Qurban Abbasqulu oğlu Abbasov və ya Neftçi Qurban (tam adı: Abbasov Qurban Abasqulu oğlu; 26 oktyabr 1926, Payız, Naxçıvan MSSR – 14 sentyabr 1994, Bakı) — Azərbaycan neftçisi, Sosialist Əməyi Qəhrəmanı (1959), SSRİ-nin fəxri neftçisi, "Stalin" mükafatı (1951) və iki dəfə Azərbaycan SSR Dövlət mükafatları laureatı (1972, 1991), Azərbaycan SSR əməkdar mühəndisi (1972). Qurban Abbasov Sovet İKP-nin 22, 24, 25 və 27-ci qurultaylarının nümayəndəsi, AKP MK-nın üzvü, Asiya və Afrika ölkələri Həmrəylik Komitəsi Rəyasət Heyətinin üzvü olmuşdur. O, 4 dəfə SSRİ Ali Sovetinin və 4 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Qurban Abasov | |
---|---|
Doğum tarixi | 26 oktyabr 1926 |
Doğum yeri | |
Vəfat tarixi | 14 sentyabr 1994 (67 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Mükafatları | |
Həyatı
Xalq arasında Neftçi Qurban adı ilə məşhur olan Qurban Abasqulu oqlu Abbasov 26 oktyabr 1926-cı ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Payız kəndində anadan olub. Əmək fəaliyyətinə 1944-cü ildəArtyomneft trestində fəhlə kimi başlayan Qurban Abbasov, sonra Azərneft Birliyinin qazma idarəsində qazmaçı, buruq ustası, Gürgənneft NMİ-nin şimal qazma sahəsi idarəsinin rəisi vəzifəsində işləyib.
Əmək fəaliyyətini davam etdirərək, Neft və qaz quyularının qazılması ixtisası üzrə AzNKİ-nun neft-mədən fakültəsini bitirmişdir.
1951-ci ildə 25 yaşlı qazmaçı usta Qurban Abbasov alim, geoloq, mühəndislərlə birgə Neft Daşlarının kəşfinə görə I Dərəcəli Stalin Mükafatına layiq görülüb. O, 9 dəzgahı olan sahəyə rəis təyin olunur. Həmin sahədə hər bir dəzgahın qazma sürətini 1400 m-ə çatdırmağa nail olub. 1958-ci ildə o, Sosialist Əməyi Qəhrəmanı Qızıl Ulduzu ilə təltif edilib. 1967–1980-ci illərdə – Xəzərdənizneftkəşfiyyat trestinin müdiri, Xəzərdənizneft İB-nin baş direktor müavini, Neft Daşları NQÇİ-nin rəisi, 1980–1983-cü illərdə -Xəzərdənizneftqazsənaye ÜİB-nin baş direktoru, 1988–1992-ci illərdə Xəzərdənizneft İB-nin baş direktoru, 1992-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Şirkətinin baş müşaviri vəzifələrində çalışmışdır.
Q. A. Abbasov açıq dənizdə neft və qaz çıxarılmasının ilk təşkilatçılarından biridir. Şelf-1 tipli yarımdalma Üzən qazıma qurğularının Xəzər dənizi şəraitində mənimsənilməsində onun xüsusi xidmətləri olmuşdur. Bu qurğular 200 metrlik dəniz dərinliyində işləyə bilmiş, Kaveroçkin adına (indiki "Çıraq" yatağı) yatağı kəşf etməyə və yeni dərin perspektivli strukturlarda kəşfiyyat işləri aparmağa imkan yaratmışdır.
Q. A. Abbasovun bilavasitə rəhbərliyi altında dərin dəniz stasionar özüllərin inşasının istehsalat bazası yaradılmış, Xəzər dənizinin dərin sahələrində stasionar özüllərin quraşdırma işlərinin prinsipcə yeni üsulu işlənib hazırlanmışdır. Q. A. Abasovun 28 Aprel, Kaveroçkin adına, 26 Bakı Komissarı adına, Oktyabr İnqilabı adına kimi iri yataqların kəşf edilməsindəki xidmətlərinin dəyəri yoxdur. 28 Aprel isə — həqiqətən neftçi Qurbanın yetişdirməsidir. Titan-2 üzən kranı onun adını daşıyır.
Fəaliyyəti
Neftçi Qurban cəsarətli insan kimi dənizlə mübarizədə öz daxili "mən"ini qoruya bilib, neçə-neçə fırtınalar, qəzalar, uçqunlar görmüşdü. Neftçi Qurban rəhbər işçi kimi də ən qorxulu vaxtda, hətta dəqiqələrin, saniyələrin çox şeyi həll etdiyi anlarda özünü itirməz, təmkinini pozmaz, kollektivə arxalanar və qalib gələrdi. Bax, budur xarakter. Dəniz də öz qədrini bilir, hər adama ram olmur, yalnız güclülərin qarşısında baş əyir, təslim olur. Onun haqqında danışılan əfsanələrdən biri də o idi ki, Qurban Abbasov Neft Daşlarında buruq ustası işləyən zaman, soyuq payız günlərindən birində dənizə düşmüş çox qiymətli qazma baltasını çıxarmaq üçün, heç kəsə imkan vermədən, özü dənizə atılaraq, həmin baltanı çıxartdı və iş davam etdi. Sonralar bu hadisə neftçilər arasında bir qəhrəmanlıq rəmzi kimi danışılardı. 1977-ci ildə Qurban Abasovu Neft Daşlan NQÇİ-nin rəisi təyin etdilər. Qurban Abasovla mənim tanışlığım 1958-ci ildə Bakı Neft Texnikumunun Neft Daşlanndakı filialına əvezetmə yolu ilə rəhbərlik etdiyim zaman olmuşdur. O, texnikumda oxuyurdu. Özü də əla oxuyurdu. 1959-cu ildə diplom işini əla qiymətlə müdafiə edib, texnik-qazmaçı sənətinə yiyələndi. Bir neçə ildən sonra ADNA-nı da uğurla bitirdi. Sonralar, hərdən kefi yaxşı olanda, "5 dəqiqəlik"də məndən soruşardı: Necə oxumuşam texnikumda? Mən də deyərdim ki, yaxşı. O da gülərək: "vot tebe na" — deyərək əlavə edərdir "Yaxşı yox, əla oxumuşam". Yaxşı yadımdadır, Neft Daşlannda dənizin dibinə vurulmuş dirəklər üzərində buruq briqada üzvləri üçün sahəsi 14 m² olan ev tikildi, radiostansiya quruldu və sahillə əlaqə yaradıldı. Bu iş −1 saylı ilk quyunun qazılması qazma ustası, sonralar Sosialist Əməyi Qəhrəmanı adı almış Mixail Kaveroçkinlə birlikdə 23 yaşlı Qurban Abasova həvalə edilmişdi. 24 iyun 1949-cu ildə 1 nömrəli quyunun qazılmasına başladılar. 7 noyabr 1949-cu ildə 942 m dərinlikdən — Qala lay dəstəsindən ilk neft fontan vurdu. Quyunun gündəlik neft hasilatı 100 tondan artıq idi. Bu fontan neft sənayesi tarixində dəniz nefti erasının əsasını qoydu. Onu da qeyd etmək lazımdır ki, yataqda 1 saylı quyu iıə yanaşı 2 saylı quyunun qazılması üçün açıq dənizdə özülün tikilməsi, vışkanm quraşdırılması davam etdirildi və onun qazılması da gənc buruq ustası Qurban Abasova tapşırıldı. 7 noyabr günü insan qəhrəmanlığının misilsizliyinə görə xalqın dilində Möcüzələr adası, Dünyanm səkkizinci möcüzəsi, Polad dirəklər üzərində şəhər və s. təşbehlərlə adlandırılan əfsanəvi Neft Daşlarının doğum günü kimi tarixə daxil oldu. Qara Daşlar bundan sonra Neft Daşlan adlandırıldı. Dəniz neftçilərinin nümunəvi qəhrəmanlıqları, cəsaretliyi, mərdliyi, mühəndislərin və ustalann fədakarlığı, onlann keçirdikləri yuxusuz gecələri, təbii həyat hadisələri ilə cəsarətlə vuruşmaları coşqun Xəzəri fəth etməyə imkan verdi. Beləcə, unikal dəniz şəhəri yaradılmağa başlandı. Dirəklər üzərində yaradılan bu şəhər xalqımızın mərdlik və qəhrəmanlıq salnaməsinə xariqələr dolu parlaq səhifələr yazmışdır. Qurban Abbasov NQÇİ-yə rəhbərlik etdiyi müddət ərzində müsbət dəyişikliklər əldə edildi. Belə ki, idarənin əsas göstəricisi olan neft hasilatı planı hər il yerinə yetirildi. 2 il yarımda plandan əlavə 200 min tondan artıq neft hasil edildi. Bu göstəricilərin əldə olunması üçün bilavasitə onun rəhbərliyi ilə idarədə bir sıra mürəkkəb texniki, texnoloji tədbirlər həyata keçirildi. İlk növbədə, qazlift sistemində əsaslı dəyişikliklər və təmir işləri aparıldı, qaz-kompressor stansiyalannda, BTES-da yenidənqurma işləri aparıldı, əmtəə çənləri parkında, istehsalat üçün vacib olan bir çox obyektlərdə, estakada və meydançalarda böyük həcmdə təmir-bərpa işləri görüldü, qaz itkilərinin qarşısı alınaraq yığılan qazın miqdarı, demək olar ki, iki dəfə artırıldı. Qazma və tikinti idarələrinin işinin sürəti və səmərəliliyi artırıldı. Üç ədəd beşmərtəbəli yataqxana binası və beşmərtəbəli inzibati idarə binası tikilib istismara verildi. Qurban Abbasovun təşəbbüsü ilə Azərbaycanın ulu öndəri hesab olunan Heydər Əliyevin göstərişi əsasında Nazirlər Sovetinin qərarı ile Neft Daşlarının əməkçilərinin Xəzərdə gördükləri qəhrəmanlıq xariqələrini əbədiləşdirmək üçün 1980-ci ildə Çivanov qəsəbəsində park salındı. Parkda hündürlüyü dörd metr olan beş nəhəng heykəl ansamblı yaradıldı. Onlardan biri də Neftçi Qurbanın prototipi idi. 40-dan çox fəhlə və mühəndislərin ala-bəzək materiallardan quraşdırılmış obrazları yaradılmışdı. 2004-cü ildə Neft Daşlarının 55-ci ildönümü ərəfəsində parkın sahəsi genişləndirilərək təzə dekorativ ağaclar əkildi, böyük memarlıq işləri görüldü, Heydər Əliyevin mərmər daşdan yonulmuş büstü qoyuldu və Neft Daşları əməkçilərinin müraciəti əsasında parka Heydər Əliyevin adı verildi. Beləliklə, bu park əməkçilərin sevimli istirahət yerinə çevrildi. Respublikamızda yaşayan çoxmillətli insanlar arasında qardaşlıq, dostluq və qarşılıqlı ünsiyyət yaradılmasında o, həmişə yaxından iştirak etmişdir. Qurban Abasovun böyük səyi nəticəsində Bakı şəhərində üç ədəd 9 mərtəbəli kooperativ bina alınaraq, Neft Daşlan əməkçilərinə paylandı. Bu nəhəng işləri iki il yanmda ancaq əfsanəvi insan — Neftçi Qurban görə bilərdi. Gördü də. O, sabahı düşünən rəhbər idi. Bizi inandırdı ki, Neft Daşları xalqımıza çox lazımdır, hər cəhətdən onun ömrünü uzatmalıyıq: həm texniki, həm də sosial, intellektual, mədəni, mənəvi-etik və s. baxımdan onu qorumalıyıq. Məlumdur ki, Neft Daşlarında tikilən bəzi obyektlər dənizin fiziki, kimyəvi və küləyin təsiri nəzərə alınaraq, layihəyə görə 25–30 ilə hesablanır, sonra isə istismara yaramadığından istehsalatdan silinir. Neftçi Qurban 1980-ci ildə neftqazsənaye" Birliyinin rəisi təyin edildik-dən sonra öz cəsarətli ideyalarını həyata keçirməyə başladı. Qurban Abasovun neft sənayesindeki ən böyük, şərəfli, tarixi xidmətlərindən biri də məşhur "Günəşli" yatağının kəşfiyyatının, abadlaşdınlmasmın, işlənməsinin təşkilidir. O, bu yatağın mənimsənilməsinin bütün mərhələlərində işlərə bilavasitə rəhbərlik etmişdir. Neftçi Qurban yatağın abadlaşdırılması zamanı Xəzərdə ilk dəfə istifadə olunmuş bütün elmi-texniki təkliflərin tətbiqi üçün bütün məsuliyyəti öz üzərinə götürürdü: monoblok tipli dayaq bloklarının inşası, onların üzmə üsulu ilə böyük su tutumlu barjda nəqli, üst tikililərin sənaye üsulu ilə sahildə hazırlanması; "Günəşli" yatağında inşa olunmuş 14 dəniz stasionar platformasından on biri Neftçi Qurbanın bilavasitə rəhbərliyi ilə inşa olunub. Bunlardan 8 Nömrəli platforma dənizin 140 m dərinliyində inşa olunmuşdur. Bu da Xəzər dənizi üçün hələlik rekord dərinlikdir. Göstərilən platformalardan 200-ə qədər quyu qazılmışdır. İndiki "Günəşli" yatağı hər gün 15–16 min ton neft hasil edərək, respublikada hasil olunan neftin 65%-ni, qazın isə 60%-ni verir. Maraqlı bir faktı qeyd etmək istəyirəm ki, bütün bu göstəriciləri həyata keçirmək üçün Qurban Abasov 200-dən çox müşavirə keçirmişdir. Həmçinin "Azəri", "Çıraq", "Kəpəz" kimi yataqların kəşfi, Neft Daşlan ilə Dübəndi arasında diametri 377 mm olan 64 km-lik və diametri 500 mm olan 64 km-lik 2 sualtı neft xəttinin çəkilişi, Neft Daşlarında dünyada analoqu olmayan 48000 Kvt gücündə qazturbinli istilik elektrostansiyası tikilməsi, "Bahar" yatağında neft və qazın yığılmasında optimal sxemin yaradılması və s. kimi yenilikləri sadalamaqla qurtarmır.
Qurban Abbasov hələ sağlığında özünə neftçilərin, onu yaxından tanıyanların qəlbində mənəvi abidə ucaltmış və iftixar hissi ilə ürəklərə köçmüşdür. O, nəinki zirvələrə ucalmaq, həm də bu zirvədə dayanmaq nümunəsini məharətlə göstərə bilmişdi. Qurban Abbasov bir sıra elm və istehsalat xadimləri ilə dostluq və işgüzar əlaqələri saxlayırdı, o cümlədən A. X. Mirzəcanzadə, S. A. Vezirov, S. A. Orucov, Ə. C. Əmirov, Ə. B. Süleymanov, B. M. Məmmədov, B. Ə. Hacıyev, F. İ. Səmədov, X. B. Yusifzadə, N. K. Baybakov, P. P. Quluzadə, N. X. Babayev və b. ilə.
Mükafatları
- Sosialist Əməyi Qəhrəmanı — 19 mart 1959
- "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı — 2 iyul 1975
- "Azərbaycan SSR neft ustası" fəxri adı
- (1-ci dərəcə) — 1951
- Azərbaycan SSR Dövlət mükafatı — 27 aprel 1972, 26 may 1991 (1990-cı il üzrə)
- — 7 dekabr 1957, 19 mart 1959
- — 3 oktyabr 1980
- — 30 mart 1971, 30 dekabr 1985
- — 23 may 1966
- — 14 may 1951
- — 16 iyun 1994
Xatirəsi
- Azərbaycan xalqı öz əfsanəvi qəhrəmanın adını əbədiləşdirmək üçün üzən krana "Neftçi Qurban" adı vermişdir.
- Lökbatan qəsəbəsində onun adını Mədəniyyət sarayı, küçə, məktəb, körpü daşıyır. Bayıl qəsəbəsində adına küçə var
- Tələbə və aspirantlar üçün "Neftçi Qurban" təqaüdü təsis edilmişdir.
- Neftçi Qurban (film, 1970)
İstinadlar
- "ABBASOV QURBAN ABBASQULU OĞLU". 2021-06-24 tarixində . İstifadə tarixi: 2013-08-31.
- . 2013-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-31.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediyada bu ad soyadli diger sexsler haqqinda da meqaleler var bax Qurban Abbasov Qurban Abbasqulu oglu Abbasov ve ya Neftci Qurban tam adi Abbasov Qurban Abasqulu oglu 26 oktyabr 1926 Payiz Naxcivan MSSR 14 sentyabr 1994 Baki Azerbaycan neftcisi Sosialist Emeyi Qehremani 1959 SSRI nin fexri neftcisi Stalin mukafati 1951 ve iki defe Azerbaycan SSR Dovlet mukafatlari laureati 1972 1991 Azerbaycan SSR emekdar muhendisi 1972 Qurban Abbasov Sovet IKP nin 22 24 25 ve 27 ci qurultaylarinin numayendesi AKP MK nin uzvu Asiya ve Afrika olkeleri Hemreylik Komitesi Reyaset Heyetinin uzvu olmusdur O 4 defe SSRI Ali Sovetinin ve 4 defe Azerbaycan SSR Ali Sovetinin deputati secilmisdir Qurban AbasovDogum tarixi 26 oktyabr 1926 1926 10 26 Dogum yeri Payiz Naxcivan rayonu Naxcivan MSSR Azerbaycan SSR ZSFSR SSRIVefat tarixi 14 sentyabr 1994 1994 09 14 67 yasinda Vefat yeri Baki AzerbaycanDefn yeri Fexri XiyabanTehsili Azerbaycan Dovlet Neft ve Senaye UniversitetiMukafatlari 1959 1994 1959 1957 1980 1971 1985 1966 1966 1951 1991 1972HeyatiXalq arasinda Neftci Qurban adi ile meshur olan Qurban Abasqulu oqlu Abbasov 26 oktyabr 1926 ci ilde Naxcivan Muxtar Respublikasi Babek rayonunun Payiz kendinde anadan olub Emek fealiyyetine 1944 cu ildeArtyomneft trestinde fehle kimi baslayan Qurban Abbasov sonra Azerneft Birliyinin qazma idaresinde qazmaci buruq ustasi Gurgenneft NMI nin simal qazma sahesi idaresinin reisi vezifesinde isleyib Emek fealiyyetini davam etdirerek Neft ve qaz quyularinin qazilmasi ixtisasi uzre AzNKI nun neft meden fakultesini bitirmisdir 1951 ci ilde 25 yasli qazmaci usta Qurban Abbasov alim geoloq muhendislerle birge Neft Daslarinin kesfine gore I Dereceli Stalin Mukafatina layiq gorulub O 9 dezgahi olan saheye reis teyin olunur Hemin sahede her bir dezgahin qazma suretini 1400 m e catdirmaga nail olub 1958 ci ilde o Sosialist Emeyi Qehremani Qizil Ulduzu ile teltif edilib 1967 1980 ci illerde Xezerdenizneftkesfiyyat trestinin mudiri Xezerdenizneft IB nin bas direktor muavini Neft Daslari NQCI nin reisi 1980 1983 cu illerde Xezerdenizneftqazsenaye UIB nin bas direktoru 1988 1992 ci illerde Xezerdenizneft IB nin bas direktoru 1992 ci ilden omrunun sonunadek Azerbaycan Dovlet Neft Sirketinin bas musaviri vezifelerinde calismisdir Q A Abbasov aciq denizde neft ve qaz cixarilmasinin ilk teskilatcilarindan biridir Self 1 tipli yarimdalma Uzen qazima qurgularinin Xezer denizi seraitinde menimsenilmesinde onun xususi xidmetleri olmusdur Bu qurgular 200 metrlik deniz derinliyinde isleye bilmis Kaverockin adina indiki Ciraq yatagi yatagi kesf etmeye ve yeni derin perspektivli strukturlarda kesfiyyat isleri aparmaga imkan yaratmisdir Q A Abbasovun bilavasite rehberliyi altinda derin deniz stasionar ozullerin insasinin istehsalat bazasi yaradilmis Xezer denizinin derin sahelerinde stasionar ozullerin qurasdirma islerinin prinsipce yeni usulu islenib hazirlanmisdir Q A Abasovun 28 Aprel Kaverockin adina 26 Baki Komissari adina Oktyabr Inqilabi adina kimi iri yataqlarin kesf edilmesindeki xidmetlerinin deyeri yoxdur 28 Aprel ise heqiqeten neftci Qurbanin yetisdirmesidir Titan 2 uzen krani onun adini dasiyir FealiyyetiNeftci Qurban cesaretli insan kimi denizle mubarizede oz daxili men ini qoruya bilib nece nece firtinalar qezalar ucqunlar gormusdu Neftci Qurban rehber isci kimi de en qorxulu vaxtda hetta deqiqelerin saniyelerin cox seyi hell etdiyi anlarda ozunu itirmez temkinini pozmaz kollektive arxalanar ve qalib gelerdi Bax budur xarakter Deniz de oz qedrini bilir her adama ram olmur yalniz guclulerin qarsisinda bas eyir teslim olur Onun haqqinda danisilan efsanelerden biri de o idi ki Qurban Abbasov Neft Daslarinda buruq ustasi isleyen zaman soyuq payiz gunlerinden birinde denize dusmus cox qiymetli qazma baltasini cixarmaq ucun hec kese imkan vermeden ozu denize atilaraq hemin baltani cixartdi ve is davam etdi Sonralar bu hadise neftciler arasinda bir qehremanliq remzi kimi danisilardi 1977 ci ilde Qurban Abasovu Neft Daslan NQCI nin reisi teyin etdiler Qurban Abasovla menim tanisligim 1958 ci ilde Baki Neft Texnikumunun Neft Daslanndaki filialina evezetme yolu ile rehberlik etdiyim zaman olmusdur O texnikumda oxuyurdu Ozu de ela oxuyurdu 1959 cu ilde diplom isini ela qiymetle mudafie edib texnik qazmaci senetine yiyelendi Bir nece ilden sonra ADNA ni da ugurla bitirdi Sonralar herden kefi yaxsi olanda 5 deqiqelik de menden sorusardi Nece oxumusam texnikumda Men de deyerdim ki yaxsi O da gulerek vot tebe na deyerek elave ederdir Yaxsi yox ela oxumusam Yaxsi yadimdadir Neft Daslannda denizin dibine vurulmus direkler uzerinde buruq briqada uzvleri ucun sahesi 14 m olan ev tikildi radiostansiya quruldu ve sahille elaqe yaradildi Bu is 1 sayli ilk quyunun qazilmasi qazma ustasi sonralar Sosialist Emeyi Qehremani adi almis Mixail Kaverockinle birlikde 23 yasli Qurban Abasova hevale edilmisdi 24 iyun 1949 cu ilde 1 nomreli quyunun qazilmasina basladilar 7 noyabr 1949 cu ilde 942 m derinlikden Qala lay destesinden ilk neft fontan vurdu Quyunun gundelik neft hasilati 100 tondan artiq idi Bu fontan neft senayesi tarixinde deniz nefti erasinin esasini qoydu Onu da qeyd etmek lazimdir ki yataqda 1 sayli quyu iie yanasi 2 sayli quyunun qazilmasi ucun aciq denizde ozulun tikilmesi viskanm qurasdirilmasi davam etdirildi ve onun qazilmasi da genc buruq ustasi Qurban Abasova tapsirildi 7 noyabr gunu insan qehremanliginin misilsizliyine gore xalqin dilinde Mocuzeler adasi Dunyanm sekkizinci mocuzesi Polad direkler uzerinde seher ve s tesbehlerle adlandirilan efsanevi Neft Daslarinin dogum gunu kimi tarixe daxil oldu Qara Daslar bundan sonra Neft Daslan adlandirildi Deniz neftcilerinin