Bu məqaləni lazımdır. |
Mixail Haneke (alm. Michael Haneke) — Avstriya kino sənətçisi
Mixail Haneke | |
---|---|
alm. Michael Haneke | |
Doğum tarixi | |
Doğum yeri | Münhen, Almaniya |
Vətəndaşlığı | |
Fəaliyyəti | kinorejissor, ssenarist, yazıçı, universitet müəllimi[d], film tənqidçisi[d], teatr rejissoru, kino aktyoru, rejissor |
Fəaliyyət illəri | 1974-cü ildən |
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları | |
IMDb | ID0359734 |
Vikianbarda əlaqəli mediafayllar |
Mixail Haneke 1942-ci il martın 23-də Almaniyanın Münhen şəhərində aktyor ailəsində doğulub. İkinci Dünya müharibəsi Hanekelər ailəsini Avstriyadakı sakit, müharibənin səs-küyündən uzaq bir şəhərciyə - Viner Noyştadta köçməyə məcbur edir. Mixail tələbəlik illərini Vyana Universitetində psixologiya, filologiya və teatr sənətinin öyrənməklə keçirib. Ali təhsilini başa vurduqdan sonra alman telekanallarından birində redaktor işləməyə başlayıb. 1970-ci ildən etibarən televiziya filmləri üçün ssenarilər yazıb. Kiçik ekranda rejissor kimi ilk debütü 1974-cü ildə çəkdiyi "Liverpuldan sonra" filmi olub. 1974-86-cı illər arasında səkkiz televiziya filmi çəkib və paralel olaraq Vyana, Münhen, Berlin, Hamburq teatrlarında tamaşalar qoyub.
İlk tammetrajlı bədii filmini 1989-cu ildə çəkib. "Yeddinci qitə" filmi Lokarno festivalının müsabiqə proqramında iştirak edib. Bu filmdə Hanekenin rejissor stilinin, hadisələrə baxış bucağının ilk elementləri cücərməyə başlayır. Rejissor özünəxas, sonrakı filmlərində inkişaf edərək daha genişlənəcək bir tərzdə - ekranda baş verənlərin kənardan, soyuq başla müşahidəsi - tamaşaçılara üç nəfərdən ibarət bir ailənin (ana, ata və qız) həyatını göstərir. Onların həyatlarında "qara zolaq" mərhələsidi. Birlikdə olanda, demək olar ki, heç kim danışmır. Sükutun səbəbləri açıqlanmır. Finalda ailə intihar eləyir. Niyə? Rejissorun bunu açıqlamaq fikri yoxdu, o, yalnız göstərir, danışmır. Çünki biz əhvalat danışanda istər-istəməz ona öz hisslərimizi, intonasiyalarımızı da əlavə edirik və bu, artıq kiminsə başqasının yox, bizim əhvalatımız olur... Hazırda bu cür yanaşmanı "Hanekenin üslubu" adlandırırlar. Rejissorun növbəti filmində - "Benninin videosu"nda (1992) bu üslub artıq tam təsdiqini tapmışdı. Filmin baş qəhrəmanı yeniyetmə Benninin otağı televiziya studiyası kimi təchiz olunub. Orda cürbəcür monitorlar, televizorlar, videomaqnitofonlar, kameralar var. Benninin yalnız bir ehtirası var - ikinci dərəcəli amerikan "boyeviklərinə" və "home video" tərzində çəkilmiş dəhşət filmlərinə baxmaq... Bu ehtiras onunla nəticələnir ki, oğlan təzəcə tanış olduğu qızı öldürür... Valideynləri bütün dəlilləri gizlədərək Bennini səyahətə göndərirlər. Səfərdən qayıdan Benni polisə gedib cinayətini etiraf edir. "Benninin videosu" Avropa Kinoakademiyasının "Fipressi" mükafatına layiq görülüb.
1994-cü ildə "Xronoloji təsadüflərdən ibarət 71 fraqment" filmiylə Hanekenin yaradıcılığının birinci mərhələsi başlayır. Filmdə müəllif öz qəhrəmanlarına son dərəcə soyuq münasibət bəsləyir. Film Beynəlxalq Kataloniya Festivalında "Ən yaxşı ssenari" və "Ən yaxşı film" nominasiyalarının qalibi olur.
1997-ci ildə Mixail Haneke ilk dəfə Kannın qırmızı xalçasına ayaq basır. Onun "Əyləncəli oyunlar"ı festivalın ən çox müzakirə olunan filmlərindən birinə çevrilir. Nümayiş zamanı tamaşaçıların əksəriyyəti ilə birlikdə rejissorun həmvətəni, Kannda "Zorakılığın sonu" filmiylə iştirak edən Vim Venders də salondan çıxır. Səkkiz ildən sonra onlar yenə də Kannda "qarşılaşacaqlar" - Haneke "Kaşe", Venders isə "Döymədən girin" filmi ilə...
"Əyləncəli oyunlar"dan sonra rejissor ssenarisini hələ 90-cı illərdə yazdığı "Canavarların zamanı" filmi üzərində işə başlayır. Lakin son anda yaranan maliyyə problemləri ucbatından layihə növbəti dəfə təxirə salınır. Məcburi işsizlik dövründə rejissor məşhur fransız aktrisası Jülyet Binoşa zəng eləyir və onunla işləmək istədiyini bildirir. Beləliklə, "Naməlum şifrə: bir neçə səyahətin yarımçıq hekayətləri" filminin sxemi cızılır (2000). Haneke bu filmində "Xronoloji təsadüflərdən ibarət 71 fraqment"dəki priyomları cilalayır. Rejissor fraqmentar təhkiyə üsuluna müraciət edir. (Hər epizod bir plandan ibarətdir. Öz növbəsində hər planın uzunluğu da epizodun ölçüsündən asılıdır). Pərakəndə şəkildə nəql olunan bir neçə əhvalat sonda birləşərək müasir Fransanın, müasir Avropanın vahid mənzərəsini yaradır. M. Haneke ilk dəfə sadəcə konkret bir insandan daha çox, cəmiyyətin problemlərindən danışırdı. "Naməlum şifrə" Kann festivalının müsabiqə proqramına daxil edilir və Ekumenik (xristian) Jürinin mükafatını qazanır.
Bir ildən sonra isə Haneke, "Pianoçu qadın" filmilə yenidən Kannın mavi sahillərinə qayıdır və bu dəfə ordan düz üç mükafat aparır - Qran-Pri, ən yaxşı kişi (Benua Majimel) və ən yaxşı qadın (İzabel Yüpper) roluna görə mükafatlar.
"Pianoçu qadın" avstriyalı yazıçı Elfrida Elinekin romanı əsasında çəkilib. Orta yaşlı pionino müəlliməsi özündən xeyli cavan şagirdinə vurulur. Sevgisi, ehtirası artdıqca qadının gizli arzuları, fantaziyaları da üzə çıxır.
Haneke bu filmində "Avstriya əxlaqının (oxu- burjua əxlaqı)" iç üzünü açıb.
Əgər 2001-ci ilə qədər Haneke yalnız festivallarda tanınırdısa, Kanndakı zəfərindən sonra adı təkcə Avropada yox, ABŞ-də da məşhurlaşır. "Pianoçu qadın" bütün dünyanın kinoteatrlarında nümayiş olunur ki, bu, art-kino üçün çox böyük bir nailiyyət idi. Sadəcə, mükafat yox, həm də istədiyi layihəni çəkmək imkanı qazanan Haneke "Canavarlar zamanı" filminin çəkilişlərinə başlayır.
Anna (İzabel Yüpper) ailəsi birlikdə şəhərkənarı evinə gəlir və xoşagəlməz sürprizlə qarşılaşır. Evdə yadlar məskən salıb, çıxmaq fikirləri də yoxdur. Annanın həyat yoldaşı qəfil açılan güllənin qurbanı olur, özü isə uşaqları ilə birlikdə çöllükdə gizlənir.
Film Kannın müsabiqə bölməsində iştirak edə bilmədi, çünki 2003-cü ildə münsiflər heyətinə sədrlik edən Patris Şero "Canavarların zamanı"nda çəkilmişdi. Ekran əsəri müsabiqədən kənar göstərildi və Hanekenin, demək olar ki, bütün əvvəlki işləri kimi ziddiyyətli reaksiyalar yaratdı. Kimlərsə film müsabiqəyə salınmadığı üçün heyfsiləndi, kimlərsə dedi ki, rejissor yerində saymağa başlayıb.
Lakin Kann Mixail Hanekedən ötrü sehrli şəhər idi. İlk uğuru da, uğursuzluğu da burada dadmışdı. Ona görə də 2005-ci ildə Haneke bir də Kanna gəldi. Bu dəfə o, "Kaşe" filmini gətirmişdi.
Yenə də üç nəfərdən ibarət ailə - ata, ana və oğul. Hər iki valideyn mediya sahəsində tanınmış intellektuallardı. Səhər işə, axşam evə gedir, qonaq qəbul eləyir, pəncərədən baxır, yemək yeyirlər və sair. Bir sözlə, həyatlarında qeyri-adi, onları başqalarından fərqləndirən heç nə yoxdu. Amma kimsə gecə-gündüz bu sıravi həyatı videoya çəkib, onlara göndərir. Videokasetlərin sayı artdıqca tədricən, təsvirlərdə gərginlik yaranmağa, necə deyərlər, "sandıqlar açılıb, pambıqlar tökülməyə başlayır"...
"Kaşe" - fransızca "gizli, xəlvət" deməkdir. Həmçinin kinematoqrafik termindir. Kadrın çərçivəsi kiçildilib, tamaşaçı ekranda yalnız kameranın ona göstərdiyini görür. Ekran açar deşiyini xatırladır. Sanki zalda oturan tamaşaçı xəlvətcə başqasının həyatını izləyir. Film tənqidçilərin favoritinə çevrildi, çoxları "Qızıl palma budağı"nın ona veriləcəyini gözləyirdi, lakin münsiflər heyəti başqa qərar verdi. "Kaşe" FİPRESSİ-nin və Ekumenik Jürinin mükafatlarını aldı, Haneke isə festivalın ən yaxşı rejissoru adına layiq görüldü. İlin sonunda isə Avropa Kinoakademiyası "Kaşe"ni 2005-ci ilin ən yaxşı filmi elan etdi.
Və nəhayat, 2009-ci il. 62-ci Kann... İkinci "Qızıl palma budağı"... Festivalın "qəhrəmanı" Mixail Haneke və onun "Ağ lent" filmi oldu.
"Ağ lent"də hadisələr Birinci Dünya müharibəsi ərəfəsində protestant Şimali Almaniyada baş verir və kilsə xorunda oxuyan uşaqlardan və yeniyetmələrdən bəhs edir. Xoru kənd müəllimi və uşaqların ailələri dəstəkləyir, maliyyələşdirir. Qəflətən baş verən sirli bədbəxt hadisə get-gedə cəza ritualına bənzəməyə başlayır.
Özünə xilaf çıxmayan rejissor, həmişəki kimi, "Ağ lent"də də fərdlərin timsalında Avropa cəmiyyətinin problemlərini, qüsurlarını araşdırır.
Mixail Haneke antiburjua rejissorudur. O da həmvətəni yazıçı Elfrida Elinek kimi vətənində autsayderdi. Hər ikisinin yaradıcılığı Avstriyanın həm orta, həm də yuxarı təbəqəsində onlara qarşı kin yaradır. Çünki hər ikisi tez-tez birbaşa, ya da dolayısı ilə həmvətənlərinə xatırladırlar ki, Hitlerin və faşizmin vətəni məhz Avstriyadır. Hər ikisi yuxarı təbəqənin kütlüyünü, özündənrazılığını tənqid edir və heç vaxt güzəştə getmirlər. Amma Elinekin taleyi Hanekedən fərqlənir- Nobel mükafatını alandan sonra opponentləri səslərini kəsiblər. Haneke isə faşizm meylli partiyanın lideri Yorq Hayderin seçkilərdə qələbəsinə protest olaraq daha vətənində film çəkmir, 2000-ci ildən etibarən Fransada işləyir. Dediyinə görə, "Fransada nəfəs almaq daha rahatdı". Amma rejissor yenə də güzəştə getmir. "Kaşe" filmində Haneke fransızlara "hücum edir", Fransa tarixindəki bəzi rüsvayçı səhifələri, xüsusilə də çoxsaylı əlcəzairlinin ölümüylə nəticələnmiş 1961-ci il hadisələrini onların yadına salır.
