da sarsilmadi eksine inqilabi fealiyyetini yeni hevesle yeni sovqle davam etdirdi Evvlce muxtelif fehle derneklerinde tesviqat isleri aparmaqla mesgul oldu Sonra partiyanin rayon teskilati ona Rusiya Sosial Demokrat Fehle Partiyasinin Peterburq Komitesi yaninda herbi ise kecmeyi teklif eledi Ve belelikle Mixail Novocerkassk polkunda fealiyyete basladi Cox kecmeden onu tutdular uc ay yarim hebsxanada yatdi Lakin hec bir ciddi subut tapa bilmediklerinden onu buraxmaga mecbur oldular Praktiki tercubesi bacarigi ve qabiliyyeti 1907 ci ilde akademiyada dovlet imtahanlarini ugurla verib ferqlenme diplomu almaga ona imkan yaratdi Lakin tehsil illerinde teqaud almadigina gore herbi sahede xidmet etmeye Mixaile icaze verilmedi Ona gore de diplom alan gunun seheri o bir telebe dostu ile Peterburqun meshur Obuxov xestexanasina yollandi Bas hekim Aleksandr Afanasyevic Necayevin yaninda oldu burda islemek arzusunda oldugunu bildirdi Aleksandr Afanasyevic onlari guleruzle qarsilayib Xos gelmisiniz Amma stat vahidimiz olmadigina gore size maas vere bilmeyeceyik dedi Dostlar teki is olsun deye fikirlesib ciyer xesteliyine tutulanlar ucun sobede fealiyyete basladilar Mixail burda evvelce ekstern hekim sonra statdankenar ordinator ve bakterioloq terapevt sobesinin assistenti ve ordinatoru cox cox sonralar ise bu sobenin mudiri vezifesinde calisdi Hemin vaxtlar Peterburqda veba epidemiyasi tugyan edirdi Vetenperver hekim nece deyerler el qolunu cirmalayib bu amansiz xesteliye qarsi mubarize aparmaga basladi O hem xesteleri mualice edir hem de bu xestelikler barede elmi eserler yazaraq muxtelif metbuat orqanlarinda derc etdirirli Mixail Dmitriyevic Tusinski daim oyrenmeye tekmillesmeye calisirdi Ona gore de o 1909 cu ilin yayinda Berlin seherine getdi gorkemli tibb mutexessisi professor Albanin yaninda tecrube kecdi Meshur alim Vassermanin mualice usullarini menimsedi Salvarsanla bezi yoluxucu xesteliklerin mualicesi sonralar ise yeni salvarsanla ag ciyer qanqrenalarinin mualicesi uzre ilk tedqiqatlar apardi Bu tedqiqatlar tibb elmini bir cox kesfleri ile zenginlesdirmis gorkemli alman alimi hekim bioloq patoloq Paul Erlixin rehberliyi ile heyata kecirildi Mixail Tusinski preparatin tetbiqi metodikasini da isleyib hazirladi onun dozalara bolunmesini mueyyenlesdirerek cox gozel neticeler elde eledi Butun bunlar ise yeni yeni elmi eserlerin movzusuna cevrildi ve genc hekim meqalelerini muntezem olaraq Russki vrac jurnalinda derc etdirmeye basladi Bu jurnalin 1909 1913 cu iller arasinda cixan demek olar ki her bir nomresinde onun adina ya meqale muellifi kimi ya da xronika sobesinde rast gelmek olar Birinci Dunya muharibesi baslananda Mixail Tusinski de seferberliye alindi ve hekimler ordusunun terkibinde cebheye gonderildi O evvelce II Kaufmansk hospitalinin boyuk ordinatoru oldu 1916 ci ilin mayindan ise Cenub Qerb cebhesinde Qirmizi Xac Cemiyyetinin birinci yoluxucu xestelikler hospitalinda bas hekim vezifesini apardi Muharibe basa catandan sonra o Peterburqa qayitdi Obuxov xestexanasi bazasinda yeni yaradilmis Tibbi Bilikler Dovlet Institutunun nezdinde daxili xestelikler diaqnostikasi klinikasina