Fazil Səməd oğlu Qurbanov (18 fevral 1944, Bakı – 23 dekabr 2020, Moskva) — tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2014), AMEA-nın həqiqi üzvü (2017).
Fazil Qurbanov | |
---|---|
Qurbanov Fazil Səməd oğlu | |
Doğum tarixi | 18 fevral 1944 |
Doğum yeri | |
Vəfat tarixi | 23 dekabr 2020 (76 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elmi dərəcəsi | |
Elmi adı |
|
İş yerləri | |
Təhsili | |
Mükafatları |
Həyatı
Fazil Səməd oğlu Qurbanov 1944-cü il fevralın 18-də Bakıda anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir. 1974-cü ildə Respublika Klinik Uroloji Xəstəxanasında cərrahiyyə ixtisası üzrə internatura keçmişdir. 1975-ci ildən Azərbaycan SSR EA Fiziologiya İnstitutunda SSRİ Tibb Elmləri Akademiyasının (TEA) həqiqi üzvü Mustafa Topçubaşovun rəhbərlik etdiyi cərrahiyyə qrupunda elmi işçi kimi fəaliyyətə başlamışdır.
1980-ci ildə SSRİ Ümumittifaq Elmi Cərrahiyyə Mərkəzinin nəzdində cərrahiyyə ixtisası üzrə məqsədli aspiranturaya daxil olmuşdur. 1983-cü ildə akademik B.V.Petrovskinin rəhbərliyi ilə “Cərrahi müalicədən sonra təkrarlanan kardiospazm zamanı pnevmatik kardiodilatasiya” mövzusunda dissertasiyanı uğurla müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsini almışdır.
1984-cü ildə Ümumrusiya Elmi-Tədqiqat Mərkəzinə cərrahiyyə üzrə doktoranturaya göndərilmişdir. 1987-ci ildə SSRİ TEA-nın cərrahiyyə fakültəsində “Qida borusunun bəd və xoşxassəli strikturaları zamanı birmomentli ezofaqoplastika” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1989-cu ildə Azərbaycanda yeni yaradılmış Elmi-Tədqiqat Qastroenterologiya İnstitutuna şöbə müdiri vəzifəsinə dəvət edilmiş və eyni zamanda, Azərbaycan Tibb Universitetinin II cərrahi xəstəliklər kafedrasında professor vəzifəsində fəaliyyət göstərmişdir. O, Ümumrusiya Elmi-Tədqiqat Mərkəzində çalışdığı illərdə mükəmməl mənimsədiyi həzm sistemi xəstəliklərinin cərrahi və konservativ müalicəsinin bir sıra yeni üsullarını burada uğurla tətbiq etmiş, səmərəli elmi-pedaqoji fəaliyyət göstərmişdir.
1999-cu ildə Moskvaya, Rusiya Dəmir Yolları ASC-nin 2 saylı Mərkəzi Klinik Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri vəzifəsinə dəvət olunmuşdur. Eyni zamanda, Rusiya Xalqlar Dostluğu Universitetinin hospital cərrahiyyə kafedrasının professoru seçilmiş və ömrünün sonunadək orada çalışmışdır. 2006–2013-cü illərdə Moskvanın 17 saylı şəhər klinik xəstəxanasında hospital cərrahiyyə şöbəsinin klinik bazasında işləmişdir.
2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, 2017-ci ildə həqiqi üzvü seçilmişdir.
Elmi fəaliyyəti
Elmi və həkimlik fəaliyyəti mədə xorasının cərrahiyyəsi və əməliyyat olunmuş mədənin xəstəlikləri, kardiospazm və əməliyyat olunmuş qida borusunun xəstəlikləri, xoşxassəli capıq daralmalar və qida borusu xərçəngi, qarın boşluğunun və retroperitoneal sahənin minimal invaziv cərrahiyyəsi və rekonstruktiv cərrahiyyə məsələlərinə həsr olunmuşdur. Alim qida borusunun xoş və bədxassəli xəstəlikləri üçün rekonstruktiv əməliyyatların inkişafına böyük töhfə vermiş, bir çox cərrahiyyə klinikalarında istifadə olunan müdaxilələrin aparılması üçün bir sıra orijinal cərrahi alətləri klinik praktikaya tətbiq etmişdir.