"Əsas məsələ onda deyil ki, mən zorakılığı necə göstərirəm, mən zorakılığı yox, ona münasibətdə tamaşaçının vəziyyətini özünə göstərirəm". Bu cümlə Hanekenin bütün yaradıcılığını xarakterizə edir. O, zorakılığı araşdıra-araşdıra əslində tamaşaçını tədqiq edir. Tamaşaçını tədqiq edərək müasir sosium barədə nəticələr çıxarır. Cəmiyyətə nəzər salır və orda zorakılıq görür. Dairə qapanır. Psixoloq və filosof Mixail Haneke isə hamımız üçün xoşagəlməz verdiktlər çıxarmaqda davam eləyir.
Mənbə
- "Liverpuldan sonra" olanlar "Ağ lent"də[ölü keçid]
- Museum of Modern Art online collection (ing.).
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Mixail Haneke alm Michael Haneke Avstriya kino senetcisiMixail Hanekealm Michael Haneke Dogum tarixi 23 mart 1942 82 yas Dogum yeri Munhen AlmaniyaVetendasligi AvstriyaFealiyyeti kinorejissor ssenarist yazici universitet muellimi d film tenqidcisi d teatr rejissoru kino aktyoru rejissorFealiyyet illeri 1974 cu ildenTehsili Vyana UniversitetiUzvluyu Berlin Incesenet Akademiyasi d MukafatlariIMDb ID0359734 Vikianbarda elaqeli mediafayllar Mixail Haneke 1942 ci il martin 23 de Almaniyanin Munhen seherinde aktyor ailesinde dogulub Ikinci Dunya muharibesi Hanekeler ailesini Avstriyadaki sakit muharibenin ses kuyunden uzaq bir seherciye Viner Noystadta kocmeye mecbur edir Mixail telebelik illerini Vyana Universitetinde psixologiya filologiya ve teatr senetinin oyrenmekle kecirib Ali tehsilini basa vurduqdan sonra alman telekanallarindan birinde redaktor islemeye baslayib 1970 ci ilden etibaren televiziya filmleri ucun ssenariler yazib Kicik ekranda rejissor kimi ilk debutu 1974 cu ilde cekdiyi Liverpuldan sonra filmi olub 1974 86 ci iller arasinda sekkiz televiziya filmi cekib ve paralel olaraq Vyana Munhen Berlin Hamburq teatrlarinda tamasalar qoyub Ilk tammetrajli bedii filmini 1989 cu ilde cekib Yeddinci qite filmi Lokarno festivalinin musabiqe proqraminda istirak edib Bu filmde Hanekenin rejissor stilinin hadiselere baxis bucaginin ilk elementleri cucermeye baslayir Rejissor ozunexas sonraki filmlerinde inkisaf ederek daha genislenecek bir terzde ekranda bas verenlerin kenardan soyuq basla musahidesi tamasacilara uc neferden ibaret bir ailenin ana ata ve qiz heyatini gosterir Onlarin heyatlarinda qara zolaq merhelesidi Birlikde olanda demek olar ki hec kim danismir Sukutun sebebleri aciqlanmir Finalda aile intihar eleyir Niye Rejissorun bunu aciqlamaq fikri yoxdu o yalniz gosterir danismir Cunki biz ehvalat danisanda ister istemez ona oz hisslerimizi intonasiyalarimizi da elave edirik ve bu artiq kiminse basqasinin yox bizim ehvalatimiz olur Hazirda bu cur yanasmani Hanekenin uslubu adlandirirlar Rejissorun novbeti filminde Benninin videosu nda 1992 bu uslub artiq tam tesdiqini tapmisdi Filmin bas qehremani yeniyetme Benninin otagi televiziya studiyasi kimi techiz olunub Orda curbecur monitorlar televizorlar videomaqnitofonlar kameralar var Benninin yalniz bir ehtirasi var ikinci dereceli amerikan boyeviklerine ve home video terzinde cekilmis dehset filmlerine baxmaq Bu ehtiras onunla neticelenir ki oglan tezece tanis oldugu qizi oldurur Valideynleri butun delilleri gizlederek Bennini seyahete gonderirler Seferden qayidan Benni polise gedib cinayetini etiraf edir Benninin videosu Avropa Kinoakademiyasinin