ordinator vezifesine devet olundu 1921 ci ilin noyabrinda tecrubeli hekim Marinsk Xestexanasinda yerlesen Hekimleri Tekmillesdirme Klinik Institutunun nezdindeki ikinci daxili xestelikler klinikasina boyuk assistent vezifesine kecirildi Burda islediyi dovr erzinde genc tibb mutexessisi sepgili yatalaq uzre bir sira muhum tedqiqatlar apardi ve onlarla elmi eser yazdi Butun bunlar da onun Sepgili yatalaga tutulmus xestelerin onurga beyni mayesinin ve qaninin xasseleri uzerinde musahideler adli doktorluq dissertasiyasinin movzusu oldu 1922 ci ilde Peterburq Herbi Tibb Akademiyasinda ugurla mudafie etdiyi bu fundamental eser sepgili yatalaq barede en yaxsi ve orijinal elmi kesflerden biri kimi qiymetlendirildi Bu dissertasiyasinda istedadli alim Rusiyada ilk defe olaraq beyin tezahurleri ile sepgili yatalaga tutulmus xestelerde onurga beyninin funksiyasini tetbiq etdi ve onun heyata kecirilmesi ucun deqiq gosterisler isleyib hazirladi Hemin vaxt olkede gorkemli bir tibb mutexessisi kimi taninan Mixail Tusinski 1921 ci ilde A A Necayevin tesebbusu ve istiraki ile P Botkin adina Terapiya Cemiyyetinin tesis edilmesi ucun yaradilmis teskilat komitesinin terkibine daxil edildi 1922 ci ilde Mixail Tusinski I Leninqrad Tibb Institutuna ise devet olundu Bir muddet burda privat dosent ve fakulte daxili xestelikler klinikasinda sobe mudiri 1928 ci ilden omrunun sonunadek ise daxili xestelikler propedevtikasi kafedrasinin mudiri vezifesinde calisdi Oglunun kafedra mudiri secilmesine cox sevinen Ebdulkerim bey Mehmandarov 1929 cu il noyabrin 17 de uzaq Susadan ona gonderdiyi mektubda yazirdi Seni ve xususile mohterem Aleksandra Mixaylovnani urekden tebrik edirem Senin sohretin ilk sovet alimleri sirasindaki geleceyin onu mukafatlandiracaq sakitlesdirecek qoca vaxtinda ona sevinc ve rahatliq getirecek Onunla fexr ederek qarsisinda bas eyirem Mixail Tusinski ozunu hemise S A Botkin ve I P Pavlov mektebinin yetirmesi hesab edir muellimlerinin enenelerini layiqince davam etdirerek bu mektebde qazandiqlarini elmi ve praktiki fealiyyetinde heyata kecirirdi Elmi pedaqoji ve ictimai fealiyyeti bir biri ile six bagli olan professor institutun telebe elmi cemiyyeti surasinin sedri kimi sonralar enenevi hala cevrilmis telebe konfranslarinin kecirilmesinin teskilatcisi idi Sovet hakimiyyetinin ilk gunlerinde o sehiyyenin teskili isinde feal istirak etmis hekimlerin bir sira umumittifaq ve umumrusiya qurultaylarinin numayendesi secilmisdi 1926 ci ilden Hemkarlar Ittifaqlari Leninqrad Quberniya Surasinin uzvu 1930 cu ilden ise on ucuncu cagiris Leninqrad Sovetinin deputati olmusdu Leninqrad Terapiya Cemiyyetinin yaradilmasi da bu feal ictimaiyyetcinin adi ile baglidir Mixail evvelce orda katib olmus sonra sedr muavini secilmisdi 1932 ci ilde cemiyyetde hematoloji bolmenin esasini da o qoymusdu Umumittifaq Terapiya Cemiyyeti bu gorkemli alimi ozunun fexri uzvu secmisdi Gorkemli tibb mutexessisi uzun iller Leninqrad Seher Sehiyye Sobesinin nezdinde qriple mubarize uzre komitenin hemcinin Boyuk Tibb Ensiklopediyasinin redaksiya heyetinin uzvu olmusdur Boyuk Veten muharibesi Mixail Tusinskinin heyat yolunda yeni