Aparılan əməliyyatların mühüm nəticələrindən biri əməliyyatdan sonrakı ölüm hallarının əhəmiyyətli dərəcədə azalması olmuşdur. ilk dəfə olaraq, qida borusunun kompüter tomoqrafiyasından mediastinuma və qonşu orqanlara şiş invaziyasının dərəcəsini qiymətləndirmək üçün istifadə etmişdir. O, kardial axalaziya və kardiospazmın cərrahi müalicəsinin yeni üsullarını işləyib hazırlayaraq kliniki praktikaya tətbiq etmişdir. Görkəmli təbib cərrahi xəstəliklərin müalicəsində minimal invaziv müdaxilələrdən istifadənin yeni üsullarını uğurla inkişaf etdirmiş, xəstələrin xəstəxana şəraitində müalicə müddətini 1 günə endirmişdir.
Cərrahiyyə üzrə 280-dən çox elmi əsərin, o cümlədən 6 monoqrafiya və 2 dərsliyin, 13 ixtiranın və 7 səmərələşdirici təklifin müəllifi olmuşdur. Onun elmi rəhbərliyi ilə 9 doktorluq və 17 namizədlik dissertasiyası müdafiə edilmişdir.
Vəfatı
Akademik Fazil Səməd oğlu Qurbanov 23 dekabr 2020-ci il tarixində Moskva şəhərində vəfat etmişdir. Məzarı Bakıda II Fəxri xiyabandadır.
Diaspor fəaliyyəti
Rusiyanın 70-dən çox regional diaspor təşkilatında birləşmiş çoxmilyonlu Azərbaycan diasporunun rəhbərliyində səmərəli fəaliyyəti ölkələrimiz arasında əlaqələrinin genişləndirilməsi üçün çoxsahəli səmərəli sistem yaratmağa imkan vermişdir. 2016-cı ildə Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qurultayında yekdilliklə bu təşkilatın prezidenti seçilib. Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri olmuşdur.
Üzvü olduğu təşkilatlar
- Rusiya Xalqlar Dostluğu Universitetinin Dissertasiya Şurasının üzvü,
- N.I.Piroqov adına Cərrahlar Assosiasiyasının üzvü,
- Rusiya Endoskopik Cərrahlar Assosiasiyasınin üzvü
- Torakal Cərrahlar Assosiasiyasınin, Beynəlxalq Cərrahlar Kollecinin üzvü,
- Moskvada və Azərbaycanda işıq üzü görən “Cərrahiyyə” jurnalları redaksiya heyətlərinin üzvü.
Təltifləri
2019-cu ildə o “” ordeni, “Dədə Qorqud” Milli Fondu tərəfindən “Qızıl ürək” medalı ilə təltif olunmuşdur. 2016-cı ildə Azərbaycanın Əməkdar elm xadimi fəxri adına, 2017-ci ildə Moskva şəhərində elmə verdiyi töhfələrə görə Rusiya Təbiət Elmləri Akademiyasının A.X.Mirzəcanzadə adına beynəlxalq gümüş medalına layiq görülmüşdür.
Xatirəsinin yaşadılması
2024-cü ildə aprelin 4-də AMEA-nın Rəyasət Heyəti və AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə akademikin anadan olmasının 80 illiyinə həsr edilmiş tədbir keçirilib.
İstinadlar
- "Qurbanov Fazil Səməd oğlu" (az.). science.gov.az. 2017. 2020-08-14 tarixində . İstifadə tarixi: 2017-04-02.
- "AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb". 2020-10-28 tarixində . İstifadə tarixi: 2017-05-02.
- Bu gün adı Azərbaycan səhiyyəsində yaxşı tanınan, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, tibb elmləri doktoru, professor Fazil Qurbanovun 80 yaşı tamam olur.
- "Fazil Qurbanov vəfat etdi". 2024-04-06 tarixində . İstifadə tarixi: 2024-04-06.
- Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri, akademik Fazil Qurbanov vəfat edib
- Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsə “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- "Dünya şöhrətli cərrah". 2024-04-05 tarixində . İstifadə tarixi: 2024-04-05.
