Bu məqaləni lazımdır. |
Ziyanlıq - Azərbaycanda insanlar arasında tarixən formalaşmış qarşılıqlı yardım formalarından biridir.
Ziyanlıq adətinin formaları
Azərbaycan xalqının məhəlli xarakter daşıyan qarşılıqlı yardım formaları sırasında "ziyanlıq" adətinin xüsusi yeri vardır. "Ziyanlıq" qarşılıqlı yardım forması Şirvan bölgəsinin kənd icmalarında əsasən əkinçiliklə məşğul olan əhali arasında meydana gəlmiş və yayılmışdı. Çünki əkinçiliklə məşğul olan əhali arasında çoxlu mal-qarası olan adam az tapılardı. Yalnız kənd icmalarının yuxarı təbəqəsini təşkil edən ailələrin ixtiyarında çoxlu miqdarda qaramal və qoyun sürüsü olardı. Kənd icmalarının əksəriyyətini təşkil edən yoxsul və ortabab kəndli ailələrinin ixtiyarında isə yalnız ailənin daxili tələbatını ödəmək üçün lazım olan miqdarda inək və ya camış olurdu. Bəziləri 10-15 baş qoyun saxlayırdı. Yoxsul kəndlilərin əksəriyyətinin öküz və kəl kimi qoşqu heyvanı olmurdu. Odur ki, öz əkin sahələrini şumlamaq üçün 5-6 ailə öz qoşqu heyvanları ilə birlikdə bir kotan ətrafında birləşib şəriklik təşkil edirdilər. Əhalinin bu təbəqəsi üçün bir baş mal-qaranı itirmək böyük itki hesab olunurdu və onun təsərrüfatına böyük zərər vura bilərdi. Ona görə də kənd icmasının üzvləri, bəzən də yalnız bir patronimiyaya daxil olan ailələr bu itkiyə şərik olmaqla öz həmkəndlilərinin ziyanını yüngülləşdirirdilər. Birinin inəyi, öküzü, kəli və hətta qoyunu yıxılıb qıçı sındıqda, zəhərləndikdə və canavar parçaladıqda kəndlilər onun "murdar" olmaması üçün əllərindən gələni əsirgəmirdilər. Heyvan sahibi onu kəsirdi və ətini hissələrə bölüb, qonşulara və bəzən də yalnız qohumlara göndərirdi. "Ziyanlığa" kəsilmiş əti heç bir ailə geri qaytarmazdı. Yerli adətə görə bu həmin ailə üçün biabırçı hal hesab edilərdi və onlar icmanın etimadını itirə bilərdilər. Bəzən elə olurdu ki, bir ailənin həmin vaxt ətə ehtiyacı olmurdu və ət gətirən adama bildirirdi ki, onun ətini ala bilməyəcəkdir. Lakin bildikdə ki, ət "ziyanlığa" kəsilmişdir, öz dediyinə peşman olur və gətirən adamı geri çağırır və ya heyvan kəsilən həyətə gedir, üzrxahlıq edib əti götürürdü. Çox vaxt heyvan sahibi bu işə qarışmırdı. Qonşular heyvanın ölə biləcəyini görüb onu tez kəsir və öz aralarında bölüşdürürdülər. Bəzən də kəsilmiş heyvanın əti yeməyə yararlı olmurdu. Lakin icma üzvləri onu itə atmalı olsalar da götürürdülər və haqqını ziyan dəymiş ailəyə verirdilər. "Ziyanlığa" yığılmış vəsait ilə yeni heyvan alınırdı. Beləliklə, dəymiş ziyanı bütün kənd icmasının və ya patronimiyanın üzvləri öz üzərlərinə götürməklə həmin ailənin təsərrüfatına dəymiş ziyanın əvəzini müəyyən qədər çıxırdılar. Xalq arasında yayılmış "El sınığı eldə bitər" atalar sözü də bu adət ilə əlaqədar işlədilir.
"Ziyanlıq" qarşılıqlı yardım forması kənd icmaları şəraitində meydana çıxsa da, yalnız həmin icmalar daxilində qalmamışdır, sonralar öz sərhədlərini genişləndirərək maldar əhali arasında da yayılmışdı. Buna səbəb maldar elat icmaları daxilində ictimai təbəqələşmənin sürətlənməsi nəticəsində böyük mal-qara sürülərinin yalnız bir ovuc varlı maldarın əlində toplanması və icma üzvlərinin əksəriyyətinin yoxsullaşıb az miqdarda heyvana malik olmaları idi.
Bəzi hallarda "ziyanlıq" anlayışı evi yanana, uçulana, evini sel aparana, yaxud ildırım vurana qonşuların yardım etməsi adəti üçün də işlədilirdi. Bu zaman Şirvan bölgəsində kəndin əli iş tutan bütün adamları evsiz qalmış ailənin köməyinə gəlib ona yeni ev tikirdilər.
Məlumdur ki, ev tikilməsi üçün təşkil olunan qarşılıqlı yardım Azərbaycanın bir çox bölgələrində "hoy" adı ilə məşhur olmuşdur. İki halda kəndlilər ev tikməküçün "hoya" çağırılırdılar: yeni ev tikiləndə və bədbəxt hadisə baş verməsi nəticəsində evsiz qalmış ailə üçün sığınacaq tikəndə. Birinci halda ev tikən adam bütün tikinti materiallarını hazırlayır və yalnız tikinti işinə köməyə çağırırdı. "Hoy"un bu variantı, əlbəttə, "ziyanlığa" aid edilə bilməz. İkinci halda isə "hoy"a çağırılanlar özləri müxtəlif vasitələrlə tikinti materialları hazırlayır və evsiz ailənin sığınması üçün, kəndlilərin dedikləri kimi, bir "daxma qaraldırdılar". Ona görə də "hoy"un bu variantını Şirvan bölgəsində "ziyanlıq" adlandırırdılar.
Ziyanlıq adətinin əsas xüsusiyyətləri
Bir sıra qarşılıqlı yardım formaları icma münasibətlərindən təşəkkül tapdıqları halda, sonrakı mərhələlərdə hakim siniflər patriarxal tayfa münasibətlərinin qalıqlarına, xalq adət-ənənələrinə əsaslanaraq həmin qarşılıqlı yardım formalarından öz məqsədləri üçün istifadə edə bilirdilər. Kəndlilərin çətinliyə düşdükləri vaxt istifadə etdikləri "ziyanlıq" köməklik adətinin xüsusiyyəti isə heç kəsə ondan istismar vasitəsi kimi istifadə etməyə imkan vermirdi. "Ziyanlıq" köməklik adəti zəhmətkeş kütlənin həmişə bir-birinin qayğısına qaldığını, dərdinə şərik olduğunu göstərən amillərdən biri olmuşdur. Bu köməklik adəti əsrlərlə yaşamış, nəsildən-nəslə keçmiş və müasir dövrə qədər gəlib çıxmışdır. Qarabağ bölgəsində maldar əhali arasında bu köməklik adəti "alışma" adı ilə məlum olmuşdur. El adətinə görə, kəndlinin güzəranında böyük rol oynayan dəvə, kəl, yaxud inək müəyyən səbəblər üzündən zədə aldıqda və onu müalicə etmək mümkün olmadıqda kəndin ağsaqqalının iştirakı ilə həmin heyvanı kəsərək ətini kəndin evləri arasında bərabər bölüşdürürdülər. Hər alışma payının üzərinə heyvanın dərisindən bir çarıqlıq zolaq kəsib qoyardılar. Bu ətin alışma payı olduğunu bildirərdi. Kənd əhalisi alışma payının əvəzinə ziyana düşmüş ailəyə hərə bir toğlu, yaxud quzu verib onun təsərrüfatının dirçəlməsinə yardım edərdilər. Alışma el dəstəyi, köməklik adəti haqqında xalq arasında belə deyilirdi: "El yaxşı olsa, dəvəsi ölən köşək olar".
Mənbə
- Azərbaycan etnoqrafiyası. Üç cilddə. III cild, Bakı,2007.
- Q.C.Cavadov. Azərbaycanda el köməyi adətləri. Bakı, 1993.