ve muhum bir merheleye cevrildi Bu dehsetli bela butun leninqardlilar kimi onu da oz evinde haqladi Dogma seherinin agir gunlerinde bu mudrik insana xas olan vetenperverlik merdlik ruh yuksekliyi adamlarda umid yaratmaq onlari qelebeye ruhlandirmaq bacarigi kimi xarakterik xususiyyetler daha qabariq sekilde uze cixdi Mixailin qelebeye inami guclu idi ve oz fealiyyeti ile bu qelebenin tam temin olunmasina calisirdi Bu cetin gunlerde istedadli alim seherin mudafie isleri ile yanasi elmi islerini de davam etdirir ali mekteb telebeleri ile mesgele aparirdi Asagi kurslar basqa seherlere kocurulduyu ucun institutda qruplarin sayi azalmisdi Ve bu qruplarda butun muhazireleri professor ozu tekbasina oxuyurdu 1942 ci ilin sonlarinda alime Leninqrad Seher Sehiyye Sobesi sisteminde Bas Mutexessisler Institutu yaratmaq tapsirildi O bu vezifeni de layiqince yerine yetirdi ve institut qisa muddetde fealiyyete basladi Bundan sonra Mixail Tusinski Leninqrad seherinin bas terapevti vezifesine ireli cekildi Genis ve coxcehetli elmi fealiyyetle mesgul olan gorkemli alim tedqiqatlarini esasen uc istiqametde hematologiya pulmonologiya ve yoluxucu xestelikler sahesinde aparirdi O hele sagliginda olkenin en meshur ve aparici hematologiya mutexessislerinden biri hesab olunurdu Mehz tibb sahesinde qazandigi elmi nailiyyetlere gore Mixail Dmitriyevic Tusinski 1945 ci ilde SSRI Tibb Elmleri Akademiyasinin heqiqi uzvu secilmisdi Bu istedadli alimin qeleminin mehsulu olan nece nece elmi meqale monoqrafiya derslikden bu gun de ali ve orta ixtisas tibb mekteblerinde genis istifade olunur Tibbi biliklerin gozel tebligatcisi olan Mixail Dmitriyevic Tusinski 1929 cu ilden onun ucun o unudulmaz gunden omrunun sonuna kimi muntezem olaraq Azerbaycana gelmis yaxin qohumlari ile daim mektublasmis respublikamizin tibb ictimaiyyeti qarsisinda tebabetin yoluxucu xesteliklerin hematologiyanin terapiyanin en aktual meseleleri haqqinda muhazireler oxumusdur Qizi Mariya Mixaylovna Tusinskaya atasinin sexsi arxivini qoruyub saxlamisdir Onun sagirdi ve Boyuk Veten muharibesi illerinde en yaxin silahdaslarindan olmus Valentina Stavskayanin ciddi seyleri neticesinde muelliminin heyat ve fealiyyeti barede xeyli maraqli materiallar toplanmisdir Qedirbilen insanlar akademik I P Pavlov adina I Leninrad Tibb Institutunun tibb seherciyinde Karpovka cayinin sahilindeki binalarin birinde gorkemli alimin uzun iller burda islemesini eks etdiren xatire lovhesi vurmuslar MukafatlariXidmetlerine gore 1944 cu ilde onun emeyi Lenin ordeni ile qiymetlendirildi Sonralar onun sinesini ikinci Lenin ordeni Leninqradin mudafiesine gore ve Boyuk Veten muharibesinde serefli emeye gore medallari da bezedi EserleriO gistiocitah krovi pri nekotoryh infekcionnyh zabolevaniyah Terapevticheskij arhiv 1924 t 2 vyp 5 6 sovm s E V Kartashevoj Bolezni sistemy krovi v kn Lang G F Uchebnik vnutrennih boleznej t 1 ch 2 L 1940 str 259 368 Bolezni organov dyhaniya tam zhe str 7 158 MenbeEnver Cingizoglu Mehmandarovlar ATSC nin xeberleri Baki 2002 Hemcinin baxMehmandarovlar Sexs ve ya bioqrafiya haqqinda olan bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin