Z1 — alman mühəndisi Konrad Zuse tərəfindən yaradılan bu qurğu ilk məhdud proqramlaşdırılabilən hesablama maşını idi. Verilənlər qurğuya onluq say sistemində, sürüşkən nöqtəli ədədlər şəklində daxil edilirdi və həmin formada çıxışa verilirdi. Komandalar və verilənlər yazı makinası əsasında düzəldilmiş klaviatura vasitəsilə daxil edilirdi, çıxış isə lampalardan qurulmuş kiçik panelə verilirdi. Yaddaş isə növbələnən şüşə qatları və metal lövhələrdən ibarət kondesator vasitəsilə təşkil olunmuşdu. Belə konstruksiya 64 sayda 22-bitlik həqiqi ədədi saxlamağa imkan verirdi; 14 bit mantissaya, 8 bit isə işarəyə və tərtibə ayrılırdı. Prosessor 2 ədəd 22-bitlik registrdən ibarət idi. Takt tezliyi 1 Hz, sürət isə orta hesabla 5 saniyədə 1 vurma əməlinə bərabər idi. Maşın perfokartları oxuyan qurğu ilə təchiz olunmuşdu və gücü 1 kilovatt olan tozsoran vasitəsilə hərəkətə gətirilirdi. Vurma və bölmə vaxtilə Blez Paskalın özünün “Paskalina” (PASCALINE) adı ilə tanınan hesab maşınında (ARITHMETIC MACHINE) istifadə etdiyi təkrar toplama və çıxma prosedurlarının köməyilə yerinə yetirilirdi. Proqramın oxunan komandaları yaddaşa yüklənmədən dərhal icra olunurdu. Z1 etibarlı işləmirdi, çünki onun hissələrinin işi yetərincə dəqiq deyildi. Bu maşın praktik hesablamalarda istifadə olunmayıb. Buna baxmayaraq, Zuse yaratdığı maşının işindən razı idi. Onun sonradan işləyib hazırladığı proqramlaşdırılabilən başqa maşınlar – Z2, Z3, Z4 və s. məhz Z1 maşınına əsaslanırdı. İkinci dünya müharibəsinin gedişində Berlinin bombalanması zamanı Z1 maşınının orijinalı və ona aid bütün sənədlər məhv oldu. Ancaq 1987-1989-cu illərdə Zuse Siemens və beş başqa şirkətin maliyyə dəstəyi ilə Z1 maşınını yenidən qurdu. Bitmiş model 30 komponentdən ibarət idi.
Konrad Zuse Tsuze Berlində təyyarə zavodunda mühəndis kimi fəaliyyət göstərirdi. O, təyyarələrin statik hesabatları və riyazi məsələlərin həlli zamanı bu işlərin avtomatlaşdırılması üzərində düşünməyə başlayır. Tsuzenin ideyası dişli çarxlar və ştanqalardan imtina etmək və dual say sistemindən istifadə etməklə yeni bir məntiqə əsaslanan hesablama maşını düzəltməkdən ibarət idi. Artıq 1938-ci ildə, o, özünün ilk sınaq maşınını-Z1-i nümayiş etdirir. Bu maşın öz məntiqinə və yaddaş prinsipinə görə mexaniki maşınlara oxşayırdı. Maşında verilənləri daxil etmək, yaddaş, idarə etmək və xaric etmək üçün ayrıca proqramlar nəzərdə tutulmuşdur. Çusenin maşını hesablama əməliyyatlarını sırf düal məntiq əsasında yerinə yetirirdi.
Ədəbiyyat
- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Z1 alman muhendisi Konrad Zuse terefinden yaradilan bu qurgu ilk mehdud proqramlasdirilabilen hesablama masini idi Verilenler qurguya onluq say sisteminde surusken noqteli ededler seklinde daxil edilirdi ve hemin formada cixisa verilirdi Komandalar ve verilenler yazi makinasi esasinda duzeldilmis klaviatura vasitesile daxil edilirdi cixis ise lampalardan qurulmus kicik panele verilirdi Yaddas ise novbelenen suse qatlari ve metal lovhelerden ibaret kondesator vasitesile teskil olunmusdu Bele konstruksiya 64 sayda 22 bitlik heqiqi ededi saxlamaga imkan verirdi 14 bit mantissaya 8 bit ise isareye ve tertibe ayrilirdi Prosessor 2 eded 22 bitlik registrden ibaret idi Takt tezliyi 1 Hz suret ise orta hesabla 5 saniyede 1 vurma emeline beraber idi Masin perfokartlari oxuyan qurgu ile techiz olunmusdu ve gucu 1 kilovatt olan tozsoran vasitesile herekete getirilirdi Vurma ve bolme vaxtile Blez Paskalin ozunun Paskalina PASCALINE adi ile taninan hesab masininda ARITHMETIC MACHINE istifade etdiyi tekrar toplama ve cixma prosedurlarinin komeyile yerine yetirilirdi Proqramin oxunan komandalari yaddasa yuklenmeden derhal icra olunurdu Z1 etibarli islemirdi cunki onun hisselerinin isi yeterince deqiq deyildi Bu masin praktik hesablamalarda istifade olunmayib Buna baxmayaraq Zuse yaratdigi masinin isinden razi idi Onun sonradan isleyib hazirladigi proqramlasdirilabilen basqa masinlar Z2 Z3 Z4 ve s mehz Z1 masinina esaslanirdi Ikinci dunya muharibesinin gedisinde Berlinin bombalanmasi zamani Z1 masininin orijinali ve ona aid butun senedler mehv oldu Ancaq 1987 1989 cu illerde Zuse Siemens ve bes basqa sirketin maliyye desteyi ile Z1 masinini yeniden qurdu Bitmis model 30 komponentden ibaret idi Zuce Z1 komputerinin modeliZuce Z1 komputer modelinin yaradicisi Konrad Zuce Konrad Zuse Tsuze Berlinde teyyare zavodunda muhendis kimi fealiyyet gosterirdi O teyyarelerin statik hesabatlari ve riyazi meselelerin helli zamani bu islerin avtomatlasdirilmasi uzerinde dusunmeye baslayir Tsuzenin ideyasi disli carxlar ve stanqalardan imtina etmek ve dual say sisteminden istifade etmekle yeni bir mentiqe esaslanan hesablama masini duzeltmekden ibaret idi Artiq 1938 ci ilde o ozunun ilk sinaq masinini Z1 i numayis etdirir Bu masin oz mentiqine ve yaddas prinsipine gore mexaniki masinlara oxsayirdi Masinda verilenleri daxil etmek yaddas idare etmek ve xaric etmek ucun ayrica proqramlar nezerde tutulmusdur Cusenin masini hesablama emeliyyatlarini sirf dual mentiq esasinda yerine yetirirdi EdebiyyatIsmayil Calalli Sadiqov Informatika terminlerinin izahli lugeti 2017 Baki nesriyyati 996 s Xarici kecidlerKonrad Tsuze