Fipressi mukafatina layiq gorulub 1994 cu ilde Xronoloji tesaduflerden ibaret 71 fraqment filmiyle Hanekenin yaradiciliginin birinci merhelesi baslayir Filmde muellif oz qehremanlarina son derece soyuq munasibet besleyir Film Beynelxalq Kataloniya Festivalinda En yaxsi ssenari ve En yaxsi film nominasiyalarinin qalibi olur 1997 ci ilde Mixail Haneke ilk defe Kannin qirmizi xalcasina ayaq basir Onun Eylenceli oyunlar i festivalin en cox muzakire olunan filmlerinden birine cevrilir Numayis zamani tamasacilarin ekseriyyeti ile birlikde rejissorun hemveteni Kannda Zorakiligin sonu filmiyle istirak eden Vim Venders de salondan cixir Sekkiz ilden sonra onlar yene de Kannda qarsilasacaqlar Haneke Kase Venders ise Doymeden girin filmi ile Eylenceli oyunlar dan sonra rejissor ssenarisini hele 90 ci illerde yazdigi Canavarlarin zamani filmi uzerinde ise baslayir Lakin son anda yaranan maliyye problemleri ucbatindan layihe novbeti defe texire salinir Mecburi issizlik dovrunde rejissor meshur fransiz aktrisasi Julyet Binosa zeng eleyir ve onunla islemek istediyini bildirir Belelikle Namelum sifre bir nece seyahetin yarimciq hekayetleri filminin sxemi cizilir 2000 Haneke bu filminde Xronoloji tesaduflerden ibaret 71 fraqment deki priyomlari cilalayir Rejissor fraqmentar tehkiye usuluna muraciet edir Her epizod bir plandan ibaretdir Oz novbesinde her planin uzunlugu da epizodun olcusunden asilidir Perakende sekilde neql olunan bir nece ehvalat sonda birleserek muasir Fransanin muasir Avropanin vahid menzeresini yaradir M Haneke ilk defe sadece konkret bir insandan daha cox cemiyyetin problemlerinden danisirdi Namelum sifre Kann festivalinin musabiqe proqramina daxil edilir ve Ekumenik xristian Jurinin mukafatini qazanir Bir ilden sonra ise Haneke Pianocu qadin filmile yeniden Kannin mavi sahillerine qayidir ve bu defe ordan duz uc mukafat aparir Qran Pri en yaxsi kisi Benua Majimel ve en yaxsi qadin Izabel Yupper roluna gore mukafatlar Pianocu qadin avstriyali yazici Elfrida Elinekin romani esasinda cekilib Orta yasli pionino muellimesi ozunden xeyli cavan sagirdine vurulur Sevgisi ehtirasi artdiqca qadinin gizli arzulari fantaziyalari da uze cixir Haneke bu filminde Avstriya exlaqinin oxu burjua exlaqi ic uzunu acib Eger 2001 ci ile qeder Haneke yalniz festivallarda taninirdisa Kanndaki zeferinden sonra adi tekce Avropada yox ABS de da meshurlasir Pianocu qadin butun dunyanin kinoteatrlarinda numayis olunur ki bu art kino ucun cox boyuk bir nailiyyet idi Sadece mukafat yox hem de istediyi layiheni cekmek imkani qazanan Haneke Canavarlar zamani filminin cekilislerine baslayir Anna Izabel Yupper ailesi birlikde seherkenari evine gelir ve xosagelmez surprizle qarsilasir Evde yadlar mesken salib cixmaq fikirleri de yoxdur Annanin heyat yoldasi qefil acilan gullenin qurbani olur ozu ise usaqlari ile birlikde collukde gizlenir Film Kannin musabiqe bolmesinde istirak ede bilmedi cunki 2003 cu ilde munsifler heyetine sedrlik eden Patris Sero Canavarlarin zamani nda cekilmisdi Ekran eseri musabiqeden kenar gosterildi ve Hanekenin demek olar ki butun evvelki isleri kimi ziddiyyetli reaksiyalar yaratdi Kimlerse film musabiqeye salinmadigi ucun heyfsilendi kimlerse dedi ki rejissor yerinde saymaga baslayib Lakin Kann Mixail Hanekeden otru sehrli seher idi Ilk