- Q.Ə.Rəcəbli. "Ziyanlıq" qarşılıqlı yardım forması haqqında. Azərbaycan EA "Məruzələri", XXII c, № 9, 1966
- К.Т.Каракашлы. Материальная культура азербайджанцев северо-восточной и центральной зон Малого Кавказа (историко-этнографическое исследование). Баку, 1964.
- К.Т.Каракашлы. О пережитках древнего институга взаимопомощи в Азербайджане. Azərbaycan EA "Xəbərləri" (İctimai elmlər seriyası), 1958, № 2
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Ziyanliq Azerbaycanda insanlar arasinda tarixen formalasmis qarsiliqli yardim formalarindan biridir Ziyanliq adetinin formalariAzerbaycan xalqinin mehelli xarakter dasiyan qarsiliqli yardim formalari sirasinda ziyanliq adetinin xususi yeri vardir Ziyanliq qarsiliqli yardim formasi Sirvan bolgesinin kend icmalarinda esasen ekincilikle mesgul olan ehali arasinda meydana gelmis ve yayilmisdi Cunki ekincilikle mesgul olan ehali arasinda coxlu mal qarasi olan adam az tapilardi Yalniz kend icmalarinin yuxari tebeqesini teskil eden ailelerin ixtiyarinda coxlu miqdarda qaramal ve qoyun surusu olardi Kend icmalarinin ekseriyyetini teskil eden yoxsul ve ortabab kendli ailelerinin ixtiyarinda ise yalniz ailenin daxili telebatini odemek ucun lazim olan miqdarda inek ve ya camis olurdu Bezileri 10 15 bas qoyun saxlayirdi Yoxsul kendlilerin ekseriyyetinin okuz ve kel kimi qosqu heyvani olmurdu Odur ki oz ekin sahelerini sumlamaq ucun 5 6 aile oz qosqu heyvanlari ile birlikde bir kotan etrafinda birlesib seriklik teskil edirdiler Ehalinin bu tebeqesi ucun bir bas mal qarani itirmek boyuk itki hesab olunurdu ve onun teserrufatina boyuk zerer vura bilerdi Ona gore de kend icmasinin uzvleri bezen de yalniz bir patronimiyaya daxil olan aileler bu itkiye serik olmaqla oz hemkendlilerinin ziyanini yungullesdirirdiler Birinin ineyi okuzu keli ve hetta qoyunu yixilib qici sindiqda zeherlendikde ve canavar parcaladiqda kendliler onun murdar olmamasi ucun ellerinden geleni esirgemirdiler Heyvan sahibi onu kesirdi ve etini hisselere bolub qonsulara ve bezen de yalniz qohumlara gonderirdi Ziyanliga kesilmis eti hec bir aile geri qaytarmazdi Yerli adete gore bu hemin aile ucun biabirci hal hesab edilerdi ve onlar icmanin etimadini itire bilerdiler Bezen ele olurdu ki bir ailenin hemin vaxt ete ehtiyaci olmurdu ve et getiren adama bildirirdi ki onun etini ala bilmeyecekdir Lakin bildikde ki et ziyanliga kesilmisdir oz dediyine pesman olur ve getiren adami geri cagirir ve ya heyvan kesilen heyete gedir uzrxahliq edib eti gotururdu Cox vaxt heyvan sahibi bu ise qarismirdi Qonsular heyvanin ole bileceyini gorub onu tez kesir ve oz aralarinda bolusdururduler Bezen de kesilmis heyvanin eti yemeye yararli olmurdu Lakin icma uzvleri onu ite atmali olsalar da gotururduler ve haqqini ziyan deymis aileye verirdiler Ziyanliga yigilmis vesait ile yeni heyvan alinirdi Belelikle deymis ziyani butun kend icmasinin ve ya patronimiyanin uzvleri oz uzerlerine goturmekle hemin ailenin teserrufatina deymis ziyanin evezini mueyyen qeder cixirdilar Xalq arasinda yayilmis El sinigi elde biter atalar sozu de bu adet ile elaqedar isledilir Ziyanliq qarsiliqli yardim formasi kend icmalari seraitinde meydana cixsa da yalniz hemin icmalar daxilinde qalmamisdir