numunevi qehremanliqlari cesaretliyi merdliyi muhendislerin ve ustalann fedakarligi onlann kecirdikleri yuxusuz geceleri tebii heyat hadiseleri ile cesaretle vurusmalari cosqun Xezeri feth etmeye imkan verdi Belece unikal deniz seheri yaradilmaga baslandi Direkler uzerinde yaradilan bu seher xalqimizin merdlik ve qehremanliq salnamesine xariqeler dolu parlaq sehifeler yazmisdir Qurban Abbasov NQCI ye rehberlik etdiyi muddet erzinde musbet deyisiklikler elde edildi Bele ki idarenin esas gostericisi olan neft hasilati plani her il yerine yetirildi 2 il yarimda plandan elave 200 min tondan artiq neft hasil edildi Bu gostericilerin elde olunmasi ucun bilavasite onun rehberliyi ile idarede bir sira murekkeb texniki texnoloji tedbirler heyata kecirildi Ilk novbede qazlift sisteminde esasli deyisiklikler ve temir isleri aparildi qaz kompressor stansiyalannda BTES da yenidenqurma isleri aparildi emtee cenleri parkinda istehsalat ucun vacib olan bir cox obyektlerde estakada ve meydancalarda boyuk hecmde temir berpa isleri goruldu qaz itkilerinin qarsisi alinaraq yigilan qazin miqdari demek olar ki iki defe artirildi Qazma ve tikinti idarelerinin isinin sureti ve semereliliyi artirildi Uc eded besmertebeli yataqxana binasi ve besmertebeli inzibati idare binasi tikilib istismara verildi Qurban Abbasovun tesebbusu ile Azerbaycanin ulu onderi hesab olunan Heyder Eliyevin gosterisi esasinda Nazirler Sovetinin qerari ile Neft Daslarinin emekcilerinin Xezerde gordukleri qehremanliq xariqelerini ebedilesdirmek ucun 1980 ci ilde Civanov qesebesinde park salindi Parkda hundurluyu dord metr olan bes neheng heykel ansambli yaradildi Onlardan biri de Neftci Qurbanin prototipi idi 40 dan cox fehle ve muhendislerin ala bezek materiallardan qurasdirilmis obrazlari yaradilmisdi 2004 cu ilde Neft Daslarinin 55 ci ildonumu erefesinde parkin sahesi genislendirilerek teze dekorativ agaclar ekildi boyuk memarliq isleri goruldu Heyder Eliyevin mermer dasdan yonulmus bustu qoyuldu ve Neft Daslari emekcilerinin muracieti esasinda parka Heyder Eliyevin adi verildi Belelikle bu park emekcilerin sevimli istirahet yerine cevrildi Respublikamizda yasayan coxmilletli insanlar arasinda qardasliq dostluq ve qarsiliqli unsiyyet yaradilmasinda o hemise yaxindan istirak etmisdir Qurban Abasovun boyuk seyi neticesinde Baki seherinde uc eded 9 mertebeli kooperativ bina alinaraq Neft Daslan emekcilerine paylandi Bu neheng isleri iki il yanmda ancaq efsanevi insan Neftci Qurban gore bilerdi Gordu de O sabahi dusunen rehber idi Bizi inandirdi ki Neft Daslari xalqimiza cox lazimdir her cehetden onun omrunu uzatmaliyiq hem texniki hem de sosial intellektual medeni menevi etik ve s baximdan onu qorumaliyiq Melumdur ki Neft Daslarinda tikilen bezi obyektler denizin fiziki kimyevi ve kuleyin tesiri nezere alinaraq layiheye gore 25 30 ile hesablanir sonra ise istismara yaramadigindan istehsalatdan silinir Neftci Qurban 1980 ci ilde neftqazsenaye Birliyinin reisi teyin edildik den sonra oz cesaretli ideyalarini heyata kecirmeye basladi Qurban