- "AMEA-da akademik Fazil Qurbanovun 80 illiyinə həsr olunmuş tədbir keçirilib". 2024-04-05 tarixində . İstifadə tarixi: 2024-04-06.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediyada bu adli diger sexsler haqqinda da meqaleler var bax Fazil Fazil Semed oglu Qurbanov 18 fevral 1944 Baki 23 dekabr 2020 Moskva tibb elmleri doktoru professor AMEA nin muxbir uzvu 2014 AMEA nin heqiqi uzvu 2017 Fazil QurbanovQurbanov Fazil Semed ogluDogum tarixi 18 fevral 1944 1944 02 18 Dogum yeri Baki Azerbaycan SSR SSRIVefat tarixi 23 dekabr 2020 2020 12 23 76 yasinda Vefat yeri Moskva RusiyaDefn yeri II Fexri XiyabanElmi derecesi tibb elmleri doktoruElmi adi professor d Is yerleri Fiziologiya Institutu Azerbaycan Tibb Universiteti Rusiya Xalqlar Dostlugu UniversitetiTehsili Azerbaycan Tibb UniversitetiMukafatlariHeyatiFazil Semed oglu Qurbanov 1944 cu il fevralin 18 de Bakida anadan olmusdur 1973 cu ilde Azerbaycan Dov let Tibb Institutunun mualice profilaktika fakultesini bitirmisdir 1974 cu ilde Res publika Klinik Uroloji Xestexanasinda cerrahiyye ixtisasi uzre internatura kec misdir 1975 ci ilden Azerbaycan SSR EA Fiziologiya Institutunda SSRI Tibb Elmleri Akademiyasinin TEA heqiqi uzvu Mustafa Topcubasovun rehberlik etdiyi cerrahiyye qrupunda elmi isci kimi fealiyyete baslamisdir 1980 ci ilde SSRI Umumittifaq Elmi Cerrahiyye Merkezinin nezdinde cer rahiyye ixtisasi uzre meqsedli aspi ranturaya daxil olmusdur 1983 cu ilde akademik B V Petrovskinin rehberliyi ile Cerrahi mualiceden sonra tekrarlanan kardiospazm zamani pnevmatik kardi odilatasiya movzusunda dissertasiya ni ugurla mudafie ederek tibb elmleri namizedi elmi derecesini almisdir 1984 cu ilde Umumru siya Elmi Tedqiqat Merkezine cerrahiy ye uzre doktoranturaya gonderilmisdir 1987 ci ilde SSRI TEA nin cerrahiyye fakultesinde Qida borusunun bed ve xosxasseli strikturalari zamani birmo mentli ezofaqoplastika movzusunda doktorluq dissertasiyasini mudafie et misdir 1989 cu ilde Azerbaycanda yeni yaradilmis Elmi Tedqiqat Qastroenterologiya Insti tutuna sobe mudiri vezifesine devet edilmis ve eyni zamanda Azerbaycan Tibb Universitetinin II cerrahi xestelik ler kafedrasinda professor vezifesinde fealiyyet gostermisdir O Umumrusi ya Elmi Tedqiqat Merkezinde calis digi illerde mukemmel menimsediyi hezm sistemi xesteliklerinin cerrahi ve konservativ mualicesinin bir sira yeni usullarini burada ugurla tetbiq etmis semereli elmi pedaqoji fealiyyet goster misdir 1999 cu ilde Moskvaya Rusiya Demir Yollari ASC nin 2 sayli Merkezi Klinik Xestexa nasinin cerrahiyye sobesinin mudiri vezifesine devet olunmusdur Eyni za manda Rusiya Xalqlar Dostlugu Univer sitetinin hospital cerrahiyye kafedrasinin professoru secilmis ve omrunun sonu nadek orada calismisdir 2006 2013 cu illerde Moskvanin 17 sayli seher klinik xestexanasinda hospital cerrahiyye so besinin klinik bazasinda islemisdir 2014 cu ilde Azer baycan Milli Elmler Akademiyasinin AMEA muxbir uzvu 2017 ci ilde heqiqi uzvu secilmisdir Elmi fealiyyetiElmi ve hekimlik fealiyyeti mede xo rasinin cerrahiyyesi ve emeliyyat olun mus medenin xestelikleri kardiospazm ve emeliyyat olunmus qida borusunun xestelikleri xosxasseli capiq daral malar ve qida borusu xercengi qarin boslugunun ve retroperitoneal sahe nin minimal invaziv cerrahiyyesi ve rekonstruktiv cerrahiyye meselelerine hesr olunmusdur Alim qida borusunun xos ve bedxasseli xestelikleri ucun re konstruktiv emeliyyatlarin inkisafina boyuk tohfe