sonralar oz serhedlerini genislendirerek maldar ehali arasinda da yayilmisdi Buna sebeb maldar elat icmalari daxilinde ictimai tebeqelesmenin suretlenmesi neticesinde boyuk mal qara surulerinin yalniz bir ovuc varli maldarin elinde toplanmasi ve icma uzvlerinin ekseriyyetinin yoxsullasib az miqdarda heyvana malik olmalari idi Bezi hallarda ziyanliq anlayisi evi yanana uculana evini sel aparana yaxud ildirim vurana qonsularin yardim etmesi adeti ucun de isledilirdi Bu zaman Sirvan bolgesinde kendin eli is tutan butun adamlari evsiz qalmis ailenin komeyine gelib ona yeni ev tikirdiler Melumdur ki ev tikilmesi ucun teskil olunan qarsiliqli yardim Azerbaycanin bir cox bolgelerinde hoy adi ile meshur olmusdur Iki halda kendliler ev tikmekucun hoya cagirilirdilar yeni ev tikilende ve bedbext hadise bas vermesi neticesinde evsiz qalmis aile ucun siginacaq tikende Birinci halda ev tiken adam butun tikinti materiallarini hazirlayir ve yalniz tikinti isine komeye cagirirdi Hoy un bu varianti elbette ziyanliga aid edile bilmez Ikinci halda ise hoy a cagirilanlar ozleri muxtelif vasitelerle tikinti materiallari hazirlayir ve evsiz ailenin siginmasi ucun kendlilerin dedikleri kimi bir daxma qaraldirdilar Ona gore de hoy un bu variantini Sirvan bolgesinde ziyanliq adlandirirdilar Ziyanliq adetinin esas xususiyyetleriBir sira qarsiliqli yardim formalari icma munasibetlerinden tesekkul tapdiqlari halda sonraki merhelelerde hakim sinifler patriarxal tayfa munasibetlerinin qaliqlarina xalq adet enenelerine esaslanaraq hemin qarsiliqli yardim formalarindan oz meqsedleri ucun istifade ede bilirdiler Kendlilerin cetinliye dusdukleri vaxt istifade etdikleri ziyanliq komeklik adetinin xususiyyeti ise hec kese ondan istismar vasitesi kimi istifade etmeye imkan vermirdi Ziyanliq komeklik adeti zehmetkes kutlenin hemise bir birinin qaygisina qaldigini derdine serik oldugunu gosteren amillerden biri olmusdur Bu komeklik adeti esrlerle yasamis nesilden nesle kecmis ve muasir dovre qeder gelib cixmisdir Qarabag bolgesinde maldar ehali arasinda bu komeklik adeti alisma adi ile melum olmusdur El adetine gore kendlinin guzeraninda boyuk rol oynayan deve kel yaxud inek mueyyen sebebler uzunden zede aldiqda ve onu mualice etmek mumkun olmadiqda kendin agsaqqalinin istiraki ile hemin heyvani keserek etini kendin evleri arasinda beraber bolusdururduler Her alisma payinin uzerine heyvanin derisinden bir cariqliq zolaq kesib qoyardilar Bu etin alisma payi oldugunu bildirerdi Kend ehalisi alisma payinin evezine ziyana dusmus aileye here bir toglu yaxud quzu verib onun teserrufatinin dircelmesine yardim ederdiler Alisma el desteyi komeklik adeti haqqinda xalq arasinda bele deyilirdi El yaxsi olsa devesi olen kosek olar MenbeAzerbaycan etnoqrafiyasi Uc cildde III cild Baki 2007 Q C Cavadov Azerbaycanda el komeyi adetleri Baki 1993 Q E Recebli Ziyanliq qarsiliqli yardim formasi haqqinda Azerbaycan EA Meruzeleri XXII c 9 1966 K T Karakashly Materialnaya kultura azerbajdzhancev severo vostochnoj i centralnoj zon Malogo Kavkaza istoriko etnograficheskoe issledovanie Baku 1964 K T Karakashly O perezhitkah drevnego instituga vzaimopomoshi v Azerbajdzhane Azerbaycan EA Xeberleri Ictimai elmler seriyasi 1958 2