uguru da ugursuzlugu da burada dadmisdi Ona gore de 2005 ci ilde Haneke bir de Kanna geldi Bu defe o Kase filmini getirmisdi Yene de uc neferden ibaret aile ata ana ve ogul Her iki valideyn mediya sahesinde taninmis intellektuallardi Seher ise axsam eve gedir qonaq qebul eleyir pencereden baxir yemek yeyirler ve sair Bir sozle heyatlarinda qeyri adi onlari basqalarindan ferqlendiren hec ne yoxdu Amma kimse gece gunduz bu siravi heyati videoya cekib onlara gonderir Videokasetlerin sayi artdiqca tedricen tesvirlerde gerginlik yaranmaga nece deyerler sandiqlar acilib pambiqlar tokulmeye baslayir Kase fransizca gizli xelvet demekdir Hemcinin kinematoqrafik termindir Kadrin cercivesi kicildilib tamasaci ekranda yalniz kameranin ona gosterdiyini gorur Ekran acar desiyini xatirladir Sanki zalda oturan tamasaci xelvetce basqasinin heyatini izleyir Film tenqidcilerin favoritine cevrildi coxlari Qizil palma budagi nin ona verileceyini gozleyirdi lakin munsifler heyeti basqa qerar verdi Kase FIPRESSI nin ve Ekumenik Jurinin mukafatlarini aldi Haneke ise festivalin en yaxsi rejissoru adina layiq goruldu Ilin sonunda ise Avropa Kinoakademiyasi Kase ni 2005 ci ilin en yaxsi filmi elan etdi Ve nehayat 2009 ci il 62 ci Kann Ikinci Qizil palma budagi Festivalin qehremani Mixail Haneke ve onun Ag lent filmi oldu Ag lent de hadiseler Birinci Dunya muharibesi erefesinde protestant Simali Almaniyada bas verir ve kilse xorunda oxuyan usaqlardan ve yeniyetmelerden behs edir Xoru kend muellimi ve usaqlarin aileleri destekleyir maliyyelesdirir Qefleten bas veren sirli bedbext hadise get gede ceza ritualina benzemeye baslayir Ozune xilaf cixmayan rejissor hemiseki kimi Ag lent de de ferdlerin timsalinda Avropa cemiyyetinin problemlerini qusurlarini arasdirir Mixail Haneke antiburjua rejissorudur O da hemveteni yazici Elfrida Elinek kimi veteninde autsayderdi Her ikisinin yaradiciligi Avstriyanin hem orta hem de yuxari tebeqesinde onlara qarsi kin yaradir Cunki her ikisi tez tez birbasa ya da dolayisi ile hemvetenlerine xatirladirlar ki Hitlerin ve fasizmin veteni mehz Avstriyadir Her ikisi yuxari tebeqenin kutluyunu ozundenraziligini tenqid edir ve hec vaxt guzeste getmirler Amma Elinekin taleyi Hanekeden ferqlenir Nobel mukafatini alandan sonra opponentleri seslerini kesibler Haneke ise fasizm meylli partiyanin lideri Yorq Hayderin seckilerde qelebesine protest olaraq daha veteninde film cekmir 2000 ci ilden etibaren Fransada isleyir Dediyine gore Fransada nefes almaq daha rahatdi Amma rejissor yene de guzeste getmir Kase filminde Haneke fransizlara hucum edir Fransa tarixindeki bezi rusvayci sehifeleri xususile de coxsayli elcezairlinin olumuyle neticelenmis 1961 ci il hadiselerini onlarin yadina salir Esas mesele onda deyil ki men zorakiligi nece gosterirem men zorakiligi yox ona munasibetde tamasacinin veziyyetini ozune gosterirem Bu cumle Hanekenin butun yaradiciligini xarakterize edir O zorakiligi arasdira arasdira eslinde tamasacini tedqiq edir Tamasacini tedqiq ederek muasir sosium barede neticeler cixarir Cemiyyete nezer salir ve orda zorakiliq gorur Daire qapanir Psixoloq ve filosof Mixail Haneke ise hamimiz ucun xosagelmez verdiktler cixarmaqda davam eleyir Menbe Liverpuldan sonra olanlar Ag lent de olu kecid Museum of Modern Art online collection ing