vermis bir cox cerrahiy ye klinikalarinda istifade olunan mu daxilelerin aparilmasi ucun bir sira orijinal cerrahi aletleri klinik praktikaya tetbiq etmisdir Aparilan emeliyyatlarin muhum ne ticelerinden biri emeliyyatdan sonraki olum hallarinin ehemiyyetli derecede azalmasi olmusdur ilk defe olaraq qida borusunun kompu ter tomoqrafiyasindan mediastinuma ve qonsu orqanlara sis invaziyasinin derecesini qiymetlendirmek ucun isti fade etmisdir O kardial axalaziya ve kardiospazmin cerrahi mualicesinin yeni usullarini isleyib hazirlayaraq kli niki praktikaya tetbiq etmisdir Gorkemli tebib cerrahi xesteliklerin mualicesinde minimal invaziv mudaxilelerden istifa denin yeni usullarini ugurla inkisaf et dirmis xestelerin xestexana seraitinde mualice muddetini 1 gune endirmisdir Cerrahiyye uzre 280 den cox elmi eserin o cumleden 6 monoqrafiya ve 2 dersliyin 13 ixtiranin ve 7 semerelesdirici teklifin muellifi ol musdur Onun elmi rehberliyi ile 9 dok torluq ve 17 namizedlik dissertasiyasi mudafie edilmisdir Vefati Akademik Fazil Semed oglu Qur banov 23 dekabr 2020 ci il tarixinde Moskva seherinde vefat etmisdir Mezari Bakida II Fexri xiya bandadir Diaspor fealiyyeti Rusiyanin 70 den cox regional diaspor teskilatinda birlesmis coxmil yonlu Azerbaycan diasporunun rehber liyinde semereli fealiyyeti olkelerimiz arasinda elaqelerinin genislendirilmesi ucun coxsaheli semereli sistem yarat maga imkan vermisdir 2016 ci ilde Umumrusiya Azerbaycan Konqresinin UAK qurultayinda yekdillikle bu teskilatin prezidenti secilib Rusiyanin Azerbaycan Diaspor Teskilatlari Konfederasiyasinin sedri olmusdur Uzvu oldugu teskilatlarRusiya Xalqlar Dost lugu Universitetinin Dissertasiya Sura sinin uzvu N I Piroqov adina Cerrahlar Assosiasiyasinin uzvu Rusiya Endoskopik Cerrahlar Assosiasiyasinin uzvu Torakal Cerrahlar Assosiasiyasinin Beynelxalq Cerrahlar Kollecinin uzvu Moskvada ve Azerbaycanda isiq uzu goren Cer rahiyye jurnallari redaksiya heyetleri nin uzvu Teltifleri2019 cu ilde o Sohret ordeni Dede Qorqud Milli Fondu terefinden Qizil urek medali ile teltif olunmus dur 2016 ci ilde Azerbaycanin Emek dar elm xadimi fexri adina 2017 ci ilde Moskva seherinde elme verdiyi tohfelere gore Rusiya Tebiet Elmle ri Akademiyasinin A X Mirzecanzade adina beynelxalq gumus medalina la yiq gorulmusdur Xatiresinin yasadilmasi2024 cu ilde aprelin 4 de AMEA nin Reyaset Heyeti ve AMEA nin Biologiya ve Tibb Elmleri Bolmesinin birge teskilatciligi ile akademikin anadan olmasinin 80 illiyine hesr edilmis tedbir kecirilib Istinadlar Qurbanov Fazil Semed oglu az science gov az 2017 2020 08 14 tarixinde Istifade tarixi 2017 04 02 AMEA nin heqiqi ve muxbir uzvluyune kecirilen seckilerin neticeleri aciqlanib 2020 10 28 tarixinde Istifade tarixi 2017 05 02 Bu gun adi Azerbaycan sehiyyesinde yaxsi taninan Emekdar elm xadimi AMEA nin heqiqi uzvu tibb elmleri doktoru professor Fazil Qurbanovun 80 yasi tamam olur Fazil Qurbanov vefat etdi 2024 04 06 tarixinde Istifade tarixi 2024 04 06 Rusiyanin Azerbaycan Diaspor Teskilatlari Konfederasiyasinin sedri akademik Fazil Qurbanov vefat edib Dunya Azerbaycanlilarinin Hemreylik Gunu munasibetile bir qrup sexse Emekdar elm xadimi fexri adinin verilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin Serencami Dunya sohretli cerrah 2024 04 05 tarixinde Istifade tarixi 2024 04 05 AMEA da akademik Fazil Qurbanovun 80 illiyine hesr olunmus tedbir kecirilib 2024 04 05 tarixinde Istifade tarixi 2024 04 06