Abasovun neft senayesindeki en boyuk serefli tarixi xidmetlerinden biri de meshur Gunesli yataginin kesfiyyatinin abadlasdinlmasmin islenmesinin teskilidir O bu yatagin menimsenilmesinin butun merhelelerinde islere bilavasite rehberlik etmisdir Neftci Qurban yatagin abadlasdirilmasi zamani Xezerde ilk defe istifade olunmus butun elmi texniki tekliflerin tetbiqi ucun butun mesuliyyeti oz uzerine gotururdu monoblok tipli dayaq bloklarinin insasi onlarin uzme usulu ile boyuk su tutumlu barjda neqli ust tikililerin senaye usulu ile sahilde hazirlanmasi Gunesli yataginda insa olunmus 14 deniz stasionar platformasindan on biri Neftci Qurbanin bilavasite rehberliyi ile insa olunub Bunlardan 8 Nomreli platforma denizin 140 m derinliyinde insa olunmusdur Bu da Xezer denizi ucun helelik rekord derinlikdir Gosterilen platformalardan 200 e qeder quyu qazilmisdir Indiki Gunesli yatagi her gun 15 16 min ton neft hasil ederek respublikada hasil olunan neftin 65 ni qazin ise 60 ni verir Maraqli bir fakti qeyd etmek isteyirem ki butun bu gostericileri heyata kecirmek ucun Qurban Abasov 200 den cox musavire kecirmisdir Hemcinin Azeri Ciraq Kepez kimi yataqlarin kesfi Neft Daslan ile Dubendi arasinda diametri 377 mm olan 64 km lik ve diametri 500 mm olan 64 km lik 2 sualti neft xettinin cekilisi Neft Daslarinda dunyada analoqu olmayan 48000 Kvt gucunde qazturbinli istilik elektrostansiyasi tikilmesi Bahar yataginda neft ve qazin yigilmasinda optimal sxemin yaradilmasi ve s kimi yenilikleri sadalamaqla qurtarmir Qurban Abbasov hele sagliginda ozune neftcilerin onu yaxindan taniyanlarin qelbinde menevi abide ucaltmis ve iftixar hissi ile ureklere kocmusdur O neinki zirvelere ucalmaq hem de bu zirvede dayanmaq numunesini meharetle gostere bilmisdi Qurban Abbasov bir sira elm ve istehsalat xadimleri ile dostluq ve isguzar elaqeleri saxlayirdi o cumleden A X Mirzecanzade S A Vezirov S A Orucov E C Emirov E B Suleymanov B M Memmedov B E Haciyev F I Semedov X B Yusifzade N K Baybakov P P Quluzade N X Babayev ve b ile MukafatlariQurban Abbasovun Fexri Xiyabanda qebirustu abidesi 2013 cu ilSosialist Emeyi Qehremani 19 mart 1959 Azerbaycan SSR emekdar muhendisi fexri adi 2 iyul 1975 Azerbaycan SSR neft ustasi fexri adi Stalin mukafati 1 ci derece 1951 Azerbaycan SSR Dovlet mukafati 27 aprel 1972 26 may 1991 1990 ci il uzre Lenin ordeni 7 dekabr 1957 19 mart 1959 Oktyabr inqilabi ordeni 3 oktyabr 1980 Qirmizi emek bayragi ordeni 30 mart 1971 30 dekabr 1985 Seref nisani ordeni 23 may 1966 Emekde ferqlenmeye gore medali 14 may 1951 Sohret ordeni 16 iyun 1994XatiresiAzerbaycan xalqi oz efsanevi qehremanin adini ebedilesdirmek ucun uzen krana Neftci Qurban adi vermisdir Lokbatan qesebesinde onun adini Medeniyyet sarayi kuce mekteb korpu dasiyir Bayil qesebesinde adina kuce var Telebe ve aspirantlar ucun Neftci Qurban teqaudu tesis edilmisdir Neftci Qurban film 1970 Istinadlar ABBASOV QURBAN ABBASQULU OGLU 2021 06 24 tarixinde Istifade tarixi 2013 08 31 2013 10 13 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2013 08 31